Məhkəmə qərarları › İş №1(037)-75/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-75/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-75/2023 26.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 müdafiəçisi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə 26 dekabr 2023-cü il tarixdə saat 14:03-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxx 1998-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum edilməmiş, İsmayıllı şəhəri, 30A kvartal ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1 və xx xxxxxxxx 1993-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, himayəsində üç azyaşlı uşağı olan, işsiz, məhkum edilməmiş, Yevlax rayonunun Əkşəm kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən narkotik vasitə metadonu, yəni konvalyut kəsiklərinin içərisinə qoyulmuş 3 ədəd metadon həblərini və bir ədəd bükümdə qablaşdırılmış metadon həbinin qırıntılarını əldə edib onları üzərində “Davidoff” sözləri yazılmış bir ədəd siqaret qutusunun içərisinə yerləşdirməklə xx.xx.2023cü il tarixə kimi üzərində və idarə etdiyi “BMW” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində o, idarə etdiyi “BMW” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə İsmayıllı şəhərinin M.F.Axundov küçəsində hərəkətdə olarkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs2 ilə birlikdə İsmayıllı rayon polis şöbəsinə aparılarkən bir ədəd üzərində “Davidoff” sözləri yazılmış, içərisində təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən narkotik vasitə metadon həbləri və həb qırıntıları olan siqaret qutusunu gizlətməsi üçün gizlin şəkildə avtomobilin arxa oturacağında əyləşmiş Təqsirləndirilən şəxs2 vermiş və sonuncu içərisində narkotik vasitə metadon olduğunu bildiyi həmin siqaret qutusunu əynindəki qara rəngli qısa qol köynəyin alıtında olan qadın alt paltarının içərisində gizlədərək qanunsuz saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynindəki qara rəngli qısa qol köynəyin alıtında olan qadın alt paltarının altında gizlədib qanunsuz saxladığı, bir ədəd üzərində “Davidoff” sözləri yazılmış siqaret qutusuna yerləşdirilmiş, təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən, metadon narkotik vasitəsi hesab edilən, üzərində “Methadone 40..” göstəricisi olan, bir ədəd konvalyut kəsiyində bir ədəd və bir ədəd konvalyut kəsiyində iki ədəd olmaqla cəmi 3 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər və bir ədəd bükümdə üzərində “..M 40..” göstəricisi olan qəhvəyi rəngli həb qırıntıları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, özlərinin şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən narkotik vasitə metadonu, yəni konvalyut kəsiklərinin içərisinə qoyulmuş 3 ədəd metadon həblərini və bir ədəd bükümdə qablaşdırılmış metadon həbinin qırıntılarını əldə edib onları “Davidoff” sözləri yazılmış bir ədəd siqaret qutusunun içərisinə yerləşdirməklə idarə etdiyi “BMW” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxladığını bildiyi halda, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində özünün sərnişin qismində əyləşdiyi və Təqsirləndirilən şəxs1 idarə etdiyi həmin “BMW” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin M.F.Axundov küçəsində hərəkətdə olarkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Təqsirləndirilən şəxs1lə birlikdə İsmayıllı rayon polis şöbəsinə aparıldığı vaxt sonuncunun bir ədəd üzərində “Davidoff” sözləri yazılmış, içərisində təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən narkotik vasitə metadon həbləri və həb qırıntıları olan siqaret qutusunu gizlətməsi üçün gizlin şəkildə ona verdiyini görüb içərisində narkotik vasitə metadon olduğunu bildiyi həmin siqaret qutusunu götürüb qanunsuz əldə edərək əynindəki qara rəngli qısa qol köynəyin altında olan qadın alt paltarının içərisində gizlədərək qanunsuz saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində İsmayıllı rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli qısa qol köynəyin alıtında olan qadın alt paltarının altında gizlədib qanunsuz saxladığı, bir ədəd üzərində “Davidoff” sözləri yazılmış siqaret qutusuna yerləşdirilmiş, təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən, metadon narkotik vasitəsi hesab edilən, üzərində “Methadone 40..” göstəricisi olan, bir ədəd konvalyut kəsiyində bir ədəd və bir ədəd konvalyut kəsiyində iki ədəd olmaqla cəmi 3 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər və bir ədəd bükümdə üzərində “..M 40..” göstəricisi olan qəhvəyi rəngli həb qırıntıları aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməllərə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun tanışı olmuş və ikisi də birlikdə narkotik vasitələrdən istifadə etmişdir. Onlar həbs edilməmişdən 1-2 ay qabaq evlərinin yaxınlığındakı meşəlik ərazisinə odun yığmaq məqsədilə getmiş və orada şəffaf sellofan torba görmüşdür. Həmin torba diqqətini çəkdiyi üçün içinə baxdıqda “Davidoff” markalı siqaret qutusunun olduğunu görmüş, içərisində isə həblər olmuş, o, ara-bir narkotik vasitələrdən istifadə etdiyi üçün həmin həblərin metadon olduğunu bilmiş və istifadə etmək üçün özü ilə götürmüş, gətirib avtomobilinin sol qapısının saxlanc yerinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Nailə ilə birlikdə idarə etdiyi “BMW” markalı avtomobillə M.F.Axundov küçəsi ilə İsmayıllı rayon Mərkəzi xəstəxanası istiqamətində gedərkən “Oba” marketin yaxınlığında yol-patrul xidməti avtomobili arxa tərəfdən gələrək nəqliyyat vasitəsini kənara verərək saxlamağı bildirmişdir. O, avtomobili kənara çəkdikdən sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onların narkotik vasitə gəzdirməkdə şübhəli olduqlarını bildirərək İsmayıllı RPŞ-nə dəvət etmişlər. Onlar etiraz etməmiş və polis əməkdaşlarından biri onun avtomobilə əyləşmiş, Nailə isə bu zaman arxa tərəfdə əyləşmişdir. Yolda olan zaman o, sol qapının cibində olan içərisində narkotik vasitə olan metadon qoyduğu siqaret qutusunu götürərək gizlincə arxa oturacaq tərəfə ataraq Nailəyə “kaşloku götür” deyə bildirmişdir. Nailə polis əməkdaşını şübhələndirməmək üçün siqaret qutusunu götürməzdən öncə “kaşlokda nə var?” deyə soruşmiş, o isə sonuncuya “kaşlokda 1600 manat pulum var” deyə cavab vermişdir. Bundan sonra Nailə həmin siqaret qutusunu gizlincə götürüb gizlətmiş, bundan sonra polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olan zaman ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, polis şöbəsinin Növbətçi hissəsinin qarşısında ona hüquq və vəzifələri izah olunmuş, onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər. Bundan sonra onun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər, həmçinin polis əməkdaşları ona şəxsi axtarış prosesini video kamera vasitəsilə qeydə alacağını demiş, o isə heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuş, o, üzərində hər hansı qanunla qadağan olunan əşya və ya predmet olmadığını bildirmş, bundan sonra, polislərin və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı narkotik vasitə, dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, o da tərtib edilmiş protokolun düzgünlüyün imzası ilə təsdiq etmişdir. O, şəxsi istifadəsi üçün avtomaşında saxladığı narkotik vasitəni üzərinə baxış keçirilərkən aşkarlanmaması məqsədi ilə Nailəyə vermiş, bu zaman polis əməkdaşını şübhələndirməmək üçün nailəyə ona verdiyi siqaret qutusunun içində pulu olan kaşelyok olduğunu bildirsə də əslində həmin siqaret qutusunun içində metadon olmuş, bunu Nailə də bilmişdir. Narkotik vasitə olan metadonu satış məqsədi ilə saxlamamış, ozü mütəmadi həmin vasitədən istifadə etdiyi üçün maşınında saxlamışdır. Həmin narkotik vasitə olan metadonu gizlədərək saxladığı barədə Nailəyə demişdir. O, başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Özünü narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşman olmuşdur. Ailə vəziyyətinin nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə olaraq göstərdi ki, anasına məxsus olan, xx.xx.2023-cü il tarixə qədər narkotik vasitə olan metadonu gizlətdiyi “BMW” markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin gün ondan alınaraq İsmayıllı RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılmış, sonradan həmin avtomobil iş üzrə maddi sübut kimi tanınmış olsa da o, həmin avtomobili duracaqdan götürərək idarə etmiş və həmin avtomobil onu idarəsində olduğu zaman qəza törətmişdir. Qəza zamanı özü xəsarət almasa da avtomobil yararsıəz vəziyyətə düşmüş və hazırda həyətində saxlayır. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2023-cü ilin iyul ayında işləmək üçün İsmayıllı rayonunun Basqal qəsəbəsinə gələrək orada olan yol kənarı kafelərdən birində qabyuyan kimi işləməyə başlamışdır. Sonradan Təqsirləndirilən şəxs1 tanımış və sonuncu ilə sevgi münasibətində olmuşlar. 2019-cu ildən psixotrop maddə olan metamfetamindən istifadə edir. Sonradan Təqsirləndirilən şəxs1lə birlikdə Basqaldan İsmayıllı şəhərinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “BMW” markalı avtomobillə M.F.Axundov küçəsi ilə İsmayıllı rayon Mərkəzi xəstəxanası istiqamətində gedərkən “Oba” marketin yaxınlığında yol-patrul xidməti avtomobili arxa tərəfdən gələrək nəqliyyat vasitəsini kənara verərək saxlamağı bildirmiş, Tərlan avtomobili kənara çəkdikdən sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib İsmayıllı RPŞ-nə dəvət etmişlər. Onlar etiraz etməmiş və razılaşmış, o, qabaq oturacaqdan düşərək arxa oturacaqda əyləşmiş, polis əməkdaşlarından biri isə onların olduqları avtomobilə əyləşmişdir. Tərlan avtomobili idarə etməyə başlamış, yolda olan zaman Tərlan gizlincə arxa oturacaq tərəfə siqaret qutusu ataraq ona “kaşloku götür” deyə bildirmişdir. O, polis əməkdaşını şübhələndirməmək üçün siqaret qutusunu götürməzdən öncə “kaşlokda nə var?” deyə soruşmuş, Tərlan isə ona “kaşlokda 1600 manat pulum var” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etdiyi üçün siqaret qutusunda narkotik vasitə olmasını bilmiş, qutunu ona gizlincə verdiyini düşünərək buna əmin olmuşdur. O, həmin siqaret qutusunu gizlicə götürüb əynində olan alt geyiminin (buskalterin) arasına qoymuş, bundan sonra polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olan zaman ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, polis şöbəsinin Növbətçi hissəsinin qarşısında ona hüquq və vəzifələri izah olunmuş, onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər. Bundan sonra onu, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər, həmçinin polis əməkdaşları ona şəxsi axtarış prosesini video kamera vasitəsilə qeydə alacağını demişlər. O, etirazının olmadığını bildirmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. O, üzərində bir ədəd siqaret qutusunun olduğunu və təqdim edə biləcəyini bildirmiş və alt paltarının içərisində saxladığı 01 ədəd, üzərində “Davidoff” sözləri yazılmış siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin 01 ədəd, üzərində “Davidoff” sözləri yazılmış siqaret qutusu açılaraq içərisinə baxış keçirildikdə içərisindən 01 ədəd gümüşü bükülü və 01 ədəd dörd dəlikli dərman listi aşkar edilmiş, həmin bükülü açıldıqda içərisində hissələrə bölünmüş halda qəhvəyi rəngli həb qırıntıları olması müəyyən edilmiş, 01 ədəd dörd dəlikli dərman listinə baxış keçirilən zaman isə dəliklərdən ikisinin boş olması, digər iki dəlikdə isə dairəvi formalı, qəhvəyi rəngli həblər olması müəyyən edilmişdir. Ondan həmin həblərin və həb qırıntılarının nə olması və haradan əldə etdiyi soruşulduqda o, özü də əvvəllər istifadə etdiyi üçün həmin həblərin narkotik vasitə olan metadon olmasını və tanışı Təqsirləndirilən şəxs1 saxlamaq üçün ona verdiyini bildirmişdir. Daha sonra həmin həblər olduğu kağız bükülü və dərman listi ilə birlikdə xüsusi elektron tərəzidə çəkilmiş və çəkiləri müəyyən edilmişdir. 01 ədəd gümüşü bükülü və 01 ədəd dörd dəlikli dərman listi içərisində olan həblərlə birlikdə 01 ədəd zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı üzərindən hər hansı qanunla qadağan edilmiş başqa əşya, vasitə və ya predmet, eləcə də narkotik vasitə aşkar edilməmiş və götürülməmişdir. Şəxsi axtarış zamanı protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğunu iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir. Onun Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni haradan əldə etməsi barədə məlumatı yoxdur. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Himayəsində üç azyaşlı qız övladı vardır, ailədə evə gəlir gətirən, uşaqlarına qayğı göstərəcək yeganə şəxs odur, xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etmir, müalicə olunaraq tamamilə sağalmışdır, qeyd etdiyi halı cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş edir. X2 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. İsmayıllı şəhər sakini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olduğu üçün bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, bu barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunmuş və şöbə rəhbərliyi tərəfindən təsdiq edilmiş, şöbə rəhbərliyi tərəfindən əməliyyat-istintaq qrupu yaradılmış, qrupun tərkibinə o, istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X18, CAB-nin əməliyyat müvəkkili X11, CABnin əməliyyat müvəkkili X12, YPX-nin DYPB-nin baş inspektoru X20 daxil edilmiş, həmin gün saat təqribən 20-21 radələrində o, İB-nin müstəntiqi, polis baş leytenantı Taleh Ağayev, CAB-nin əməliyyat müvəkkili Xəyal Mürşüdov, CAB-nin əməliyyat müvəkkili Elnur Bünyətov, YPX-nin baş inspektoru Şükür Sədullayev ilə birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “BMW” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə M.F.Axundov küçəsi ilə üzü İsmayıllı rayon Mərkəzi xəstəxanası istiqamətində gedərkən onu görüb “Oba” marketin yaxınlığında saxlamışlar, avtomobilə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, avtomobildə Təqsirləndirilən şəxs1 başqa Təqsirləndirilən şəxs2 da olmuş, onların hər ikisinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu barədə əməliyyat-axtarış tədbiri qərarının qəbul olunduğunu deyib onları qərarla tanış etmişlər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış keçiriləcəyini deyib onları polis şöbəsinə dəvət etmişlər, onlar etiraz etməmiş, o, avtomobilin qabaq sağ oturacağında əyləşmiş, Tərlan avtomobili idarə etmiş, sonuncu, avtomobili polis şöbəsinin həyətində saxlamış və onlar polis şöbəsinə girmiş, ilkin olaraq Təqsirləndirilən şəxs2 ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını bildirmiş, ona təqdim edilmiş vəkillərin siyahısından vəkil X1 və qısa müddət sonra həmin müdafiəçi ona təqdim edilmiş, saat 21 radələrində Nailə şübhəli şəxs qismində tutulmuş, müstəntiq tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra Nailəyə üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini demiş, şəxsi axtarış zamanı İsmayıllı RPŞ-nin təchizat qrupunun süpürgəçisi X6 da iştirak etmiş, Təqsirləndirilən şəxs2 videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməsini bildirmişlər, Nailə üzərində bir ədəd siqaret qutusunun olduğunu və təqdim edə biləcəyini bildirdi və alt paltarının içərisində saxladığı 01 ədəd, üzərində “Davidoff” sözləri yazılmış siqaret qutusunu çıxararaq təqdim etmiş, həmin 01 ədəd, üzərində “Davidoff” sözləri yazılmış siqaret qutusu açılaraq içərisinə baxış keçirildikdə içərisindən 01 ədəd gümüşü bükülü və 01 ədəd dörd dəlikli dərman listi aşkar edilmiş, həmin bükülü açıldıqda içərisində hissələrə bölünmüş halda qəhvəyi rəngli həb qırıntıları olması müəyyən edilmiş, 01 ədəd dörd dəlikli dərman listinə baxış keçirilən zaman isə dəliklərdən ikisinin boş olması, digər iki dəlikdə isə dairəvi formalı, qəhvəyi rəngli həblər olması müəyyən edilmiş, Nailədən həmin həblərin və həb qırıntılarının nə olması və haradan əldə etdiyi soruşulduqda o, özü də əvvəllər istifadə etdiyi üçün həmin həblərin psixotrop maddə olan metadon olmasın və tanışı Təqsirləndirilən şəxs1 saxlamaq üçün ona verdiyini bildirmiş, daha sonra həmin həblər olduğu kağız bükülü və dərman listi ilə birlikdə xüsusi elektron tərəzidə çəkilmiş, bu zaman bükümdə olan həbin 0.56 qram, dərman listində olan həblərin isə 0.56 qram olduğu müəyyən edilmiş, 01 ədəd gümüşü bükülü və 01 ədəd dörd dəlikli dərman listi içərisində olan həblərlə birlikdə 01 ədəd zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və ekspertiza tədqiqatına təqdim edilməsi məqsədilə götürülmüş, bu barədə protokol tərtib edilmiş, protokolun düzgünlüyü o, vəkil və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, daha sonra isə eyni qaydada Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, sonuncunun üzərində qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, protokolun düzgünlüyü o, vəkili və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şаhidlər İsmayıllı RPŞ-nin digər əməkdaşları X11, X12 və X7 şahid Fərid İsmayılzadə ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş: 30 iyul 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsinə dair” protokoldan görünür ki, həmin tarixdə İsmayıllı rayon Polis şöbəsinin növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı narkotik vasitə, dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. 30 iyul 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsinə dair” protokoldan görünür ki, həmin tarixdə saat 22 radələrində İsmayıllı rayon Polis şöbəsinin növbətçi hissəsinin qarşısında, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynindəki qara rəngli qısa qol köynəyin alıtında olan qadın alt paltarının altında gizlədib qanunsuz saxladığı, bir ədəd üzərində “Davidoff” sözləri yazılmış siqaret qutusuna yerləşdirilmiş, təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən, metadon narkotik vasitəsi hesab edilən, üzərində “Methadone 40..” göstəricisi olan, bir ədəd konvalyut kəsiyində bir ədəd və bir ədəd konvalyut kəsiyində iki ədəd olmaqla cəmi 3 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər və bir ədəd bükümdə üzərində “..M 40..” göstəricisi olan qəhvəyi rəngli həb qırıntıları aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi еkspеrtizаsının 31 iyul 2023-cü il tarixli 3-16-16/2-6/4093 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş...” yazıları, imzalar olan bir ədəd zərfdə “Davidoff” siqaret qutusunun içərisində üzərində “..Methadone 40..” göstəricisi olan iki ədəd konvalyut kəsiklərində hər konvalyutda 1 ədəd və 2 ədəd olmaqla ümumilikdə 3 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər və bir ədəd bükümdə üzərində “..M 40..” göstəricisi olan qəhvəyi rəngli həb qırıntıları kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitəmetadondur, təsir maddəsinin ümumi miqdarı 0,16 qram (üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram) təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd edilən məhkəmə fiziki-kimyəvi ekspertiza rəyinin qeyd hissəsinə əsasən, metadon həblərinin ümumi sayı 3 həb və 0,424 qram həb hissəsi, cəmi tədqiqata sərf edildi- hər həbin yarısı və 0,212 qram həb hissəsi, qalıq ümumi 1,5 həb və 0,212 qram həb hissəsi qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1751 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1750 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən və narkotik vasitədən istifadə edir. Psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan metadondan suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycna Respublikası Səhiyyə Naziliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” PHŞ-nin X14 Şöbəsindən alınmış məhkəmə psixiatrik ekspertizasının 07 sentyabr 2023-cü il tarixli 560 nömrəli rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək, qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:

1. Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur.

2. Təqsirləndirilən şəxs1 Dissosiativ Konversion Pozuntu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F44.8 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır.

3. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur.

4. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, hazırda özünə və ətrafındakılara qarşı təhlükəli deyildir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdırlar. “Maddi sübut kimi tanınma haqqında” 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 1,5 qram həb və 0,212 qram həb hissəsi olan narkotik vasitə - metadon maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, “BMW” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil isə maddi sübut kimi tanınmış və İsmayıllı RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılması nəzərə alınmışdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən narkotik vasitə metadonu, yəni konvalyut kəsiklərinin içərisinə qoyulmuş 3 ədəd metadon həblərini və bir ədəd bükümdə qablaşdırılmış metadon həbinin qırıntılarını əldə edib onları üzərində “Davidoff” sözləri yazılmış bir ədəd siqaret qutusunun içərisinə yerləşdirməklə xx.xx.2023-cü il tarixə kimi üzərində və idarə etdiyi “BMW” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində o, idarə etdiyi “BMW” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə İsmayıllı şəhərinin M.F.Axundov küçəsində hərəkətdə olarkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs2 ilə birlikdə İsmayıllı rayon polis şöbəsinə aparılarkən bir ədəd üzərində “Davidoff” sözləri yazılmış, içərisində təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən narkotik vasitə metadon həbləri və həb qırıntıları olan siqaret qutusunu gizlətməsi üçün gizlin şəkildə avtomobilin arxa oturacağında əyləşmiş Təqsirləndirilən şəxs2 vermiş və sonuncu içərisində narkotik vasitə metadon olduğunu bildiyi həmin siqaret qutusunu əynindəki qara rəngli qısa qol köynəyin alıtında olan qadın alt paltarının içərisində gizlədərək qanunsuz saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynindəki qara rəngli qısa qol köynəyin alıtında olan qadın alt paltarının altında gizlədib qanunsuz saxladığı, bir ədəd üzərində “Davidoff” sözləri yazılmış siqaret qutusuna yerləşdirilmiş, təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən, metadon narkotik vasitəsi hesab edilən, üzərində “Methadone 40..” göstəricisi olan, bir ədəd konvalyut kəsiyində bir ədəd və bir ədəd konvalyut kəsiyində iki ədəd olmaqla cəmi 3 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər və bir ədəd bükümdə üzərində “..M 40..” göstəricisi olan qəhvəyi rəngli həb qırıntıları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, özlərinin şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən narkotik vasitə metadonu, yəni konvalyut kəsiklərinin içərisinə qoyulmuş 3 ədəd metadon həblərini və bir ədəd bükümdə qablaşdırılmış metadon həbinin qırıntılarını əldə edib onları “Davidoff” sözləri yazılmış bir ədəd siqaret qutusunun içərisinə yerləşdirməklə idarə etdiyi “BMW” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxladığını bildiyi halda, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində özünün sərnişin qismində əyləşdiyi və Təqsirləndirilən şəxs1 idarə etdiyi həmin “BMW” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin M.F.Axundov küçəsində hərəkətdə olarkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Təqsirləndirilən şəxs1lə birlikdə İsmayıllı rayon polis şöbəsinə aparıldığı vaxt sonuncunun bir ədəd üzərində “Davidoff” sözləri yazılmış, içərisində təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən narkotik vasitə metadon həbləri və həb qırıntıları olan siqaret qutusunu gizlətməsi üçün gizlin şəkildə ona verdiyini görüb içərisində narkotik vasitə metadon olduğunu bildiyi həmin siqaret qutusunu götürüb qanunsuz əldə edərək əynindəki qara rəngli qısa qol köynəyin altında olan qadın alt paltarının içərisində gizlədərək qanunsuz saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində İsmayıllı rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli qısa qol köynəyin alıtında olan qadın alt paltarının altında gizlədib qanunsuz saxladığı, bir ədəd üzərində “Davidoff” sözləri yazılmış siqaret qutusuna yerləşdirilmiş, təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən, metadon narkotik vasitəsi hesab edilən, üzərində “Methadone 40..” göstəricisi olan, bir ədəd konvalyut kəsiyində bir ədəd və bir ədəd konvalyut kəsiyində iki ədəd olmaqla cəmi 3 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər və bir ədəd bükümdə üzərində “..M 40..” göstəricisi olan qəhvəyi rəngli həb qırıntıları aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olması, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsindən alınmış 23 avqust 2023-cü il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış 05 sentyabr 2023-cü il tarixli 2109 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 subaydır, işsizdir, İsmayıllı şəhəri, 30A kvartal ünvanında qeydiyyatda olmaqla orada yaşayır, yaşadığı müddət ərzində barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Yevlax RİHB-nin Havarlı kənd İƏD üzrə nümayəndəliyindən alınmış 02 oktyabr 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən, təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon Əkşəm kəndində qeydiyyatda olmaqla orada yaşayır, himayəsində ikisi ekiz olmaqla xx.xx.2013cü il təvəllüdlü X13, X15 və xx.xx.2016-cı il təvəlüdlü X9 var, subaydır, yaşadığı müddət ərzində barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Yevlax rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ- 6017/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 656 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi İsmayıllı rayon X8 Hüquqi Şəxsindən alınmış xx.xx.2023-cü il tarixli, PHŞ-6-47/2-785/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı RMX-nin PHŞ-nin “Narkoloji” və “Nevroloji” kabietlərində dispanser qeydiyyatda yoxdur. Lakin Təqsirləndirilən şəxs1 İsmayıllı RMX PHŞ-nin Poliklinika şöbəsinin “Ruhi-Əsəb” kabinetində “F44.8 Yüngül dərəcədə ifadə olunmuş dissasiativ-konversion pozuntu” diaqnozu ilə dispanser qeydiyyatdadır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən amillər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 30 iyul 2023-cü il saat 23:30-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01 avqust 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 18:40-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. O cümlədən, şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 30 iyul 2023-cü il saat 21:50-də şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 01 avqust 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 17:00-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. O cümlədən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm də yaşayış yerləri üzrə narkoloji kabinetlərdə profilaktiki qeydiyyata alınmalı və onlara narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 1,5 qram həb və 0,212 qram həb hissəsi olan narkotik vasitə - metadon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, “BMW” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibinə qaytarılması nəzərə alınmalıdır. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 məxsus “BMW” markalı **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobili maddi sübut kimi tanıyaraq duracağa yerləşdirilməsini qeyd etsə də iş materiallarında bu barədə hər hansı bir sənəd mövcud deyildir. Eyni zamanda məhkəmə iclası zamanı sözügedən avtomobilin ümumiyyətlə duracağa yerləşdirilmədiyi, hal-hazırda avtomobilin sahibində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, ekpertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi :

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 30 iyul 2023-cü il saat 23:30-dan 01 avqust 2023-cü il saat 18:40-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 2 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri, 30A kvartal ünvanında yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın.

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 30 iyul 2023-cü il saat 21:50-dən 01 avqust 2023-cü il saat 17:00-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 1 (bir) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Yevlax rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı Yevlax rayonunun Əkşəm kəndində yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 1,5 qram həb və 0,212 qram həb hissəsi olan narkotik vasitə - metadon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan “BMW” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar