Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-76/2022 22.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 22 noyabr 2022-ci il tarixdə saat 12:25-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxx 1986-cı il tarixdə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum edilməmiş, işsiz, İsmayıllı rayonu İsmayıllı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xudat Məlikaslanov küçəsi, döngə 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 09 aprel 2021-ci il tarixdən hesablanmaqla 01 mart 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi 175,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Binəqədi Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(001)-3684/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İsmayıllı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 3(037)-91/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 01 iyun 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 10 iyun 2022-ci il tarixədək 2450,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə birgə nikahlarından Esmanur adlı övladları dünyaya gəlmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən ondan Esmanur adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə İsmayıllı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. İmkanının kifayət qədər olmadığından yığılıb qalmış aliment borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, sonuncu dəfə İsmayıllı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə 20 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqdimat verilən günə, yəni 10 iyun 2022-ci il tarixə kimi Binəqədi Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(001)-3684/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnamə üzrə Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 2450,00 manat təşkil edir. Hazırda Bakı şəhərində fərdi qaydada avtomobil ustasıdır və aylıq 500,00-600,00 manat gəlir əldə edir. Ayrılıdıqdan sonra yenidən Aliyə Tanrıverdiyeva ilə ailə həyatı qurmuşdur. X3 adlı övladları anadan olmuşdur.Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2020-ci il tarixdə el adəti ilə ailə həyatı qurmuşlar. Həmin evlilikdən 01 mart 2021-ci il təvəllüdlü Esmanur adlı övladları anadan olmuşdur. Evləndikdən sonra İsmayıllı rayonun Günəşli qəsəbəsində Turalın valideynləri ilə birlikdə yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs maşın ustası kimi işləmiş və yetərli qazanc əldə etmişdir. Əvvələr Tural ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə başqa qadınla münasibətdə olduğundan, uşağı ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Binəqədi Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(001)-3684/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 09 aprel 2021-ci il tarixdən hesablanmaqla 01 mart 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi 175,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün İsmayıllı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 10 iyun 2022-ci il tarixə kimi 2450,00 manat ödənməmiş aliment borcu qalmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evli olduqları vaxtlarda və hazırda maşın ustası kimi işləyir və yetərli qazanc əldə edir. İstəsə hər ay alimenti ödəyə biləcəyini, lakin ödəmək niyyəti olmadığını əlavə etmişdir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş İsmayıllı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3684/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs bir uşağın yetkinlik yaşına çatanadək 09 aprel 2021-ci il tarixdən başlayaraq hər ay 175,00 manat məbləğində aliment Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 27 oktyabr 2021-ci il tarixdə icraatına daxil olmuş, həmin tarixdə də icraata qəbul edilərək borclu Təqsirləndirilən şəxs qərar və bildiriş göndərilmişdir. Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün onun axtarılması haqqında 10 yanvar 2022-ci il tarixli qərar qəbul edilərək İsmayıllı rayon Polis Şöbəsinə göndərilmişdir. Axtarış qərarı 14 fevral 2022-ci il tarixdə icra olunmuş, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsinə təhvil verilməsi təmin olunmuşdur. Borclu Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixə ödənilməmiş qalan 1750,00 manat məbləğində aliment borcunun Zərərçəkmiş şəxs ödənilməsi tələb olunaraq onun izahatı alınmış və qanunvericilikdə nəzərdə tutulan məsuliyyətlər ona elan olunmuş, lakin borclu Təqsirləndirilən şəxs aliment borcunun ödəməyəcəyini qəti şəkildə bildirmişdir. Borclu icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində 14 fevral 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq İsmayıllı rayon məhkəməsinə göndərilmişdir. 14 fevral 2022-ci il tarixdə də borclu Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsi tərəfindən inzibati tənbeh növündə 20 gün müddətində inzibati həbs ilə tənbeh olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Ötən müddət ərzində borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə yaranmış 2450,00 manat məbləğində aliment borcunun Zərərçəkmiş şəxs ödənilməsini təmin etməmişdir. Borcludan dəfələrlə icra vərəqəsi üzrə borcun ödənilməsi tələb olunmasına baxmayaraq o, qərəzli olaraq icra sənədini icra etməmiş, icra sənədi üzrə yaranmış 2450,00 manat məbləğində aliment borcunun Zərərçəkmiş şəxs ödəməkdən yayınmışdır. Onun əməlində qərəzlilik müşahidə olunur. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Şahid - İsmayıllı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 ilə əlaqdar olaraq məhkəmə iclasına gələ bilmədiyindən onun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. X2 ibtidai istintaqa verdiyi ifadəsində Rahim Mustafayevin göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(001)–3648/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdən hesablanmaqla X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 175 manat aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon icra və probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən verilmiş 27 oktyabr 2021–ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 07 sentyabr 2021–ci il tarixli 2(001)–3648/2021 saylı icra sənədi 27 oktyabr 2021–ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan 27 oktyabr 2021–ci il tarixli tələbin könüllü icrası üçün bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə vaxt verilməklə 07 sentyabr 2021–ci il tarixli 2(001)–3648/2021 saylı icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu xx.xx.1986-cı il təvəllüdlü İsmayıllı rayonu, ismayıllı kəndi ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Cinayət işinin materiallarında olan İsmayıllı rayon polis şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 169-3864-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yeri müəyyən edilərək ismayıllı rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan 14 fevral 2022–ci il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmışdır. Həmin izahatlar onun özü tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan 14 fevral 2022–ci il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyini və gələcəkdə də ödəmək fikri olmadığını, alimenti ödəməkdən qəti şəkildə imtina etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 14 fevral 2022–ci il tarixli 3(037)–91/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 8(037)–5/2022 saylı qərardadından görünür ki, icra sənədi üzrə tələbkara olan borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2450 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 09 aprel 2021-ci il tarixdən hesablanmaqla 01 mart 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi 175,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Binəqədi Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(001)-3684/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İsmayıllı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 3(037)- 91/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 01 iyun 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 10 iyun 2022-ci il tarixədək 2450,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129–cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012–ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306–cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313–1.1–ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4–cü maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Axtarışda olan təqsirləndirilən şəxs qismində tutlma” barədə 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə saat 12:30-da tutularaq Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə təhvil verilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin müstəntiqinin 13 sentyabr 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin müstəntiqinin 13 sentyabr 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçildiyindən həmin tarixdə saat 15:00-da o, saxlanldığı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerindən dərhal həbsdən azad edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli 122 nömrəli arayışın surətindən və xasiyyətnamənin surətindən müəyyən edilir ki, təqsirləndirilən şəxs Əzimov X8 şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində qeydiyyatdadır, barəsində qeydiyyat yeri üzrə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə qanunda nəzərdə tutulmuş az ciddi cəza növlərinin təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs axtarışda olan təqsirləndirilən şəxs qismində 12 sentyabr 2022-ci il tarixdə saat 12:30-dan 13 sentyabr 2022-ci il tarixə saat 15:00-dək saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 22 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 müəyyən edilsin və qərarın surəti həmin Müəssisəyə göndərilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs axtarışda olan təqsirləndirilən şəxs qismində 12 sentyabr 2022-ci il tarixdə saat 12:30-dan 13 sentyabr 2022-ci il tarixə saat 15:00-dək saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 22 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 müəyyən edilsin və qərarın surəti həmin Müəssisəyə göndərilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-76/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-76/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver