Məhkəmə qərarları › İş №1(037)-8/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-8/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-8/2022 01.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 01 fevral 2022-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1990-cı ildə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya kodu xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2 avqust 2021-ci il tarixdə İsmayıllı şəhəri (keçmiş Qəzli kəndi) ərazisində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs qəsdən döyərək sonuncuya qapalı-kəllə beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət olunan təpə-gicgah nahiyəsinin, alın nahiyəsinin, sağ gözün üst qapağının, sağ gözaltı nahiyənin hematoması (travmatik şişkinliyi), ön kəsici dişin uc hissədən travmatik sınması, hər iki gicgah nahiyəsinin, sağ qaş qövsünün, sağ dirsək oynağının, sol saidin və oma nahiyəsinin sıyrıqları, sağ gözün üst qapağının, sağ gözaltı nahiyənin, sol qulaq seyvanının, üst dodaq haşiyəsinin, alt dodaq haşiyəsinin, sol bazunun qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri vurmuşdur. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır, evlidir, himayəsində üç azyaşlı övladı vardır. Əfsanə Tarverdiyeva və Zərərçəkmiş şəxs tanışlarıdır. Əfsanə ilə bir müddət yaxın münasibətdə olmuş, bir-biriləri ilə mobil telefonda danışmışlar. Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayından tanıyır. Əfsanə ilə 2021ci ilin may ayından sonra münasibəti və əlaqəsi olmamışdır. Eşitdiyinə görə Əfsanə Elçinlə münasibət saxlamış və onunla danışmışdır. Elçin iyun ayında dəqiq tarixini xatırlamadığı gündə ona zəng edərək onu təhqir etmişdir. Sonradan bilmişdir ki, Elçin onun Əfsanə ilə münasibətinə görə qısqanmış və onu söyüb təhqir etmişdir. 2 avqust 2021-ci il tarixdə saat 12 radələrində Elçin onun əvvəllər işlətdiyi, sonradan isə arvadı Aygünün istifadəsində olan mobil nömrəyə bir neçə dəfə zəng edərək arvadından onu soruşmuşdur. Aygün bu barədə ona məlumat vermiş və o həmin zaman qardaşı Əli ilə birlikdə tikintidə ustaqlıq edirmişlər. O bu məsələyə aydınlıq gətirmək məqsədi ilə Elçinə zəng etmiş, Elçin telefonda yenə də onu təhqir etməyə və ünvanına nalayiq sözlər deməyə başlamışdır. O, Əfsanəyə zəng edərək Elçinin yerini öyrənmiş və həmin gün saat 18 radələrində Elçinlə görüşmək üçün qardaşı Əlinin idarə etdiyi “Hyunday” markalı avtomaşınla Əli ilə birlikdə İsmayıllı rayonunun keçmiş Qəzli kəndinə getmişdir. Əli idarə etdiyi avtomobillə keçmiş Qəzli kəndi ərazisində hərəkətdə olarkən Zərərçəkmiş şəxs qarşı əks hərəkət zolağından idarə etdiyi “VAZ-2106” markalı avtomobillə öz yolu ilə gəldiyini görmüşdür. Artıq o, Elçinin idarə etdiyi maşının yanına çatdıqda Əliyə maşını saxlamağı bildirmişdir. Əli maşını yolun sağ kənarına verib saxlamışdır. O maşından düşərək Elçinin maşınına tərəf getmiş, bu zaman Elçin sükan arxasından onun ünvanıma nalayiq ifadə işlətmişdir. Elçinin söyüşlərindən əsəbiləşdiyindən sonuncunu ayaqlarından tutub maşından düşürmüş və yerə yıxmışdır. Elçin yerdə olduğu zaman yumruqla 2-3 dəfə onun sifət və qol nahiyələrindən vurub xəsarət yetirmişdir. Qardaşı Əli onları aralaşdırmışdır. Bu zaman Əfsanə ora gəlmiş və nəyə görə dalaşdıqlarını soruşmuşdur. O Əfsanəyə cavab verməmiş və Əlinin avtomobilinə əyləşib oradan aralaşıb getmişlər. Sonradan eşitmişdir. ki, Elçin hadisə barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı qardaşı Əli Elçini vurmamış, döyməmiş və ona hər hansı xəsarət yetirməmişdir. Hadisə yerində qardaşı Əlidən başqa heç kim olmamış, davanın sonunda isə Əfsanə həmin yerə gəlmişdir. Onun Elçinlə davası kənar şəxslərin narahatlığına və səs-küyə səbəb olmamışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərmiş və barışmağa bundan sonra da səy göstərəcəkdir. Odur ki, onun cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Əfsanə Tarverdiyeva onun tanışıdır. Əfsanə ilə təxminən bir ildir ki, yaxın münasibətdədir. Əfsanə ilə yaxın münasibətdə olduğu üçün İsmayıllı rayonu Kürdmaşı kənd sakin olan Elvin adlı şəxs tez-tez ona zəng edərək təhqirli sözlərlə Əfsanədən uzaq durmağını, Əfsanənin onun tanışı olduğunu və bir-biri ilə münasibətinin olduğunu demişdir. 2 avqust 2021-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Əfsanəni İsmayıllı rayonu Qəzli kəndində yaşadığı evə apararkən Əfsanənin istifadəsində olan telefonunun “vatcap” proqramına mesaj gəldiyini eşitmişdir. Əfsanə səsli mesajı açmış, həmin vaxt səsi göndərən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Elvin Əfsanəyə göndərdiyi səsli mesajda onun ünvanına nalayiq ifadələr işlətmişdir. Belə olduqda o, Elvinin əvvəllər ona zəng etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək nəyə görə Əfsanənin mobil telefonuna zəng edib onu təhqir etməsinin səbəbini öyrənmək istədikdə telefonu qadın götürmüş, o, həmin qadına “Elvin lazımdır” deyə bildirdikdə həmin qadın Elvinin işdə olduğunu demişdir. O, həmin qadına Elvinin evə gələndə ona zəng etməyini deyib telefona adboy vermişdir. Həmin gün saat 17 radələrində Əfsanəni aptekə aparan zaman Elvin mobil telefonuna zəng edərək arvadına hansı səbəbdən zəng etdiyimi soruşmüş, o, həmin nömrənin onun istifadəsində olduğunu bilib ona zəng etdiyini və arvadının evdə olmadığını dedikdən sonra heç nə demədən telefona adboy verdiyini demişdir. Həmin gün saat 18 radələrində Əfsanəni yaşadığı İsmayıllı rayonunun Qəzli kəndindəki evinə düşürdüb geri qayıdan zaman Elvinin qardaşı Əlinin idarə etdiyi “Hyunday” markalı avtomobillə qarşıdan onun istiqamətdə gəldiyini görmüşdür. Əli qəflətən maşını onun maşınının qabağıan verib saxlamış, o, da toqquşmamaq üçün maşının əyləcini basıb hərəkəti saxlamışdır. Həmin vaxt Elvin avtomobilin qabaq sağ oturacağından, Əli isə sükan arxasından yerə düşmüşlər. Elvin maşına tərəf gəlib maşının qabaq ön yəhərini yumruqla vurmuş, həmin hissə zədələnmiş, daha sonra o, yan qapıları, həmçinin arxa kapotunu yumruqla vurmuşdur. Daha sonra isə o, sükan arxasında olduğu vaxt Elvin yumruqla onun sağ göz nahiyəsindən yumruqla bir dəfə vurmuş, əlindən tutaraq onu avtomobildən çölə çıxartmışdır. Bu zaman Əli də yaxınlaşmış və onları ayırmağa çalışmışdır. Elvin imkan tapıb yenə də yumruqla onun sifət nahiyəsindən vurmuş və o, yerə yıxılmışdır. O, yerdə olduğu zaman Elvin ağız nahiyəmdən vurmuş və dişi sınmışdır. O, həmçinin yumruqla sol qulaq nahiyəsindən, sağ və sol qollarından da bir neçə dəfə yumruqla vurub ona xəsarət yetirmiş, qışqırıb kömək çağırmışdır. Təxminən 2-3 dəqiqə sonra Əfsanə gəlmiş, Əfsanənin “Elvin vurma” deyə qışqırdığını görən Elvin ondan aralaşıb ayağa qalxmışdır. Əfsanə Elvinə yaxınlaşıb “”utanmırsan nəyə görə Elçini vurursan” deyə bildirdikdə Elvin heç nə demədən “Hyunday” markalı maşına qabaq sağ oturacağa əyləşmiş, Əli də sükan arxasında əyləşmiş və onlar maşınla uzaqlaşıb getmişlər. Elvinlə aralarında baş vermiş mübahisə və dava 3-4 dəqiqə müddətində davam etmişdir. Həmin vaxt Əfsanə səsə yaxın məsafədən gəlmişdir. Mübahisə və dava ətrafdakı şəxslərin, qonşuların narahatlığına səbəb olmamışdır. Həmin xəsarətləri Təqsirləndirilən şəxs yumruqla vurmaqla ona xəsarət yetirmişdir. Belə ki, onun başı zədə almış və müalicəsi üçün xeyli vəsait xərcləmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Ona dəymiş ziyanı ödəyərsə barışacaqdır. Odur ki, məhkəmədən ona ədalətli cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ildən artıqdır ki, tanıyır. Elvinlə bir müddət yaxın ünsiyyətdə olmuş və sonradan ondan ayrılmışdır. Təxminən 2021-ci ilin yay ayından Zərərçəkmiş şəxslə tanış olmuş və Elçinlə yaxın ünsiyyətdədir. 2 avqust 2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək Zərərçəkmiş şəxslə münasibətinin olub-olmadığını və Elçinin ona zəng edib-etmədiyini soruşmuşdur. O Elvinə Elçinlə münasibətinin olduğunu və onunla danışdığını demişdir. Bu sözündən sonra Elvin Elçini söyüb təhqir etməyə başlamış və onu döyəcəyini demişdir. O, bu barədə Elçinə zəng edərək məlumat vermişdir. Elçin onu bazar yaxınlığından maşınla götürmüş və həmin vaxt telefonuna səsli mesaj gəlmişdir. Elçin Elvinin səsinə qulaq asmış və Elvinin onu təhqir etdiyini eşitmişdir. Elçin isə Elvinin nömrəsinə zəng edərək onunla danışacağını bildirmişdir. Bir müddət sonra Elvin mobil telefonuna zəng edərək Elçinin nəyə görə onun arvadına zəng etdiyini soruşmuş, o, isə bundan xəbərinin olmadığını demişdir. Həmin gün saat 17 radələrində Elçin idarə etdiyi avtomobillə onu İsmayıllı şəhəri ərazisində aptekə aparan zaman Elçindən nəyə görə Elvinin arvadı Aygünün mobil telefonuna zəng etməsinin səbəbini soruşmuşdur.Elçin həmin nömrənin Elvinin nömrəsi bilib zəng etdiyini və zənginin səbəbi kimi isə Elvinin onun arxasınca niyə danışdığını, onu təhqir etdiyini öyrənmək olduğunu demişdir. Həmin gün saat 18 radələrində Elçin onu İsmayıllı şəhərindəki (keçmiş Qəzli kəndindəki) yaşadığı evə düşürdərək geri qayıtmışdır. Təxminən 60-70 metr məsafədən mübahisə səsinin gəldiyini eşidib həmin istiqamətdə getdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxıb yumruqla sifət nahiyəsindən bir neçə dəfə ardıcıl vurub döydüyünü görmüşdür. Elvinin qardaşı Əli də onların yanında olmuşdur. Onlara tərəf gedərək getməyə başlamış və Elvinə “nəyə görə Elçini döyürsən, utanmırsan” demişdir. Əli və Elvin qara rəngli “Hyunday” markalı maşına tərəf gedib Əli sükan arxasında, Elvin isə qabaq sağ oturacaqda əyləşib getmişlər. Bundan sonra Elçin onunla birlikdə polis şöbəsinə gələrək hadisə barədə ərizə ilə müraciət etmiş və sonra tibbi yardım alması üçün İsmayıllı rayon mərkəzi xəstəxanasına getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Əvvəllər qardaşı Elvin Əfsanə adlı qadınla münasibətdə olsa da 2021-ci ilin may ayından sonra onunla münasibəti olmamışdır. Zərərçəkmiş şəxs Əfsanə ilə münasibəti olmuşdur. Elçin qardaşı Elvinin Əfsanə ilə münasibətimə görə ona qısqanmış və onu söyüb təhqir etmişdir. 2 avqust 2021-ci il tarixdə saat 12 radələrində Elçin qardaşı Elvinin əvvəllər işlətdiyi, həmin vaxtda isə arvadı Aygünün istifadəsində olan mobil nömrəyə zəng edərək bir neçə dəfə Elvini soruşmuşdur. Aygün bu barədə Elvinə zəng edərək məlumat vermişdir. O, həmin vaxt Elvinlə birlikdə işdə olmuşlar. Elçin Elvini telefonda yenə təhqir etməyə və ona nalayiq sözlər deməyə başlamışdır. Elvin Əfsanəyə zəng edərək Elçinin yerini soruşmuş, Əfsanə isə Elçinin İsmayıllı şəhərində (keçmiş Qəzli kəndi) ərazisində olduğunu demişdir. Həmin gün saat 18 radələrində Elvin Elçini görüb nəyə görə arvadının mobil telefonuna zəng etməsinin və sonra onunla telefonda danışarkən onu söyməsinin səbəbini soruşmaq üçün onun idarə etdiyi avtomaşınla İsmayıllı şəhərinə (keçmiş Qəzli kəndi) getmişdir. Elvin əsəbi olduğundan, onun hər hansı hadisə törətməsinin qarşısını almaq üçün Elvinlə getməyə qərar vermişdir. İdarə etdiyi avtomobillə hərəkətdə olarkən Zərərçəkmiş şəxs qarşı əks hərəkət zolağından idarə etdiyi avtomobillə öz yolu ilə gəldiyini görmüş, o, da öz yolu ilə hərəkətdə olmuşdur. Elçinin yanına çatdıqda Elvin ona maşını saxlamağı bildirmiş, o, maşını yolun sağ kənarına verib saxlamışdır. Elvin qabaq sağ oturacaqdan düşüb Elçinin maşınına tərəf getmişdir. Elçin sükan arxasından Elvinin ünvanına nalayiq ifadə işlətmiş, Elvin əsəbiləşdiyindən Elçinin maşınına tərəf getmiş və Elçini sükan arxasından tutub yerə yıxmışdır. Elvin yumruqla 2-3 dəfə Elçinin sifət və qol nahiyələrindən vurub xəsarət yetirmişdir. O, Elçini və Elvini tutub aralaşdırmış, həmin vaxt həmin yerə Əfsanə gəlmişdir. Elvin avtomobilinə əyləşib oradan aralaşıb getmişdir. Sonradan eşitmişdir ki, Elçin hadisə barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2 avqust 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olarkən əri Təqsirləndirilən şəxs əvvəllər işlətdiyi və həmin dövrdə onun istifadəsində olan mobil nömrəyə zəng gəlmiş və bir nəfər kişi Elvini soruşmuşdur. O Elvinin evdə olmadığını demiş və bundan sonra həmin şəxs ondan adını soruşub sorğu-sual etməyə başlamışdır. O həmin adama Elvinin özünə zəng etməsini xahiş etmiş və telefonu söndürmüşdür. Bir neçə dəfə təkrar ona zəng gəlmiş, telefona cavab verməmiş və həmin şəxsin kim olduğunu öyrənmək üçün Elvinə zəng edib baş verənləri ona bildirmişdir. Həmin gün axşam saatlarında eşitmişdir ki, əri Təqsirləndirilən şəxsla ona zəng edən Zərərçəkmiş şəxs arasında mübahisə və dava baş vermişdir. Hadisənin hansı şəraitdə baş verdiyini görməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan 14 iyul 2021-ci il tarixdə tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, hadisə İsmayıllı şəhərində (keçmiş Qəzli kəndi) ərazisində küçədə baş vermişdir. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyinin MTE və PAB-nin X9 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının 23 avqust 2021-ci il tarixli 307 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayət olunan təpəgicgah nahiyəsinin, alın nahiyəsinin, sağ gözün üst qapağının, sağ gözaltı nahiyənin hematoması (travmatik şişkinliyi), ön kəsici dişin uc hissədən travmatik sınması, hər iki gicgah nahiyəsinin, sağ qaş qövsünün, sağ dirsək oynağının, sol saidin və oma nahiyəsinin sıyrıqları, sağ gözün üst qapağının, sağ gözaltı nahiyənin, sol qulaq seyvanın, üst dodaq haşiyəsinin, alt dodaq haşiyəsinin, sol bazunun qançırları küt əşya (alət) təsirindən törənmişdir, 02.08.2021-ci il tarixdə və şəraitdə yəni, kənar şəxs (şəxslər) tərəfindən vurulması nəticəsində törnənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Cinayət işinə əlavə edilmiş İsmayıllı rayon X5 Hüquqi şəxsi Konsultativ Poliklinika şöbəsindən alınmış 08.12.2021-ci il tarixli 267 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın Konsultativ Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-Əsəb” və “Nevroloji” kabitetlərinin dispanser qeydiyyatında yoxdur. X2 Mərkəzindən alınmış 21.09.2021-ci il tarixli 052 nömrəli arayışdan görünür ki, 1999-cu il istehsalllı “VAZ-21061” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin ön yəhə, yan qapılar və arxa kapotun üstündə xırda zədələr mövcuddur ki, bunların təmir xərcinə 85 (səksən beş) manat civarında ziyan dəymişdir. Avtomobilin təmirdən sonra istsimarı mümkündür. Ümumilikdə avtomobilə dəymiş ziyanın məbləği təxminən 85 (səksən beş) manat təşkil edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs əvvəllər yaxın münasibətdə olduğu Əfsanə Tarverdiyeva ilə faktiki sevgi münasibətində olan Zərərçəkmiş şəxs 02.08.2021-ci il tarixdə saat 12 radələrində onun arvadı Aygün Ələkbərovanın mobil telefonuna dəfələrlə zəng edərək onu axtarması səbəbindən həmin gün saat 17 radələrində Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək nahaq yerə arvadı Aygün Ələkbərovanın mobil telefonuna zəng etməsini söyləyib iradını bildirdikdə sonuncu onun ünvanına Əfsanə Tarverdiyeva ilə əvvəllər aralarında olmuş sevgi münasibətinə görə qısqanclıq zəmində nalayiq ifadələr işlətmiş, o, Zərərçəkmiş şəxslə görüşüb onu söyməsinə və arvadına zəng etməsinə sözlə aydınlıq gətirmək üçün həmin gün saat 18 radələrində qardaşı Əli Ələkbərovun idarə etdiyi avtomobillə İsmayıllı şəhəri (kemiş Qəzli kəndi) ərazisinə gələrək qarşı əks hərəkət zolağından Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə gəldiyini görüb, avtomobildən düşərək Zərərçəkmiş şəxs avtomobili saxlatmasını bildirdikdə, sonuncunun avtomobilin açıq pəncərəsindən onun ünvanına yenidən nalayiq ifadə işlətməsindən əsəbləşərək yumruqla avtomobilin ön yəhər, yan qapı və arxa kapotuna qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs 85 (səksən beş) manat məbləğində maddi ziyan vurmuş, bundan sonra yaxınlaşıb sükan arxasında əyləşmiş Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla qəsdən bir dəfə vurub qolundan tutaraq sükan arxasından yola çıxarıb yenə də yumruqla qəsdən iki-üç dəfə sifət və qol nahiyələrindən vurub sonuncuya qapalı-kəllə beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət olunan təpə-gicgah nahiyəsinin, alın nahiyəsinin, sağ gözün üst qapağının, sağ gözaltı nahiyənin hematoması (travmatik şişkinliyi), ön kəsici dişin uc hissədən travmatik sınması, hər iki gicgah nahiyəsinin, sağ qaş qövsünün, sağ dirsək oynağının, sol saidin və oma nahiyəsinin sıyrıqları, sağ gözün üst qapağının, sağ gözaltı nahiyənin, sol qulaq seyvanının, üst dodaq haşiyəsinin, alt dodaq haşiyəsinin, sol bazunun qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə, həmçinin cinayət tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi müəyyənləşdirilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs özünü başqalarından üstün şəxsiyyət kimi təqdim etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaq, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyətində olmamış, nə də onun davranışı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması kimi təzahür etməmiş, həmçinin ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdə özünün göstərməmişdir. Eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə dalaşmasından ibarət hərəkətləri vətəndaşların, idarə, müəssisə və digər təşkilatların fəaliyyəti üçün təhlükə yaratmamış, qorxu və narahatçılıq hissinə səbəb olmamışdır. Hadisəyə səbəb təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında telefon zəngi ilə bağlı məsələsinin həll edilməsi ilə əlaqədar yaranmış şəxsi münasibətlərdən irəli gələn mübahisə olmuşdur. Həmin mübahisə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq ediləcək şəxslərin dairəsinə aid edilmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə, həmçinin qeyd edir ki, 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda müdafiə tərəfinin razılığı ilə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra amnistiya aktı qəbul edilməsini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə ərizə verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, sözügedən amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya aktına əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə 03.08.2017-ci ildə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə 14.10.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayət hesab edilməklə, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurmada ifadə olunan qəsdən törədilən cinayətdir. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həllı və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri yetirməklə onun sağlamlığına ziyan vurmuşdur. Bununla belə Zərərçəkmiş şəxs tərəfindən dəymiş ziyanla bağlı məhkəmə istintaqında mülki iddia verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə maddi sübut,ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 8 Noyabr–Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut,ekspertiza xərci və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar