Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-8/2023 14.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 14 fevral 2023-cü il tarixdə saat 14:42-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx.xx.1986-cı il tarixdə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, məhkum edilməmiş, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən “Məxməri” çay evində qonşusu Zərərçəkmiş şəxsla söhbət edərkən, Zərərçəkmiş şəxs ona özünə məxsus İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən bağ sahəsindən armud yığmasını irad tutmuş, o, həmin bağdan armud yığmadığını deyərək etiraz etdikdə, bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı əsəbiləşərək Zərərçəkmiş şəxs sol qulaq nahiyəsindən qəsdən bir dəfə yumruqla vuraraq yerə yıxmaqla, sonra isəöz hərəkətlərini davam etdirib bir neçə dəfə qəsdən yumruq və təpik zərbələri endirməklə sonuncuya sağ diz oynağının hemartrozu ilə müşayiət olunan həmin nahiyənin və sol baldırın sıyrıqları, sol qulaq seyvanının bel nahiyəsinin, sağ diz oynağının qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur, aralarında düşmənçilik və ədavət olmamış, münasibətləri həmişə normal olmuşdur. 14 sentyabr 2022ci il tarixdə saat 21 radələrində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən “Məxməri” kafesinə gəlmiş və masa arxasına əyləşərək pivə sifariş vermişdir. Kafenin işçisi Xəyal ona pivə gətirmişdir. Bu zaman digər masada əyləşən qonşusu Zərərçəkmiş şəxs görmüş və onu öz masasına dəvət etmişdir. Elçin və onunla birlikdə əyləşmiş Elnur onun əyləşdiyi masaya gəlmişlər. Onlar yenidən pivə içməyə davam etmişlər. Saat 22 radələrində Elçin özünə məxsus bağdan kiminsə armud yığdığını və həmin armudun yığılmasında ondan şübhəli olduğunu bildirmişdir. O, bu məsələdən xəbərinin olmadığı desə də Elçin armudu yığan və armuddan yeyən şəxslərin barəsində nalayiq ifadələr işlətmişdir. O, elçinə söyüş söyməməsini desə də sonuncu buna məhəl qoymadan nalayiq ifadələrinə davam etmişdir. Bu zaman o, əlinin içi ilə sonuncunun çiyin nahiyyəsindən itələmiş və əyləşdiyi stula da təpik vurmuşdur. Elçin stulla birlikdə yerə yıxılmış, həmin vaxt Xəyal gəlib Elçini yerdən qaldırmışdır. Bu vaxt onun qardaşı Taleh gəlib nə başverdiyini soruşmuş, o, Elçini vurduğunu demişdir. Elçin çay evinin arxa tərəfindən çıxıb getmişdir. O da Talehlə birlikdə çıxıb evlərinə getmişdir. 15 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində o, İsmayıllı şəhər ərazisində Elçini görmüş və gecə söyüş söydüyü üçün itələdiyini bildirərək Elçindən üzürxahlıq etmişdir. Sonradan Elçinin həmin gecə şikayət etdiyini bilmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində ona məxsus 33 sot torpaq sahəsi yerləşir. Həmin sahədə iki ədəd böyük armud ağacı var. Həmin ağaclar yaxşı bar versə də indiyə qədər həmin ağaclardan məhsul əldə edə bilməmiş, hər il məhsul yığılan vaxtı o, həmin əraziyə gedən zaman armudların yığıldığını görmüşdür. 14 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində o tanışı Elnur Hüseynovla birlikdə İsmayıllı şəhəri ərazisində yerləşən “Məxməri” kafesində əyləşib pivə içmişlər. Bu zaman Elvin həmin kafeyə gəlmiş və onlarla görüşmüşdür. Onlar Elvini öz masalarına dəvət etsələr də Elvin, özünün əyləşdiyi masanın rahat olduğunu bildirərək onları öz masasına dəvət etmişdir. Onlar Elvinin təklifini qəbul edərək əyləşdiyi masaya getdərək orada əyləşmiş və birlikdə pivə içmişlər. Onlar müxtəlif mövzularda söhbətləşdikdən sonra o, bağından armud yığmaqla Elvindən şübhəli olduğunu demişdir. Bu sözü sakit formada demiş, lakin onun bu sözündən sonra Elvin onunla mübahisə etməyə başlamışdır. Elvin ona “sən kimsən, ağaclar olan küçəyə təzə gəlmisən, həmin ərazi bizə məxsusdur” deyərək, onunla kobud formada danışmağa davam etmişdir. Bundan sonra Elvin ayağa qalxmış və ona yumruqla sol qulağından güclü zərbə vurmuşdur. O, yerə yıxılmış, bundan sonra Elvin onun başının üstündə dayanıb, sayını xatırlamadığı qədər yumruq və təpik zərbələri ilə bədəninin demək olar ki, hər tərəfindən vurmuşdur. Həmin zaman onunla birlikdə olan Elnur, Elvinin qardaşı Taleh və kafenin işçisi Xəyal onların yanına gəlmiş və Elvini ondan aralamışlar. O, ayağa qalxmış və kafenin arxa qapısından qaçmışdır. Kafedən çıxan kimi özünü narahat hiss etdiyi üçün bir başa İsmayıllı RMX-na getmişdir. Daha sonra isə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək döyülməyi barədə məlumat vermişdir. Məhkəmə istintaqının gedişində Elvin ondan üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. X2 ifadə verərək göstərdi ki, o, İsmayıllı şəhəri ərazisində yerləşən “Məxməri” kafesini işlədir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun tanışlarıdır. 14 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Elçin və bir nəfər tanımadığı şəxs işlətdiyi “Məxməri” kafesinəə gələrək stolların birində əyləşmiş və pivə sifariş vermişlər. Saat 21 radələrində tanışı Elvinin çay evinə gəldiyini görmüşdür. Bir qədər sonra Elvin Elçingilin masasına gedərək onlarla görüşmüş və Elçin əyləşdiyi şəxslə birlikdə Elvinin əyləşdiyi masaya keçmişlər. Həmin şəxslər tez-tez pivə və pivə məzəsi sifariş vermiş, o da sonuncuların sifarişini çatdırmışdır. Saat 22 radələrində kafenin mətbəxində olarkən həyətdən səs-küy gəldiyini eşitmiş, dərhal həyətə çıxıb Elçinin yerdə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. Elçinin Elvin tıərəfindən vurularaq yıxıldığını öyrənmiş, o, dərhal özünü ora çatdırmış və Elçinlə Elvini aralamışdır. Həmin vaxt Elvinin qardaşı Taleh Əliyev də səsküyü eşidib çay evinə gəlmiş və mübahisəni sakitləşdirmişlər. Onlar köməkli şəkildə Elçinlə Elvini aralamışlar. Elçin çay evinin arxa tərəfindən çıxıb getmiş, digər şəxslər də həyətdən çıxıb getmişdir. X3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs qonşu kimi tanıyır. Münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 14 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində evə gedərkən yolu İsmayıllışəhəri ərazisində yerləşən Məxməri kafesinin qarşısından keçmişdir. Çay evinin qarşısında dayanıb tanışları ilə bir qədər söhbət etmiş, həmin vaxt çay evinin həyətindən səs-küy gəldiyini eşitmiş və dərhal həyətə daxil olmuşdur. Qardaşı Elvinlə qonşusu Elçin arasında mübahisə yarandığını görmüş və dərhal yaxınlaşıb onları ayırmışdır. Elçin çay evinin arxa tərəfindən çıxıb getmiş, Elvin isə sərxoş vəziyyətdə olduğundan sonuncunu hadisə yerindən evinə aparmışdır. X1 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun tanışıdır. 14 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Elçinlə birlikdə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən Məxməri kafesinə getmiş, orada əyləşib pivə sifariş vermişlər. Bu zaman sonradan adının Elvin olduğunu bildiyi şəxs onları öz masasına dəvət etmişlər. Onlar birlikdə Elvinin masasına getmişlər. Elçinlə həmin şəxs normal şəkildə söhbətləşmişlər. O, spirtli içki qəbul etdiyindən sərxoş vəziyyətdə olmuş, həmin şəxslərin nə barədə danışdıqlarını xatırlamamışdır. Anidən həmin Elvin adlı şəxslə Elçinin arasında mübahisə yaranmış və onlar dalaşmışlar. Sərxoş vəziyyətdə olduğundan kimin kimi vurduğunu xatırlamamış, lakin mübahisə yarandığını bilmişdir. Həmin şəxslərə yaxınlaşmamış, ara sakitləşəndən sonra Elçinin orada olmadığını görmüşdür. Məhkəmə-tibbi ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 496 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərsağ diz oynağının hemartrozu ilə müşayiət olunan həmin nahiyənin və sol baldırın sıyrıqları, sol qulaq seyvanının bel nahiyəsinin, sağ diz oynağının qançırlarıküt əşya (alət) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən 14 sentyabr 2022-ci il tarixdə vəşəraitdə törənməsi istisna edilmir. Zərərçəkmiş şəxs aldığı xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. 22 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı Mərkəzi Rayon Xəstəxanasından alınmış xx.xx.2022-ci il tarixli, PHŞ/6.47- 2-2022-486 nömrəli nömrəli arayışdan görünür ki, Əliyev X5 RMX PHŞ-nin Poliklinika şöbəsinin "Narkoloji", "Ruhi-Əsəb" və "Nevroloji" kabinetlərində dispanser qeydiyyatda yoxdur. xx.xx.2022-ci il tarixli 4243 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) yaşayır, ailə tərkibi özündən, arvadı X6, xx.xx.2011-ci il, xx.xx.2013-cü il və xx.xx.2017-ci il təvəllüdlü uşaqları Şövqi, Nərmin və Amildən ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində inzibati ərazi darəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Müstəntiqinin 03 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 17 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxsdən üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Dövlət ittihamçısı qanunun göstərilən normasına əsaslanaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-8/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-8/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver