Məhkəmə qərarları › İş №1(037)-8/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-8/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-8/2024 08.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 08 fevral 2024-cü il tarixdə saat 11:56-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2002-ci ildə Göyçay rayonunun Kürdəmiş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum edilməmiş, Göyçay rayonunun Kürdəmiş kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə İsmayıllı rayonunun Qalınçaq kəndində qohumu Şahid evinin həyətində sonuncunun anası X1 yas mərasimində iştirak edərkən həyətdə 2 ədəd mis materialdan olan 40 litr tutumlu samovarın olmasını görüb həmin samovarları gecə saatlarında gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə o, 04 may 2023-cü il tarixdə saat 2 radələrində, dəqiq saatı istintaqa məlum olmayan vaxtda babası X2 məxsus “Vaz 21115” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahid İsmayıllı rayonunun Qalınçaq kəndində yerləşən evinin qarşısına gəlib avtomobili saxlamış, ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq saxlanc yeri hesab olunan evin həyətinə hasarın üzərindən tullanmaqla daxil olub, evdə olan şəxslərin yatması və həyətdə heç kəsin olmamasından istifadə edərək saxlanc yeri olan həyətyanı sahədə qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 40 litr tutumlu, mis materialdan olan, 1500 manat dəyərində samovarı və Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 40 litr tutumlu, mis materialdan olan, 1500 manat dəyərində samovarı götürərək idarə etdiyi avtomobilə yığıb aparmaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər birinə ayrı-ayrılıqda 1500 manat, ümumilikdə isə 3000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, Göyçay rayonunun Kürdəmiş kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, 2-ci Qarabağ müharibəsi veteranıdır, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaət medalı”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli medal” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Oğurluq etdiyi həyətin sahibi Şahid onun atasının qohumudur. 03 may 2023-cü il tarixdə saat 14-15 radələrində Göyçay şəhərindən kömür almaq məqsədilə İsmayıllı rayon Qalınçaq kəndində gəlmişdir. O, həmişə kömür aldığı Nəbi adlı kənd sakininin evinə gəldikdə Nəbinin kənddə olan hüzürdə olduğunu bilmişdir. O, ölən şəxsin atasının qohumu Bilalın anası olduğunu öyrənərək özü də həmin hüzürə getmişdir Orada Nəbini görmüş, Nəbi isə ona kömürü olmadığını, hüzürü yola verəndən sonra kömür verə biləcəyini demişdir. Təxminən 10 dəqiqə hüzürdə olmuş, orada olarkən həyətdəki quraqlığın altında 2 ədəd iri samovarın olduğunu görmüşdür. BU zaman o, həmin samovarları oğurlamaq qərarına gəlmişdir. Hüzürdən yaşadığı Göyçay rayonunun Kürdəmiş kəndinə qayıtmış, həmin gün babasının yaşadığı Göyçay rayon Cəyirli kəndindəki evə getmişdir. Babası Təyyardan sonuncuya məxsus avtomobili şəxsi işləri ilə bağlı sürmək üçün istəmiş, babası ona etiraz etməyərək özünə məxsus avtomobili ona vermişdir. Cecə saat 01 radələrində babasının avtomobili ilə birbaşa İsmayıllı rayon Qalınçaq kəndindəki Bilalın evinin həyətinin darvazası qarşısına gəlmişdir. Saat 02 radələrində ora çatmış, bu zaman darvaza bağlı olduğundan hasardan tullanıb həyətə daxil olmuşdur. Ətrafa nəzər salıb həyətdə kiminsə olmadığına əmin olduqdan sonra həmin 2 ədəd samovanrları bir-bir içindəki suyu boşaltdıqdan sonra darvazadakı əl qapısının yanına qoymuş, sonra əl qapısını yoxladıqda açıq olduğunu görmüşdür. Samovarları həyətdən çıxararaq birini avtomobilin arxa yük yerinə, digərini isə maşının arxa oturacığına qoymuş, həmin maşınla yaşadığı Göyçay rayon Kürdəmiş kəndindəki evinə qayıtmışdır. Hər iki samovarı hǝyǝtinin yaxınlığında gözdən uzaq otluq yerdə gizlətmişdir. Sonra isə avtomobili apararaq babasının evinin qarşısında saxlamış və geri qayıtmışdır. Bir neçə gün samovarlar orada qalmış, həmin ərəfələrdə ona İsmayıllı RPŞnin əməkdaşları zəng edərək barəsində araşdırma aparıldığını bildirmişlər. O, İsmayıllı RPŞ-yə gəlmiş və özü ilə oğurladığı hər iki samovarı da gətirərək oğurluq etdiyini etiraf etmişdir. Hazırda əməlindən peşmandır. Təkrarən qeyd edir ki, o, 2-ci Qarabağ müharibəsi veteranıdır, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaət medalı”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli medal” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Müharibədə aldığı kontuziya səbəbindən hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 daimi müayinə və müalicələrdədir. Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim- Psixiatr Komissiyası tərəfindən ona üzvi mənşəli affektiv pozuntu, depressiv epizodlarla (üzvi mənşəli şəxsiyyət pozuntusu istisna olunmur) diaqnozu qoyulmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. İştirak etdiyi məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, İsmayıllı rayonunun Qalınçaq kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. 02 may 2023-cü il tarixdə həmkəndlisi Şahid anası vəfat etdiyindən sonuncu ondan yas mərasimində istifadə etmək üçün samovarını istəmişdir. O, atasından ona yadigar qalmış 40 litrlik, mis materialdan olan samovarını Bilala vermişdir. 04 may 2023-cü il tarixdə yaşadığı kənddəki mağazaya gedərkən həmkəndliləri ona məxsus samovarın Bilalın həyətindən oğurlandığını bildirmişlər. O Bilala zəng edərək bunun nə məsələ olduğunu soruşmuş, Bilal isə ona həyətindən samovarının oğurlandığını, bununla bağlı polis şöbəsinə müraciət etdiyini demişdir. Bir neçə gün sonra samovarını oğurlayan şəxsin saxlanıldığını və oğurladığı samovarları polis şöbəsinə təqdim etdiyini eşitmiş, Polis şöbəsinə gəldikdə isə samovarını oğurlayan şəxsin Göyçay rayonunun Kürdəmiş kəndində yaşayan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Oğurlanmış samovar ona qaytarılmış, onun maddi ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə baxışı iclasına gələ bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. Bu səbəbdən məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsi oxunaraq elan olunmuşdur. Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonunun Mican kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. İsmayıllı rayon X9 və Şahmat məktəbində məşqçi müəllim vəzifəsində çalışır. Şahid onun qohumudur. 02 may 2023-cü il tarixdə qohumu Şahid anası vəfat etmişdir. Bilal həmin gün ona zəng edərək onda olan samovarı anasının yas mərasimində istifadə olunması üçün istəmişdir. Həmin samovar 40 litrlik tutumlu olmaqla mis materialdan olmuş, samovarı Bilala vermişdir. 04 may 2023-cü il tarixdə özü də həmin yas mərasiminə getmiş, bu zaman onun samovarının Bilalın həyətindən oğurlandığını bilmişdir. Bilaldan bunun nə məsələ olduğunu soruşduqda sonuncu, həyətindən 2 ədəd samovarın oğurlandığını bildirmiş və oğurlanmış samovarlardan birinin ona məxsus olduğunu və bununla bağlı polis şöbəsinə müraciət etdiyini demişdir. Bir neçə gün sonra samovarını oğurlayan şəxsin saxlanıldığını və oğurladığı samovarları polis şöbəsinə təqdim etdiyini eşitmişdir. Polis şöbəsinə gəldikdə samovarını oğurlayan şəxsin Göyçay rayonunun Kürdəmiş kəndində yaşayan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Oğurlanmış samovar ona qaytarılmış, onun maddi ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun Qalınçaq kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə anası vəfat etmiş, anasının vəfatı ilə əlaqədar adətənənəyə uyğun olaraq baş sağlığı verməyə yas mərasiminə gələnlərə çay vermək üçün samovarlara ehtiyac yaranmışdır. Həmkəndlisi Zərərçəkmiş şəxs2 böyük həcmli samovarın olduğunu bildiyindən onun yaşadığı evə gedərək sonuncudan samovarını istəmiş və 40 mərasimindən sonra qaytaracağını bildirmişdir. Elnur ona etiraz etməmiş və samovarı ona vermişdir. Samovarı həyətinə gətirmiş, lakin 1 ədəd samovar az olduğu üçün daha bir işlədiyi kafesindəki böyük samovarını istəmişdir. Cahangir özünə məxsus samovarını ona verə biləcəyini demiş, o, həmin gün taksi ilə samovarı götürüb həyətinə gətirmişdir. Həmin samovar da 40 litr həcmində olmaqla mis materialdan olmuşdur. Həmin samovarları istifadə etdikdən sonra həyətində quraqlığın altına qoymuşdur. 04 may 2023cü il tarixdə səhər saat 07 radələrində samovarların həmin yerdə olmadığını görmüş, saovarların oğurlandığını bilərək dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əmkdaşları ona gəlmiş, onlar birlikdə hadisə yerinə baxış keçirtmişlər. Baxış zamanı samovarların külünün darvazanın qarşısına və həyətin bir hissəsinə töküldüyünü görmüş, polis əməkdaşları zəruri sənədlərşmə işləri apardıqdan sonra getmişlər. Bir neçə saat sonra yenidən İsmayıllı rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları onların həyətinə gələrək oğurluq edən şəxsin Göyçay rayon sakini olduğunu, samovarların yerinin məlum olduğunu, qısa zaman ərzində samovarları götürəcəklərini demişlər. Sonradan samovarları oğurlayan şəxsin Göyçay rayonunun Kürdəmiş kəndində yaşayan qohumu Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Oğurlanmış samovarlar sahiblərinə qaytarılmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid məxsus oğurluq hadisəsinin baş verdiyi ev İsmayıllı rayonunun Qalınçaq kəndində yerləşir. “Təqdim etmə, baxış keçirmə və götürmə barədə” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 2 ədəd, hər biri 40 litr həcmində mis materialdan olan samovarları təqdim etmiş, təqdim edilmiş əşyalar götürülərək bu barədə “iPhone” markalı smartfonla fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. Müstəntiqin “Maddi sübut kimi tanınma haqqında” 19 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə 2 ədəd 40 litr həcmli, mis materialdan olan samovarlar maddi sübut kimi tanınmışdır. Maddi sübutun təhvil verilməsi haqqında 19 sentyabr 2023-cü il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi ərizə əsasında iş üzrə maddi sübut olan 1 ədəd 40 litr həcmli, mis materialdan olan samovar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 təqdim etdiyi ərizə əsasında iş üzrə maddi sübut olan 1 ədəd 40 litr həcmli, mis materialdan olan samovar Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 sentyabr 2023-cü il tarixli 9/6933 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 02 ədəd 40 litr həcmli, mis materialdan olan samovarların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1600,00 (2x800,0) manat müəyyən edilir.Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 X3 Şöbəsi tərəfindən verilmiş məhkəmə ambulator məhkəmə psixiatrik ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 614 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş qapalı kəllə-beyin travmasının (partlayış travması) qalıq əlamətləri, nevrotik reaksiyalarla XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun əməlində cinayət tərkibinin bütün əlamətlərinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə İsmayıllı rayonunun Qalınçaq kəndində qohumu Şahid evinin həyətində sonuncunun anası X1 yas mərasimində iştirak edərkən həyətdə 2 ədəd mis materialdan olan 40 litr tutumlu samovarın olmasını görüb həmin samovarları gecə saatlarında gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə o, 04 may 2023-cü il tarixdə saat 2 radələrində, dəqiq saatı istintaqa məlum olmayan vaxtda babası X2 məxsus “Vaz 21115” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahid İsmayıllı rayonunun Qalınçaq kəndində yerləşən evinin qarşısına gəlib avtomobili saxlamış, ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq saxlanc yeri hesab olunan evin həyətinə hasarın üzərindən tullanmaqla daxil olub, evdə olan şəxslərin yatması və həyətdə heç kəsin olmamasından istifadə edərək saxlanc yeri olan həyətyanı sahədə qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 40 litr tutumlu, mis materialdan olan, 1500 manat dəyərində samovarı və Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 40 litr tutumlu, mis materialdan olan, 1500 manat dəyərində samovarı götürərək idarə etdiyi avtomobilə yığıb aparmaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər birinə ayrı-ayrılıqda 1500 manat, ümumilikdə isə 3000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı tam aradan qaldıraraq zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.3-cü, Vətən Müharibəsi iştirakçısı olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1(091)- 162/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi hazırda məhkəmə baxışı mərhələsindədir və yekun qərar qəbul edilməmişdir. Göyçay rayon İcra Hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli 459 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonunun Kürdəmiş kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, valideynləri, qardaşı və nənəsindən ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Göyçay Mərkəzi Rayon Xəstəxanası PHŞ tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli 1398 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay RMX-nin PHŞ-nin Poliklinika şöbəsinin “Narkoloji” kabinetində narkoloqun qeydiyyatında yoxdur. Göyçay Mərkəzi Rayon Xəstəxanası PHŞ tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli 1399 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay RMX-nin PHŞ-nin Poliklinika şöbəsinin “Psixiatrik” kabinetində qeydiyyatında yoxdur. Lakin xx.xx.2021-ci il tarixdə psixiatrik kabinetə müraciət etmişdir. Postkontizion sindrom diaqnozu ilə anbulator müşahidədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli 2927 nömrəli Həkim-Psixiatr Komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli 3-28/3-1-118/2023 saylı “ Vətən Müharibəsi iştirakçılarının Psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim-Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ona üzvi mənşəli affektiv pozuntu, depressiv epizodlarla (üzvi mənşəli şəxsiyyət pozuntusu istisna olunmur) diaqnozu qoyulmuşdur. İ-18195, İ-4830, və 1015, İ-83560, İ-7880 və İ-7600 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarıı ilə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaət medalı”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli medal” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Müstəntiqinin 07 sentyabr 2023-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan tamamilə ödənildiyi üçün onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını Göyçay rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı Göyçay rayonunun Kürdəmiş kəndində yerləşən evini tərk etməmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 2 ədəd 40 litr həcmli, mis materialdan olan samovarların sahibləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını Göyçay rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı Göyçay rayonunun Kürdəmiş kəndində yerləşən evini tərk etməmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 2 ədəd 40 litr həcmli, mis materialdan olan samovarların sahibləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar