Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-8/2025 29.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qəbələ rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə 29 iyul 2025-ci il tarixdə saat 14:55-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə, xx xxxxx 1965-ci il ildə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Kürdmaşı kənd sakini X14 ona Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nəzdində hər-hansı vəzifədə işə düzəlməkdə köməklik etməsi barədə şifahi müraciətindən sonra sonuncunun atası Təqsirləndirilən şəxs2 ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində görüşüb söhbət edərkən, Təqsirləndirilən şəxs2 onun Anar Abbasovu işə düzəldə bilmək üçün hər-hansı real imkanlarının olmadığını aşkar görüb aralarında olan qısa müddətli səmimi münasibətdən istifadə edərək, maddi mənfəət əldə etmək və sair şəxsi niyyətlə ona İsmayıllı rayonunun Diyallı kənd sakini Zərərçəkmiş şəxs Mədəniyyət Nazirliyi nəzdində hər-hansı məsul vəzifəyə düzəlmək üçün xeyli miqdarda pul verə biləcəyi barədə məlumat verib bu adla Zərərçəkmiş şəxs aldadaraq əmlakını ələ keçirmək barədə təklifi ilə razılaşıb Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək qərarına gəlmiş, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxslə danışıb etibarından sui-istifadə edərək sonuncunu onun ayrı-ayrı şəxsləri Mədəniyyət Nazirliyində yüksək vəzifələrə təyin etdirmək imkanına malik olmasına inandırmaqla aldadıb Bakı şəhərində görüşmələrini təklif etmiş, bu niyyətlə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxslə birlikdə Bakı şəhərinə gedib sonuncu ilə onun görüşünü təşkil etmiş, söhbət zamanı o, Mədəniyyət Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə aralarında olan yaxın əlaqələrindən istifadə edib Zərərçəkmiş şəxs 80000 (səksən min) manat pul müqabilində X15 İdarəsinə rəis və yaxud 20000 (iyirmi min) manat pul müqabilində rəis müavini vəzifəsinə təyin etdirə biləcəyini, buna real imkanlarının olduğunu deyib, həmin vəzifəyə təyin olunacağı halda Anar Abbasovu da vəzifəyə təyin etdirəcəyi görüntüsü yaradaraq Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs inandırıb aldatmış və X15 İdarəsinin rəisi vəzifəsi üçün 80000 (səksən min) manat məbləğində pulu imkan etdikcə hissə-hissə ödəmək barədə aralarında razılığa gəldikdən sonra cinayətkar niyyətlərini həyata keçirərək qrupun üzvü Təqsirləndirilən şəxs2 aralarında olan rol bölgüsünə uyğun şəkildə xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Qorodok” (keçmiş “Skazka”) restoranının yaxınlığında Zərərçəkmiş şəxs alıb ələ keçirdiyi 10000 (on min) manat məbləğində pulu dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Mercedes” markalı avtomobildə Təqsirləndirilən şəxs2 götürməklə, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Qorodok” (keçmiş “Skazka”) restoranında qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs alıb ələ keçirdiyi 10000 (on min) manat məbləğində pulu həmin yerdə Təqsirləndirilən şəxs2 götürməklə, təqribən xx.xx.2023-cü il tarixdə, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Təqsirləndirilən şəxs2 oğlu Anar Abbasov vasitəsi ilə ünvan 3 ünvanda yerləşən “Qorodok” (keçmiş “Skazka”) restoranında Zərərçəkmiş şəxs aldığı 10000 (on min) manat məbləğində pulu götürməklə, həmçinin xx.xx.2023-cü il tarixdə, saat 16:20 radələrində Zərərçəkmiş şəxs İsmayıllı şəhərinin Cavanşir küçəsində yerləşən “Mustafa market” adlanan dükanın qarşısında quraşdırılmış 21018 nömrəli “Miliön” odəniş terminalı vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin M10 hesabına göndərdiyi 5000 (beş min) manat məbləğində pulu ələ keçirməklə, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdar təşkil edən ümumilikdə 35000 (otuz beş min) manat məbləğində pulunu ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 oğlu Anar Abbasovun ona tanışı olan Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nəzdində işə düzəlməkdə köməklik etmək imkanına malik olmasını eşitdiyini söylədikdən sonra bu barədə söhbət etmək üçün əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1lə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində görüşərək söhbət zamanı Təqsirləndirilən şəxs1 oğlu Anar Abbasovu işə düzəldə bilməyəcəyini və buna hər-hansı real imkanlarının olmadığını aşkar görüb aralarında olan qısa müddətli səmimi münasibətdən istifadə edərək, maddi mənfəət əldə etmək və sair şəxsi niyyətlə Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Diyallı kənd sakini Zərərçəkmiş şəxs Mədəniyyət Nazirliyi nəzdində hər-hansı məsul vəzifəyə düzəlmək üçün xeyli miqdarda pul verə biləcəyi barədə məlumat verib bu adla Zərərçəkmiş şəxs aldadaraq əmlakını ələ keçirmək barədə təklifi ilə razılaşan Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək qərarına gəlmiş, aralarında olan rol bölgüsünə əsasən o, Zərərçəkmiş şəxslə danışıb etibarından sui-istifadə edərək sonuncunu tanışı Təqsirləndirilən şəxs1 ayrı-ayrı şəxsləri Mədəniyyət Nazirliyində yüksək vəzifələrə təyin etdirmək imkanına malik olmasına inandırmaqla aldadıb Bakı şəhərində görüşmələrini təklif etmiş, bu niyyətlə o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxslə birlikdə Bakı şəhərinə gedib sonuncu ilə Təqsirləndirilən şəxs1 görüşünü təşkil etmiş, söhbət zamanı Təqsirləndirilən şəxs1 Mədəniyyət Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə aralarında olan yaxın əlaqələrindən istifadə edib Zərərçəkmiş şəxs 80000 (səksən min) manat pul müqabilində X15 İdarəsinə rəis və yaxud 20000 (iyirmi min) manat pul müqabilində rəis müavini vəzifəsinə təyin etdirə biləcəyini, buna real imkanlarının olduğunu deyib, həmin vəzifəyə təyin olunacağı halda Anar Abbasovu da vəzifəyə təyin etdirəcəyi görüntüsü yaradaraq onunla birlikdə Zərərçəkmiş şəxs inandırıb aldatmış və X15 İdarəsinin rəisi vəzifəsi üçün 80000 (səksən min) manat məbləğində pulu imkan etdikcə hissə-hissə ödəmək barədə aralarında razılığa gəldikdən sonra o, öz cinayətkar niyyətini həyata keçirərək xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Qorodok” (keçmiş “Skazka”) restoranının yaxınlığında Zərərçəkmiş şəxs 10000 (on min) manat məbləğində pulu alıb ələ keçirərək dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Mercedes” markalı avtomobildə əyləşmiş Təqsirləndirilən şəxs1 verməklə, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Qorodok” (keçmiş “Skazka”) restoranında Zərərçəkmiş şəxs 10000 (on min) manat məbləğində pulu alıb ələ keçirərək həmin yerdə Təqsirləndirilən şəxs1 verməklə, xx.xx.2023-cü il tarixdə oğlu Anar Abbasovun vasitəsi ilə ünvan 3 ünvanda yerləşən “Qorodok” (keçmiş “Skazka”) restoranında Zərərçəkmiş şəxs 10000 (on min) manat məbləğində pulun alınaraq Təqsirləndirilən şəxs1 verilməsini təşkil etməklə, həmçinin xx.xx.2023-cü il tarixdə, saat 16:20 radələrində Zərərçəkmiş şəxs İsmayıllı şəhərinin Cavanşir küçəsində yerləşən “Mustafa market” adlanan dükanın qarşısında quraşdırılmış 21018 nömrəli “Miliön” odəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin M10 hesabına 5000 (beş min) manat məbləğində pul göndərməsinə nail olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdar təşkil edən ümumilikdə 35000 (otuz beş min) manat məbləğində pulunu ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı törətdikləri dələduzluq cinayətinin gedişində ümumi niyyətdən kənara çıxaraq Təqsirləndirilən şəxs1 qəsdi ilə əhatə olunmayan hərəkət edib Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya Mədəniyyət Nazirliyində məsul vəzifəyə təyin olunması, oğlu Anar Abbasovun isə Zərərçəkmiş şəxs müavin təyin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 əlavə 5000 (beş min) manat pul göndərməli olduğunu, özünün kart hesabında 2000 (iki min) manat olduğunu, əlavə olaraq ona məxsus kart hesabına 3000 manat pul göndərməsini deyib inandırdıqdan sonra Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:40 radələrində İsmayıllı şəhərinin Cavanşir küçəsində yerləşən “Mustafa market” adlı dükanın qarşısında quraşdırılmış 21018 nömrəli “Milliön” ödəniş terminalı vasitəsi ilə hər dəfə 1000 manat olmaqla 3 dəfəyə ona məxsus "xxxx" ASC-yə aid son səkkiz rəqəmi 18573299 olan kart hesabına göndərdiyi 3000 (üç min) manat məbləğində pulu qəsdən ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birgə ünvan 2da yaşayır. "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. 2022-ci ilin dekabr ayında, dəqiq tarixi xatırlamadığı gündə tanışı Amaliya xanım ona zəng edərək, bir nəfər şəxsin ona zəng edəcəyini, işə düzəlmə ilə bağlı ona kömək edə bilərsə kömək etməyini xahiş etmiş, o da buna etiraz etməmiş, bir neçə gün sonra bir nəfər şəxs ona istifadəsində olan mobil nömrəsinə zəng edərək, işə düzəlmə ilə bağlı zəng etdiyini bildirmiş və özünü Azər kimi təqdim etmişdir. Azər işə düzəlmə məsələsində ona kömək etməyini xahiş etmiş, o, Azərə görüşüb bu barədə danışmalı olduqlarını demiş, sonuncu, oğlu Anar haqqında ona məlumat vermiş, o, Anarla görüşüb söhbət etmək istədiyini demişdir. Dəqiq tarixi xatırlamadığı vaxt Anar ona zəng edərək, nömrəni atası Azərin ona verdiyini bildirmiş və işlə bağlı görüşmək istədiyini demiş, o da olduğu yeri demiş və onu Bakı şəhəri, Yasamal rayonu ərazisində Statistika Komitəsinin yaxınlığında olan “Skazka” restoranına dəvət etmiş, onlar onunla xx.xx.2022-ci il tarixdə saat 16 radələrində deyilən ünvanda görüşmüşlər, İlkin olaraq o, onunla ümumi söhbətlər edib, onu tanımağa çalışmış, onlar bir qədər söhbət etdikdən sonra Anara atası ilə danışıb məlumat verəcəyini bildirmiş, Anar, restorandan çıxıb getmişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs2 ona zəng edib məsələnin nə yerdə qaldığını soruşmuş, o da Azərə Anarla görüşdüyünü, onun tərbiyəsinə və savadına bələd olduğunu demiş və onun işə düzəlməyinə kömək edəcəyini demişdir. İlkin olaraq onun sənədlərinin hazırlanmasını tapşırmış və X4 İdarəsində vakansiya olduğunu həmin yerə onu işə düzəltməyə çalışacağını və görüləcək işlərə görə müəyyən xərclər tələb olunacağını bildirmiş, sonuncu, onunla razılaşmış, bir qədər sonra Azər ona zəng edərək görüşmək istədiyini demiş, Anar, Azər və o, həmin gün, yəni, xx.xx.2022-ci il tarixdə gecə saat 23 radələrində “Skazka” restoranında görüşmüş, o, Təqsirləndirilən şəxs2 və Anar Abbasovla ilkin olaraq ümumi işlərlə bağlı danışmışdır. Daha sonra Anar onlardan ayrılmış və o, Təqsirləndirilən şəxs2la görüləcək işlərin məbləği barədə danışmışdır. O, Azərə Anarı X4 İdarəsində və yaxud digər hər hansı bir mədəniyyət idarəsinə rəis düzəltməyə çalışacağını və bunun müqabilində 80000 (səksən min) manat pul alacağımı demiş, aldığı puldan 20000 (iyirmi min) manat onun şirinliyi, digər 60000 (altmış min) manat isə görüləcək işlərlə bağlı olacağını demişdir. Daha sonra ilkin işləri görmək üçün 30-40 min manat pul verməyini istəmiş, Azər, ona qısa zaman ərzində düzəldib verəcəyini demiş, o, Anardan sənədlərini almış və işlərə başlamaq üçün Azərə zəng edib, dediyi məbləğin bir qismini verməyini istəmiş, Azər narahat olmamağını demiş və pulu qısa zamanda verəcəyini bildirmişdir. Bir neçə gün sonra Azər, ona zəng edərək, bir nəfər yaxınının olduğunu və onu da Anara müavin kimi işə düzəltməyinə köməklik etməyini istəmiş, o, sonuncudan həmin şəxsin nə üçün Anara müavin təyin olunmağını istədiyini soruşduqda Azər, ona həmin şəxsin savadlı olduğunu və Anarla birlikdə işləməyini istədiyini demişdir. O da Azərə çalışacağını demişdir. O, Azərdən ilkin işləri görmək üçün 30000 (otuz min) manat pul istəmiş, sonuncu, ona 10000 (on min) manat düzəldib gələ biləcəyini soruşmuş, o, Azərdən 30000 (otuz min) manat pulu tam şəkildə verməsini istəmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək görüşmək istədiyini və ona dediyi şəxsi də onunla tanış etmək üçün gətirəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, Azər, Anar və özləri ilə gələn sonradan tanıdığı Şamo “Skazka” restoranında görüşmüş, Şamo da işə düzəlmək istədiyini bildirmiş və o, Şamoya X4 İdarəsində vakansiya olduğunu bildirmiş, X30 müavin kimi işləmək istədiyini demiş, o, sənədləri hazırlayıb bu məsələ barəsində çalışacağını demiş, onlar söhbət etdikdən sonra getmişlər, səhəri gün, yəni, xx.xx.2022-ci il tarixdə Azər ona zəng edərək, pul gətirəcəyini bildirdi. O, Azərə “Skazka” restoranının qarşısında onu gözləməklərini xahiş etmiş, bir qədər sonra o, sürücüsü Akifə məxsus “Mersedes” markalı, Maybach modelli avtomobili ilə “Skazka” restoranının qarşısına getmiş, orada Azər və Şamonun onun gözlədiklərini görmüş, onları avtomobilə dəvət etmiş, Şamo avtomobilin qabaq oturacağında, Azər isə onunla birlikdə arxa oturacaqda əyləşmişdir. Həmin gün Təqsirləndirilən şəxs2 ona 10000 (on min) manat pul vermiş, daha sonra onlar sağollaşmış və onların hara getdikləri barədə məlumatı olmamışdır. Bir neçə gün sonra o, ilkin işləri görmək üçün digər 20000 (iyirmi min) manatı da Azərdən istəmiş, Azər pulu hazırlayacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Azər ona zəng edərək, 10000 (on min) manat pul gətirəcəyini, lakin sonradan bir hissəsini götürəcəyini demiş, 27 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2, Anar və Şamo “Skazka” restoranına gəlmişlər və ona Təqsirləndirilən şəxs2 10000 (on min) manat pul vermiş, Anar və Şamo onlardan qabaq restorandan çıxmışlar. Həmin vaxt Azər ona verdiyi puldan 2000 (iki min) manatı özünə təcili lazım olduğunu və ona verməyini istəmiş və qısa zaman ərzində qaytaracağını demişdir. O, bundan əsəbləşmiş, lakin Azərə 2000 manat pulu vermiş, Azər verilən pulların hesabı barəsində Anar və Şamonun xəbərinin olmamasını istəmiş, bir neçə gün sonra Azər həmin 2000 manat pulu M10 ödəniş sistemi vasitəsi ilə onun ***-***-**-** saylı nömrəsinin M10 hesabına göndərmişdir. Daha sonra 2023-cü ilin fevral ayında, dəqiq tarixi xatırlamadığı gündə Azərə zəng edərək ilkin işləri görmək üçün lazım olan 30000 (otuz min) manatdan qalan 10000 (on min) manatı istəmiş, sonuncu, hal-hazırda imkanının olmadığını, Şamodan xahiş edəcəyini demiş və pulun Şamonun işi ilə bağlı verildiyini deməyini xahiş etmişdir. 25 fevral 2023-cü il tarixdə Statistika Komitəsinin yaxınlığında olan “Skazka” restoranında yenidən o, Anar Abbasov və Zərərçəkmiş şəxs görüşmüş, görüşdə Anar Abbasov ona 10000(on min) manat pul vermiş, 2023-cü ilin mart ayında o, ümumi işlə bağlı şirinlik lazım olduğunu olduğunu Təqsirləndirilən şəxs2 bildirmiş, Təqsirləndirilən şəxs2 Şamoya zəng etməyini bildirmiş və lazım olan pulu onun özünə deməyini istəmişdir. O, Şamoya zəng edib 5 min manat pul lazım olduğunu demiş, Şamo, buna etiraz etməmiş və Təqsirləndirilən şəxs2la danışıb pulu həll edəcəyini bildirmiş, o, Şamoya M10 hesabını göndərmiş və xx.xx.2023-cü il tarixdə onun ***-***-**-** saylı M10 hesabıma 5 min manat pul göndərmişdir. Pul göndərdikdən sonra Azər ona zəng edərək, pulu birlikdə həll edib göndərdiklərini demiş, onlar işin alınması üçün gözləsələr də, bir müddət sonra Şamo buna etiraz etmiş, işə düzəlmək istəmədiyini və pulunun geri qaytarılmasını istəmiş, Təqsirləndirilən şəxs2 ondan Şamonun nə isə soruşduğu halda verilmiş pulların bir hissəsinin Şamonun işi ilə bağlı verildiyini deməyini xahiş etmiş, daha sonra Anar onun istifadəsində olan mobil nömrəyə zəng edərək, Şamo ilə birlikdə görüşmək istədiklərini bildirmişdir. Onlar tarixi xatırlamadıqları vaxtda “Zabitlər bağında” görüşmüş, həmin vaxt onlar verilmiş 40000 (qırx min) manatı qaytarmağını istəmişlər. Azər ondan pul məsələlərində heç kimin məlumatının olmamasını xahiş etdiyi üçün Şamo və Anar ondan ayrıldıqdan sonra o, Azərə zəng vurmuş, sonuncu, ona 35000 (otuz beş min) manatı onun qaytarmağını demiş, digər 5000 (beş min) manatı isə özünün qaytaracağını və Şamonun bu məbləğin 40000 (qırx min) manat olduğunu bilməyini istəmişdir. Daha sonra Anar, Şamo, o və tanımadığı bir nəfər şəxs video görüntü formatında danışmışlar. Danışıq zamanı Anar ona 40000 (qır min) manat pulu təcili şəkildə çatdırmalı olduğunu demiş, o isə Anara pulun 40000 (qırx min) manat yox, 35000 (otuz beş min) manat olduğunu demiş, Anar atası ilə danışıb dəqiqləşdirdikdən sonra ona pulun 35 min olduğunu təsdiqləmişdir. Anar ona rayona gedəcəyini bildirmiş, pulu onun tanışı olan, əvvəldən tanımadığım bir nəfər şəxsə verməyini tapşırmışdır. O da hissəvi şəkildə Anarın onunla tanış etdiyi adını xatırlamdığı şəxsin ona göndərdiyi kart hesabına 3550 manat pul göndərmiş, daha sonra Anar ona ismarıc yollayaraq, işlərini alındığını, qəbula çağırıldıqlarını bildirmiş və onunla görüşmək istədiklərini demiş, bir müddət sonra Vüqar adlı əvvəldən tanımadığı şəxs ona zəng edib özünü Anarın kirvəsi kimi təqdim etmiş və görüşmək istədiyini bildirmişdir. Onlar Zabitlər bağında Vüqarla görüşmüş, o, Vüqara puldan 3550 manatı Anarın dediyi şəxsin kart hesabına göndərdiyini bildirmiş, lakin həmin görüşdə ona göndərdiyi pulun Şamoya çatmadığı məlum olmuş, Anar həmin görüşdə bundan sonra pulun qaytarılması məsələsində Vüqarın onunla danışacağını bildirmiş, həmin görüşdə o, 31500 manat borcu qaldığını bildirmiş, görüşdə olanlar da bunu təsdiqləmişdilər. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, ilk öncə özü Anarın işi ilə bağlı ilkin işləri görmək üçün 30000 (otuz min) manat pul lazım olduğunu bildirmiş, o, Təqsirləndirilən şəxs2 pul istədikdə sonuncu, ona pul vermiş, lakin Şamonun ondan soruşduğu halda pulların gua Şamonun işi ilə bağlı verildiyini deməyini xahiş etmişdir. Digər 3000 (üç min) manatı isə Azər ondan izahatında həmin pulu gua Azərin ona verdiyini bildirməyini xahiş etdiyini bildirmişdir. O da Azərin dediyi kimi izahat vermiş, lakin sonuncu, həmin pulu ona verməmişdir. Həmin puldan onun məlumatı olmamışdır. O, Şamonun özündən pul almamış, sonuncu, xx.xx.2023-cü il tarixdə onun M10 hesabıma 5000 manat pul köçürmüş, digər 30000 (otuz min) manatı isə ona Təqsirləndirilən şəxs2 və X28 iştirakı ilə vermişdir. Şamonun onun hesabına köçürdüyü 5000 (beş min) manatı o, istintaq dövründə Şamonun özünə qaytarmışdır. O, Zərərçəkmiş şəxs savadlı olduğunu bildiyi üçün, onun işə düzəlməsi ilə bağlı Mədəniyyət Nazirliyinə onun adından müraciət edəcəkmiş, işin həmin formada alınmayacağı təqdirdə o, Şamonun işi ilə bağlı rəhbər şəxslərdən xahiş edəcəyini Şamoya bildirmiş, o, aldığı pulları heç kimə verməmiş, istintaq dövründə Şamonun özünə qaytarmışdır. O, ilkin ifadəsində özünün müdafiə məqsədilə Anarın işi ilə bağlı kimlərəsə 30000 (otuz min) manat pul verdiyini bildirmiş, lakin o, işə düzəltmə məsələsi ilə bağlı heç kimə pul verməmişdir. Təqsirləndirilən şəxs2 sonradan bu işlərin alına bilməyəcəyini bilmiş, Təqsirləndirilən şəxs2 Şamonun pulu ilə öz oğlunu da işə düzəltmək istədiyini düşünmüş, daha sonra işin alınmayacağını gördükdən sonra pul marağı olduğunu düşünmüş, çünki Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus 10000 (on min) manat pulu ona verdikdən sonra həmin puldan 2000 (iki min) manatını geri istəmişdir. Sözügedən cinayət əməlini Azər Abbasocla birlikdə törətmişdır. Barəsindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Bundan əlavə, o, törətdiyi cinayətə görə vurulmuş ziyanın 25% olaraq özünün payına düşən 8750 manat pul vəsaitini X1 müvafiq hesabına ödənilmişdir. Ona görə də barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasıarında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Şamo onunla eyni idarədə uzun müddət çalışmış, sonuncu ilə münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2022-ci ilin dekabr ayının 10-u oğlu X29 adlı şəxslə tanış olduğunu, həmin şəxsin onu X4 İdarəsinə rəis vəzifəsinə təyin elətdirə biləcəyini demiş, bunun müqabilində İntiqam ondan ümumilikdə 80 min manat pul alacağını, ilkin olaraq 30 min manat verməyini istəmişdir. Bu səbəbdən məsələnin nə dərəcədə doğru olduğunu öyrənmək üçün o, özü İntiqamla görüşmək istəmiş, Anar İntiqama zəng edərək, görüşmək istədiklərini demiş, onlar həmin gün, yəni, xx.xx.2022-ci il tarixdə gecə saat 23 radələrində İntiqamla “Skazka” restoranında görüşmüşlər. O, İntiqama tələb olunan məbləği işin sonunda verəcəklərini təklif etsə də sonuncu, buna razı olmamış, Şamo da işsiz olduğundan ondan iş olarsa özünə məlumat verməyini istəmişdir. İntiqamın dediyi məbləğdə pulları olmadığından o, Şamoya zəng vurmağı qərara almış, səhəri gün, yəni, xx.xx.2022-ci il tarixdə o, Şamoya zəng edərək, tanış adam vasitəsilə Anarı X4 İdarəsinə rəis vəzifəsinə təyin elətdirəcəyini, onun da həmin idarədə çalışmaq istəyib-istəmədiyini soruşmuş, Şamo, müavin vəzifəsinə təyin olunarsa işləyə biləcəyini demiş, o, Şamoya Anarın işə düzəlməyi üçün ümumilikdə 80 000 (səksən min) manat tələb olunduğunu, ilkin olaraq isə 30 000 (otuz min) manat verməli olduqlarını demiş, Şamo, tələb olunan 80 min manatı verə biləcəyinə razılaşmış və ilkin olaraq 30 000 (otuz min) manatı verə biləcəyini demişdir. O, İntiqama pulu verməmişdən qabaq üçünün də gedib Anarı işə düzəldəcəyini söz verən Təqsirləndirilən şəxs1 adlı şəxslə görüşüb bu barədə ətraflı danışmaqlarını təklif etmiş, həmin vaxt Şamo İsmayıllı rayonunda olmuş, o, Şamonu Bakı şəhərinə çağırmışdır. Şamo, 17 dekabr 2022-ci il tarixdə imtahan sessiyasına gələcəyini, gələndə İntiqamla görüşə biləcəklərini və Bakıya gələrkən 10 000 (on min) manat pul da gətirəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, Anar, Şamo və Təqsirləndirilən şəxs1 “Skazka” restoranında görüşmüş, orada İntiqam onunla danışdıqlarını yenidən təkrar etmiş və özünün də müavin kimi X4 İdarəsinə işə düzəlmək istədiyini demişdir. İntiqam 80 000 (səksən min) manat rəis vəzifəsi üçün, 20 000 (iyirmi min) manat isə müavin vəzifəsinə işə düzəltmək üçün istədiyini bildirmiş, Şamo bununla razılaşmış, o, İntiqama 30 000 (otuz min) deyil, 10 000 (on min) beh verəcəklərini demiş, İntiqam da bununla razılaşmış, onlar oradan çıxıb evlərinə getmişlər. Şamo pulunun bacısıgilin evində olacağını, səhəri gün götürüb verə biləcəyini demiş, səhəri gün, yəni, xx.xx.2022-ci il tarixdə Anar İsmayıllı rayonuna qayıtmış, Şamo isə həmin gün Bakı şəhəri, Şamaxinka adlanan yerdə onunla görüşmüş, o, İntiqama zəng edərək, verəcəkləri pulu notarius vasitəsilə vermək istədiklərini demiş, sonuncu, bununla razılaşmış və hara desələr gələ biləcəklərini demişdir. Onlar birlikdə Şamo ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən notariat kantorlarının birinə getmiş, lakin şənbə günü olduğundan bankların işləmədiyini əsas gətirərək pulun notariusla verilməsinin mümkün olmadığını bildirmişlər. Şamo bildirmişdir ki,-“işimizi ləngitməyək, elə bu gün pulu İntiqama verək, əgər bu adam bizi aldatmaq istəsə, pulu notarius vasitəsilə versək belə aldada bilər”. Çünki Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 internet vasitəsilə araşdıraraq onun həqiqətən “Meed vay” oteller şəbəkəsinin rəhbəri olduğunu öyrənmiş və həmin şirkətin də yüksək vəzifəli şəxslərin olduğunu bildirmişdir. O, İntiqama zəng vurmuş, o, onları “Skazka” restoranına çağırmış, onlar Şamonun avtomobili ilə ora getmiş və İntiqamın gəlməyini gözləmişlər. Bir qədər sonra İntiqam deyilən yerə gəlmiş və ona zəng etmiş, onlar avtomobildən düşərkən Şamo topa şəkildə miqdarını bilmədiyi qədər pulu ona vermiş və pulu İntiqama onun verməyini istəmiş, o, pulu götürmüş və onlar İntiqamın avtomobilinə əyləşmişlər. O, Anarın işə düzəlməsi ilə bağlı topa şəkildə pulu İntiqama vermiş, İntiqam pulu saymış, sonuncu, pulu sayandan sonra pulun 10 min manat olduğunu bilmişdir. Pul verərkən o, Şamo və İntiqam olmuşlar və Şamo həmin vaxt danışdıqlarını səs yazısı formasında qeydə almışdır. 26 dekabr 2023-cü il tarixdə İntiqam Anara zəng edərək, Şamonun da işini danışdığını, beh olaraq 10 min manat verməli olduğunu və əlavə olaraq iş yekunlaşarkən özü üçün də 5 min manat pul istədiyini demişdir. Anar da İntiqamın ona dediklərini zəng edib Şamoya və ona demişdir. Şamo yenə narazılıq etməmişdir. 27 dekabr 2022-ci il tarixdə o və Anar Bakı şəhəri Şamaxinka adlanan yerdə Şamo ilə görüşmüşlər, Şamonun avtomobili ilə “Skazka” restoranının qarşısına getmişlər. Şamo avtomobilində 10 min manat pulu ona vermiş və pulu onun verməyini istəmişdir. Onlar restorana daxil olmuş, orada İntiqamla görüşmüşlər, o, Şamonun işi ilə bağlı pulu Şamonun yanında İntiqama vermiş, İntiqam da pulu sayaraq cibinə qoymuş, 2023-cü ilin yanvar ayında dəqiq tarixi xatırlamadığı gündə İntiqam Anara zəng edərək, Şamonun işinin həll olunmaq üzrə olduğunu və təcili olaraq Bakı şəhərinə gəlməli olduğunu demiş və sənədlərini də gətirməyini istəmişdir. Daha sonra İntiqam yenidən Anara zəng edərək, Şamonun işi üçün verilməli olan qalan 10 min manatı da gətirməyini tapşırmışdır. Anar Şamoya zəng edərək, İntiqamın dediklərini ona çatdırmış, onlar Anarla birlikdə 10 min manat pulu “Skazka” restoranında İntiqama vermişlər. 2023-cü ilin fevral ayında dəqiq tarixi xatırlamadığı gündə İntiqam ona zəng edərək, Anarın işi üçün 5 min manat pul istəmiş, lakin onda həmin məbləğdə pul olmamışdır. O, Anara zəng edib bu barədə demiş, o, İntiqamın Anarın işi üçün hədiyyə almalı olduğunu, 5 min manat pul istədiyini, 2 min manat pulu özünün düzəltdiyini, digər 3 mini isə kimdənsə borc alaraq, ona göndərməyini istəmişdir. Bir qədər sonra onun kartına 3 min manat pul yüklənmiş, o, öncədən pulu Anarın kimdən aldığını bilməmiş, sonradan Anar ona pulu Şamonun göndərdiyini bildirmiş, o da Şamoya təşəkkür ismarıcı göndərmiş, 2023-cü ilin mart ayında İntiqam Şamoya votsap vasitəsilə mesaj yazaraq onu rəis vəzifəsinə təyin edə biləcəyini demişdir. Daha sonra mart ayında, dəqiq tarixi xatırlamadığı gündə İntiqam Anara zəng edərək, onu Bakıya çağırmış, o, Anar və İntiqam Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Qafqaz point” oteldə görüşmüş, İntiqam rəis vəzifəsi üçün Şamonun sənədlərinin uyğun gəldiyini demiş, İntiqam, Anarı müavin vəzifəsinə təyin elətdirəcəyini, Şamonu isə rəis vəzifəsinə təyin elətdirəcəyini demiş, onlar da razılaşmışdır. xx.xx.2023-cü il tarixdə İntiqam ona zəng edərək Şamonun işi ilə bağlı aidiyyəti şəxslərə hədiyyə verəcəyini, bu səbəbdən 5 min manat pul lazım olduğunu demiş, o isə bu barədə Şamonun özünə zəng etməyini istəmişdir. Sonradan eşitdiyinə görə İntiqam, Şamoya M10 hesabını göndərmiş, Şamo da həmin gün İsmayıllı şəhərində yerləşən Mustafa marketin qarşısında olan Milion odəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 ona verdiyi M10 hesabına 5000 (beş min) manat pul köçürtmüşdür. Anar Şamo ilə birlikdə onun işlədiyi İsmayıllı rayonunun Balik kəndində yerləşən Göl kafesinə gəlmiş, Şamo onunla məsləhətləşərək Anarın Mirdamət adlı şəxslə tanış olduğunu, ona pul vermək istədiyini demiş, lakin o, Mirdamətə pul verməməyi məsləhət görmüş, sonradan Şamonun Mirdamətə 10 min manat pul verdiyini eşitmişdir. Onun məqsədi həm Şamoya kömək etmək, həm də öz işinin alınması olmuşdur. Bu məsələlərdə hər hansı maddi marağı, Şamonu aldatmaq fikri olmamışdır. Sonuncu məhkəmə iclasında isə Təqsirləndirilən şəxs2 ifadəsində özünü təqsirli bilərək bildirmişdir ki, müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs1 verilmiş pullarla bağlı özünün heç bir maddi marağı olmasa da özünün və oğlunun işə düzəlməsi istiqamətində bu məsələdə maraqlı olmuşdur. Təqsirləndirilən şəxs1lə söhbət zamanı Zərərçəkmiş şəxs Mədəniyyət Nazirliyində məsul vəzifəyə təyin olunması, oğlu Anar Abbasovun isə Zərərçəkmiş şəxs müavin təyin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 əlavə 5000 (beş min) manat pul göndərməli olduğunu Şamoya demişdir. Bu danışıqlarda o, Şamoya özünün kart hesabında 2000 (iki min) manat olduğunu, əlavə olaraq ona məxsus kart hesabına 3000 manat borc pul göndərməsini xahiş etmiş, Zərərçəkmiş şəxs “Milliön” ödəniş terminalı vasitəsi ilə hər dəfə 1000 manat olmaqla 3 dəfəyə ona məxsus kart hesabına 3000 (üç min) manat məbləğində pul göndərmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 onların etibarından sui istifadə edərək onlardan aldığı pulu öz şəxsi ehtiyaclarına sərf etdiyi məlum olmuşdur. Bunu Zərərçəkmiş şəxs də bilmiş, o, Şamoya İntiqamdan şikayət etməli olduğunu demişdir. İbtidai istintaqın gedişində o özünü təqsirli bilməsə də Zərərçəkmiş şəxs dəymiş ziyanın 28000 manat hissəsini özü şəxsən ödəmişdir. Barəsindəki cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Bundan əlavə, o, “KapitalBank”ın İsmayıllı rayon filialında sonradan ona Zərərçəkmiş şəxs tərəfindən verilmiş 3000 manat məbləğinin 25% olaraq 750 manat pul vəsaitini X1 müvafiq hesabına ödənilmişdir. Ona görə də barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata və barəsindəki mülki iddiaya xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, ali təhsillidir. Rəsmi olaraq heç bir yerdə işləmir. 2022-ci ilin dekabr ayında onun mobil nömrəsinə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 zəng edərək Bakı şəhərində olduğunu bildirmiş və onunla telefon danışığı zamanı onun işə düzəldilməyi ilə bağlı görüşməklərinin vacib olduğunu bildirmişdir. O, həmin ilin dekabr ayının 18-də Dövlət qulluğu imtahanı ilə əlaqədar Bakı şəhərinə gələcəyimi bildirmiş, 17 dekabr 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs2 və X24 ilə Bakı şəhərində axşam saatlarında Statistika Komitəsinin yaxınlığında olan “Skazka” restoranında görüşmüş, həmin görüş zamanı Təqsirləndirilən şəxs2 onu öz tanışı Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış etmiş, Təqsirləndirilən şəxs1 yüksək vəzifəli tanışı olduğunu və yaxın zamanlarda X4 İdarəsinə X17 rəis və onu da həmin idarəyə rəis müavini vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. Daha sonra söhbət pul məsələsi ilə əlaqədar olduğu üçün həmin restoranın qarşısında o, Təqsirləndirilən şəxs2 və Anar Abbasov arasında davam etmiş, həmin söhbətdə Təqsirləndirilən şəxs2 rəis vəzifəsi üçün 80 (səksən) min manat, rəis müavini vəzifəsi üçün 20 (iyirmi) min manat pul verilməli olduğunu bildirmiş, ilkin olaraq Təqsirləndirilən şəxs2 ondan 10000(on min) manat pul istəmiş, o, qohumlardan və tanışlarından pul taparaq özünə məxsus **-DT-*** dövlət qeydiyyat nişanlı, Kia Optima markalı avtomobilində 18 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 10000 (on min) manat pul vermiş, Təqsirləndirilən şəxs2 pulu Təqsirləndirilən şəxs1 Notarüs vasitəsi ilə verəcəyini bildirsə də sonradan pulu Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ** ZN *** dövlət qeydiyyat nişanlı mersedes markalı avtomobildə vermişdir. O, pulu deyildiyi kimi Notarüs vasitəsi ilə verilmədiyini görüb pul verilməsinin səsini yazmış, 19 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək artıq məsələyə razılıq verildiyini və ayın sonuna kimi söz verilən vəzifəyə təyin olunacağını bildirmişdir. Mədəniyyət naziri Anar Kərimovun vəzifəsindən azad olunması və X8 Naziri vəzifəsinə təyin olunmasından sonra söz verilən vəzifəyə təyinat məsələsinin növbəti ilin yanvar ayının 10-a kimi olacağını Təqsirləndirilən şəxs2 ona demiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 whatsappda ona atdığı səsi ona göndərmişdir. Həmin səsdə Təqsirləndirilən şəxs1 yeni nazirin onların yaxın adamı olduğunu və işə qəbul məsələsinin nəzarəti altında olduğunu səs yazısında bildirmişdir. Vatsapp vasitəsi ilə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ona yazdığı smsləri ona yönləndirmiş, yazışmadan Təqsirləndirilən şəxs1 yeni təyin olunmuş nazir ilə danışdığını və təbrikə gedəcəyini bildirdiyi görünmüşdür. Yenə də Təqsirləndirilən şəxs2 onun Bakı şəhərinə gəlməli olduğumu bildirmiş gələn zaman özü ilə 10000(on min) manat pul əlavə olaraq gətirməli olduğunu demişdir. 27 dekabr 2022-ci il tarixdə o, Bakı şəhərinə getmiş və deyilən 10000 (on min) manat pulu Statistika Komitəsnin yaxınlığında yerləşən “Skazka” restoranının qarşısında özünə məxsus avtomobildə Təqsirləndirilən şəxs2 vermiş, həmin gün günün ikinci yarısı Statistika Komitəsinin yaxınlığında olan “Skazka” restoranında yenidən Təqsirləndirilən şəxs1lə o, Təqsirləndirilən şəxs2 və Anar Abbasov görüşmüş, yenədə o, həmin görüşün səsini yazmış, görüş zamanı Təqsirləndirilən şəxs1 Mədəniyyət Nazirini təbrikə gedəcəyini, verilən pul ilə hədiyyə alacağını bildirmiş və pulun ümumi veriləcək məbləğdən getdiyini demişdir. 19 yanvar 2023-cü il tarixdə Anar Abbasovla whatsapp vasitəsi ilə yazışarkən X29 Xankişiyevlə atası Təqsirləndirilən şəxs2 yazışdığını yanvar ayının sonuna kimi əmrinin veriləcəyini bildirmişdir. 2023-cü ilin yanvar ayının 26-da onunla Anar Abbasov arasında whatsapp yazışması olmuş və Anar Abbasov ondan özü üçün nazirin qəbuluna getmək üçün kostyum alınmalı olduğunu amma pulu olmadığını demiş, o, 200 (iki yüz) manat pulu Anar Abbasova kostyum almaq üçün borc kimi vermiş, 2023-cü ilin fevral ayının 10-da Anar Abbasov ondan bu dəfə də 200 (iki yüz) manat borc pul istəmiş və o, yenidən həmin pulu ona vermiş, 24 fevral 2023-cü il tarixdə Anar Abbasov ona whatsapp vasitəsi ilə Təqsirləndirilən şəxs1 səsini göndərmişdir. Təqsirləndirilən şəxs1 25 fevral tarixinə Anar Abbasovu onunla Bakı şəhərinə növbəti dəfə görüşə çağırmış, 25 fevral 2023-cü il tarixdə yenə Anar Abbasov ona İntiqam Xankişyevin yazısını göndərib və zəng edərək Bakıya gələndə 10000 (on min) manat pul gətirməyini bildirmiş, Təqsirləndirilən şəxs1 yüksək vəzifəli şəxslə görüşəcəyini və ona hədiyyə alacağını demişdir. 25 fevral 2023-cü il tarixdə Statistika Komitəsinin yaxınlığında olan “Skazka” restoranında yenidən Təqsirləndirilən şəxs1lə və Anar Abbasovla görüşmüşlər. Görüşdən öncə Anar Abbasov ondan 10000(on min) manatı almış və görüş zamanı Təqsirləndirilən şəxs1 vermişdir. 25 fevral 2023-cü il tarixdəki görüşdən onun avtomobili ilə geri qayıdarkən Təqsirləndirilən şəxs2 oğlu Anar Abbasova zəng edərək, verilən 10000 (on min) manatın kifayət etmədiyini əlavə olaraq da 5000(beş min) manat verilməli olduğunu demiş, 26 fevral 2023-cü il tarixdə o, 3000 (üç min) manat pulu Təqsirləndirilən şəxs2 göndərdiyi kart hesabına göndərmiş, 20 mart 2023-cü il tarixdə o və X23 şəhərində yerləşən X20 parkında gəzərkən Təqsirləndirilən şəxs2 ona zəng edərək təcili olaraq İntiqam Xanikişiyevə növbəti dəfə 5000 (beş min) manat pul göndərməli olduğumu demiş, Təqsirləndirilən şəxs2 xəbər çıxmadığını görən Təqsirləndirilən şəxs1 özü ona həm zəng edib həmçinin vatsap hesabına yazmış, o, 5000 (beş min) manat pulu həmin gün M10 ödəniş sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı nömrəsinə göndərmiş, cari ilin iyul ayında X3 rəhbərlər təyin olunduqdan sonra o, Təqsirləndirilən şəxs2 və onun oğlu Anar Abbasova işə düzəldilmək üçün ondan alınan 38(otuz səkkiz) min manatı geri istəmiş, bu barədə onunla Təqsirləndirilən şəxs2 arasında votsap yazışmaları olmuş, 04 avqust 2023-cü il tarixdə o, Anar Abbasov ilə Bakı şəhərinə getmiş, Zabitlər parkında axşam saatlarında Təqsirləndirilən şəxs1 ilə görüşmüş, həmin görüş zamanı Təqsirləndirilən şəxs1 08 avqust 2023-cü il tarixdə ona saat 14-15 radələrində qəbula girəcəyini demiş, qəbul olmasa işə düzəlmək üçün Təqsirləndirilən şəxs2 və Anar Abbasovun vasitəsi ilə ondan alınan 38(otuz səkkiz) min manatı 08 avqust 2023-cü il tarixdə axşam saatlarına kimi geri qaytaracağına söz vermiş, 08 avqust 2023-cü il tarixdə onu Mədəniyyət Nazirinin qəbuluna girmək üçün Bakı şəhərinə Təqsirləndirilən şəxs1 çağırmışdır. O, Anar Abbasovla birlikdə 08 avqust 2023-cü il tarixdə Bakı şəhərində Hökümət evinin qarşısında Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. 1 saat yarım orada qəbulu gözlədikdən sonra isə Təqsirləndirilən şəxs1, qəbul məsələsinin alınmadığını və verdikləri 38(otuz səkkiz) min manat pulun həmin axşam saatlarında geri qaytaracağına söz vermiş, lakin pul hazırki tarixə kimi geri qaytarılmamışdır. 08 avqust 2023-cü il tarixində söz verildiyi kimi Mədəniyyət Nazirinin qəbulunun olmadığını həmçinin həmin axşam pulun geri verilmədiyini görən Anar Abbasov ona qarşı qurduqları oyunun üstünün açılacağından ehtiyat edərək başqa tanışlarının olduğunu başqa tərəfdən onun iş məsələsini həll edə biləcəyini bildirmiş, onun yanında kimlərləsə öz telefonu ilə danışdıqdan sonra Anar Abbasov onun CV-sini həmin şəxslərə göndərmişdir. Bir neçə gün sonra isə Anar Abbasov ona danışdığı iş ilə əlaqədar 10000 (on min) manat vermək lazım olduğunu demiş, o, nazirlikdən işlə bağlı zəng gəlmədiyini bildirmiş və pul yalnız dediyi məsələlər həll olunduqdan sonra verəcəyini demiş, 16 avqust 2023-cü il tarixdə onun 055 573 21 73 saylı nömrəsinə Anar Abbasov 055 886 39 99 saylı nömrədən saat 12:20-də zəng edərək telefonu yanında saxlamağı və nahara kimi zəng gələcəyini demiş, 16 avqust 2023-cü ildə saat 12:28-də 055 598 01 72 saylı nömrəsindən ona zəng edilərək Mədəniyyət Nazirinin müavini Yusifova Səadət xanımın köməkçisi Leyla xanım olduğunu bildirdilər və onun avqust ayının 28 –dən sonra qəbula çağrılacağını dedilər. Gələn zəngdən sonra Anar Abbasov 10000 (on min) manatın verilməsinin vacib olduğunu demiş, 17 avqust 2023-cü ildə o, Anar Abbasov ilə Bakı şəhərinə getmiş, o, həmin gün pulu Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 174 də yerləşən Kapital Bankın ATM-dən 10000 (on min) manat pulu nağdlaşdıraraq öz şəxsi avtomobilində Anar Abbasova saat 11:20 radələrində vermiş, həmin gün Anar Abbasovun tanışı olan Seyid (əlaqə nömrəsi 050 538 64 35) adı ilə təqdim etdiyi şəxs ilə 3-cü mikrarayon dairəsinin yaxınlığında “Başkənd” restoranında görüşmüş, Anar Abbasov ilk öncə həmin şəxslə ayrıca görüşmüş, daha sonra o, onların əyləşdiyi masaya dəvət olunmuş, söhbət zamanı Seyid adlı şəxs bildirmişdir ki, onlar Anar Abbasovu X15 İdarəsinə rəis təyin etdirəcəklər və onu da ora müavin göndərəcəklər və bunun qarşılığında o, 30 (otuz) min manat verməlidir. O, rayona qayıtdıqdan sonra Anar Abbasov ona işini görən adamların xeyir işi olduğunu onun adından ora hədiyyə göndərmək lazım olduğunu dediklərini və təcili olaraq 1000(min) manat pul verməyini istəmişdir. O, pulun hazır olduğunu Anar Abbasova bildirdikdən sonra pulu kimin hesabına göndərmək lazım olduğunu soruşduqda Anar Abbasov pulu İsmayıllı şəhərində “Qala” restoranının arxa hissəsində yerləşən evlərinə verməli olduğunu bildirmiş, o, pulu Anar Abbasovun evinə apararaq onun həyat yoldaşına vermiş, 28 avqust 2023-cü il tarixdə 055 598 01 72 saylı nömrədən 16 avqust 2023-cü il tarixində gələn zəng ilə əlaqədar o, həmin nömrəyə zəng etmiş, lakin nömrənin bağlı olduğu onda şübhə yaratmışdır. X13 Nazirliyinin 012 493 76 04 saylı nömrəsinə zəng edərək ilk öncə Nazir müavini Səadət xanımın köməkçisi ilə əlaqə saxlamaq istəsə də buna nail ola bilməmiş, daha sonra nazirliyin 012 493 43 98 nömrəsinə zəng etmiş, özünü Cənab Nazirin katibəsi olaraq təqdim edən xanımla danışmış və bütün vəziyyəti olduğu kimi izah ona etmişdir. Həmin zəngdən sonra Mədəniyyət Nazirinin müavini Səadət xanımın köməkçisi olaraq təqdim edən Svetlana adlı xanım 012 493 76 04 nömrəsindən atasının istifadəsində olan 055 826 32 83 saylı nömrəsinə zəng etmiş, Rəhman, vəziyyəti olduğu kimi bir daha izah etdikdən sonra Svetlana xanım Leyla adlı xanımın artıq orda çalışmadığını və avqust ayının əvvəli işdən ayrıldığını bildirərək, onun nazir müavinin qəbuluna çağırılması məsələsinin yalan olduğunu söyləmiş, yaranmış vəziyyət barədə o, Anar Abbasova atasının yanında zəng edərək məlumat vermiş, həmin gün saat 15:50 radələrində ev telefonuna (**********) 077 330 46 24 saylı nömrədən zəng gəlmiş, o, telefona cavab vermiş, özünü Mədəniyyət Nazirinin köməkçisi Tamerlan Axundov kimi təqdim edən şəxs ona sentyabr ayının 15-dən sonra Cənab Nazirin qəbuluna çağrılacağımı bildirmişdir. Nazir köməkçisinin qəbul ilə bağlı ev telefonuna zəng etməyi, onun nömrə istəyərkən nömrə verməkdən imtina etməsi 16 avqust 2023-cü il tarixində edilən zəngin yalan olması onlarda bir daha şübhə yaratdı və atası yenidən elə həmin gün zəng etdiyi 012 493 43 98 saylı nömrə ilə əlaqə saxladı, yeni zəng barədə məlumat verdi və Nazir köməkçisi Tamerlan müəllimin şəxsən özü ilə danışmaq istədiyini bildirdi. Tamerlan müəllimin başının qarışıq olduğunu lakin məsələ barədə ona məlumat verən xanım o nömrənin Tamerlan müəllimə aid olmadığını demiş və bu barədə hüquq mühafizə orqanlarına müraciət etməli olduqlarını demiş, bunlardan sonra 12 sentyabr 2023-cü il tarixdə Anar Abbasov onu yenidən Bakı şəhərinə aparmış, Anar Abbasovun yaxını olan Seyid adı ilə təqdim etdiyi şəxs ilə görüş təşkil etmiş, görüş zamanı onlar arasında bütün bu məsələr, həmçinin onu işə düzəltmək üçün Anar Abbasovun ondan aldığı 11 000(on bir min) manatında müzakirəsi olmuşdur. Təqsirləndirilən şəxs2 və oğlu Anar Abbasovun onu işə düzətmək üçün bütün uydurduqları yalanları üzə çıxdıqdan sonra dəfələrlə hər ikisi ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs2 Aşıqbayram gölünün ətrafında olan “Göl” istirahət mərkəzinə dəfələrlə gedərək Təqsirləndirilən şəxs2la söhbət edib təcili onu işə düzəltmək adı ilə onun etibarından sui-istifadə edərək aldığı 38(otuz səkkiz) min manatı geri qaytarmasını istəmişlər, həmçinin Anar Abbasov ilə İsmayıllı şəhəri Heydər Əliyev prospektində olan “Uşaq əyləncə və İstirahət “ parkında görüşmüşlər, onu işə düzəltmək adı ilə etibarından sui-istifadə edərək aldığı 11(on bir ) min manatı geri qaytarmasını istəmişlər. Aradan xeyli vaxt keçməsinə baxmayaraq onun etibarından sui-istifadə edərək işə düzəltmək adı ilə aldıqları pulu Təqsirləndirilən şəxs2 və oğlu Anar Abbasov 49000 (qırx doqquz min) manatı geri qaytarmamışlar. Yalnız 1000 (min) manat pulu geri qaytarmışlar. Təqsirləndirilən şəxs2 ona və atasına yalan vədlər verərək ona məxsus olan Aşıqbayram gölü ətrafında olan “Göl” istirahət mərkəzini 150 (yüz əlli min) manata kimlərləsə satışını razılaşdığını, Azər, satış alınmasa ya Kürdmaşı kəndində öz adına olan dəyəri 150000 (yüz əlli min) manat olan evini ya İsmayıllı şəhəri Heydər Əliyev prospektində olan “Qala” şadlıq evinin arxasında oğlu Anar Abbasovun adına olan iki mərtəbəli dəyəri 150000 (yüz əlli min) manat olan evi ya İsmayıllı şəhərinin çıxışında Qəbələyə gedən yolun alt hissəsində oğlu Vüqar Abbasovun adına olan iki mərtəbəli dəyəri 200000 (iki yüz min) manat olan ya da Bakı şəhəri Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış massivi bina 32 də həyat yoldaşının adına olan dəyəri 40000 (qırx min) min manatlıq evini satacağını və ondan işə düzəldilmək məqsədi ilə aldıqları pulu onlara qaytaracağına söz vermişdir. Bu barədə Anar Abbasov ona whatsapp da sms də yazmışdır. Sonuncu dəfə 12 oktyabr 2023-cü il tarixdə o, həm Anar Abbasov ilə həm Təqsirləndirilən şəxs2 ilə, atası isə Təqsirləndirilən şəxs2 ilə telefon ilə əlaqəsi saxlamış, ondan işə düzəltmək adı ilə aldıqları pulları 15 oktyabr 2023-cü il tarixədək geri qaytarmalarını tələb etmiş, qaytarmadıqları təqdirdə isə hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirsələr də həm Təqsirləndirilən şəxs2 həmdə Anar Abbasov gedin hara şikayət edirsiz edin elə bu gün edin demişlər. Təqsirləndirilən şəxs2 və oğlu Anar Abbasovun onun etibarından sui-istifadə edərək işə düzəltmək adı ilə aldıqları pulları qaytarmadıqları üçün məcburiyyətdən borc aldığı insanlara pulu qaytarmaq üçün anasının qızıl ziynət əşyalarını lombarda qoyaraq pul götürmüşlər, həmçinin ailə üzvlərinin və qohumlarının adına bank kreditləri də götürmüşlər. Lombard kreditinin məbləği 2900 (iki min doqquz yüz manat) manat, banklardan götürülən kreditlərin ümümi məbləği isə 14700 (on dörd min yeddi yüz) manat təşkil etmişdir. Təqsirləndirilən şəxs2 və oğlu Anar Abbasovun ona qarşı etdikləri bu əməllərə görə ailədə çox böyük maddi və mənəvi çətinliklər yaranmış, bu səbəblərdən də ağır vəziyyətdə olan atasını heç cürə müalicə etdirə bilməmiş, dərman və yaranmış bank kredit xərclərini ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan ibtidai istintaqın gedişində ödənilmiş, digər Təqsirləndirilən şəxs2 isə məhkəmə istintaqının gedişində onunla razılıq əldə edərək barışmışlar. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, o, onları bağışlamışdır, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində, həmçinin maddi ziyanla bağlı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata və onun Təqsirləndirilən şəxs2 qarşı mülki iddiasına xitam verilməsini və təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində oğlu Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. X7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Onunla münasibətləri normal olmuşdur. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2022-ci ilin dekabr ayının 10-u o, işə düzəlmək məqsədilə tanış olduğu Təqsirləndirilən şəxs1 adlı şəxslə Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşmüş, İntiqamın telefon nömrəsini tanıdığı İlham adlı şəxs ona vermiş, o, İntiqama zəng vurub işə düzəlmək üçün görüşmək istədiyini bildirmiş, İntiqam da onu Bakı şəhəri, Yasamal rayonu ərazisində Statistika Komitəsinin yaxınlığında olan “Skazka” restoranına dəvət etmiş, o, İntiqamla xx.xx.2022-ci il tarixdə saat 16 radələrində deyilən ünvanda görüşmüş, sonuncu, onu X4 İdarəsinə işə düzəltmək üçün ondan 80 000 (səksən min) manat pul istəmiş, pulun 30 000 (otuz min) manatını beh olaraq qabaqcadan verməyini istəmişdir. O, atasına bu barədə bildirmiş, atası da İntiqamla özü görüşmək istəmiş, o, İntiqama zəng vurub atasının onunla görüşmək istədiyini demiş, onlar həmin gün, yəni, xx.xx.2022-ci il tarixdə gecə saat 23 radələrində İntiqamla “Skazka” restoranında görüşmüş, atası ona tələb olunan məbləği işin sonunda verəcəyini təklif etsə də İntiqam, buna razı olmamışdır. Onlar bu barədə atası ilə məsləhətləşərkən, Azər, Şamonun ona “iş olarsa mənə də xəbər et, birlikdə işləyək” dediyini və Şamodan pul istəyəcəyini bildirmiş, səhəri gün, yəni, xx.xx.2022-ci il tarixdə atası Təqsirləndirilən şəxs2 Şamoya zəng edərək, tanış adam vasitəsilə onu X4 İdarəsinə rəis vəzifəsinə təyin elətdirəcəyini, Şamonun da həmin idarədə çalışmaq istəyibistəmədiyini soruşmuş, Şamo, müavin vəzifəsinə təyin olunarsa işləyə biləcəyini demiş, atası Təqsirləndirilən şəxs2 Şamoya onun işə düzəlməyi üçün ümumilikdə 80 000 (səksən min) manat tələb olunduğunu, ilkin olaraq isə 30 000 (otuz min) verməli olduqlarını demiş, Şamo, tələb olunan 80 min manatı verə biləcəyinə razılaşmış və ilkin olaraq 30 000 (otuz min) manatı verə biləcəyini demiş, atası ona pulu verməmişdən qabaq üçünün də gedib onu işə düzəldəcəyini söz verən Təqsirləndirilən şəxs1 adlı şəxslə görüşüb bu barədə ətraflı danışmaqlarını təklif etmiş, həmin vaxt Şamo İsmayıllı rayonunda olmuş, atası Şamonu Bakı şəhərinə çağırmışdır. Şamo, 17 dekabr 2023-cü il tarixdə imtahan sessiyasına gələcəyini, gələndə İntiqamla görüşə biləcəklərini demiş, Bakıya gələrkən 30 000 (otuz min) manat pul da gətirəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, atası Azər, Şamo və Təqsirləndirilən şəxs1 “Skazka” restoranında görüşmüşlər. Orada İntiqam onlarla danışdıqlarını yenidən təkrar etmiş və özünün də müavin kimi X4 İdarəsinə işə düzəlmək istədiyini demişdir. İntiqam 80 000 (səksən min) manat rəis vəzifəsi üçün, 20 000 (iyirmi min) manat isə müavin vəzifəsinə işə düzəltmək üçün istədiyini bildirmişdir. Şamo bununla razılaşmışdır. Atası İntiqama 30 000 (otuz min) deyil, 10 000 (on min) beh verəcəklərini demiş, İntiqam da bununla razılaşmışdır. Onlar oradan çıxıb evlərinə getmiş, Şamo pulunun bacısıgilin evində olacağını, səhəri gün götürüb verə biləcəyini demişdir. Səhəri gün, yəni, xx.xx.2022-ci il tarixdə o, İsmayıllı rayonuna qayıtmış, Şamo isə atası ilə görüşüb, 10 min manat pulu “Skazka” restoranının qarşısında İntiqama məxsus avtomobildə sonuncuya vermişlər. 26 dekabr 2023-cü il tarixdə İntiqam ona zəng edərək, Şamonun da işini danışdığını, beh olaraq 10 min manat verməli olduğunu və əlavə olaraq iş yekunlaşarkən özü üçün də 5 min manat pul istədiyini demişdir. O da İntiqamın ona dediklərini zəng edib Şamoya və atasına demiş, Şamo yenə narazılıq etməmiş, 27 dekabr 2022-ci il tarixdə o və atası Azər Bakı şəhəri Şamaxinka adlanan yerdə Şamo ilə görüşmüş, onun avtomobili ilə “Skazka” restoranının qarşısına getmiş, Şamo avtomobilində 10 min manat pulu atasına vermiş və pulu atasının verməyini istəmişdir. Onlar restorana daxil olmuş, orada İntiqamla görüşmüş, atası pulu Şamonun yanında İntiqama vermiş, İntiqam da pulu sayaraq cibinə qoymuşdur. 2023-cü ilin yanvar ayında dəqiq tarixi xatırlamadığı gündə İntiqam ona zəng edərək, Şamonun işinin həll olunmaq üzrə olduğunu və təcili olaraq Bakı şəhərinə gəlməli olduğunu demiş və sənədlərini də gətirməyini istəmişdir. Daha sonra İntiqam yenidən ona zəng edərək, Şamonun işi üçün verilməli olan qalan 10 min manatı da gətirməyini tapşırmışdır. O, Şamoya zəng edərək, İntiqamın dediklərini ona çatdırmış, Şamo Bakı şəhərinə gəlmiş və onlar birlikdə Şamonun bacısıgilə pulu götürmək üçün getmişlər. O, binanın qarşısında Şamonun avtomobilində gözləmiş, Şamo isə gedib 10 min manatı da gətirmişdir. Onlar oradan “Skazka” restoranına getmiş, restoranda İntiqamı gözləyərkən Şamo 10 min manat pulu ona vermiş, İntiqam gələndə o, pulu İntiqama vermiş, İntiqam, sayıb pulu götürmüşdür. 2023-cü ilin fevral ayında dəqiq tarixi xatırlamadığı gündə İntiqam onun işi üçün 10 min manat pul istəmişdir. İntiqam, bu barədə Azərə zəng edib demişdir. Lakin onlarda həmin məbləğdə pul olmamış, atası ona zəng edib bu barədə deyərkən Şamo da onun yanında olmuş, Azər İntiqamın onun işi üçün 10 min manat pul istədiyini, 2 min manat pulu özünün düzəltdiyini, digər 8 min manatı isə Şamodan almağını istəmişdir. O, Şamoya 8 min manat pul lazım olduğunu demiş, Şamo 3 min manat pul düzəltmiş və pulu İsmayıllı şəhərində yerləşən Mustafa marketin qarşısında olan Million odəniş terminalı vasitəsilə atası Təqsirləndirilən şəxs2 məxsus kart hesabına göndərmiş, atası da umumilikdə 5 min manat pulu Bakı şəhərində “Zabitlər parkı” adlanan yerdə Xarı bülbül restoranında İntiqama vermişdir. 2023-cü ilin mart ayında İntiqam Şamoya votsap vasitəsilə mesaj yazaraq Şamonu rəis vəzifəsinə təyin edə biləcəyini demişdir. Daha sonra mart ayında, dəqiq tarixi xatırlamadığı gündə İntiqam ona zəng edərək, Anarı Bakıya çağırmış, o, Azər və İntiqam Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Qafqaz point” oteldə görüşmüşlər, İntiqam rəis vəzifəsi üçün Şamonun sənədlərinin uyğun gəldiyini demiş, İntiqam, onu müavin vəzifəsinə təyin elətdirəcəyini, Şamonu isə rəis vəzifəsinə təyin elətdirəcəyini demişdir. Onlar da razılaşmış, xx.xx.2023-cü il tarixdə o, Şamo ilə İsmayıllı şəhəri, H.Əliyev parkında gəzərkən İntiqam Şamoya zəng vuraraq, “mən Təqsirləndirilən şəxs2 zəng edərək, sənin işinlə bağlı aidiyyəti şəxslərə bayram payı vermək üçün 5 min manat pul lazım olduğunu dedim, Azər müəllim isə bunu Şamonun özünə de”,- demiş və Şamodan 5 min manat pul istəmişdir. İntiqam Şamoya M10 hesabını göndərmiş, Şamo həmin gün İsmayıllı şəhərində yerləşən Mustafa marketin qarşısında olan Milion ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 verdiyi M10 hesabına 5000 (beş min) manat pul köçürtmüşdür. O, xx.xx.2023-cü il tarixdə özü gedib “Qafqaz point” oteldə İntiqamla görüşmüş, orada İntiqamın onun işi ilə bağlı deyil, daha çox Şamonun işi ilə bağlı danışmışdır. O, İntiqamdan onun işi ilə bağlı məsələni dayandırmağını istəmiş, onun üçün verilən pulları da Şamonun işi üçün verilən pullara saymağını istəmişdir. O, bir qədər iş barədə fikirləşməmiş, xx.xx.2023-cü il tarixdə ona Rüfət adlı tanışı zəng edərək, ona işlə bağlı bir nəfər şəxsin zəng edəcəyini demiş, həmin gün Rüfətin dediyi özünü Mirdamət kimi təqdim edən şəxs ona zəng etmiş, sonuncu, onu işlə bağlı görüşmək üçün Bakı şəhərinə çağırmış, xx.xx.2023-cü il tarixdə o, Bakı şəhəri, Səbail rayonu, M.İbrahimov küçəsində yerləşən ofisdə Mirdamət adlı şəxslə görüşmüş, sonuncu, onun CV-sini Mədəniyyət Nazirliyinə məruzə etdiyini və onu X15 İdarəsinə rəis təyin elətdirə biləcəyini demiş, bunun müqabilində 100 000 (yüz min) manat pul lazım olduğunu, 10 min manatı əvvəlcədən qalan 90 min manatı isə iş düzəldikdən sonra alacağını demiş, o, Mirdamətlə razılaşmış, o, Ağa adlı dostundan 10 min manat borc pul istəmiş və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 20 yanvar metrosunun yanında Mirdamətlə görüşüb 10 min manat pulu ona vermiş, avqust ayının əvvəlində Mirdamət ona zəng edərək, 1000 manat pul istəmiş və onun adından aidiyyəti şəxsə hədiyyə verəcəyini demiş, o, Şamoya zəng edib ondan 1000 manat borc istəmiş və aparıb yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evinə verməyini xahiş etmişdir. Şamo da bir neçə saat sonra pulu aparıb həyat yoldaşı Aygün Abbasovaya vermişdir. Bir neçə gün sonra dəqiq tarixi xatırlamadığı gündə Şamo ondan öz işi ilə bağlı da Mirdamətlə danışmağını istəmiş, o, Şamonun yanında Mirdamətlə Şamo barəsində danışmış, Mirdamət, bir neçə gün sonra ona zəng edib Şamonu rəis vəzifəsinə deyil, müavin vəzifəsinə düzəldə biləcəyini demiş, bunun müqabilində 30 min manat pul alacağını və ilkin olaraq 10 min manat gətirməyini istəmiş, Şamo da həmin vaxt onunla birlikdə olmuş, sonuncu, onun Mirdamətlə danışdıqlarımı eşitmişdir. Şamo buna razılıq vermiş, onlar Şamo ilə birlikdə atası Təqsirləndirilən şəxs2la İsmayıllı rayonunun Balik kəndində yerləşən Göl kafesində görüşmüşlər. Şamo Azərlə məsləhətləşmiş, lakin atası ona pul verməməyi məsləhət görmüşdür. Şamo səhəri gün pulu vermək istədiyini demiş və onlar xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə getmiş, sonuncu, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küşəsi 174 də yerləşən Kapital Bankın ATM-dən 10000 (on min) manat pulu nağdlaşdıraraq öz avtomobilində ona vermiş, Mirdamət pulu ondan götürəcəyini demişdir. Onlar birlikdə həmin ərazidə yerləşən “Başkənd” restonanına getmiş, orada Mirdamətlə görüşmüş, o, 10 min manat pulu Şamonun yanında Mirdamətə vermişdir. Təxminən 1 həftə sonra Şamo, işi istəmədiyini və Mirdamətlə danışıb pulunu geri verməsini istəmişdir. O, dəfələrlə Mirdamətlə danışıb pulu geri qaytarmağını desə də sonuncu, hər dəfə müxtəlif bəhanələr gətirərək bundan yayınmış, İntiqam isə ümumiyyətlə zənglərinə cavab verməmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini də iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, X7 ifadəsində qeyd etdiyi xüsusatları göstərməklə bir daha təsdiq etmişdir. “M10 hesabının artırılmasına dair” qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 16:20 radələrində Zərərçəkmiş şəxs İsmayıllı şəhərinin Cavanşir küçəsində yerləşən “Mustafa market” adlanan dükanın qarşısında quraşdırılmış 21018 nömrəli “Miliön” odəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin M10 hesabına 5000 (beş min) manat pul göndərilmişdir. “Unitransfer xidmətinin nağd ödənişinə dair” qəbzdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:40 radələrində İsmayıllı şəhərinin Cavanşir küçəsində yerləşən “Mustafa market” adlı dükanın qarşısında quraşdırılmış 21018 nömrəli “Milliön” ödəniş terminalı vasitəsi ilə hər dəfə 1000 manat olmaqla 3 dəfəyə Təqsirləndirilən şəxs2 məxsus "xxxx" ASC-yə aid son səkkiz rəqəmi 18573299 olan kart hesabına ümumilikdə 3000 (üç min) manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 10000 (on min) manat pulun və xx.xx.2023-cü il tarixdə X18 10000 (on min) manat pulun verildiyi yer ünvan 5 ünvanında yerləşən Qorodok (keçmiş Skazka) restoranının qarşısı, Təqsirləndirilən şəxs2 və X2 Şamo Rəhman oğlunun iştirakı ilə ümumilikdə 30000 (otuz min) manat pulun verildiyi yer ünvan 5 ünvanında yerləşən Qorodok (keçmiş Skazka) restoranı, Zərərçəkmiş şəxs Mirdamət Əsgərova verilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə X18 10000 (on min) manat pulun verildiyi yer ünvan 6 ünvanının qarşısı, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 məxsus kart hesabına 3000 (üç min) manat və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı M10 hesabına 5000 (beş min) manat pulun göndərildiyi yer İsmayıllı şəhəri, Cavanşir küçəsində “Mustafa market” adlanan mağazanın qarşısında yerləşdirilmiş Milliön ödəniş terminalı, Zərərçəkmiş şəxs X6 1000 (min) manat pulu verdiyi yer X18 məxsus İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən fədi yaşayış evinin qarşısıdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən alınmış xx.xx.2024-cü il tarixli, 3-24/2-1024/xx-xx/2024 nömrəli məktubdan görünür ki, cinayət işinin istintaqı ilə əlaqədar İsmayıllı rayonunun Diyallı kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs və Göyçay rayonunun Kürd kəndində qeydiyyatda olmaqla, İsmayıllı rayonunda yaşayan X22 barəsində Mədəniyyət Nazirliyi sistemində işə düzəlmələri ilə bağlı 2022-ci ilin dekabr ayından hazırki vaxtadək hər hansı müraciətin daxil olub-olmaması barədə məlumatın təqdim edilməsinə köməklik göstərilməsi haqqında məktuba aidiyyəti üzrə baxılmış, qeyd olunan müddət ərzində adıçəkilən şəxslərdən yalnız Zərərçəkmiş şəxs işlə təmin edilməsi ilə bağlı atası Rəhman Nuğayev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikasının Birinci Vitse-prezidentinin Katibliyinə ünvanlanmış və aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə daxil olmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Nizami RPİ-də Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə olan ********* nömrəli material xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il şərti sınaq müddəti tətbiq edilməklə, 04 il 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İsmayıllı rayon X9 Hüquqi Şəxsindən daxil olmuş 15 may 2024-cü il tarixli 18-1-47/2- 481-2024 nömrəli arayışdan görünür ki, Abbasov X11 RMX-nın Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Azərbaycan Respublikası TƏBİB PHŞ-nin “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 7 nömrəli şəhər poliklinikasından daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 psixiatr müşahidəsində deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” PHŞ-dən daxil olmuş, xx.xx.2024-cü il tarixli, 88773 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 “Bakı şəhər Narkoloji Mərkəz” publik hüquqi şəxsi narkoloji qeydiyyatında yoxdur. "xxxx" MMC-dən alınmış, xx.xx.2024-cü il tarixli, 004/24 nömrəli arayışdan görünür ki, Midvvay Group MMc şirkətində icraçı direktor vəzifəsində çalışan Təqsirləndirilən şəxs1 kadr işləri ilə bağlı qərarlar qəbul etmək, işçilərin işə qəbulu, işdən azad olunması, ştat cədvəlində dəyişiklik, işçilərin vəzidə bölgüsü və yer dəyişməsi ilə bağlı heç bir səlahiyyəti, hüququ və vəzifə öhdəlikləri yoxdur. Yalnız içraçı direktor olaraq işin düzgün qurulması və təşkili ilə bağlı ümumi məsələrdən sorumludur. Zərərçəkmiş şəxs İsmayıllı rayon notariat ofisində təsdiqlənmiş ərizələrindən, əlavə olaraq məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, cinayət işi üzrə ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ona tam olaraq ödənilmişdir. Onlar barışmışlar. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bağışlamış, onun təqsirləndirilən şəxslər barəsində heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır, Təqsirləndirilən şəxs2 qarşı mülki iddiaya xitam verilməsini xahiş edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin qərarın 3-cü bəndində götərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Məhkəmə istintaqında müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Kürdmaşı kənd sakini X14 ona Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nəzdində hər-hansı vəzifədə işə düzəlməkdə köməklik etməsi barədə şifahi müraciətindən sonra sonuncunun atası Təqsirləndirilən şəxs2 ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində görüşüb söhbət edərkən, Təqsirləndirilən şəxs2 onun Anar Abbasovu işə düzəldə bilmək üçün hər-hansı real imkanlarının olmadığını aşkar görüb aralarında olan qısa müddətli səmimi münasibətdən istifadə edərək, maddi mənfəət əldə etmək və sair şəxsi niyyətlə ona İsmayıllı rayonunun Diyallı kənd sakini Zərərçəkmiş şəxs Mədəniyyət Nazirliyi nəzdində hər-hansı məsul vəzifəyə düzəlmək üçün xeyli miqdarda pul verə biləcəyi barədə məlumat verib bu adla Zərərçəkmiş şəxs aldadaraq əmlakını ələ keçirmək barədə təklifi ilə razılaşıb Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək qərarına gəlmiş, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxslə danışıb etibarından sui-istifadə edərək sonuncunu onun ayrı-ayrı şəxsləri Mədəniyyət Nazirliyində yüksək vəzifələrə təyin etdirmək imkanına malik olmasına inandırmaqla aldadıb Bakı şəhərində görüşmələrini təklif etmiş, bu niyyətlə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxslə birlikdə Bakı şəhərinə gedib sonuncu ilə onun görüşünü təşkil etmiş, söhbət zamanı o, Mədəniyyət Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə aralarında olan yaxın əlaqələrindən istifadə edib Zərərçəkmiş şəxs 80000 (səksən min) manat pul müqabilində X15 İdarəsinə rəis və yaxud 20000 (iyirmi min) manat pul müqabilində rəis müavini vəzifəsinə təyin etdirə biləcəyini, buna real imkanlarının olduğunu deyib, həmin vəzifəyə təyin olunacağı halda Anar Abbasovu da vəzifəyə təyin etdirəcəyi görüntüsü yaradaraq Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs inandırıb aldatmış və X15 İdarəsinin rəisi vəzifəsi üçün 80000 (səksən min) manat məbləğində pulu imkan etdikcə hissə-hissə ödəmək barədə aralarında razılığa gəldikdən sonra cinayətkar niyyətlərini həyata keçirərək qrupun üzvü Təqsirləndirilən şəxs2 aralarında olan rol bölgüsünə uyğun şəkildə xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Qorodok” (keçmiş “Skazka”) restoranının yaxınlığında Zərərçəkmiş şəxs alıb ələ keçirdiyi 10000 (on min) manat məbləğində pulu dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Mercedes” markalı avtomobildə Təqsirləndirilən şəxs2 götürməklə, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Qorodok” (keçmiş “Skazka”) restoranında qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs alıb ələ keçirdiyi 10000 (on min) manat məbləğində pulu həmin yerdə Təqsirləndirilən şəxs2 götürməklə, təqribən xx.xx.2023-cü il tarixdə, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Təqsirləndirilən şəxs2 oğlu Anar Abbasov vasitəsi ilə ünvan 3 ünvanda yerləşən “Qorodok” (keçmiş “Skazka”) restoranında Zərərçəkmiş şəxs aldığı 10000 (on min) manat məbləğində pulu götürməklə, həmçinin xx.xx.2023-cü il tarixdə, saat 16:20 radələrində Zərərçəkmiş şəxs İsmayıllı şəhərinin Cavanşir küçəsində yerləşən “Mustafa market” adlanan dükanın qarşısında quraşdırılmış 21018 nömrəli “Miliön” odəniş terminalı vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin M10 hesabına göndərdiyi 5000 (beş min) manat məbləğində pulu ələ keçirməklə, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdar təşkil edən ümumilikdə 35000 (otuz beş min) manat məbləğində pulunu ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 9 yanvar 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək sonuncuya Mədəniyyət Nazirliyində məsul vəzifəyə təyin olunması, oğlu Anar Abbasovun isə Zərərçəkmiş şəxs müavin təyin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 əlavə 5000 (beş min) manat pul göndərməli olduğunu, özünün kart hesabında 2000 (iki min) manat olduğunu, əlavə olaraq ona məxsus kart hesabına 3000 manat pul göndərməsini deyib inandırdıqdan sonra Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:40 radələrində İsmayıllı şəhərinin Cavanşir küçəsində yerləşən “Mustafa market” adlı dükanın qarşısında quraşdırılmış 21018 nömrəli “Milliön” ödəniş terminalı vasitəsi ilə hər dəfə 1000 manat olmaqla 3 dəfəyə ona məxsus "xxxx" ASC-yə aid son səkkiz rəqəmi 18573299 olan kart hesabına göndərdiyi 3000 (üç min) manat məbləğində pulu qəsdən ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Beləliklə müəyyən olunur ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirilmiş məbləğin 3000 manat hissəsi Təqsirləndirilən şəxs2 payına düşümüşdür. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlini etiraf edərək zərərçəkmiş şəxslə barışdığını, ona vurmuş olduğu zyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmadığını bildirmiş və barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi məqsədilə cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən 35000 manat hissəsinin iyirmi beş faizi miqdarında yəni, 8750 manat məbləğini dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığını, ona vurmuş olduğu zyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmadığını bildirmiş və barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi məqsədilə özü tərəfindən vurulmuş ziyan kimi 3000 manat məbləğinin iyirmi beş faizi miqdarında, yəni 750 manat məbləğini dövlət büdcəsinə ödəniş edilmişdir. “KapitalBank”ın İsmayıllı rayon filialının 29 iyul 2025-ci il tarixli 7701 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətə görə vurulmuş ziyanın 25% olaraq onun adından 8750 manat pul vəsaiti X1 müvafiq hesabına ödənilmişdir. “KapitalBank”ın İsmayıllı rayon filialının 29 iyul 2025-ci il tarixli 14462 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətə görə vurulmuş ziyanın 25% olaraq onun adından 750 manat pul vəsaiti X1 müvafiq hesabına ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməmişdir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməsi və onların cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2ci maddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilərək onlar cinayət məsuliyyətindən azad edilməli, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 qarşı mülki iddiaya xitam verilməli, cinayət işi üzrə icraata xitam verilməli və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri ləğv edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs2 qarşı cəmi 43721 (qırx üç min yeddi yüz iyirmi bir) məbləğində ziyan tələbinə dair mülki iddiaya xitam verilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və müsadirə edilməli olan əmlak yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-8/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-8/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver