Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-81/2022 20.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 20 dekabr 2022-ci il tarixdə saat 15:56-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1977-ci ildə Şamaxı rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum edilməmiş, Şamaxı rayonunun Muğanlı kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiç Mican kəndində) yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdə saat 20 radələrində İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən X2 icarə əsasında işlətdiyi “4 yol” adlanan kafenin qapalı otağında yemək yeyib spirtli içki içərkən tanışı Zərərçəkmiş şəxs təsadüfən həmin otağa daxil olmuş, bu zaman aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla qəsdən bir neçə dəfə vuraraq yerə yıxmaqla sonuncuya qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol qaş qövsünün səthi yarası, sol gözün üst qapağının, çanağın, sağ V barmağın dırnaq falanqasının qançırları, hər iki dirsəyin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 24 iyun 2022-ci il tarixdə saat 20:00 radələrində İsmayıllı rayonu Mican kəndində yerləşən “4 yol” adlanan kafedə yemək yeyərkən Elçin onun olduğu otağa daxil olaraq onun əyləşdiyi masaya əyləşmişdir. Elçinin sərxoş olduğunu hiss etmişdir. Elçin ondan niyə onun qonaqlığını vermədiyini soruşduqda imkanının olmadığını və pulu olduğu halda söz verdiyi qonaqlığı verəcəyini demişdir. Elçin isə ona “lazım deyil sənin qonaqlığın” deyə bildirdikdə aralarında mübahisə başlamışdır. Bu zaman Elçin onun sifət nahiyyəsinə yumruqla bir dəfə zərbə endirmiş, o da qarşılığında Elçinin sifət nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Elçin əsəbi halda otağı tərk edərək çıxıb getmişdir. O kafedən çıxıb evinə qayıtmışdır. Sonradan Elçinin polisə döyülməsi barədə məlumat verdiyini eşitmişdir. Baş vermiş mübahisə zamanı orada onlardan başqa heç kim olmamış, onunla Elçin arasında mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 24 iyun 2022-ci il tarixdə saat 20:00 radələrində İsmayıllı rayonu Mican kəndində yerləşən “4 yol” adlanan kafeyə getmişdir. Bir qədər sərxoş olduğu üçün kafedə əyləşmək qərarına gəlmişdir. Otaqlardan birrinə daxil olduqda içəridə Təqsirləndirilən şəxs görmüş və onun masasına əyləşmişdir. Elnur ona təxminən bir ay öncə qonaqlıq verəcəyini söz versə də, dediyini etmədiyi üçün Elnurdan hansı səbəbə görə onun qonaqlığını vermədiyini soruşmuşdur. Elnur isə ona imkanının olmadığını deyərək pulu olduğu halda qonaqlığı verəcəyini demişdir. O Elnura “lazım deyil sənin qonaqlığın, səndən yaxşı oğlanlarla yeyib-içdim” deyə bildirdikdə aralarında mübahisə başlamışdır. Bu zaman o Elnurun sifət nahiyyəsinə yumruqla bir dəfə zərbə endirmiş, Elnur isə cavab olaraq onun sifət nahiyyəsindən bir neçə dəfə yumruqla zərbə endirmiş və sərxoş halda olduğu üçün səndələyərək yerə yıxılmışdır. Bundan sonra Elnur onu yerdən qaldırmışdır. O həmin otağı tərk edərək çıxıb evinə getmişdir. Yolda qardaşı ilə qarşılaşmış və baş verənləri qardaşına bildirmiş, daha sonra isə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək döyülməyi barədə məlumat vermişdir. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs ondan üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, o, İsmayıllı şəhəri ərazisindəki “4 yol” adlanan kafeni işlədir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun tanışlarıdır. 24 iyun 2022-ci il tarixdə saat 20:00 radələrində kafedə olduğu zaman Təqsirləndirilən şəxs kafeyə gələrək yemək sifariş vermiş və içəridə olan otaqların birində əyləşmişdir. Kafedə işləyən Kamran sifarişi hazırlayaraq Elnura aparmışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs də kafeyə gəlmiş və onunla görüşdükdən sonra kafenin otaqlar olan hissəsinə keçmişdir. O bir müddət televizora baxmış, daha sonra siqaret çəkmək üçün kafedən çölə çıxmışdır. Bu zaman Zərərçəkmiş şəxs əsəbi şəkildə kafedən çölə çıxdığını görmüşdür. Ondan nə baş verdiyini soruşduqda Elçin Elnurla mübahisə etdiyini və Elnurun onu döydüyünü bildirərək çıxıb getmişdir. Bundan təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs kabinetdən çıxaraq yeməyin pulunu verib getmişdir. X4 ifadəsində X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə-tibbi ekspertizasının 12 iyul 2022-ci il tarixli 348 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol qaş qövsünün səthi yarası, sol gözün üst qapağının, çanağın, sağ V barmağın dırnaq falanqasının qançırları, hər iki dirsəyin sıyrıqları küt əşya təsirindən törənməklə, 24 iyun 2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. 12 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. 25 iyun 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirdiyi yer İsmayıllı şəhəri M.F.Axundov küçəsində yerləşən X2 icarə əsasında işlətdiyi “4 yol” adlanan kafenin qapalı otağıdır. 05 noyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması hqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “4 yol” adlanan kafedə Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. İsmayıllı Mərkəzi Rayon Xəstəxanasından alınmış 02 noyabr 2022-ci il tarixli PHŞ/647-2022-358 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı mərkəzi rayon xəstəxanasının Poliklinika şöbəsinin “Ruhi-Əsəb” kabinetində dispanser qeydiyyatda yoxdur. İsmayıllı Mərkəzi Rayon Xəstəxanasından alınmış 02 noyabr 2022-ci il tarixli PHŞ/647-2022-355 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı mərkəzi rayon xəstəxanasının Poliklinika şöbəsinin “Narkoloji”kabinetində dispanser qeydiyyatda yoxdur. İsmayıllı Mərkəzi Rayon Xəstəxanasından alınmış 02 noyabr 2022-ci il tarixli PHŞ/647-2022-356 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı mərkəzi rayon xəstəxanasının Poliklinika şöbəsinin “Nevroloji” kabinetində dispanser qeydiyyatda yoxdur. 28 oktyabr 2022-ci il tarixli 3950 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şamaxı rayonunun Muğanlı kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiç Mican kəndində) yaşayır, ailə tərkibi özündən, arvadı X6, xx.xx.2007-ci il, xx.xx.2008-ci il və xx.xx.2014-cü il təvəllüdlü uşaqları Zaur, Zamiq və Zeyddən ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində inzibati ərazi darəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Müstəntiqinin 01 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxsdən üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Dövlət ittihamçısı qanunun göstərilən normasına əsaslanaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-81/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-81/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver