Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-85/2022 28.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə 28 dekabr 2022-ci il tarixdə saat 16:10-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1961-ci ildə Şamaxı rayonu Həmyə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, Şamaxı rayonun Həmyəli kəndində qeydiyyatda olmaqla orada ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəməklə talamışdır. Belə ki, o, xx.xx.2019-cu ildən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 X3 meşəbəylinin meşəbəyisi vəzifəsinin icrasına başlamaqla xx.xx.2021-ci il tarixədək həmin vəzifədə işləyərkən maddi məsul vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə “Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununa uyğun olaraq ekoloji proqramların və tədbirlərin maliyyələşdirilməsi mənbələrindən biri kimi hüquqi və fiziki şəxslərin könüllü ianələr köçürməsini 2021-ci ilin iyul ayında İsmayıllı rayonu Bizlan kəndində yerləşən “Şöhlətoğlu” istirahət mərkəzində həmin mərkəzdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan X4 bildirməsi ilə əlaqədar sonuncunun qeyd edilən niyyətlə könüllü surətdə ianə qismində özünə verdiyi 1.050 (bir min əlli) manat pulu ondan aldıqdan sonra işlədiyi idarəyə təqdim etməli olduğu halda bunu etməyib qeyd edilən pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinə məxsus olmaqla ona etibar olunmuş cəmi 1.050 (bir min əlli) manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyərək talamışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, törətdiyi cinayəti etiraf edir, cinayət işi üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinə dəymiş ziyanı ödəmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/73 nömrəli rəyindən görünür ki, “PRİNCO” markalı CD disklərdə olan mübahisəli fonoqramlardakı danışıqlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş CD disklərdə olan mübahisəli fonoqramlardakı danışıqlar 5 nəfər kişi cinsinə məxsus səslə danışan diktor tərəfindən aparılmışdır. Ekspertizaya təqdim olunmuş “PRİNCO” markalı CD disklərdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, «K4» kimi işarə olunmuş diktorun səsi və nitqi X5, məxsusdur. Aarılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 09 dekabr 2013-cü il tarixli hökmü ilə 314.1-cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 20 faiz əmək haqqından dövlət büdcəsinə tutulub 1 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Şamaxı Rayon Məhkəməsinin 09 dekabr 2013-cü il tarixli hökmü dəyişdirilərək 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrumetmə cəzası hökmdən xaric edilmişdir. Məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin xx.xx.2019-cu il tarixli, 130/k nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə X9 X3 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. Müstəntiqin “maddi sübut kimi tanınmaya dair” 26 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə şahid X2 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs və Çingiz Heydərovla aralarında olan danışıqları özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Müstəntiqin 27 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, onun törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzin ümumilikdə 1.050 (bir min əlli) manat məbləğində maddi ziyan vurulmuşdur. 28 oktyabr 2022-ci il tarixli BPM**********78 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına 1.050 manat məbləğində dəymiş ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. “KapitalBank”ın İsmayıllı rayon filialının 21 dekabr 2022-ci il tarixli 31423 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətə görə vurulmuş ziyanın 25% olaraq onun adından 262 manat 50 qəpik pul vəsaiti X1 müvafiq hesabına ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməmişdir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə vurulmuş maddi ziyan olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 1050 manat qərar qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan X2 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs və Çingiz Heydərovla aralarında olan danışıqları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.3, 39.1.8, 305.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilərək, ona qarşı Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. İş üzrə vurulmuş maddi ziyan olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 1050 (bir min əlli) manat qərar qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin hesabına ödənilsin. İş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan X2 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs və Çingiz Heydərovla aralarında olan danışıqları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-85/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-85/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver