Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-9/2020 28.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən X3 oğlunun, Müdafiəçi iştirakı ilə xx xxxx 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1967-ci il tarixdə İmişli rayonu Sərxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu ödənilməmiş, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə xx xxxx 2020-ci tarixdən həbs olunaraq Şəki penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə elan olunmuş ittihama görə o, “Alov Mühafizə Xidməti” idarəsində (əvvəlki adı “Riyad Mühafizə Xidməti”, hazırkı adı “Vətən-N Mühafizə Xidməti”) müfəttiş vəzifəsində işlədiyi müddətdə həmin təşkilata şəxsi işə götürmək səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib oğlu Şimşad Həsənovu “Riyad Mühafizə Xidməti”nə mühafizəçi kimi işə düzəldə biləcəyinə yalandan vəd verərək aldatmaqla 2018-ci ilin may ayında dəqiq tarixi müəyyən edilməmiş gündə 2000 (iki min) manat məbləğində pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, əvvəllər Bakı şəhəri Xətai rayonun ərazisində yerləşən “Riyad” (hazırki adı Alov) mühafizə xidmətinin Baş İdarəsində Təhqiqat İdarəsinin rəisi vəzifəsində işləmiş, xx xxxxxx 2018-ci il tarixdə işdən azad olunmuşdur. 2018-ci ilin may ayının əvvəllərində Abuzər adlı tanışı onun işlədiyi idarədə vakant yer olub-olmaması ilə maraqlanmış və Elşad adlı həmkəndlisinin oğlu üçün iş axtardığını demişdir. O Abuzərə işlədiyi idarədə Elşadın oğlunun mühafizəçi işinə qəbul etdirə biləcəyini demişdir. Abuzər telefonla Elşadla danışaraq oğlunun işə düzəlmə məsələsində Elman adlı tanışının ona köməklik edə biləcəyini demişdir. O Elşadın nömrəsini Abuzərdən almış və həmin gün Elşadla əlaqə saxlayaraq oğlunun işə düzəldə biləcəyini demişdir. Elşad onunla razılaşmış və həmin gün Elşadla söhbət etmək üçün İsmayıllı rayonu Kürdmaşı kəndinə gəlmişdir. O, Elşadı çağırmış və onlar birlikdə Kürdmaşı kəndindəki “Göbələk” kafesində oturmuşlar. Elşadın yanında oğlu Şimşad və başqa bir şəxs də olmuşdur. Söhbət zaman Elşada “Riyad” mühafizə idarəsində işlədiyini, oğlu Şimşadı 2000 manat pulun müqabilində ora mühafizəçi kimi işə düzəldə biləcəyini bildirmişdir. Elşad ona inanıb 2000 manat pulu verəcəyini demişdir. O Bakı şəhərinə qayıdacağını, pulu bu gün çatdırılmalı olduğunu bildirmişdir. Elşad razılaşaraq oğlu və onlarla gələn cavan oğlanı pul gətirmək üçün kəndə göndərmişdir. Yarım saatdan sonra Elşadın oğlu və həmin şəxs qayıdaraq pulu Elşada vermiş, Elşad 2000 manat pulu ona vermişdir. Pulu aldıqdan sonra qısa vaxt ərzində Şimşadı işlədiyi idarədə işə düzəldəcəyini bildirmişdir. Pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Elşad dəfələrlə zəng edərək oğlu Şimşadın işi ilə maraqlanmış, o isə işin qısa vaxt ərzində həll olacağını bildirmişdir. O, törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxs pulunun böyük hissəsini qaytarmış, az bir hissəsini isə həbs olunduğundan qaytara bilməmişdir. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun özünün etirafı ilə yanaşı cinayət prosesi iştirakçılarının ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclaslarında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ilin əvvəlində oğlu Şimşad üçün iş axtarmışdır. Həmin ilin may ayında həmkəndlisi Abuzər ona zəng edərək Elman adlı tanışının oğlunu işə düzəlmə məsələsində kömək edə biləcəyini demişdir. Abuzər onun nömrəsini həmin şəxsə vermiş və az sonra Elman adlı şəxs ona zəng edərək oğlu Şimşadı mühafizə işinə düzəltməklə bağlı görüşmək istədiyini bildirmişdir. Elman Kürdmaşı kəndinə gələcəyini demişdir. O və Şimşad qonşusu Şahid avtomobili ilə Kürdmaşı kəndinə gəlmişlər. Kənddə Elmanla görüşmüş və yaxınlıqda yerləşən kafeyə getmişlər. Elman “Riyad” mühafizə xidmətində işlədiyini, oğlu Şimşadı Riyad mühafizə xidmətinə mühafizəçi kimi işə düzəldə biləcəyini, bununla bağlı olaraq ona 2000 (iki min) manat hörmət edilməli olduğunu demişdir. O pulun veriləcəyi halda işin hansı müddətdə həll ola biləcəyini soruşduqda Elman yaxın müddətdə həll olacağını demişdir. Elman Bakıya gedəcəyini və pulu gün ərzində ona çatdırılmasını bildirmişdir. O, Elmana inanaraq oğlu Şimşadı Aslanın avtomobili ilə pul gətirmək üçün kəndə yollamış və yarım saatdan sonra onlar pulu gətirərək ona vermişlər. O kafedə 2000 (iki min) manat pulu Elmana vermişdir. Sonrakı vaxtlarda Elmana zəng etdikdə sonuncu Şimşadı işə düzəltmək üçün çalışdığını, bunun üçün bir neçə işi həll etdiyini, Şimşadın tibbi komissiyadan keçməsi məsələsini də öz boynuna götürdüyünü bildirmişdir. O işin uzandığını görüb aldandığını başa düşmüş və Elmana zəng edərək verdiyi 2000 (iki min) manat pulun qaytarmasını xahiş etmişdir. Elman səbrli olmağı xahiş etmiş və o, işin alınacağına ümüd edərək gözləməyə qərar vermişdir. Bir neçə ay gözlədikdən sonra oğlunun işinin alınmadığına əmin olmuş və Elmana zəng edərək pulunu istəmişdir. Bir neçə gün gözləmiş və sonra dəfələrlə Elmana zəng etmişdir. Elmana zəng çatmadığı üçün ərizə ilə polisə müraciət etmişdir. Sonradan Elman ondan aldığı puldan 1550 manat qaytarmış, qalan məbləği isə qaytarmamışdır. Məhkəmə araşdırılmaları zamanı Zərərçəkmiş şəxs qismində qalmasına əsasların olmadığı müəyyən edildiyindən məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarı əsasında onun cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. Şahid X2 ifadə verərək göstərdi ki, 2018-ci ilin may ayında atası bir nəfərin onu mühafizəyə işə düzəltməyə kömək edəcəyini bildirmiş və həmin şəxslə görüşmək üçün Kürdmaşı kəndinə getməli olduğlarını demişdir. Həmin gün o və atası qonşusu Aslanın avtomobil ilə Kürdmaşı kəndinə getmişlər. Kənddə Elmanla görüşərək yaxınlıqda yerləşən kafeyə getmişlər. Kafedə söhbət edərkən Elman özünün “Riyad” mühafizə xidmətində mühafizəçi işlədiyini, onu Riyad mühafizə xidmətinə işə düzəldəcəyini, bunun müqabilində ona 2000 (iki min) manat verməli olduğuqlarını bildirmişdir. Atası Elmanın mühafizə xidməti polkovnik-leytenantı geyimində olmasını görərək ona inanmışdır. Atası onu Aslanla birlikdə pulu götürmək üçün kəndə göndərmişdir. Onlar yaşadıqları Qarayazı kəndindən 2000 manat pulu gətirərək atasına vermişlər. Atası pulu sayıb Elmana vermişdir. Bundan sonra atası Elman ilə telefon vasitəsilə əlaqə saxlamış, hər dəfə Elman yaxın zamanda işin düzələcəyini demişdir. Bir neçə dəfə atası Elmana işin düzəlməyini deyərək pulunu geri qaytarmasını bildirmişdir. Elman isə atasına səbrli olmağı, işin düzələcəyini demişdir. Bir müddət sonra isə Elmanın mobil nömrəsinə zəng çatmamış və atası bu batrədə polisə müraciət etmişdir. Şаhid Şahid Rəhman oğlu şahid Şimşad Həsənov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. “Vətən-N” mühafizə xidməti tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdən, xx xxxxxx 2018-ci il tarixədək “Alov” mühafizə xidmətində (keçmiş Riyad) Baş İdarəsində müfəttiş vəzifəsində işləmiş və onun digər şəxsi işə qəbul etmə səlahiyyəti olmamışdır. Sumqayıt şəhər 1 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx xxxxxx 2020-cu il tarixli 105 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanıın “Psixiatriya” kabinetində qeydiyyatda yoxdur və müraciət etməmişdir. Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx xxxxxx 2020-cu il tarixli 43 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserin “Nakoloji” kabinetində qeydiyyatda yoxdur. xx xxxxxx 2020-ci il tarixli tələbnamədən və Kürdəmir Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 1(041)-20/2014 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmişdir. Qeyd olunan hüquqi sənədlərin tədqiqindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edildikdən sonra məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətlərin residivi vardır. xx xxxx 2019-cu il tarixli 816 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olsa da orada yaşamır. Müstəntiqinin xx xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Müstəntiqinin “sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 309, 32.4, 312-ci maddələri, Zərərçəkmiş şəxs barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1 (037) -09/2020 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs axtarışı elan edilmiş və barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. İsmayıllı rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilən xx xxxx 2020-ci il tarixli 169-11901-1220 nömrəli məktubdan və axtarışda olan şəxsin tutulması və aidəyyəti üzrə verilməsinə dair xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 16:00-da Sumqayıt şəhəri ərazisində tutularaq İsmayıllı rayon Polis şöbəsinə gətirilmiş və saat 19:45-də İsmayıllı rayon Polis şöbəsinin Müvəqqəti saxlanılma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs “Alov Mühafizə Xidməti” idarəsində (əvvəlki adı “Riyad Mühafizə Xidməti”, hazırkı adı “Vətən-N Mühafizə Xidməti”) müfəttiş vəzifəsində işlədiyi müddətdə hər-hansı şəxsi həmin xidmətdə işə götürmək səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib oğlu Şimşad Həsənovu “Riyad Mühafizə Xidməti”nə mühafizəçi kimi işə düzəldə biləcəyinə yalandan vəd verərək aldatmaqla 2018-ci ilin may ayında dəqiq tarixi müəyyən edilməmiş gündə Zərərçəkmiş şəxs 2000 (iki min) manat məbləğində pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(037)-09/2020 nömrəli qərarı ilə cinayət işi üzrə cinayət prosesində Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını nəzərə alaraq, habelə törətdiyi cinayət əməli cinayətlərin residivini yaratdığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində nəzərdə tutulmuş qaydaları tətbiq edərək ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, təyin edilən cəzanın 02 (iki) il 06 (altı) ay müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayətlərin residivini yaratdığına və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hazırki cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzanın çəkilmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia tələbi və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut, mülki iddia tələbi və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-9/2020
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-9/2020
28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver