Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-9/2022 17.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə 17 fevral 2022-ci il tarixdə saat 11:25-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1978-ci il tarixdə Şamaxı rayonunun Bağırlı kəndində anadan ollmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində ikisi azyaşlı ikisi isə yetkinlik yaşına çatmayan olmaqla dörd uşağı olan, məhkum olunmamış, işsiz, Şamaxı rayonu Bağırlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 03 oktyabr 2021-ci ildə saat 19:30 radələrində Bakı-Şamaxı- Yevlax yolunun İsmayıllı rayonu Xəlilli kəndi ərazisindən keçən 179-cu kilometrliyində idarə etdiyi VAZ-21061 minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X7» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sol tərəfindən yolun hərəkət hissəsinə daxil olmuş iki baş camışın öndə gedənini arxa, arxada gələnin isə baş hissəsindən avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan açıq kəllə beyin travması ilə əlaqədar baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, beyin kötüyünün əziyi, qansızması, kəskin ödemi, yumşalması, alın və sağ gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, üz skeleti sümüklərinin çoxsaylı sınıqları, paraorbital qansızmalar, burun likvoreyası, döş qəfəsinin küt travması ilə əlaqədar ağciyərlərin travmatik əziyi, qansızması və sol said sümüklərinin sınıqları kimi həyati təhlükəli xəsarətlər alaraq ölməsinə səbəb оlmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 03 oktyabr 2021-ci ildə saat 19:30 radələrində idarə etdiyi VAZ-21061 minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolu ilə Şamaxı istiqamətində hərəkətdə olmuşdur. Avtomobiilin qabaq sərnişin oturacağında əmisi oğlu Zərərçəkmiş şəxs oturmuşdur. Həmin yolun İsmayıllı rayonu Xəlilli kəndi ərazisindən keçən 179-cu kilometrliyində Ağsu istiqamətinə 90 km/saat sürətlə hərəkətdə olarkən anidən yolun sol tərəfində yerləşən taxıl anbarına bir qədər qalmış anbar istiqamətindən iki baş camışın onun hərəkət yoluna çıxdığını görmüş, bu zaman dərhal əyləcdən istifadə etmiş,buna baxmayaraq avtomobilin qabaq hissəsi öndə gedən camışın arxa, arxada gələn digər camışın isə baş hissəsinə dəymişdir. Zərbədən sonra avtomobil öz hərəkət zolağında dayanmışdır. Eşqinin xəsarət aldığını görərək dərhal avtomobildən yerə düşərək Eşqin oturan tərəfə qaşmış, qapını açdıqda Eşqini huşsuz vəziyyətdə görmüşdür. Eşqini maşından düşürdüb yolun kənarına uzatmış, təxminən 5-10 dəqiqədən sonra tanımadığı şəxsin idarə etdiyi yol maşını ilə X9 Rayon Xəstəxanasına aparmışdır. Bütün səylərə baxmayaraq 09 oktyabr 2021-ci ildə Eşqin xəstəxanada vəfat etmişdir. Törətdiyi cinayət əməlini könüllü etiraf edir, əməlindən səmimi peşman olmuşdur. Hadisə nəticəsində dünyasını dəyişmiş şəxs yaxın qohumudur. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, hüquqi varisin ona qarşı tələbi və şikayəti yoxdur. Ailəsində yeganə işləyərək gəlir gətirən şəxs odur. Himayəsində ikisi azyaşlı ikisi isə yetkinlik yaşına çatmayan olmaqla dörd uşağı vardır. X6 vaxtsız vəfat etdiyindən oğlu Əvəzxan körpəliyindən onun himayəsində böyümüşdür. Qardaşı oğlu Əvəzxan Hacıyev 2-ci Qarabağ Müharibəsində qəhrəmancasına vuruşmuş, ölkə prezidentinin müvafiq sərəncamları ilə Qubadlının, Cəbrayılın və Laçının azad olunmasına görə müdalları ilə təltif olunmuşdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхsin hüquqi vаrisi Alik Məmmədov ifadə verərək göstərdi ki, baş vermiş hadisə nəticəsində həyatını itirmiş oğlu Eşqin xx xxxx 1983-cü il təvəllüdlü olmaqla evli olmuşdur. 03 oktyabr 2021-ci ildə saat 7-8 radələrində Eşqin qohumu Təqsirləndirilən şəxslə birlikdə Etimadın idarə etdiyi avtomobillə yaşadıqları Şamaxı rayonu Bağırlı kəndindən çıxıb Mingəçevir şəhərinə getmişlər. Həmin gün saat 19:30 radələrində Etimadın qardaşı Ehtiram ona zəng edərək Etimadla Eşqinin qəzaya düşdükləri barədə məlumat vermişdir. O, dərhal Ağsu rayon xəstəxanasına getmiş, orada məlum olmuşdur ki, Etimad idarə etdiyi VAZ-21061 minik markalı avtomobillə Mingəçevirdən Şamaxıya qayıdarkən yolun İsmayıllı rayonunun Xəlilli kəndi ərazisindən keçən hissəsində iki baş camış vurmuş, nəticədə oğlu Eşqin xəsarət almışdır. Eşqinin xəsarətləri ağır olduğundan həmin gün Bakı şəhərində yerləşən neyrocərrahiyyə xəstəxanasına aparılmış, orada göstərilən tibbi yardımlara baxmayaraq 09 oktyabr 2021-ci ildə xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs onun yaxın qohumudur, Etimada qarşı tələb və şikayəti yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. 03 oktyabr 2021-ci il tarixli 587 nömrəli tibbi müayinə aktından müəyyən edilir ki, sürücü Təqsirləndirilən şəxs 03 oktyabr 2021-ci il tarixdə saat 22:50 radələrində tibbi müayinədən keçirilərkən spirtli içki qəbul etməmişdir. Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 8 dekabr 2021-ci il tarixli 8/3078 nömrəli rəyindən müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsində VAZ 21061 minik markalı 23BD801 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X7» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə tibbi ekspertizasının 05 noyabr 2021-ci il tarixli 63/MEŞ nömrəli rəyindən müəyyən edilir ki, mərhum Zərərçəkmiş şəxs meyitində açıq kəllə beyin travması ilə əlaqədar baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, beyin kötüyünün əziyi, qansızması, kəskin ödemi, yumşalması, alın və sağ gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, üz skeleti sümüklərinin çoxsaylı sınıqları, paraorbital qansızmalar, burun likvoreyası, döş qəfəsinin küt travması ilə əlaqədar ağciyərlərin travmatik əziyi, qansızması və sol said sümüklərinin sınıqları xəsarətləri aşkar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 03 oktyabr 2021-ci ilə uyğundur, həmin xəsarətlər yol nəqliyyat hadisəsində sərnişini olduğu avtomobilin salonunda yarana bilərdi və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi açıq kəllə beyin travması ilə əlaqədar kəllə və üz skeleti sümüklərinin çoxsaylı sınıqları, baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızmalar, boyun kötüyünün əziyi, qansızması, kəskin ödemi və yumşalması olmuşdur. Ölüm 09 oktyabr 2021-ci ildə saat 09:15-də Bakı şəhərindəki Neyrocərrahiyyə xəstəxanasında baş vermişdir. Təqsirləndirilən şəxs 05 aprel 2012-ci il tarixdə verilmiş və 05 aprel 2022-ci ilədək etibarlılıq müddəti olan AB 722647 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman B kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. AD 494503 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-21061 minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. Azərbaycan Respublikası DİN BDYPİ-nin 28 oktyabr 2021-ci il tarixli 016-129753- 1221 nömrəli məktubundаn görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs 05 aprel 2012-ci ildə 05 aprel 2022-ci il tarixədək etibarlı olan AB 722647 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. 09 dekabr 2021-ci il tarixli 251 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Bağırlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, ailə tərkibi özündən, arvadı X1, 2004, 2006, 2009 və 2013-cü il təvəllüdlü uşaqları Şirinbəyim, Hacıbəy, Məlahət və Hacağadan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Müstəntiqin 08 dekabr 2021-ci il tаriхli qərаrındаn görünür ki, cinаyət işi üzrə qəzаlı vəziyyətdə оlаn VAZ-21061 minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil mаddi sübut qismində tаnınmış və Ağsu rayonundakı müvəqqəti duracağa təhvil vеrilmişdir. Müstəntiqin 17 dekabr 2021-ci il tаriхli qərаrındаn görünür ki, Təqsirləndirilən şəxs bаrəsində “bаşqа yеrə gеtməmək hаqqındа iltizаm” qətimkаn tədbiri sеçilmişdir. 27 oktyabr 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs qardaşı oğlu X2 məxsus SX seriyalı ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, o, 06 may 2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, 07 oktyabr 2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. 1-6798, 1-4550 və 1-2866 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qardaşı oğlu X4 Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2358, 29 dekabr 2020-ci il tarixli 2369 və 29 dekabr 2020-ci il tarixli 2373 nömrəli sərəncamlarıı ilə “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai Birliyi tərəfindən 16 noyabr 2021-ci il tarixdə verilmiş 012077 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı oğlu X4 müharibə iştirakçısı statusuna malikdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, ona vurulmuş ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 25-ci bəndində qeyd olunur ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, ..qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci mаddəsinə əsаsən, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrumetmə növündə cəzа təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş çinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs bаrəsində Cinаyət Məcəlləsinin 70-ci mаddəsinin tətbiq edilməsi eyni zаmаndа BMT-nin həbs edilmə ilə bаğlı olmаyаn tədbirlərə dаir stаndаrt minimаl qаydаlаrın (Tokio qаydаlаrı) 1.2-ci mаddəsinə uyğun olаrаq ədаlət mühаkiməsinin həyаtа keçirilməsində, xüsusən məhkumlаrlа dаvrаnmаdа ictimаiyyətin dаhа fəаl iştirаk etməsini təmin etmək, hаbelə məhkumlаrdа cəmiyyət qаrşısındа məsuliyyət hissini inkişаf etdirməyə yаrdım göstərmək məqsədini dаşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi olaraq etiraf etmiş, əməlindən peşman olduğunu bildirmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin əvvəllər məhkumluğu olmamışdır. Ailəsində yeganə gəlir gətirən şəxsdir, himayəsində ikisi azyaşlı ikisi isə yetkinlik yaşına çatmayan olmaqla dörd uşağı vardır, yaşadığı yeri üzrə müsbət xarakterizə olunur. Onun himayəsində böyümüş qardaşı oğlu 2-ci Qarabağ Müharibəsində vuruşmuş və döyüşlərdə göstərdiyi igidliklərinə görə medallarla təltif edilmişdir. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar mövcuddur, cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda qeyd edilən xüsusatları nəzərə almaqla və qeyd olunan qanunvericilik aktlarını rəhbər tutaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini - ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və probasiya şöbəsinə gəlməsi vəzifəsi tapşırılmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş üzrə maddi sübut – Ağsu rayonundakı müvəqqəti duracağa təhvil vеrilmiş qəzаlı vəziyyətdə оlаn VAZ-21061 minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğ hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “bаşqа yеrə gеtməmək hаqqındа iltizаm” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hökmün təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və probasiya şöbəsinə gəlsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – Ağsu rayonundakı müvəqqəti duracağa təhvil vеrilmiş qəzаlı vəziyyətdə оlаn VAZ-21061 minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğ hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-9/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-9/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver