Məhkəmə qərarları › İş №1(037)-9/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-9/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-9/2024 30.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 və Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 müdafiəçisi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 30 yanvar 2024-cü il tarixdə saat 17:18-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2006-cı ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, İsmayıllı şəhəri 5 nömrəli məktəbin 11-ci sinif şagirdi, subay, işsiz, məhkum olunmamış, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 xx xxxx 2007-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, İsmayıllı rayonu Talıstan kənd tam orta məktəbin 11-ci sinif şagirdi, subay, işsiz, məhkum olunmamış, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində yaşadığı İsmayıllı rayonunun Talıstan kəndində yerləşən, həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən ərzaq dükanının qarşısına piyada gəlib, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra dükanın giriş qapısına fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq içəri daxil olmuş, əvvəlcədən aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən o, dükanın giriş qapısında dayanıb kiminsə gələcəyi təqdirdə məlumat vermək üçün ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə dükanın içərisindən toplayıb götürdüyü 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən cəmi 19 manat 20 qəpik dəyərində 8 qutu “Viceroy” markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən cəmi 22 manat dəyərində 10 qutu “Bakı” markalı, 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən cəmi 261 manat dəyərində 90 qutu “Rotmans” markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən cəmi 27 manat dəyərində 10 qutu “West” markalı, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən cəmi 96 manat dəyərində 40 qutu “Prima” markalı, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən cəmi 134 manat 40 qəpik dəyərində 56 qutu “Magna” markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən cəmi 22 manat dəyərində 10 qutu “Argo” markalı, 1 ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 260 manat dəyərində 100 qutu “Classic” markalı, 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən cəmi 290 manat dəyərində 100 qutu “Pallmall” markalı, 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən cəmi 290 manat dəyərində 100 qutu “Vinçester” markalı siqaretləri, 1 ədədinin qiyməti 1 manat təşkil edən cəmi 10 manat dəyərində 10 ədəd 450 milliqramlıq “Bizon” və 1 ədədinin qiyməti 1 manat 50 qəpik təşkil edən cəmi 75 manat dəyərində 50 ədəd 450 millliqramlıq “Go” enerji içkilərini, 1 ədədinin qiyməti 1 manat təşkil edən cəmi 100 manat dəyərində 100 ədəd “Bakcell” operatoruna aid, 1 ədədinin qiyməti 2 manat təşkil edən cəmi 100 manat dəyərində 50 ədəd “Bakcell” operatoruna aid və 1 ədədinin qiyməti 3 manat təşkil edən cəmi 150 manat dəyərində 50 ədəd “Bakcell” operatoruna aid danışıq (kontur) kartlarını, 1 ədəd 20 manatlıq nağd pul əskinasını, eləcə də 1 ədəd sellofan torbada 20 və 50 qəpiklik dəmir pul əskinaslarından ibarət cəmi 58 manat məbləğində puldan ibarət əşyaları Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında apararaq qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1934,6 (min doqquz yüz otuz dörd manat altmış qəpik) manat məbləğində maddi ziyan vurulmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində yaşadığı İsmayıllı rayonunun Talıstan kəndində yerləşən, həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən ərzaq dükanının qarşısına piyada gəlib, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra dükanın giriş qapısına fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq içəri daxil olmuş, əvvəlcədən aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 dükanın giriş qapısında dayanıb kiminsə gələcəyi təqdirdə məlumat vermək üçün ətrafa nəzarət etmiş, o isə dükanın içərisindən toplayıb götürdüyü 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən cəmi 19 manat 20 qəpik dəyərində 8 qutu “Viceroy” markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən cəmi 22 manat dəyərində 10 qutu “Bakı” markalı, 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən cəmi 261 manat dəyərində 90 qutu “Rotmans” markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən cəmi 27 manat dəyərində 10 qutu “West” markalı, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən cəmi 96 manat dəyərində 40 qutu “Prima” markalı, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən cəmi 134 manat 40 qəpik dəyərində 56 qutu “Magna” markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən cəmi 22 manat dəyərində 10 qutu “Argo” markalı, 1 ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 260 manat dəyərində 100 qutu “Classic” markalı, 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən cəmi 290 manat dəyərində 100 qutu “Pallmall” markalı, 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən cəmi 290 manat dəyərində 100 qutu “Vinçester” markalı siqaretləri, 1 ədədinin qiyməti 1 manat təşkil edən cəmi 10 manat dəyərində 10 ədəd 450 milliqramlıq “Bizon” və 1 ədədinin qiyməti 1 manat 50 qəpik təşkil edən cəmi 75 manat dəyərində 50 ədəd 450 millliqramlıq “Go” enerji içkilərini, 1 ədədinin qiyməti 1 manat təşkil edən cəmi 100 manat dəyərində 100 ədəd “Bakcell” operatoruna aid, 1 ədədinin qiyməti 2 manat təşkil edən cəmi 100 manat dəyərində 50 ədəd “Bakcell” operatoruna aid və 1 ədədinin qiyməti 3 manat təşkil edən cəmi 150 manat dəyərində 50 ədəd “Bakcell” operatoruna aid danışıq (kontur) kartlarını, 1 ədəd 20 manatlıq nağd pul əskinasını, eləcə də 1 ədəd sellofan torbada 20 və 50 qəpiklik dəmir pul əskinaslarından ibarət cəmi 58 manat məbləğində puldan ibarət əşyaları Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında apararaq qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1934,6 (min doqquz yüz otuz dörd manat altmış qəpik) manat məbləğində maddi ziyan vurulmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, maddi imkanı olmadığından oğurluq etmək qərarına gəlmiş və bu barədə tanışı və həmkəndlisi olan Təqsirləndirilən şəxs1 bildirmişdir. Elcan onunla razılaşmış və onlar birlikdə oğurluq etməyi planlaşdırmışlar. Bu məqsədlə 2023-cü ilin avqust ayının 24-də gecə saat 02 radələrində havanın qaranlıq vaxtı birlikdə yaşadıqları İsmayıllı rayonu Talıstan kəndində yerləşən həmkəndliləri Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının önünə gəlmiş, ətrafda kimsənin olmamasına bildikdən sonra birlikdə mağazanın plastik materialdan olan qapısını özlərinə tərəf fiziki güc tətbiq edib dartıb açmaqla içəri daxil olmuşlar. O, həmin yerə kiminsə gəldiyi halda xəbər verməkdən ötrü içəridə duraraq çölə nəzarət etmiş, Elcan isə mağazadan 50 manat nağd pul, 34 qutu müxtəlif markalı siqaretlər, 04 ədəd danışıq kartları, 04 ədəd 450 milliqramlıq “Go” markalı energetik içkilər və 04 ədəd “Bizon” markalı 450 milliqramlıq energetik içkilər götürüb çıxmışdır. Onlar həmin oğurluq hadisəsini birlikdə törətmiş, oğurladıqları əşyaları isə həmin günü aralarında bərabər şəkildə bölmüşlər. Zərərçəkmiş şəxs polisə şikayət etməsini bildikdən sonra qorxduğu üçün oğurladıqları əşyalardan özündə qalmış 09 qutu siqareti Talıstan çayına atmışdır. Etdikləri oğurluq hadisəsindən kiminsə xəbəri olmamış, bu barədə heç kimə deməmişlər. O, hesab edir ki, oğurladıqları əşyaların sayı ifadəsində qeyd etdiklərindən daha çox olmuşdur. Sonradan törətdiyi cinayət əməlinə görə peşman olmuşdur. Barəsindəki cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs vurduğu ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. O, yetkinlik yaşına çatmayan şəxsdir, qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs2 ona birlikdə oğurluq etməyi təklif etmişdir. Maddi imkanları zəif olduğu üçün Kənanla razılaşmış və birlikdə oğurluq etməyi planlaşdırmışlar. Bu məqsədlə 2023-cü ilin avqust ayının 24-də gecə saat 02 radələrində havanın qaranlıq vaxtı birlikdə yaşadıqları İsmayıllı rayonu Talıstan kəndində yerləşən kənd sakini Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının önünə gəlmiş, ətrafda kimsənin olmamasını bildikdən sonra birlikdə mağazanın plastik materialdan olan qapısını özlərinə tərəf fiziki güc tətbiq edib dartıb açmaqla mağazanın içərisinə daxil olmuşlar. Kənan kiminsə gəldiyi halda xəbər verməkdən ötrü giriş qapısında duraraq çölə nəzarət etmiş, o isə mağazadan 50 manat nağd pul, 34 qutu müxtəlif markalı siqaretlər, 04 ədəd danışıq kartları, 04 ədəd “Go” markalı energetik içkilər və 04 ədəd “Bizon” markalı energetik içkilər götürərək çıxmışdır. Onlar həmin oğurluq hadisəsini birlikdə törətmiş, oğurladıqları əşyaları isə həmin günü aralarında bərabər şəkildə bölmüşlər. Törətdikləri oğurluq hadisəsindən kiminsə xəbəri olmamış, bu barədə heç kimə deməməmişdir. Hesab edir ki, onların Zərərçəkmiş şəxs mağazasından oğurladıqları əşyaların sayı ola bilər ki çox olmuşdur. Sonradan törətdiyi cinayət əməlinə görə peşman olmuşdur. Barəsindəki cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs vurduğu ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. O, yetkinlik yaşına çatmayan şəxsdir, qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, yaşadığı Talıstan kəndindəki özünə məxsus ərzaq mağazası vardır. 2023-cü ilin avqust ayının 24də səhər saatlarında mağazasına gəldikdə mağazanın qapısının sındırıldığını görmüş və içəri girdikdə mağazasından oğurluq olunduğunu bilmişdir. Belə ki, onun mağazasından məlum hadisə zamanı 1 ədəd 20 manatlıq əskinası ilə həmin miqdarda pul, 1 ədəd sellofan torbada 20 və 50 qəpiklərdən ibarət 58 manat pul olmaqla cəmi 78 manat pul, daha sonra isə 2 növ enerji içkiləri oğurlanmışdır. Belə ki, 1 ədədi 1 manat 70 qəpik olan 50 ədəd 450 qramlıq “Go” adlı enerji içkisi oğurlanmaqla 85 manat, 1 ədədi 1 manat 20 qəpik olan 10 ədəd 450 qramlıq “Bizon” adlı enerji içkisi oğurlanmaqla 12 manat, ikisi birlikdə isə 97 manat təşkil etmişdir. Bundan başqa marketindən 50 ədəd 2 manatlıq, 50 ədəd 3 manatlıq və 100 ədəd 1 manatlıq cin konturlar oğurlanmışdır. 2 manatlıq konturu 2 manat 20 qəpiyə, 3 manatlıq konturu 3 manat 30 qəpiyə və 1 manatlıq konturu isə 1 manat 20 qəpiyə satmışdır. 2 manatlıq kontura görə mənə 110 manat, 3 manatlıq kontura görə 165 manat, 1 manatlıq kontura isə 120 manat ziyan dəymişdir. Kontura görə ona cəmi 395 manat maddi ziyan dəymişdir. Marketindən oğurlanmış qalan əşyalar isə müxtəlif markalı siqaretlər olmuşdur. Marketindən 524 ədəd siqaret müxtəlif markalı oğurlanmışdır. Belə ki, 1 ədədi 2 manat 50 qəpikdən olmaqla 8 ədədi isə 20 manat dəyərində olan “Viceroy” markalı, 1 ədədi 2 manat 40 qəpik olmaqla 10 ədədi isə 24 manat dəyərində olan “Bakı” markalı, 1 ədədi 3 manat dəyərində 90 ədədi isə 270 manat dəyərində olan “Rotmans” markalı, 1 ədədi 3 manat dəyərində 10 ədədi isə 30 manat dəyərində olan “West” markalı, 1 ədədi 2 manat 50 qəpikdən olmaqla 40 ədədi isə 100 manat dəyərində olan “Prima” markalı, 1 ədədi 2 manat 50 qəpikdən olmaqla 56 ədədi isə 140 manat dəyərində olan “Magna” markalı, 1 ədədi 2 manat 40 qəpikdən olmaqla 10 ədədi isə 24 manat dəyərində olan “Argo” markalı, 1 ədədi 3 manat olmaqla 100 ədədi isə 300 manat dəyərində olan “Palmall” markalı, 1 ədədi 3 manat olmaqla 100 ədədi isə 300 manat dəyərində olan “Classic” markalı, 1 ədədi 3 manat olmaqla 100 ədədi isə 300 manat dəyərində olan “Vinçester” markalı siqaretlər oğurlanmışdır. Hadisə nəticəsində onun mağazasından ümumilikdə 2078 manat dəyərində əşyası oğurlanmışdır. Mağazanın qapısının zədələnməsi nəticəsində ona 350 manat ziyan dəymişdir. Ümumilikdə oğurluq əməli nəticəsində ona 2428 manat dəyərində maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə əmttəşünaslıq ekspertizasınım 9/8063 nömrəli rəyi ilə tanış olmuş və rəyi obyektiv hesab edir. Araşdırılma zamanı mağazasından oğurluq etmiş şəxslərin onun həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmaları məlum olmuşdur. Sonradan ona vurulmuş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı tələbi və şikayəti yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini də iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonu Talıstan kəndində Tariyal Səfərova məxsus mağazadan necə oğurluq etdiyini göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı rayonu Talıstan kəndində Tariyal Səfərova məxsus mağazadan necə oğurluq etdiyini göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. 28 avqust 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq hadisəsi baş vermiş hadisə yeri İsmayıllı rayonu Talıstan kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 20 noyabr 2023-cü il tarixli 9/8063 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş əşyalardan 8 adda siqaretlərdən 2023-cü ilin avqust ayına olan orta bazar qiymətləri: 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən cəmi 19 manat 20 qəpik dəyərində 8 qutu “Viceroy” markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən cəmi 22 manat dəyərində 10 qutu “Bakı” markalı, 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən cəmi 261 manat dəyərində 90 qutu “Rotmans” markalı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən cəmi 27 manat dəyərində 10 qutu “West” markalı, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən cəmi 96 manat dəyərində 40 qutu “Prima” markalı, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən cəmi 134 manat 40 qəpik dəyərində 56 qutu “Magna” markalı, 1 ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən cəmi 22 manat dəyərində 10 qutu “Argo” markalı, 1 ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən cəmi 260 manat dəyərində 100 qutu “Classic” markalı olmaqla siqaretlərin ümumi dəyəri 841,60 manat təşkil etmişdir. Tədqiqata təqdim edilməyən 4 adda siqaretlərin 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti: 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən cəmi 290 manat dəyərində 100 qutu “Pallmall” markalı, 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən cəmi 290 manat dəyərində 100 qutu “Vinçester” markalı siqaretləri, 1 ədədinin qiyməti 1 manat təşkil edən cəmi 10 manat dəyərində 10 ədəd 450 milliqramlıq “Bizon” və 1 ədədinin qiyməti 1 manat 50 qəpik təşkil edən cəmi 75 manat dəyərində 50 ədəd 450 millliqramlıq “Go” enerji içkiləri olmaqla nəzəri qaydada 665,00 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Baksell MMC-nin İsmayıllı rayon filialı tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Baksell abunəçilərinin istifadə etdiyi 1 (bir), 2 (iki) və 3 ( üç) manatlıq konturların topdan satış və bazar qiyməti ilə dəyəri 1 (bir), 2 (iki) və 3 ( üç) manat təşkil edir. Məhkəmə psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli ***-**** saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, məhkəmə psixatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət hadisəsini törədərkən anlaqlı, öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır, o, hər hansı bir psixi xəstəlik keçirməmişdir və hazırda da heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Məhkəmə psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs2 əqli inkişafdan geri qalma və ya ləngimə halları müşahidə olunmur, o, baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq qabiliyyətindədir. Məhkəmə psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli ***-**** saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, məhkəmə psixatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət hadisəsini törədərkən anlaqlı, öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs1 halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır, o, hər hansı bir psixi xəstəlik keçirməmişdir və hazırda da heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Məhkəmə psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs1 əqli inkişafdan geri qalma və ya ləngimə halları müşahidə olunmur, o, baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq qabiliyyətindədir. İsmayıllı Rayon Mərkəzi X4 Şəxsindən alınmış xx.xx.2023-cü il tarixli 18-1-47/2- 908/2023 və 18-1-47/2-909/2023 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatında yoxdurlar. Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona məxsus mağazadan oğurluq etmələri nəticəsində ona dəymiş maddi ziyan həmin şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayəti, iddiası və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 13 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. İsmayıllı RİH başçısının Talıstan kənd İƏD üzrə nümayəndəliyindən alınmış 31 avqust 2023-cü il tarixli 376 və 377 nömrəli arayışlardan, doğum haqında şəhadətnamənin surətindən və İsmayıllı şəhəri 5 saylı tam orta məktəbinin direktoru tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2006-cı il təvəllüdlüdür, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkini özündən, atası salılov Ruslan Şahlar oğlu, anası X3, qardaşı Sənan və bacısı Səbinədən ibarətdir, oxuduğu orta məktəb üzrə mənfi xarakterizə olunur. İsmayıllı RİH başçısının Talıstan kənd İƏD üzrə nümayəndəliyindən alınmış 30 avqust 2023-cü il tarixli 369 və 370 nömrəli arayışlardan, doğum haqında şəhadətnamənin surətindən və İsmayıllı rayonu Talıstan kənd tam orta məktəbinin direktoru tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2007-ci il təvəllüdlüdür, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi özündən, atası Qanuni nümayəndə1, anası X2 və bacısı X1 ibarətdir, oxuduğu orta məktəb üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş ittihama hüquqi qiymət verərək, həmçinin təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (Azərbaycan Respublikası CM-nin 144-146-cı madələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində yuxarıda qeyd olunan maddələr üzrə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq, binaya qanunsuz daxil olmaqla talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onların törətdikləri əməli etiraf edərək səmimi peşmançılıq çəkmələrini, yetkinlik yaşına çatmamalarını, zərərçəkmiş şəxsə dəyən ziyanın tam ödənilməsini və zərərçəkmişin onlara qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxslər olmuşlar, buna görə də, onlara cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri onlara Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla onlara təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 27 avqust 2023-cü il tarixdə saat 12:10-da şübhəli şəxs qismində tutularaq İsmayıllı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Müstəntiqinin 29 avqust 2023-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 12:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Onun şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 27 avqust 2023-cü il tarixdən 29 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müdət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Talıstan kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. O cümlədən, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 27 avqust 2023-cü il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutularaq İsmayıllı RPŞ-nin MSYnə təhvil verilmişdir. Müstəntiqinin 29 avqust 2023-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 15:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Onun şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 27 avqust 2023-cü il tarixdən 29 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müdət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Talıstan kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan 11 qutu müxtəlif markalı siqaretlərin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 435-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 27 avqust 2023-cü il tarixdə saat 16:00-dan 29 avqust 2023cü il tarixə saat 15:00-a dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Talıstan kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 27 avqust 2023-cü il tarixdə saat 12:10-dan 29 avqust 2023cü il tarixə saat 12:00-a dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış 11(on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Talıstan kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan 11 qutu müxtəlif markalı siqaretlərin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar