Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-9/2025 07.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, Zərərçəkmiş şəxs iştirakı ilə 07 yanvar 2025-ci il tarixdə saat 12:56-da İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2007-ci ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamamorta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun Gəraybəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 avqust 2024-cü il tarixdə, saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun Gəraybəyli kəndində yerləşən ərzaq və qeyri-ərzaq malları satılan dükanın qarşısına gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra dükanın plastik materialdan olan pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb, yaxınlaşaraq pəncərəyə taxılmış olan toru əli ilə çıxarmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan dükana pəncərədən daxil olub dükanın kassasından 1 manatlıq və 5 manatlıq pul əsginaslarından ibarət cəmi 80 manat məbləğində nağd pulu, daha sonra isə həmin dükanın içərisində digər otağa daxil olaraq stolun siyirməsindən 1 manatlıq, 5 manatlıq və 10 manatlıq pul əsginaslarından ibarət cəmi 320 manat pulu götürüb vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, İsmayıllı rayonunun Gəraybəyli kəndində qeydiyyatda olmaqla anası ilə birgə həmin ünvanda yaşayır. Hazırda kollecdin 11-ci sinfində təhsil alır. 15 avqust 2024-cü il tarixdə saat 18 radələrində mobil telefonu xarab olduğu üçün telefonunu düzəltdirmək istəyirmişdir. Bunun üçün anası Gülnardan pul istəmiş, anası isə pulunun olmadığını bildirmişdir. O, oğurluq etmək qərarına gəlmiş və yaşadığı kənddə yerləşən Kənana məxsus ərzaq mağazasından oğurluq etməyi planlaşdırmışdır. Buna görə də saat 01 radələri bir qədər qarşıda yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına tərəf getmişdir. Kənanın mağazası bağlı olmuşdur. Mağazaya bitişik çay evi olmuş, həmin çay evindən mağazaya giriş olmuşdur. O, ilk öncə arxa tərəfdən mağazaya girməyi düşünmüş, buna görə də çay evinin giriş qapısına yaxınlaşmış, qapının bağlı olduğunu görmüşdür. Bu səbəbdən mağazanın qarşısına keçmiş və pəncərənin bir gözünün açıq olduğunu görmüş, o, həmin pəncərədən mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra kassaya yaxınlaşmış, kassadan 2 ədəd 5 manatlıq və 70 ədəd 1 manatlıq olmaqla ümumilikdə 80 manat pul götürmüşdür. Pulu götürdükdən sonra mağazanın içərisində olan ayrıca otağa daxil olmuş, otaqda stolüstü kompüter, divan və dolab olmuşdur. Dolabın siyirməsini açmış, orada üzəri rezinlə bağlanmış vəziyyətdə 1 manatlıq pul əskinasları və 5 manatlıq və 10 manatlıq əskinaslardan ibarət sayını bilmədiyi qədər pul olmuş, o, həmin pulları da saymadan cibinə qoymuşdur. Bundan sonra mağazanın arxa qapısını açaraq mağazadan çıxmışdır. O, mağazadan çıxdıqdan sonra Bakı şəhərinə getmişdir. Həmin vaxt saat 04 radələri olmuş, o, Şamaxinka adlanan yerdə avtomobildən düşmüş, yaxınlıqdakı restoranların birinə girmiş və orada yemək yemiş, sonra isə atasının dostunu görmək üçün Neftçilər metrostansiyasının yaxınlığına getmişdir. Atasının dostunu tapa bilməmiş, oradan çıxıb İsmayıllı rayonuna gəlmişdir. İsmayıllı şəhərindəki bazardan özünə paltar və ayaqqabı alaraq yaşadığı kəndə qayıtmışdır. Ertəsi gün polis əməkdaşları onların evinə gələrək ona oğurluqda şübhəli olduğunu bildirmişlər, o anası ilə birlikdə İsmayıllı RPŞ-yə gəlmiş və törətdiyi oğurluq əməlini etiraf etmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etmişdir. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdir ki, o, ailəsi ilə birgə İsmayıllı rayonunun Gəraybəyli kəndində yaşayır. Həmin kənddə özünə məxsus mağazası var. Hər gün səhər saat 08 radələrində mağazanı açır və axşam saat 21 radələrində bağlayır. 15 avqust 2024-cü il tarixdə həmişə olduğu kimi saat 21 radələrində mağazanı bağlayıb evə getmiş, həmin vaxt mağazanın kassasında 2 ədəd 5 manatlıq və 70 ədəd 1 manatlıq olmaqla ümumilikdə 80 manat pul saxlamışdır. Mağazanın içərisində olan əlavə otaqdakı şkafın siyirməsində 1 manatlıq, 5 manatlıq və 10 manatlıq əskinaslardan ibarət ümumilikdə 320 manat pulu olmuşdur. Havaların isti keçməsi ilə əlaqədar olaraq mağazanın pəncərəsinin birini həmişə açıq qoymuşdur. Pəncərə hündür olduğundan oradan kiminsə içəri keçə biləcəyini düşünməmişdir. Pəncərə açıq olsa da pəncərənin toru üzərinə taxılmışdır. 16 avqust 2024-cü il tarixdə eyni qaydada səhər saatlarında 08 radələrində mağazanı açmış, ilkin olaraq mağazaya girdikdə bəzi təmizlik işlərini görmüş, mağazadan nəyinsə oğurlandığını düşünməmişdir. Mağazaya müştəri gəlmiş, mağazanın kassasını açdıqda oradakı pulun yerində olmadığını görmüşdür. Dərhal mağazanın içərisində olan otağa keçib oradakı siyirməyə baxmış, siyirmədəki pulların da yerində olmadığını görmüşdür. Mağazanın açıq olan pəncərəsinə baxmış, pəncərənin toru yerində olmuş, lakin çıxarılıb yenidən taxıldığını bilmişdir. Mağazasından oğurluq olduğunu bilmiş və dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və hadisə yerinə baxış keçirmişlər. Polis şöbəsində aparılan araşdırılma zamanı onun mağazasından oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Ona vurulmiuş ziyan tam olaraq qaytarılmış, onun maddi ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları əyani göstərməklə bir daha təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus ərzaq və qeyri-ərzaq malları satılan dükan İsmayıllı rayonunun Gəraybəyli kəndində yerləşir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin X1 Şöbəsindən alınmış, məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024cü il tarixli, 857 saylı rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, yuxarıda göstərilənləri nəzərə alan ekspert psixoloq belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt probleçlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır:
1. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur.
2. Əqli və psixi inkişafını nəzərə almaqla, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi.
3. Emosional halından asılı olaraq, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur.
4. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur.
5. Cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun əməlində cinayət tərkibinin bütün əlamətlərinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 avqust 2024-cü il tarixdə, saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun Gəraybəyli kəndində yerləşən ərzaq və qeyri-ərzaq malları satılan dükanın qarşısına gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra dükanın plastik materialdan olan pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb, yaxınlaşaraq pəncərəyə taxılmış olan toru əli ilə çıxarmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan dükana pəncərədən daxil olub dükanın kassasından 1 manatlıq və 5 manatlıq pul əsginaslarından ibarət cəmi 80 manat məbləğində nağd pulu, daha sonra isə həmin dükanın içərisində digər otağa daxil olaraq stolun siyirməsindən 1 manatlıq, 5 manatlıq və 10 manatlıq pul əsginaslarından ibarət cəmi 320 manat pulu götürüb vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, vurulmuş ziyanı tamamilə ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına və məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona məxsus mağazadan baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş 400 (dörd yüz) manat ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs barəsində şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Gəraybəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli 137 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən İsmayıllı rayonunun Gəraybəyli kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi özündən, anası, bacısı və qardaşından ibarətdir, yaşadığı müddət ərzində kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə şikayət daxil olmamışdır. İsmayıllı Mərkəzi Rayon Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-47/2-1231/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-Əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur, buna görə də, ona cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Müstəntiqinin 17 avqust 2024-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Gəraybəyli kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Gəraybəyli kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: İlqar Hüseynov