Məhkəmə qərarları › İş №1(038)-1/2024

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-1/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-1/2024 18.01.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, Məhkəmə iclasının katibi K1 katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki idddiaçı) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs (mülki cavabdeh ) Təqsirləndirilən şəxs, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, 31 avqust 1979-cu ildə Daşkəsən rayonunda doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə ona iş yerini dəyişdirmək istədiyini bildirən tanışı Zərərçəkmiş şəxs iş yerini dəyişdirəcəyini vəd etmiş, vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə 4500(dörd min beş yüz) manat pulu ona məxsus bank kartı hesabına "xxxx" ASC-nin Masallı rayon filialından, 2022-ci ilin dekabr ayında isə 500(beş yüz) manat pulu Yardımlı rayonu Çayüzü kəndi ərazisindən zərərçəkmiş şəxsə məxsus bank kartı hesabından elektron qaydada köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Zərərçəkmiş şəxs Zeynalabdin oğlu Təqsirləndirilən şəxs 3000 (üç min) manat maddi ziyan və 50 (əlli) manat ödənilmiş dövlət rüsumu tələbi ilə bağlı mülki iddia qaldırmışdır. Məhkəmə Azərbaycan Rеspublikası CPM-nin 183-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs Zeynalabdin oğlunu mülki iddiaçı kimi tanıyaraq iddia ərizəsini icraata qəbul edtmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs özünü CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə əmisi oğlu Şahid vasitəsi ilə tanış olmuşdur. 2022-ci ilin əvvəllərində pula ehtiyacı olmuşdur. Şahid Zərərçəkmiş şəxs adlı tanışının iş yerini dəyişmək isətəməsini ona demişdir. Şahid onun istifadəsində olan mobil telefon nömrəsini Zərərçəkmiş şəxs demiş və Zərərçəkmiş şəxs “WhatsApp” proqramı vasitəsi ilə ona zəng etmişdir. xx.xx.2023-cü il tarixdə o, “WhatsApp” proqramı vasitəsi ilə istifadəsində olan "xxxx" tərəfindən verilmiş kartın şəklini Zərərçəkmiş şəxs göndərmiş və Zərərçəkmiş şəxs həmin tarixdə kartın hesabına 4500 manat pul göndərmişdir. 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs 500 manat da pul istəmiş, Zərərçəkmiş şəxs də onun "xxxx" tərəfindən verilmiş kart hesabına 500 manat pul göndərmişdir. Faktiki olaraq Zərərçəkmiş şəxs pulu onun iş yerini dəyişdirmək adı ilə almamış, lakin, sonradan pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs aldığı puldan 2000 manatını qaytarmış, qalan pulu isə azadlıqda qalarsa qısa müddətə qaytaracaqdır. Mülki iddianı qəbul edir. Göstərdiklərini nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Zeynalabdin oğlu ifadəsində göstərdi ki, cinayət hadisəsi baş verən vaxt “N” saylı hərbi hissəsinin sərhəd zastavasında işləmiş və Yardımlı rayonu Çayüzü kəndində yaşamışdır. Hal-hazırda təxris olunmuşdur. Təqsirləndirilən şəxs əmisi oğlu Şahid vasitəsi ilə tanımışdır. Daimi yaşayış yeri Sumqayıt şəhəri olduğu üçün iş yerini Bakı şəhərinə və ya ətraf ərazilərə dəyişmək istəmişdir.O, iş yerinin dəyişdirilməsində Təqsirləndirilən şəxs ona köməklik edə biləcəyini eşitmişdir. Buna görə Şahid xahiş etmişdir ki, Şahinə iş yerinin dəyişdirilməsində ona köməklik etməsini bildirsin. Şahid ona Şahinin nömrəsini demiş və onunla əlaqə saxlamasını bildirmiş və Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ona demişdir. 2022-ci ilin avqust ayının sonlarında istifadəsində olan 050 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs zəng vurmuş və ona iş yerini Bakı şəhərinə dəyişmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona iş yerini Bakı şəhəri Türkan qəsəbəsində yerləşən əraziyə dəyişdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona tanışları olduğunu, iş yerini həmin tanışları vasitəsi ilə dəyişdirəcəyini demişdir. Təqsirləndirilən şəxs ona iş yerinin dəyişdirilməsi üçün 4500 manat pul lazım olduğunu bildirmişdir. 06.09. 2022-ci il tarixdə "xxxx"ının Masallı filialından 8000 manata yaxın kredit götürmüş və həmin puldan 4500 manat Beynəlxalq Bank vasitəsi ilə Təqsirləndirilən şəxs ona vermidir. Təqsirləndirilən şəxs adına olan kartın hesabına köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs ona pulu götürdüyünü və 2022-ci ilin dekabr ayına qədər iş yerini dəyişdirəcəyini demişdir. 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, ondan iş yerinin dəyişdirilməməsinin səbəbini soruşmuşdur. Təqsirləndirilən şəxs ona işinin düzəldiyini, işinin bir az tezləşdirilməsi üçün əlavə 500 manat pulun da lazım olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona kart nömrəsini demiş, o da Yardımlı rayonu Çayüzü kəndi ərazisində yerləşən N saylı sərhəd komendatlığının ərazisindən istifadəsində olan mobil telefonundakı tam kartın hesabından Təqsirləndirilən şəxs ona dediyi kartın hesabına 500 manat pul göndərmişdir. Bundan sonra yenə də Təqsirləndirilən şəxsla əlaqə saxlamış, Təqsirləndirilən şəxs 500 manat pulu da götürdüyünü demiş, həmçinin iş yerinin 2023-cü ilin yanvar ayında dəyişdiriləcəyini bildirmişdir. Lakin bundan sonra onunla dəfələrlə əlaqə saxlasa da, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Hazırda Təqsirləndirilən şəxs həmin puldan 2000 manat qaytarsada 3000 manatı qaytarmamışdır. Ona görə də vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs 3000(üç min) manat maddi ziyan və 50(əlli) manat ödənilmiş dövlət rüsumu, cəmi 3050 (üç min əlli) manatın alınması barədə mülki iddianın təmin edilməsini və barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cazasının verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək istintaq zamanı dindirilmiş və məhkəmə istintaqında tədqiq edilməklə elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev 11, mənzil 15-də yaşayır. Zərərçəkmiş şəxs tanıyır, dayısı nəvəsidir. Təqsirləndirilən şəxs da tanıyır, əmisi oğludur. Zərərçəkmiş şəxslə qohum olduqları üçün yaşadıqları evə gəlib-getmişdir. 2022-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs onlara qonaq gəldiyi vaxt Yardımlı rayonunda yerləşən hərbi hissədə xidmət etdiyini, lakin Yardımlı rayonuna olan məsafənin uzaq olduğunu, buna görə də iş yerini Bakı şəhərinə dəyişdirmək istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs əmisi oğlu Təqsirləndirilən şəxs iş yerini dəyişdirməkdə ona köməklik edəcəyini demişdir. Zərərçəkmiş şəxs bu barədə fikirləşəcəyini bildirmişdir.2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs ona mobil telefon vasitəsi ilə zəng vuraraq əmisi oğlu Təqsirləndirilən şəxs mobil nömrəsini istəmiş, o da Şahinin mobil nömrəsini Samirə demişdir. Bundan sonra onlar arasında olan razılaşmadan məlumatı olmamışdır. Sonradan Zərərçəkmiş şəxs ona iş yerini Bakı şəhərinə dəyişdirmək üçün Təqsirləndirilən şəxs 5000 manat pul verdiyini, lakin Şahinin onu aldatdığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş СD-yə məhkəmə iclasında baxış keçirilmiş və həmin videoçəkilişdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə mesajlaşmalar və səs göndərmələri olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs göndərilmiş səs yazısında qeyd olunmuşdur ki, “heç bir problem yoxdur, adın siyahıdan keçmişdir, bir dənə yerdəyişmə ilə bağlı əmr qalmışdır, komandanlıqdan asılıdır, dekabr ayında olacaq, dekabr ayında olan yerdəyişmə ilə bağlı siyahıda adın var, yaxın adamımı Qırmızı Körpüyə saldırmışam, məlumat verəcəyəm”. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs göndərilmiş digər səs yazısında qeyd olunmuşdur ki, “bir şəxslə danışmışam, sənin işinidə danışmışam, 2023-cü ilin yanvar ayının 24-də yüngül yerdəyişmə olacaq, həmin vaxt iş yeri dəyişmələri olacaq, həmin şəxsdən 2023-cü ilin yanvar ayının 24-də olan yerdəyişməyə adının salınmasını xahiş etmişəm, həmin şəxs siyahını hazırlayır, həmin şəxsə 1000 manat pul verəcəyəm, sənin iş yerini dəyişdirməsini xahiş etmişəm”. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və elan olunmuş şahidin ifadəsi, eləcə də işin faktiki halları ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə ona iş yerini dəyişdirmək istədiyini bildirən tanışı Zərərçəkmiş şəxs iş yerini dəyişdirəcəyini vəd etmiş, vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə 4500(dörd min beş yüz) manat pulu ona məxsus bank kartı hesabına "xxxx" ASC-nin Masallı rayon filialından, 2022-ci ilin dekabr ayında isə 500(beş yüz) manat pulu Yardımlı rayonu Çayüzü kəndi ərazisindən zərərçəkmiş şəxsə məxsus bank kartı hesabından elektron qaydada köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, ittihamın elan edilməsi üçün şəxsin tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, keçirilmiş axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Şəmkir rayonunda saxlanılaraq Yardımlı RPŞ-nə gətirilmiş və şöbənin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerində saxlanılmaqdan azad edilmişdir. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə “ qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmiş və barəsində axtarış elan edilmişdir. İş materiallarına olan “axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, keçirilmiş axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Şəmkir rayonu ərazisində saxlanılaraq Bakı İstintaq Təcridxanasına köçürülməsi üçün xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 241 M “V” bəndinə əsasən 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar bitənədək təxirə salınmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 30 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu Kür qəsəbə İƏD üzrə nüməyəndəsinin xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu Kür qəsəbə İƏD üzrə nüməyəndəsinin xx.xx.2023-cü il tarixli, 438 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini CM-in 59.1.14-cü maddəsinə və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Təqsirləndirilən şəxs X1 əməlində onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.Lakin məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkünsüz hesab edərək barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Belə ki, o, əvvəllər dələduzluq cinayətinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin məhkumluq ödənilmiş olsa da, ötən müddətdə o, islah olunmamış, yenə də eyni növ cinayət tərkibi yaradan əməllər törətməkdə davam etmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə müddətinin iki gününə hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə maddi sübut olan 01 ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olubolmadığı məsələsini müzakirə edərək aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs suiistifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş və məhkəmə istintaqı dövrundə maddi ziyanın 2000 manatını ödəmişdir. Odur ki, maddi ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğuna görə Zərərçəkmiş şəxs mülki iddia verməyə haqlıdır və mülki iddia əsaslı olduğu üçün təmin edilməlidir. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə halı yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-cimaddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutularaq saxlanıldığı müddətə görə iki gün azadlıqdan məhrum etmə müddətinin iki gününə hesablanmaqla, üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut 01(bir) ədəd CD cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 3000 (üç min) manat maddi ziyan və 50 (əlli) manat ödənilmiş dövlət rüsumu, cəmi 3050 (üç min əlli) manat alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs Zeynalabdin oğluna ödənilsin. Hökmdən elan olunduğu, məhkuma (Təqsirləndirilən şəxs) hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar