Məhkəmə qərarları › İş №1(038)-1/2025

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-1/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-1/2025 18.09.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ

1. GİRİŞ HİSSƏ

X15 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1978-ci ildə Cəlilabad rayonu Şötüklü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, məhkumluğu olmayan, Cəlilabad rayon E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbində müəllim işləyən, Cəlilabad rayonu Şötüklü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundandan sonra CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:

2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:

İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 23 may 2022-ci il tarixdə saat 18 radələrində Cəlilabad rayonu, Şötüklü kəndində yerləşən otlaq sahəsində əvvəlcədən tanıdığı Şahid3 özünə məxsus iri buynuzlu heyvanları onun əkin sahəsinə salmağa cəhd etdiyini bəhanə edib onunla mübahisə edən zaman sonuncunun azyaşlı oğlu Zərərçəkmiş şəxs əlində tutduğu özünə məxsus «Samsung A3» markalı mobil telefonun video kamerası vasitəsilə onu qeydə aldığını görərək əlində olan və istintaqla müəyyən edilməyən təsərrüfat təyinatlı alətlə Zərərçəkmiş şəxs üzərinə hücum edib, özünü ətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozub Cəlilabad rayonu, Şötüklü kəndinin yaşayış evləri olan istiqamətində təxminən bir kilometr qovduqdan sonra ona yaxınlaşaraq əlində olan təsərrüfat təyinatlı alətlə zor tətbiq edib Zərərçəkmiş şəxs sağ baldır nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq sonuncuya sağ baldırın arxa səthində əzilmiş-cırılmış yara xarakterli dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə və Zərərçəkmiş şəxsin əlində olan 460 manat dəyərində «Samsung A3» markalı mobil telefonu yararsız vəziyyətə salmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir.

2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:

təqsirləndilən şəxslər, zərərçəkmiş şəxs və şahidin ifadələri:

Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 23 may 2022-ci il tarixdə saat 17 radələrində ailə üzvləri ilə birlikdə pay torpaq sahəsində biçdikləri otu yığmağa getmiş və sahədə olarkən həmkəndlisi Şahid3 şəxsi təsərrüfatında olan heyvanları onun əkin sahəsinə saldığını görmüşdür. Həmin vaxt Azərin yanında oğlu Əli də olmuşdur. Onlar ot yıqmağı saxlayıb arvadı və qızı avtomobilə minərək heyvanları sahədən çıxarmaq üçün əkin sahəsinin yanına getmişlər. O, əlində olan yaba ilə heyvanları sahədən qovmuşdur. Heyvanlar əkin sahəsinə girdiyinə görə o, öz iradını Azərə bildirmişdir. Həmin vaxt heyvanları sahədən çıxararkən Əlinin onu mobil telefona çəkdiyini görmüş və Əliyə çəkiliş aparmamasını bildirmişdir. O, heyvanları əkin sahəsindən uzaqlaşdıraraq kəndə tərəf ötürmüş və maşına əyləşərək ailə üzvləri ilə birlikdə yaşadıqları evə getmişdir. Yaşadığı kənddə Azərlə qonşu olduğu üçün Azərin həyətində səs-küy səsləri gəldiyini eşitmiş və nə baş verdiyini bilmək üçün həyətə yaxınlaşarkən Azərin əlindəki dəmir parçası ilə oğlu Əlini vurduğunu görmüşdür. Təqsirləndirilən şəxs daha sonra göstərdi ki, onun pay torpaq sahəsi ilə Şahid3, Nümayəndə və Cəlal Niftiyevin pay torpaq sahələri qonşu deyildir və pay torpaqları arasında məsafə 1 km-ə qədər məsafədə yerləşir. Əvvəllər aralarında olan narazılığa görə Azər heyvanları qəsdən onun pay torpağına salmışdır. Hadisə yerinə baxış keçirərkən də onun pay torpaq sahəsinin kəndin bir tərəfində, Şahid3 pay torpaq sahəsinin kəndin digər tərəfində yerləşməsini öz təsdiqini tapmış və onun pay torpaq sahəsinin yerləşdiyi yerdən Şahid3 pay torpaq sahəsi, həmçinin Şötüklü kəndini görmək mümkün olmadığı müəyyən edilmişdir. Bundan əlavə hadisə yerinə baxış keçirilərkən Zərərçəkmiş şəxs və Şahid3 hadisənin onun pay torpaq sahəsində baş verdiyini göstərsə də, məhkəmə və ibtidai istintaq zamanı verdikləri ifadələrində digər ərazini göstərmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs göstərdi ki, onun torpaq sahəsi ilə ilə Şötüklü kəndinin girişinə qədər məsafə təxminən 1500 metrdir və arada hündür təpə vardır. Bu səbəbdən də Şötüklü kəndinin girişində baş verən hər hansı bir hadisənin onun pay torpaq sahəsindən görmək mümkün deyildir. O, Zərərçəkmiş şəxs yaba ilə vurmamış və ona hər hansı bir xəsarət yetirməmişdir. Əlinin atası Şahid3 onun barəsində əvvəllərdə şikayət etmiş və aralarında olan ədavətə görə bu hadisəni əvvəcədən özü planlaşdırmışdır. Şahid3 onun kənddən köçüb getməsini istəyir. Təqsirləndirilən şəxs son sözündə Zərərçəkmiş şəxsnü yaba ilə vurmadığını göstərərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini və ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi X5 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 23 may 2022- ci il tarixdə saat 8 radələrində şəxsi təsərrüfatlarında olan heyvanları atası ilə otlaq sahəsinə aparmışlar. Heyvanları Təqsirləndirilən şəxs otlaq sahəsinin yanından keçirərək başqa əraziyə apararkən, həmin vaxt sahədə ot biçən Təqsirləndirilən şəxs heyvanları otlaq sahəsindən çıxartmaq üçün gəlmiş və onun heyvanlarını sahədən çıxartmağa başlamışdır. Bu zaman əlində olan mobil telefonla Təqsirləndirilən şəxs heyvanların otlaq sahədən çıxartmasını mobil telefonla videoya çəkməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs onun hərəkətlərini telefonla çəkdiyini görüb telefonu ondan almaq üçün üzərinə gəldiyini görüb kəndə tərəf qaçmağa başlamışdır. O, otlaq sahədən 1 km-ə yaxın məsafə qaçmış və kəndin içərisində Bəxtiyarın evinin yanında Ramin əlində olan yabanı onun arxasınca atmışmışdır. Bu zaman yaba onun ayağına dəymiş və o yerə yıxılmış və əlində olan mobil telefon isə beton şpala dəyərək sınmışdır. Həmin vaxt onun xəsarət almasını həmkənliləri Şəmistan, Bəxtiyar və Cəlal görmüşdür. O, ayağından xəsarət alsa da, evə özü getmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X10 göstərdi ki, hadisə baş verən gün şəxsi təsərrüfatlarında olan heyvanları əri Azərlə oğlu Əli otlaq sahəyə aparmışdılar. Otlaq sahəsində Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə oğlu Əlini döydüklərini eşidib o, da sahəyə doğru getmişdir. Yolda uzaqdan Təqsirləndirilən şəxs oğlu Əlini qovduğunu görmüş, bu zaman Əlinin kəndin içərisinə doğru, Raminin isə onun arxasınca qaçdığını görmüşdür. O, otlaq sahəsinə əri Azərin yanına getmiş və bir müddətdən sonra Ramin əlində yaba onlara tərəf gəldiyi görmüşdür. O, Azərlə Raminin arasında torpaq mübahisəsi ilə əlaqədar əvvəldən münasibətlərinin yaxşı olmadığını bildiyi üçün Azəri sakitləşdirməyə çalışmışdır. Onlar sahədən evə qayıtmış, bu zaman Əlinin ayağında qan olduğunu görmüş və Əlidən ayağınının nədən qanadığını soruşmuşdur. Əli ayağına Təqsirləndirilən şəxs yaba ilə vurduğunu bildirmışdır. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verənə kimi Təqsirləndirilən şəxsla aralarında münaqişələri çox olmuşdur. Raminin hərəkətlərinin videogörüntülərini də çəkmiş, lakin ona sübut edə bilməmişdir. Hadisənin baş vermə tarixini unutsa da, həmin gün heyvanlarını otlaq sahəyə apararkən Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə sahədə ot yığırdığını görmüşdür. Ramin onları uzaqdan görüb avtomobili ilə onlara tərəf gəlmişdir. Həmin vaxt o mobil telefonunu oğlu Əliyə vermiş və Raminin hərəkətlərini videoya çəkməyini bildirmişdir. Bu zaman Ramin Əlininin onu videoya çəkdiyini görüb ona tərəf gəldikdə Əliyə qaçmağını bildirmişdir. Əli oradan kəndə doğru qaçmış və Ramin də Əlinin arxasınca qaçmışdır. Əli Qaçaraq kəndin içərisinə girmişdir. Onun beli ağrıdığına görə qaça bilməmiş və onların arxasınca yeriyərək getmişdir. Yolda arvadı ilə rastlaşmışdır. Kəndin içərisində kənd sakinlərinin Raminə «uşağı vurarsan» dediklərini eşitmişdir. Hadisə yerinə çatdıqda Raminin artıq Əlini vurduğunu və telefonu sındırdığını bilmişdir. Raminin Əlini qovmasını əks etdirən video görüntü vardır, Əli qaçanda çəkmişdir. Şahid3 həmçinin göstərdi ki, Ramin Məmişov əlində yaba Əlinin arxasınca qaçaraq onu kəndin içərisinə doğru qovmuşdur. Dərəyə düşdükdə sonra isə onları görməmiş, lakin ondan 500-600 məsafədə Əlinin qışqırtı səsini eşitmişdir. Bundan əlavə Şahid3 İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi bildirmişdir. Məhkəmə istintaqında Şahid1 göstərdi ki, 20 may 2022-ci il tarixdə sahədə əri Ramin və qızı Elvira ilə ot yığırkən Şahid3 oğlu Əli ilə birlikdə heyvanları onların sahəsinə gətirdikləri üçün əri Təqsirləndirilən şəxs onlara heyvanları onların torpaq sahəsinə salmamalarını demiş və onlara tərəf getmişdir. Ramin onlarla söhbət etdikdən sonra avtomobilinə tərəf, o isə kəndə tərəf getməyə başlamışdır. Bu zaman Şahid3 qızı Elviranı vurub, yerə yıxdığını və əlindəki ağacla döydüyünü görüb onlara tərəf getmiş və Azər oradan çıxıb getmişdir. Onlar ayrılıb sahədən evə getmiş və evdə qızı Elviranın xəstəxanaya, eksperizaya aparmağı müzakirə edərkən, qonşularının səs-küy gəldiyini deməsini eşitmişdir. Səs-küy gələn tərəfə çıxıb baxdıqda Şahid3 oğlu Əlini dəmir parçası ilə döydüyünü görmüşdür. Anası Əlini nə üçün döydüyünü soruşduqda Azər «belə etməsəm, Ramin məni tutduracaq» demişdir. Şahid1 həmçinin göstərdi ki, Azərlə əri Raminin arasında əvvəllər torpaq mübahisəsi ilə əlaqədar münasibətləri yaxşı olmamışdır. Ramin əlində yaba Əli İbrahimovun arxasınca qaçmamış və ona yaba ilə xəsarət yetirməmişdir. Həmin vaxt Ramin malları sahədən çıxardarkən Əli əlində telefon kəndə tərəf getməsini , Azərin isə onlardan yuxarıda dayandığını görmüşdür. Şahid1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi bildirmişdir. Məhkəmə istintaqında Şahid2 göstərdi ki, onlar sahədə ot yığarkən Şahid3 və oğlu Əli 15 başadək heyvanları otara-otara onların sahəsinə tərəf gətirirdiyini görmüşlər. Heyvanlar onlara məxsus sahəyə girdikdə atası Təqsirləndirilən şəxs avtomobilə minərək heyvanları sahədən çıxartmağa getmişdir. Atası heyvanları sahədən çıxardarkən Əli telefona çəkmişdir. Anası onlara tərəf getmiş və o isə kəndə doğru getməyə başlamışdır. Yola 20 metrəyədək məsafə qalmış Azər onu arxadan tutaraq yerə yıxıtmış və əlində olan ağacla vurmuşdur. Daha sonra onlar atasınının idarə etdiyi avtomobilə minərək yaşadıqları evlərinə getmişlər. Evdə olarkən səs-küy səslərinin gəldiyini eşidib küçəyə çıxmışlar. Həmin vaxt Azərin oğlu Əlini döydüyünü görmüşlər. Şahid2 həmçinin göstərdi ki, atası Azərlə mübahisə etsə də, Əliyə tərəf getməmiş, onu döyməmiş və ona yaba ilə hər hansı bir xəsarət yetirməmişdir. Şahid2 qız ıifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi bildirmişdir. Məhkəmə istintaqında şahid X6 göstərdi ki, hadisənin baş verdiyi tarixi unutsada yay aylarında kəndin kənarında otlaq sahədə şəxsi təsərrüfatında olan heyvanları otararkən uzaqdan otlaq sahəsinə girmiş mal-qaraları Təqsirləndirilən şəxs və ailəsinin çıxartdığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qovmağa başladığını, Əlinin kəndə tərəf qaçdığını, Raminin də onun arxasınca qaçmasını görmüşdür. Onlar 800-900 metr məsafə qaçaraq onların evinin həyətindən keçdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əlində olan yabanı Əlinin arxasınca atdığını və Əlinin yerə yıxıldığını görmüşdür. Yabanın Əliyə dəyməsini isə bilməmişdir. Əli yıxıldıqdan sonra Ramin ona çatıb dayanmış, lakin Əlini vurmasını görməmişdir. Şahid X1 istintaq zamanı verdiyi ifadəmi təsdiq etdiyini bildirdi. Məhkəmə istintaqında şahid Nümayəndə göstərdi ki, 2022-ci ilin may ayında sahədə ot yığarkən Əli İbrahimovun heyvanları otarmaq üçün sahəyə gətirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Əlinin mal-qaralarını qovub sahədən çıxardarkən, Raminin hərəkətlərini Əli telefonla çəkmişdir. Bunu görən Ramin Əlini qovmağa başlamışdır. Ramin əlindəki yabanı Əliyə tərəf atmış və Əli yerə yıxılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs telefonu Əlidən alaraq yerə vurub sındırmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatəti əsasında qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, sahələrdən ot yığılıb qutardığı üçün Əli İbrahimov mal-qaralarını sahəyə buraxmışdır. Həmin vaxt Əlinin əlində mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs Əlinin otardığı heyvanları sahədən çıxartmış və Əlini qovmağa başlamışdır. Hadisə vaxtı o, məktəbə getmədiyi üçün yaşadığı evlərinin həyətində olmüş və hadisə yeri həyətlərindən göründüyü üçün hadisəni tam görmüşdür. Həmin vaxt Əli kəndin içərisinə tərəf qaçmağa başlamış və onun yanından keşərkən Əliyə telefonu ona verməsini bildirmişdir. Lakin Əli telefonu ona verməmiş və qaçmağa başlamışdır. Kəndin içərisində, o dayandığı yerdən təxminən 10-11 metr məsafədə Təqsirləndirilən şəxs Əlini yaba ilə vurmuş və Əli yerə yıxılmışdır. Lakin yabanın Əlinin bədəninə batıb-batmadığını görməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Əlinin əlində olan telefonu almış və beton-şpala vuraraqa sındırmışdır.

2.1.1.2. cinayət işinin materialları:

Təqsirləndirilən şəxs müdafiəçisi, vəkili Müdafiəçi2 vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş zərərçəkmiş şəxs X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Şötüklü kəndində yaşayır, şəxsi təsərrüfatı və təsərrüfatında iri buynuzlu heyvanlar vardır. Hər gün həmin heyvanları otlaq sahəsinə aparı. Təqsirləndirilən şəxs və Şahid3 onunla həmkəndlidir. Həmin şəxslərlə əvvəllər aralarında ədavət və düşmənçilik olmamış münasibətləri normal olmuşdur. X20 arasında uzun müddətdir ədavət vardır. Onlar bir-biriləri barəsində hüquq-mühafizə orqanlarına şikayət ediblər. 23 may 2022-ci il tarixdə, saat 18 radələrində kəndin örüş sahəsində özünə məxsus iri və xırda xırda buynuzlu heyvanları otarmağa çıxartmışdır. Şahid3 onlardan bir qədər uzaqda azyaşlı oğlu Əli ilə birlikdə özünə məxsus iri buynuzlu heyvanları örüş sahəsinə gətirdiyini görmüşdür. Bundan bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs özünə məxsus avtomobillə Şahid3 tərəf yaxınlaşdığını görmüşdür. Təqsirləndirilən şəxs özünə məxsus İbrahimov və onun azyaşlı oğlu Əlinin yaxınlığında saxladı. Ramin avtomobildən düşdükdən sonra onun arvadı Lətafət və qızı Elviranın da həmin avtomobildən düşdüyünü görmüşdür.O,həmin şəxslər arasında uzun müddətdir ədavətin olduğunu bildiyi üçün diqqətlə onları izləmişdir.Təqsirləndirilən şəxs avtomobilin sürücü oturacağından düşüb arxa oturacaqda qoyduğu yabanı götürmüşdür.O, nisbətən onlardan uzaqda olduğum üçün aralarında nə söhbətin olduğunu eşidə bilməmişdir. Lakin Ramin avtomobildən düşən kimi əlindəki yaba ilə heyvanlara hücum etdi. Həmin vaxt Şahid3 oğlu Əli əlində olan mobil telefon ilə Raminin etdiyi hərəkətləri qeydə alırdı. Ramin bundan sonra əlindəki yaba ilə Əlinin üzərinə hücum etdi. O, Raminin azyaşlı uşağa xəsarət yetirə biləcəyindən narahat olduğu üçün diqqətlə ona baxırdım.Lakin məsafə biraz uzaq idi deyə onlara yaxınlaşmağı vaxt aparacaqdı. Təqsirləndirilən şəxs onun üzərinə hücum etdiyini gördükdən sonra azyaşlı Zərərçəkmiş şəxs kəndə tərəf qaçmağa başladı. Bu zaman Təqsirləndirilən şəxs əlində olan yaba ilə Əlinin arxası ilə qaçırdı. Təxminən 5 dəqiqə ərzində Ramin Əlinin arxası ilə qaçdı. Əli ondan yayınmaq üçün kəndin mərkəzi hissəsinə tərəf yola düşdü. Lakin Ramin ona imkan verməyib arxasından əl çəkmirdi. Əli nisbətən yorulduğu üçün Ramin ona çatıb əlində olan yabanı Əlinin arxası ilə atdı. Həmin yaba Əlinin ayaq nahiyyəsinə dəydi.Bundan sonra Əli yerə yıxıldı. Təqsirləndirilən şəxs yerə düşən yabanı götürüb Zərərçəkmiş şəxs əlindən düşən mobil telefona zərbələr endirməyə başladı. Daha sonra Əlinin yanından uzaqlaşdı. O ,özünə məxsus iri və xırda buynuzlu heyvanları otardığı örüş sahəsi nisbətən hündür yerdə olduğundan o, ətrafı tam görə bilmişdi.Təqsirləndirilən şəxs təkrar Şahid3 olduğu yerə tərəf yola düşmüşdü. Qeyd edir ki, Təqsirləndirilən şəxs əlində yaba tutub Zərərçəkmiş şəxs arxası ilə getdikdən sonra Şahid3, onun ailə üzvləri və Təqsirləndirilən şəxs ailə üzvləri otlaq sahəsindən nisbətən kəndə tərəf dərə istiqamətində hərəkət etdiklərindən onların mübahisəsini görməmişdir.Əlavə olaraq Təqsirləndirilən şəxs Azərgilin olduğu yerə tərəf getməsindən sonra onların aralarında hər hansısa bir mübahisənin olmasına şahid olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X21 tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli, 382 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs sağ baldırın arxa səthində əzilmiş-cırılmış yara müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 1 günə qədərdir, qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X21 tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli, T540/2025 nömrəli rəyindən görünür ki, azyaşlı Ə.Şahid3 sağ baldırın arxa səthində əzilmiş-cırılmış yara olmuşdur.Qeyd edilən xəsarət deşici alətin təsirindən törənmiş,yetirilmə müddəti qərarda göstərilən tarixə,yəni 23 may 2022-ci ilə uyğun gəlir,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirşQeyd edilən xəsarətin xarakteri və yerləşdiyi nahiyyə istər yaba ilə bilavasitə yetirilən zərbə,istərsə də yabanın düz istiqamətində atılması zamanı yarana bilməsini inkar etmir. Azərbaycan Respublikasının Əqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21i 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cəlilabad rayonu Şötüklü kənd sakinləri Nümayəndə və X4 məxsus olan pay torpaq sahələri Şötüklü kəndinin daxilindən keçən yolun şərq hissəsində yerləşməklə qonşudurlar. Digər şəxs Təqsirləndirilən şəxs məxsus pay torpağı Şötüklü kəndinin daxilindən keçən yolun qərb hissəsində yerləşir. Azərbaycan Respublikasının Əqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21i 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cəlilabad rayonu Şötüklü kənd sakinləri Nümayəndə və X4 məxsus olan pay torpaq sahələri Şötüklü kəndinin daxilindən keçən yolun şərq hissəsində yerləşməklə qonşudurlar. Digər şəxs Təqsirləndirilən şəxs məxsus pay torpağı Şötüklü kəndinin daxilindən keçən yolun qərb hissəsində yerləşir. Təqsirləndirilən şəxs pay torpaq sahəsi ilə Nümayəndə pay torpaq sahəsinin arasındakı ən yaxın məsafə 708.4 metr, Təqsirləndirilən şəxs ilə X2 pay torpaq sahələri arasındakı ən yaxın məsafə 1019 metrdir. 05 noyabr 2022-ci il tarixli diskə baxış aparılması haqqında protokoldan və diskdə olan görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs Şahid3 və onun ailə üzvlərinin olduğu otlaq sahəsinə gəldikdən sonra əlində olan təsərrüfat alətini ətrafdakı şəxslərə aşkar şəkildə nümayiş etdirib orada Şahid3 məxsus iri buynuzlu heyvanların üzərinə hücüm edib kəndin aşağı hissəsinə apardığı, daha sonra əlindəki alətlə Şahid3 və onun ailə üzvlərinin olduğu yerə qalxması müəyyən olunur. 23 may 2022-ci il tarixli «hadisə yerinin baxışının aprılması haqqında» protokoldan görünür ki, hadisənin baş verdiyi yer Cəlilabad rayonu, Şötüklü kəndi ərazisində Şahid3 yaşadığı evin həyatyanı torpaq sahəsinin yaxınlığında baş vermişdir. 22 noyabr 2024-cü il tarixli «hadisə yerinə baxış keçirmə haqqında protokol»dan və CD-dən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi təqsirləndirilməsinə dair Yardımlı Rayon Məhkəməsinin icraatında olan 1(038)-01/2025 saylı cinayət işi üzrə üzrə ifadələrin yerində yoxlanması üçün 22 noyabr 2024-cü il tarixdə Cəlilabad rayonu, Şötüklü kəndi ərazisində X15 Azad oğlu, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı X11, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi2, Zərərçəkmiş şəxs atası Şahid3, şahidlər Nümayəndə və X6 iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Zərərçəkmiş şəxsin atası Şahid3 Zərərçəkmiş şəxs Mirişov X3 rayonu Şötüklü kəndində, həmin kənd sakini Şahid7 evinin yanında vuraraq, xəsarət yetirməsini və bunu Şahid7 gördüyünü bildirmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-nin 239 maddəsinin «B» bəndi ilə təqsirli bilinərək (köhnə məcəllə) 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəza 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 10% dövlət nəfinə tutulmaqla 06 ay islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixli qərarla Azərbaycan Respublikası Milli Məclisinin «Novruz bayramı münasibəti ilə amnistiya elan edilməsi haqqında» 17 mart 2009-cu il tarixli qərarının 1.5-ci bəndi tətbiq edilməklə həmin cəzadan azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. «Axtarışda olan şəxsin tutulması haqqında» 11 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə Cəlilabad rayonu ərazisində tutularaq Cəlilabad Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Yardımlı Rayon Məhkəməsinin 06 iyun 2024-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. «Cəlilabad rayon mərkəzi xəstəxanası X21» tərəfindən verilmiş19 noyabr 2022-ci il tarixli, PHŞ/6-32-2-2022-670 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin psixoloji və narkoloji kabinetində xəstə kimi qeydiyyatda yoxdur. «Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında» 05 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid3 təqdim etdiyi və münaqişə zamanı yararsız vəziyyətə düşən 1 ədəd «Samsung A3» markalı mobil telefon və istintaq orqanına təqdim etdiyi münaqişənin baş verməsini özündə əks etdirən bir ədəd DVD maddi sübut kimi tanınmışdır. Yardımlı Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd təsərrüfat təyinatlı yaba gütürülərək, iş üzrə maddi sübut kimi qəbul edilmiş və maddi sübutların saxlandığı yerə təhvil verilmişdir. Cəlilabad rayon İHB-nın Boyxanlı kənd İƏDÜ nümayəndəliyinin 30 may 2023-cü il tarixli arayışından və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Mirişov Türkel, xx.xx.2016-cı il təvəllüdlü Mirişov Ravil və xx.xx.2020-ci il təvəllüdlü Mirişov Hüseyn adlı azyaşlı uşaqları vardır. Cəlilabad rayon İHB-nın Boyxanlı kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2024-cü il tarixli,1(106)-427/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Təqsirləndirilən şəxs müdafiəçisi Mehman Müstəllimov tərəfindən verilmiş etiraza əsasən baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir.

2.2. ƏSASLANDİRİCİ HİSSƏ:

2.2.1 əməlin tövsifi ilə bağlı:

CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət əməli hesab edilir. Bu əməl bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə CM-nin 221.2.1-ci, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda M-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaucan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah edilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə görə CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı ( hazırkı 510) maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq əməlinin bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsi, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilməsi CM-in 221.2-ci maddəsi ilə tövsif olunur. Məhkəmə yuxarıda qeyd olunanlara qarşılıqlı şəkildə məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur.Təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsini etiraf etməsə də, ona istinad edilən əməlin törədilməsində təqsiri zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla və ekspertiza rəyləri ilə tam təsdiq olunur. Sadalanan sübutlar təqsirləndirilən şəxsə istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaba ilə xəsarət yetirmədiyini, Əlinin atası Şahid3la torpaq mübahisəsi ilə əlaqədar əvvəllər aralarında narazılıq olduğu üçün bu hadisəni Şahid3 tərəfindən əvvəcədən planlaşdırması barədə verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və inandırıcı hesab etmir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv qiymət verməklə ittihamın həlli üçün tədqiq edilmiş biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara, habelə Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsi, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsi və CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixdə saat 18 radələrində Cəlilabad rayonu, Şötüklü kəndində yerləşən otlaq sahəsində əvvəlcədən tanıdığı Şahid3 özünə məxsus iri buynuzlu heyvanları onun əkin sahəsinə salmağa cəhd etdiyini bəhanə edib onunla mübahisə edən zaman sonuncunun azyaşlı oğlu Zərərçəkmiş şəxs əlində tutduğu özünə məxsus «Samsung A3» markalı mobil telefonun video kamerası vasitəsilə onu qeydə aldığını görərək əlində olan və istintaqla müəyyən edilməyən təsərrüfat təyinatlı alətlə Zərərçəkmiş şəxs üzərinə hücum edib, özünü ətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozub Cəlilabad rayonu, Şötüklü kəndinin yaşayış evləri olan istiqamətində təxminən bir kilometr qovduqdan sonra ona yaxınlaşaraq əlində olan təsərrüfat təyinatlı alətlə zor tətbiq edib Zərərçəkmiş şəxs sağ baldır nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq sonuncuya sağ baldırın arxa səthində əzilmiş-cırılmış yara xarakterli dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə və Zərərçəkmiş şəxsin əlində olan 460 manat dəyərində «Samsung A3» markalı mobil telefonu yararsız vəziyyətə salmaqla qərəzli xuliqanlıq hərəkətləri etməsi zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, Təqsirləndirilən şəxs əməli CM-nin 221.3-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır.

2.2.2. təqsirləndirilən şəxslərə təyin ediləcək cəza ilə bağlı:

CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayəti azyaşlıya qarşı törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdən «həbs»də və «ev düstaqlığında» saxladığı müddəti nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edilməlidir. Belə ki, CM-nin 69.3-ci maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməli və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli, seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur.

2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı

Maddi sübutlar- 1(bir) ədəd təsərrüfat təyinatlı yaba sahibi, Təqsirləndirilən şəxs qaytarılmalı, 1(bir) ədəd «Samsung A3» markalı mobil telefonun qanuni nümayəndəsinin iştirakı ilə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və 4(dörd) ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanamalıdır. CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, ekspertiza xərci və mülki iddia yoxdur.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2(iki) il 4(dörd) ay 7(yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 1.1 Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdən «həbs»də və «ev düstaqlığında» saxladığı müddəti nəzərə alınaraq o, təyin edilmiş cəzanı çəkmiş hesab edilsin.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın.

3. Maddi sübutlar-1(bir) ədəd təsərrüfat təyinatlı yaba sahibi, Təqsirləndirilən şəxs qaytarılsın. 3.1 1(bir) ədəd «Samsung A3» markalı mobil telefonun qanuni nümayəndəsinin iştirakı ilə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və 4(dörd) ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. 3.2. Hökmün maddi sübuta aid hissədə icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun.

4. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

5. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar