Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-10/2023 08.06.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Yardımlı rayonu Mirimli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Mirimli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : Təqsirləndirilən şəxs toplanmış kifayət qədər sübutların məcmusu əsasında məhkəməyə verilmişdir ondan ötrü ki, o, 11 dekabr 2022-ci il tarixdə saat 18 radələrində Yardımlı rayonu Köryədi kəndi ərazisində yerləşən “Gümüş” adlı şadlıq sarayından 40 metr şərq hissədə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə həmkəndlisi Zərərçəkmiş şəxs yumruqla qəsdən zərbə vuraraq Zərərçəkmiş şəxs sağ almacıq qövsünün qapalı, fraqmentlərinin yerini dəyişmiş sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurma xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmçinin zərərçəkmiş şəxs Zeynalov X1 Rayon Məhkəməsinə iddia ərizəsi göndərərək, iş üzrə mülki iddiaçı kimi tanınmasını və təqsirləndirilən şəxs (cavabdeh) Təqsirləndirilən şəxs 3850 manat maddi ziyanın və 2000 manat mənəvi ziyanın alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Rеspublikası CPM-nin 183-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs mülki iddiaçı kimi tanıyaraq iddia ərizəsini icraata qəbul edtmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 11 dekabr 2023-cü il tarixdə Yardımlı rayonu Tahirli kəndində yaşayan X4 rayonun Köryədi kəndində yerləşən “Gümüş” şadlıq sarayında oğlu üçün toy mərasimi keçirmiş və onu da həmin toy mərasiminə dəvət olunmuşdur. Şadlıq sarayına həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs da onunla eyni stolda əyləşmişdir. O, yemək yedikdən sonra atasına məxsus dərmanları Bakı şəhərinə yola salmaq üçün şadlıq sarayının həyətinə çıxmışdır. Bu zaman həmkəndlisi Zərərçəkmiş şəxs şadlıq sarayının sağ tərəfinə doğru getdiyini görmüş və Zərərçəkmiş şəxs sərxoş olduğu üçün onun bibisi oğlu Şahid1 Dilavərin arxasınca getməsini, onun vəziyyəti ilə maraqlanmasını demişdir. Bu vaxt Zərərçəkmiş şəxs geri qayıdaraq onun yanına gəlmiş, onu nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğu üçün ona baş qoşmaq istəməmiş və ona söyüş söyməməsini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs onun ünvanına söyüşlər deməkdə davam etdiyi üçün əsəbləşərək Zərərçəkmiş şəxs sillə ilə zərbə vurmuşdur. Hazırda əməlindən peşman olmuş, Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş və ona dəymiş ziyanı tam ödəmişdir. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi və tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş üzrə məhkəmə istintaqında zərər çəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yardımlı rayonu Mirimli kəndində yaşayır və Yardımlı rayonu Mirimli kənd ümumi orta məktəbində dalandar vəzifəsində işləyir. 11 dekabr 2022-ci il tarixdə Yardımlı rayonu Tahirli kəndində yaşayan X4 övladı üçün Yardımlı rayonu Köryədi kəndi ərazisində yerləşən “Gümüş” şadlıq sarayında toy mərasimi keçirmişdir. O da həmin toy mərasiminə dəvət olunmuşdur. Buna görə də həmin tarixdə saat 15 radələrində idarə etdiyi Vaz 21 21 markalı avtomobil ilə həmkəndlisi və qohumu Şahid1 ilə birlikdə şadlıq sarayına getmişdir. O, toy mərasimində iştirak etmiş, yemək yemiş və spirtli içki qəbul etmişdir. Şahid1 da onunla bir stolda əyləşmişdir. Onlar yemək yedikdən sonra stoldan qalxaraq şadlıq sarayının həyətinə çıxmışlar. O və Şahid1 isə stoldan qalxmamışdır. Bir az sonra Şahid1 siqaret çəkmək üçün şadlıq sarayından çıxmışdır. Şahid1 şadlıq sarayına qayıtdıqdan sonra Təqsirləndirilən şəxs onu çağırmasını bildirmişdir. O isə Şahid1 əyləşməsini demişdir. Şahid1 ona yenə də Elşənin onu çöldə gözlədiyini və işinin olmasını bildirdiyini demişdir. Bundan sonra o, şadlıq sarayından çölə çıxmış və şadlıq sarayının giriş qapısının çöl hissəsində Təqsirləndirilən şəxs görmüşdür. Elşən ona halın özündədir, ayaq üstə dura bilmirsən demiş və onu rişxənd etməyə başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs ona şadlıq sarayının sağ hissəsinə getmələrini demiş və birlikdə şadlıq sarayından təxminən 20-25 metr sağ tərəfə getmişdir. Orada Təqsirləndirilən şəxs onu nalayiq söyüşlərlə təhqir etmiş, yumruqla sifət nahiyəsinə bir dəfə güclü zərbə vurmuş və o, aldığı zərbədən yerə çökmüşdür. Bundan sonra idarə etdiyi avtomobilə əyləşərək yaşadığı evə getmiş, lakin burnundan axan qan dayanmamışdır. Atası Şahid2 qardaşı Vurğunla birlikdə onu Yardımlı Rayon Mərkəzi Xəstəxanasına gətirmişlər və orada ona ilkin tibbi yardım göstərilmişdir. 30 yanvar 2023-cü il tarixdə Bakı şəhərində X6 KT müayinəsindən keçmiş, həkimlər sağ almacıq sümüyünün sındığını bildirmişlər. Buna görə də dərhal 102 xidmətinə Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və onu bağışlamışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiadan imtina edir və Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ilə barışdığını və dəymiş ziyan tam ödənildiyi üçün iddiadan imtina etdiyini və iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 11 dekabr 2023-cü il tarixdə Yardımlı rayonu Tahirli kəndində yaşayan X4 rayonun Köryədi kəndində yerləşən “Gümüş” şadlıq sarayında oğlu üçün toy mərasimi keçirmişdir. O da həmin toy mərasiminə dəvət olunmuşdur. Buna görə də həmin tarixdə saat 16 radələrində həmkəndlisi və dayısı oğlu Zərərçəkmiş şəxs ilə birlikdə onun idarə etdiyi niva markalı avtomobil ilə şadlıq sarayına getmişdir. Toy mərasimində Zərərçəkmiş şəxsla bir stolda əyləşmiş və yemək yemişlər. Həmin tarixdə saat 17-18 radələrində siqaret çəkmək üçün şadlıq sarayının ön hissəsinə çıxmış, Təqsirləndirilən şəxs orada dayanmasını görmüşdür. Təqsirləndirilən şəxs ona “Zərərçəkmiş şəxs de çölə çıxsın, onun vəziyyəti ilə maraqlanım” demişdir. O siqareti çəkib qurtardıqdan sonra şadlıq sarayına daxil olmuş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu çağırmasını demişdir. Zərərçəkmiş şəxs şadlıq sarayının həyətinə çıxmış, o şadlıq sarayının içərisində qalaraq toya baxmağa başlamışdır. Təxminən 15-20 dəqiqə sonra Zərərçəkmiş şəxs toy mərasimi keçirilən salonun giriş qapısının yanında dayanmasını görmüşdür. Buna görə də Dilavərin yanına gəlmişdir. Zərərçəkmiş şəxs ona evə getmələrini demişdir. Birlikdə Dilavərin idarə etdiyi niva markalı avtomobilə əyləşmişlər, Dilavər avtomobili idarə etmiş və Yardımlı rayonu Mirimli kəndi istiqamətində hərəkət etmişlər. Yolda Zərərçəkmiş şəxs burnundan qan axmağa başlamışdır. O, Dilavərə köməklik etmiş və onun burun nahiyəsini silmişdir. Həmin vaxt Dilavərdən burnundan qan axmasının səbəbini soruşmuş, Dilavər də həmkəndliləri Təqsirləndirilən şəxs onu yumruqla vurmasını bildirmişdir. Bundan sonra Mirimli kəndinə çatmışlar, o, Zərərçəkmiş şəxs yaşadığı evə aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Zülfüqar oğlu ifadəsində göstərdi ki, 11 dekabr 2023-cü il tarixdə Yardımlı rayonu Tahirli kəndində yaşayan X4 rayonun Köryədi kəndində yerləşən “Gümüş” şadlıq sarayında oğlu üçün toy mərasimi keçirmişdir. Onun ailə üzvləridə həmin toy mərasiminə dəvət olunmuşdur. Buna görə də həmin tarixdə saat 16 radələrində oğlu Zərərçəkmiş şəxs həmkəndliləri Şahid1 ilə birlikdə toy mərasiminə getmişdir. Həmin tarixdə saat 19-20 radələrində oğlu Zərərçəkmiş şəxs toy mərasimindən qayıdaraq rayonun Mirimli kəndinə yaşadıqları evə gəlmişdir. Həmin vaxt oğlu Dilavərin burnundan qan axmış, vəziyyəti pis olmuşdur. O, Dilavərdən nə baş verdiyini soruşmuş, Dilavər heç bir səbəb olmadan həmkəndliləri Təqsirləndirilən şəxs tərəfindən vurulduğunu demişdir. Həmin vaxt Dilavərin vəziyyəti yaxşı olmadığı üçün onu oğlu Vurğun Zeynalovla birlikdə Yardımlı Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Xəstəxanada Dilavərə ilkin tibbi yardım göstərilmiş, burnundan qan axmasının qarşısı alınmışdır. Bir müddət sonra Dilavərin sifət nahiyəsinin sağ hissəsində şişkinlik aradan qalxmış, lakin həmin hissədə çöküntü yaranmışdır. Bundan sonra Dilavər məcbur qalıb Bakı şəhər X8 getməli olmuşdur. Dilavər 30 yanvar 2023-cü il tarixdə X6 KT müayinəsindən keçmişdir. Həmin vaxt həkimlər Dilavərə sağ almacıq sümüyünün sındığını və təcili cərrahi əməliyyata ehtiyacı olduğunu bildirmişlər. Bundan sonra Dilavər 102 xidmətinə Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Rеspublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5-Təcrübi və X2 rayon şöbəsinin 31 yanvar 2023-cü il tarixli, 04 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət---sağ almacıq qövsünün qapalı, fraqmentlərinin yerini dəyişmiş, köhnəlmiş sınığı bərk küt əşyanın təsirindən törənmişdir, ilkin tibbi sənədlər olmaması səbəbindən xəsarətin müddətini müəyyən etmək mümkün deyildir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Rеspublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 03 aprel 2023-cü il tarixli,T153/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ almacıq qövsünün qapalı, fraqmentlərinin yerini dəyişmiş sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübüt növü kimi qəbul etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 11 dekabr 2022-ci il tarixdə saat 18 radələrində Yardımlı rayonu Köryədi kəndi ərazisində yerləşən “Gümüş” adlı şadlıq sarayından 40 metr şərq hissədə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə həmkəndlisi Zərərçəkmiş şəxs yumruqla qəsdən zərbə vuraraq Zərərçəkmiş şəxs sağ almacıq qövsünün qapalı, fraqmentlərinin yerini dəyişmiş sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurma xəsarəti yetirmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Yardımlı rayon X3 Hüquqi şəxsin 26 aprel 2023-cü il tarixli,4-135 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da qeydiyyatda dayanmır. İş materiallarına əlavə edilmiş Yardımlı RİHB-nın Ərus İƏD üzrə nüməyəndəsinin 07 aprel 2023-cü il tarixli xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Yardımlı RİHB-nın Ərus İƏD üzrə nüməyəndəsinin 07 aprel 2023-cü il tarixli, 2-155 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşaqları vardır. İş materiallarlnda olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir və barışmışlar. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Mülki iddiadan imtina edərək geri qaytarılmasını və Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 127.2.3cü maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 4 nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxs islah olunmağa meyilli olmasını törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 127.2.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə CM-in 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir.sanksiyası daxilində cərimə növündə cəza təyin etməyi cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olubolmadığı məsələsini müzakirə edərək aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs, məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara, mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Zərərçəkmiş şəxs məhkəməyə iddia ərizəsi göndərərək, iş üzrə mülki iddiaçı kimi tanınmasını və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 3850 manat maddi ziyanın və 2000 manat mənəvi ziyanın alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs mülki iddiaçı kimi tanımış və iddia ərizəsini icraata qəbul etsə də, məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyi üçün iddiadan imtina etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs iddiadan imtina barədə ərizəsini digər şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmadığına görə qəbul etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi subut yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsini müzakirə edərək məhkəmə məsrəflərinin olmamasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli onun həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs iddiadan imtina barədə ərizəsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan iyirmi gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti vəapelyasiya protesti verilmədiyi halda elan olunduğu andan iyirmi gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: X9
Məhkəmə qərarları › İş №1(038)-10/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-10/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver