Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-10/2024 18.04.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X23 oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatəli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Yardımlı rayonu, Əsədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, X15 Xidmətinin Yardımlı rayon Dövlət X6 132 nömrəli Yanğından Mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 yanvar 2024-cü il tarixdə, saat 09:20 radələrində Yardımlı şəhəri, H.Əliyev prospektinin Yardımlı rayon X1rşısından keçən hissəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X10 Xidmətinin Yardımlı rayon Dövlət X6 baş yanğınsöndürəni, daxili xidmət baş çavuşu Zərərçəkmiş şəxs istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağı ilə qəsdən bir zərbə vuraraq sonuncuya gövdənin sol yan tərəfinin aşağı şöbəsi nahiyəsinin kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma xəsarətləri yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs CM-in 128 və 228.4-cü maddələrində nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmənin 18 aprel 2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs CM-nin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində CM-nin 128ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmişdir Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 228.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yardımlı rayon Dövlət X6 yanğınsöndürəni vəzifəsinə işləyir. Zərərçəkmiş şəxs onun işlədiyi idarədə baş yanğınsöndürən vəzifəsində çalışır. 2023-cü ilin dekabr ayında xidmət vaxtı şəxsi heyət üçün nəzərdə tutulmuş yataqxananın təmizlənməsi ilə bağlı Zərərçəkmiş şəxslə aralarında mübahisə yaransada sonradan manqa komandiri İsaxan Heydərov və növbə rəisi Xəndam Muradov onları sakitləşdirmişdir. 2024-cü ilin yanvar ayının 2-də Zərərçəkmiş şəxs ilə eyni növbədə olan zaman Azad manqa komandiri İsaxan Heydərova «mən burada kimisə vuracam, heç kim məni ayırmasın, təzə gələn əməkdaşlara hörmət göstərəndə, adamın başına çıxırlar» demişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında növbələrin təhviltəslimi zamanı Zərərçəkmiş şəxs sırada olan zaman o, yerini dəyişərək Azaddan uzaqlaşmışdır. O, iş yoldaşından yanğınsöndürənlər üçün nəzərdə tutulmuş geyimi geyinib-geyinmədiyini soruşmuşdur. Bu vaxtı Zərərçəkmiş şəxs söhbətə müdaxilə edərək, sakit durmaqlarını tələb etmiş və onun üzərinə hücum çəkmişdir. İş yoldaşları mübahisəli vəziyyətin qarşısını almaq məqsədi ilə onları ayırmışdır. Lakin Azad yenidən onun üzərinə hücum çəkmiş, lakin iş yoldaşlarının səyi nəticəsində aralarındakı mübahisə yekunlaşmış və Zərərçəkmiş şəxs içəri aparmşlar. Növbə rəisi və iş yoldaşları ona evə getməyini bildirmişlər,o da Daşqın İbayev və Cavidan Sarhatlı ilə hissənin darvazasından çıxaraq evə tərəf getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onun arxasınca qaçaraq gəlmiş və onun üzərinə hücum çəkmişdir. Qarşılıqlı mübahisə zamanı o, formasının cibindən çıxartdığı bıçaq vasitəsi ilə Zərərçəkmiş şəxs 1 dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs hadisə yerində aldığı xəsarətlərdən sonra hissə ərazisinə daxil olaraq hissə rəisi Cabir Balaşovun xidməti maşını olan **-FH-*** nömrəli nəqliyyat vasitəsi ilə Yardımlı RMX-ya aparılmışdır. Təqsirləndirilən şəxs son sözündə həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yardımlı rayon DYMX-də baş yanğınsöndürən vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun işlədiyi idarədə yanğınsöndürən vəzifəsində çalışır. Onunla arasında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Lakin 2023-cü ilin dekabr ayında xidmət vaxtı öz iradlarını Təqsirləndirilən şəxs bildirərkən aralarında mübahisə yaranmış və həmin vaxtdan ayrı-ayrı növbələrdə olmuşlar. 2024-cü ilin yanvar ayının 2-də onlar eyni növbəyə düşmüşlər və yanvar ayının 3-də səhər saatlarında növbələrin təhvil-təslim zamanı aralarında xırda mübahisə yaranmışdır. Həmin təhvil-təslim zamanı hissə rəisi Cabir Balaşov sıra qarşısına çıxmamış,Valeh sırada olan zaman səs-küy salmış, o da Valehə bayram günü olduğu üçün evə tez getməyə görə sakit olmağını bildirmiş və iş yoldaşları onları sakitləşdirmişdir. O, Təqsirləndirilən şəxs böyük olduğu üçün Valehin onun iradlarını niyə qəbul etməməsi ona təsir etmiş və bu səbəbdən Valehin arxasınca gedərək hissə ərazisindən çıxan zaman məsələni aydınlaşdırmaq istəmişdir.Həmin vaxt aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs gözləmədiyi halda ona bıçaqla bir zərbə vurmuş və aldığı zərbənin təsirindən özünü itirmişdir. Daha sonra rəis Cabir Balaşov öz cib dəsmalı ilə onun xəsarət aldığı yeri tutaraq qan axmanın qarşısını almış və rəisin xidməti maşını ilə əməkdaşlar onu Yardımlı RMX-na aparmışlar. Hazırda səhhəti normaldır, Təqsirləndirilən şəxs ilə barışmışdır və o, Valehi bağışlamışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid X8 ifadəsində göstərdi ki, Yardımlı Rayon Dövlət X6 132 nömrəli bölməsinin manqa komandiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun iş yoldaşıdır. Hər ikisi yaxşı işçidır. Valehlə Azad arasında 2023-cü ilin dekabr ayında olan narazılıqdan başqa hər hansı bir mübabahisənin olduğunu bilməmişdir. O. 02 yanvar 2024-cü il tarixdə növbəni təhvil almış və 03 yanvar 2024-cü il tarixdə növbəni təhvil vermişdir. Hissənin həyətində növbəni təhvil verən və növbəni təhvil alan işçilərin iştirakı ilə keçirilən düzülüş zamanı Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, lakin əməkdaşların səyi nəticəsində mübahisənin qarşısı alınmışdır. Düzülüş dağıldıqdan sonra o, telefonunu götürmək üçün hissənin inzibati binasında daxil olmuşdur. Bu zaman çöldən səs-küy səsləri gəldiyini eşitmiş və dərhal inzibati binanın həyətinə çıxmışdır. Bu zaman bölmənin yanğınsöndürəni Təqsirləndirilən şəxs bıçaqla həmin hissənin baş yanğınsöndürəni Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini eşitmişdir. Daha sonra Zərərçəkmiş şəxs dərhal hissə rəisinin xidməti avtomobili ilə xəstəxanaya aparılmışdır. Məhkəmə istintaqında şahid Yardımlı rayon Dövlət X6 yanğınsöndürəni vəzifəsinə işləyən X17 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun iş yoldaşlarıdır. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs uzun müddətdir ki, bir növbəyə düşməmişdir. Lakin 2024-cü ilin yanvar ayının 2-də onlar eyni növbədə olmuşlar. 03 yanvar 2024-cü il tarixdə səhər saatlarında növbələrin təhvil-təslimi zamanı Zərərçəkmiş şəxs sırada olan zaman Təqsirləndirilən şəxs yerini dəyişərək, ondan uzaqlaşmışdır. Bu vaxtı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iradını bildirərək sakit durmağını bildirmişdir. Buna görədə aralarında mübahusə yaranmışdır.Həmin vaxt iş yoldaşları onları sakitləşdirmiş və Zərərçəkmiş şəxs hissənin inzibatı binasını içərisinə aparmışlar. Növbələrin təhvil-təslimi bitdikdən sonra O, Cavidan Sahratlı və Təqsirləndirilən şəxs ilə birlikdə hissənin darvazasından çıxaraq evə doğru getməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxsn arxadan qaçaraq onların yanına gəldiyini görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evə getməli olduğunu, sonra söhbət edəcəklərini bildirsə də Zərərçəkmiş şəxs hərəkətlərini davam etdirmişdir. O, çox çalışsa da onları sakitləşdirə bilməmiş və birdən Zərərçəkmiş şəxs böyrək nahiyyəsini tutaraq hissənin inzibatı binasına doğru getmişdir. Daha sonra Zərərçəkmiş şəxs hissənin rəisi Cabir Balaşovun xidməti maşını ilə Yardımlı RMX-na aparmışdır. Məhkəmə istintaqında şahid X14 ifadəsində göstərdi ki, Yardımlı rayon Dövlət X6 yanğın növbəsinin rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun işlədiyi idarədə baş yanğınsöndürən vəzifəsində, Təqsirləndirilən şəxs isə həmin idarədə yanğınsöndürən vəzifəsində işləyirlər. 02 yanvar 2024-cü il tarixdə onlar bir növbədə olmuşlar və 03 yanvar 2024-cü il tarixdə səhər saat 9-da növbələri təhvil-təslim edərkən Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmışdır. Həmin vaxt o və digər növbə rəisi Xəndan Muradovla birlikdə hissə rəisi Cabir Balaşovun xidməti otağında olmuşdur. Xidməti otaqda olan zaman o, hissə rəisi Xəndan Muradova çöldəki hadisənin səbəbini maraqlanmağı tapşırmışdır. Daha sonra bilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arasında yaranan mübahisədən sonra Təqsirləndirilən şəxs digər iki əməkdaşla evə gedən zaman hissənin darvazasından çöldə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə mübahisə etmiş və mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmə istintaqında şahid X18 ifadəsində göstərdi ki, Yardımlı rayon Dövlət X6 yanğın növbəsinin rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun işlədiyi idarədə baş yanğınsöndürən vəzifəsində işləyir. Təqsirləndirilən şəxs isə həmin idarədə yanğınsöndürən vəzifəsində çalışır və 132 nömrəli bölmənin yanğınsöndürənidir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 2023-cü ilin dekabr ayında narazılıq olmuş və həmin vaxtdan onlar başqa-başqa növbələrə düşmşlər. 2024-cü ilin yanğın növbəsinin tərkibinə dəyişikliklər olmuş və Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs 02 yanvar 2024-cü il tarixdə bir növbəyə düşmüşlər. 03 yanvar 2024-cü il tarixdə səhər saat 9-da növbələri təhvil-təslim edərkən Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, lakin həmin vaxt o və digər növbə rəisi Nuru Nuruyev hissə rəisi Cabir Balaşovun xidməti otağında olmuşlar. Onlar rəisin otağında olan zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. Həmin vaxt hissə rəisi Nuruya və ona çöldəki hadisənin səbəbini maraqlanmağı tapşırmışdır. Hadisə ilə əlaqədar bildiyinə görə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arasında yaranan mübahisədən sonra manqa komandiri X21 Sahratlıya evə getməsini bildirmiş və Təqsirləndirilən şəxs digər iki əməkdaşla evə gedən zaman Zərərçəkmiş şəxs hissənin darvazasından çölə çıxaraq Valehin arxasınca getmişdir.Onların arasında yenidən hissənin ərazisindən kənarda prospektdə mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. Məhkəmə istintaqında şahid X9 ifadəsində göstərdi ki, Yardımlı rayon Dövlət X6 132 nömrəli bölməsinin rəisi vəzifəsində çalışır. Zərərçəkmiş şəxs onun işlədiyi idarədə baş yanğınsöndürən, Təqsirləndirilən şəxs isə həmin idarədə yanğınsöndürən vəzifəsində çalışırlar. Təqsirləndirilən şəxs rəisi olduğu 132 nömrəli bölmənin yanğınsöndürənidir. Əvvəllər Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında narazılıqların olması barədə onun məlumatı olmamışdır. 03 yanvar 2024-cü il tarixdə o, növbədə olmamışdır, lakin hissə ərazisində baş vermiş hadisə ilə əlaqədar əməkdaşlar ona məlumat vermiş və o, dərhal idarəyə gəlmişdir. İdarədə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında hissə ərazisinin qarşısında, darvazadan kənarda mübahisə olmuş və mübahisə zamanı Təqsirləndirilən şəxs üzərindəki bıçaqla Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə istintaqında şahid X5 ifadəsində göstərdi ki, Yardımlı rayon X16 Hissəsinin yanğınsöndürəni vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onunla birlikdə həmin idarədə yanğınsöndürən vəzifəsində çalışırlar. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs uzun müddət bir növbəyə düşməsələrdə, həmin vaxt bir növbədə olmuşlar. 03 yanvar 2024-cü il tarixdə növbələrin təhvil-təslimi zamanı Valeh yerini dəyişərək Zərərçəkmiş şəxs uzaqlaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs Valehə iradını bildirmiş və sakit durmağını tələb etmişdir.Həmin vaxt onların arasında qısa müddətli narazılıq yaranmış, iş yoldaşları mübahisənin qarşısını alaraq Zərərçəkmiş şəxs içəri aparmışlar və Təqsirləndirilən şəxs hissədən evə getməyi bildirmişlər. O, Daşqın İbayev və Təqsirləndirilən şəxs hissə darvazasından kənara çıxaraq evə doğru gedərkən Zərərçəkmiş şəxs arxadan qaçaraq gəldiyini görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evə getməli olduğunu, sonra söhbət edəcəklərini bildirsə də Zərərçəkmiş şəxs yenə də hərəkətlərini davam etdirmişdir. O, Daşqın İbayevlə cox çalışsalarda onları sakitləşdirə bilməmişlər. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs böyrək hissəsini tutaraq hissəyə doğru getmişdir. O Valehin Azadı bıçaqla vurduğunu görə bilməsə də, Zərərçəkmiş şəxs qanının tökülə-tökülə hissəyə doğru getməsini görmüşdür. Azad idarənin ərazisinə daxil olduqdan sonra hissənin rəisi Cabir Balaşovun xidməti maşını ilə onu Yardımlı RMX-na aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilmiş: 03 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış keçirilən hadisə yeri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yardımlı rayonu üzrə Dövlət X6 yerləşdiyi ərazidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yardımlı rayonu üzrə X10 Hissəsi Yardımlı şəhəri, Heydər Əliyev prospektində yerləşir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yardımlı rayonu üzrə Dövlət X6 1 mərtəbədən ibarət inzibati binası vardır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yardımlı rayonu üzrə Dövlət X6 təxminən 90-a yaxın əməkdaşı vardır. Yardımlı rayon Dövlət X6 giriş qapısından prospektə doğru gedən torpaq yolda müxtəlif yerlərdə qan ləkələri vardır. Baxış zamanı Təqsirləndirilən şəxs sap hissəsi qara rəngli plastik material, tiyə hissəsi qara rəngli dəmir materialdan olan 1 (bir) ədəd bıçağı təqdim etdi. Həmin bıçağın tiyə hissəsinin yuxarı hissəsi girintili çıxıntılıdır (mişar formasında) və tiyə hissəsində biri digərlərindən uzun və böyük olan 3 ədəd deşik vardır. Bıçağın sap hissəsinin arxa hissəsində dəmir materialdan hazırlanmış çıxıntı vardır. Bundan başqa sap hissəsinin aşağısında 1 ədəd əl barmaqlarının ortalama ölçüsündə deşik vardır. Həmin bıçaq mexanizmli, yəni açılıb-bağlanandır. Bıçağın sap hissəsinin yuxarısında olan metal çıxıntıya toxunduqda bıçaq açılır. Mexanizm işlək vəziyyətdədir. Məhkəmə-tibbi bioloji ekspertizanın 17 yanvar 2024-cü il tarixli, 08/2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus qısaqol mayka, hərbi şalvar, kəmər, trusik üzərindəki ləkələrdə və hadisə yerindən 04 ədəd pambıq tamponlar üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “B” antigeni və əksər ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə tibbi ekspertizanın 15 yanvar 2024-cü il tarixli, 03 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – gövdənin sol yan tərəfinin aşağı şöbəsi nahiyəsinin kəsilmiş yaraları kəsici tərəfi olan əşyanın/ əşyaların, ola bilər ki, bıçağın təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizanın xx.xx.2024-cü il tarixli, 09-MTKŞ/2024 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol aşağı nahiyəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun sol böyrəyin proyeksiyasında olan 2 (iki) ədəd kəsilmiş-deşilmiş yaralardan yalnız bir ədədi eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəldi. Zərərçəkmiş şəxs bədənində olan digər deşilmiş-kəsilmiş xarakterli xəsarət köynəkdə öz əksini tapmamışdır, bu da tək bədənin zədələnməsi ilə izah oluna bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus trusikdə və kəmərlə birlikdə olan şalvarda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik aşkar edilmədi. Yardımlı Rayon Mərkəzi X12 Şəxsin 29 yanvar 2024-cü il tarixli, 22 nömrəli məktubundan görünür ki, Yardımlı şəhər sakini Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Yardımlı RMX-nin TTY şöbəsinə «Sol böyrək proyeksiyasında 2 (iki) ədəd kəsilmiş, daxilə nüfuz etməyən yara» diaqnozu ilə müraciət etmiş, xəstəyə «yara birincili işlənib tikiş qoyulub» ilkin yardım göstərilmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Yardımlı RMX-da ambulator müalicə almışdır. Yardımlı Rayon Mərkəzi X12 Şəxsin 12 fevral 2024-cü il tarixli, 37 nömrəli məktubunda görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb, narkoloji və onkoloji xəstə kimi Yardımlı RMX-da dispanser qeydiyyatında dayanmır. Əşyanın maddi sübut hesab edilməsi haqqında 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, bir ədəd bıçaq, habelə hadisə yerindən götürülmüş qan nümunələri, Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək, bir ədəd trusik, bir ədəd şalvar və bir ədəd kəmər maddi sübut hesab edilmiş və saxlanılması üçün Yardımlı Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 10 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə 28 aprel 2015-ci il tarixdə cinayət məsuliyyətinə cəlb edilmiş və 16 iyun 2015ci il tarixdə Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3-cü maddəsinin tələblərinə əsasən barəsində cinayət təqibinə xitam verilmişdir. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Yardımlı şəhəri İnzibatı ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxs Yaşər oğlunun ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, həmçinin ona cəza təyin edilməsini istəmir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv qiymət verməklə ittihamın həlli üçün tədqiq edilmiş biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara, habelə Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsi, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsi və Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 228.4-cü maddəsinin dispozisiyasına görə qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışığa nail olması CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini 59.1.13-cü maddəsinə, təqsirini etiraf etməsi və tutduğu əməldən səmimi peşmanlıq hissi keçirməsi, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmasını və əmisi oğlu X4 X7masını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 228.4-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, həmin hallar Təqsirləndirilən şəxs barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsas olmasa da, CM-nin 60.1-ci maddəsi tətbiq edilməklə ona CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CMnin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından tutulmaların aparıldığı aylar və günlər üzrə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut kimi tanınmış və Yardımlı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanılan bir ədəd bıçaq və hadisə yerindən götürülmüş qan nümunələri məhv edilməli, Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək, bir ədəd trusik, bir ədəd şalvar və bir ədəd kəmər Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində aylıq qazancının 10(on) faizi dövlət nəfinə tutulmaqla 01(bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yardımlı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanılan bir ədəd bıçaq və hadisə yerindən götürülmüş qan nümunələri məhv edilsin, Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək, bir ədəd trusik, bir ədəd şalvar və bir ədəd kəmər sonuncuya qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən X23
Məhkəmə qərarları › İş №1(038)-10/2024
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-10/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver