Məhkəmə qərarları › İş №1(038)-10/2025

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-10/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-10/2025 09.10.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ I. GİRİŞ HİSSƏ X10 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:

2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ:

2.1. TƏSVİRİ HİSSƏ:

İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, o, Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə 03.01. 2025-ci il tarixdə saat 21-22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Yardımlı rayonunun, Ostair kəndinin ərazisində yerləşən N-ci sərhəd zastavasının N-ci sahəsindən piyada hərəkət etməklə, qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdikdən sonra, Yardımlı rayonunun, Ostair kəndi ərazisində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aşkar edilərək, xx.xx.2025-ci il tarixdə, saat 23:50-də saxlanılmışdır.

2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:

2.1.1.1. təqsirləndilən şəxsin ifadəsi:

Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər sürücü işləyərkən Rusiya Federasiyasına yük maşını ilə yük daşımışdır. Rusiya Federasiyasinda olan zaman Domededova Hava limanından Türkiyə samalyotla getmişdir. Bir müddət Türkiyədə qalmış, lakin işləmək üçün icazə ala bilmədiyi üçün oradan işləmək üçün Moldaviya Respublikasına getmişdir. Moldaviyada da bir müddət qalmış, daha sonra işləmək üçün Gürcüstana getmişdir. Gürcüstanda 6 aya kimi işləmiş və geri Türkiyyəyə qayıtmışdır. Yeni ili ailə üzvləri ilə bir yerdə keçirmək istəsədə qanuni yolla Azərbaycana qayıda bilmədiyi üçün X7 Respublikasına keçmişdir. İran İslam Respublikasına keçdikdən sonra isə bir müddət Təbriz şəhərinə yaşamışdır. İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz keçmək üçün bir neçə dəfə İran İslam Respublikasının Astara və Biləsuvar şəhərlərinə getmişdir. Germi şəhərində olarkən taksi sürücüsü ilə söhbət zamanı Azərbaycan Respublikasına qanunsuz keçmək istədiyini demişdir. Daha sonra taksi sürücüsü onu bir nəfər İran İslam Respublikası vətəndaşı ilə tanış etmiş və həmin şəxs onu bir gün evində saxlamışdır. Səhəri günü həmin şəxs onu 2-3 kilometr meşəlik ərazi ilə gətirmiş və ona Azərbaycan Respublikası istiqamətində yolu göstərmişdir. O, hərəkət etməyə başlamış və tikanlı məftilləri keçdikdən sonra Yardımlı rayonunun Ostair kəndinə çatmışdır. Ostair kəndinin mərkəzində çayxanada tanımadığı şəxslərdən ona taksi lazım olduğunu bildirmişdir. Bir müddətdən sonra isə polis əməkdaşları gəlib onu saxlamışlar. Təqsirləndirilən şəxs son sözündə himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir.

2.1.1.2 cinayət işinin materialları:

Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş şahid Yardımlı rayon Polis Şöbəsinin əməliyyat müvəkkili X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə bir nəfər şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz olaraq keçməsi, həmin şəxsin N saylı sərhəd zastavasının 34-35-ci sahələrinin arxa istiqamətində Ostair kəndinə doğru hərəkət etməsi barədə barədə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən onlara məlumatı daxil olmuşdur. Daha sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə birlikdə həmin istiqamətdə hərəkət etmişlər, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində saat 23 radələrində Yardımlı rayonunun Ostair kəndi ərazisində bir nəfər şəxs saxlanılmışlar. Onunla aparılmış söhbət zamanı həmin şəxsin Yevlax rayon sakini Təqsirləndirilən şəxs olduğu və onun İran İslam Respublikasından qanunsuz olaraq sərhədi keçərək Azərbaycan Respublikasına gəldiyini etiraf etmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş şahid «N» nömrəli hərbi hissənin əməliyyat müvəkkili X4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə bir nəfər şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz olaraq keçməsi, həmin şəxsin N nömrəli sərhəd zastavasının 34-35-ci sahələrinin arxa istiqamətində Ostair kəndinə doğru hərəkət etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə dərhal Yardımlı Rayon Polis şöbəsinə məlumat verilmiş, daha sonra polis əməkdaşları ilə birlikdə həmin istiqamətdə hərəkət etmiş, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Yardımlı rayonunun Ostair kəndi ərazisində bir nəfər saxlanılmış, saxlanılan şəxs Yevlax rayon sakini Təqsirləndirilən şəxs İran İslam Respublikasından qanunsuz olaraq sərhədi keçərək Azərbaycan Respublikasına gəldiyi onlara etiraf etmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş şahid «N» nömrəli hərbi hissənin əməliyyat müvəkkili X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə bir nəfər şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz olaraq keçməsi, həmin şəxsin N saylı sərhəd zastavasının 34-35-ci sahələrinin arxa istiqamətində Ostair kəndinə doğru hərəkət etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə dərhal Yardımlı Rayon Polis şöbəsinə məlumat verilmiş, daha sonra polis əməkdaşları ilə birlikdə həmin istiqamətdə hərəkət etmişlər, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində saat 23 radələrində Yardımlı rayonunun Ostair kəndi ərazisində bir nəfər tərəflərindən saxlanılmışdır. Həmin şəxslə aparılan söhbət zamanı, həmin şəxsin Yevlax rayon sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs İran İslam Respublikasından qanunsuz olaraq sərhədi keçərək Azərbaycan Respublikasına gəldiyini onlara etiraf etmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2025-cü il tarixli protokoldan görünür ki, baxış yeri Yardımlı rayonu Ostair kəndi ərazisində yerləşən «N» saylı zastavanıın «N» saylı sahəsidir. Ərazi mürəkkəb relyefə malik qayalıq və əkin sahəsindən ibarətdir. «N» saylı sərhəd zastavansının dislokasiya yerindən Ostair kəndinə qədər olan məsafə təqribən 5500 metr, «N»-ci sahəyə qədər məsafə təqribən 2600 metr, «N» saylı sahədən Ostair kəndinə qədər məsafə təqribən 7000 metrdir. Təqsirləndirilən şəxs «N» saylı zastavanıın «N» saylı sahəsində əsas mühəndis-texniki çəpərin 4-cü və 5-ci məftillərinin əyərək keçməsini, əsas və köməkçi nəzarət-iz zolağında ayaq izləriinin ona məxsus olmasını bildirmişdir. «İnzibati qaydada tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-cü il tarixdə inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiriə dəyişdirilmiş və Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Yardımlı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-116/2-6/20/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci tarixdə Bakı şəhəri Yasamal rayonu ərazində saxlanılaraq X1 təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.01. 2025-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində İsmayıllı RPŞ-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsi ilə xitam edilmişdir. DSX-nin ƏABİ-nin daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə C02986387 nömrəli pasportla qanunla müəyyən edlmiş qaydada «Xanoba» DSBM-dan Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini keçsə də, rəsmi qayda da ölkəyə girişi olmamışdır. Yevlax Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. AA0932943 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 04.1.2019-cu ildə doğulmuşdur.

2.2. ƏSASLANDİRİCİ HİSSƏ:

2.2.1 əməlin tövsifi ilə bağlı

CM-nin 318.1-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv qiymət verməklə ittihamın həlli üçün tədqiq edilmiş biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara, habelə Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsi, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsi və CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, onun əməli CM-nin 318.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır.

2.2.2. təqsirləndirilən şəxslərə təyin ediləcək cəza ilə bağlı;

CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs in əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 318.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulmada saxlandığı 1(bir) gün müddət və 01.10.205-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlandığı 09 (doqquz) gün müddət ona təyin edilmiş cərimə cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli, o dərhal məhkəmə iclası zalından həbsdən azad edilməli və seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır.

2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı

CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur.

3. NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 1500 (min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulmada saxlandığı 1(bir) gün və 01.10.205-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlandığı 9(doqquz) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1000(min) manat miqdarda cərimə cəzası saxlanılsın.

3. Cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin.

4. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin, o dərhal məhkəmə iclası zalından həbsdən azad edilsin və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın.

5. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

6. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar