Məhkəmə qərarları › İş №1(038)-11/2024

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-11/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-11/2024 18.04.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatəli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Yardımlı rayonu Telavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Telavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədibi seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə saat 16:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan idarə etdiyi özünə məxsus «VAZ 21074 minik» markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı-Yardımlı yolunun 30-cu kilometrliyində Masallı rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bu tələbləri pozaraq həmin əməlinin ictimai təhlükəli nəticələr verə biləcək imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda bunları görməyərək cinayətkarcasına etinasızlıq göstərib avtomobilin dayanaqlı hərəkətini təmin etməyən hərəkətlərə yol verərək avtomobili aşırması nəticəsində avtomobildə olan sərnişin, Yardımlı rayonu Telavar kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs sağ yuxarı ətrafın bazu sümüyünün ortaaşağı 1/3 hissəsi və sağ aşağı ətrafın baldır hissəsinin qamış sümüyünün proksimal ucu nahiyələrinin qapalı, oynaqdaxili, fraqmentlərinin yerini dəyişmiş sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurma xəsarətləri almışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmasa da, «VAZ 21074 minik» markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 31 dekabr 2023-cü il tarixdə sürücülük vəsiqəsi olmadan idarə etdiyi «Vaz 21074 minik» markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yardımlı rayonu Zeynələzir kəndi ərazisində yerləşən avtomobil sexinə avtomobilin yağını dəyişdirmək üçün getmişdir.Yardımlı rayonu ərazisində yerləşən «Sığna» adlı ərazidən gedərkən həmkəndlisi Zərərçəkmiş şəxs əli ilə avtomobili saxlamaq üçün işarə etdiyini görüb, avtomobili saxlamışdır. Zərərçəkmiş şəxs ondan hara getməsini soruşmuş, o da avtomobil sexinə getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs onu da həmin yerə qədər aparmasını xahiş etmişdir. Saat 16:00 radələrində Masallı-Yardımlı yolunun 30-cu kilometrliyində Masallı rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş, avtomobil yolun sağ hissəsinə çıxararaq yuvarlanıb ağaclara dəydikdən sonra dayanmışdır. Hadisə nəticəsində o və Zərərçəkmiş şəxs xəsarətlər almışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. O isə hadisə yerində polislərin gəlməsini gözləmişdir. Təqsirləndirilən şəxs son sözündə həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yardımlı rayonu Telavar kəndində yaşayır. 31 dekabr 2023-cü il tarixdə şəxsi işləri ilə bağlı Masallı rayonuna getmək məqsədi ilə Yardımlı rayonu Telavar kəndi ərazisində yerləşən “Sığna” adlı əraziyə getmiş və yolun kənarına çıxaraq Masallı rayonu istiqamətində hərəkətdə olan avtomobillərə minmək istəmişdir. Bu zaman həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21074 minik» markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu istiqamətində hərəkətdə olduğunu görmüşdür. Buna görə də əli ilə işarə edərək ondan avtomobili saxlamasını istəmişdir. Təqsirləndirilən şəxs avtomobili saxlamış və hara getməsini soruşmuşdur.O,Elnura irəlidə olan sexə getdiyini bildirmiş və onu da həmin yerə qədər aparmasını xahiş etmişdir. Elnur razılıq vermiş və o, da avtomobilin sağ ön oturacağına əyləşmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21074 minik» markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı-Yardımlı yolunun 30-cu kilometrliyində Masallı rayonu istiqamətində hərəkətdə olarkən birdən idarəetməni itirmiş, avtomobil yolun sağ hissəsinə çıxaraq yuvarlanıb aşdıqdan sonra ağaclara dəyərək dayanmışdır. Hadisə zamanı müxtəlif bədən xəsarətləri almış, sağ qol və ayaq nahiyələri sınmışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və onu xəstəxanaya aparmışlar. Hazırda səhhəti yaxşıdır, Təqsirləndirilən şəxslə barışmışdır və ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, həmçinin ona cəza təyin edilməsini istəmir. Məhkəmə istintaqında Şahid1 ifadəsində bildirmişdir ki, 31 dekabr 2023-cü il tarixdə saat 16 radələrində şəxsi işləri ilə bağlı Yardımlı rayonu Telavar kəndindinin aşağı hissəsində asfalt yolun yaxınlığında getmişdir. Bu zaman bir-neçə kilometr qabaqda yolnəqliyyat hadisəsi baş verdiyini eşitmişdir. Buna görə də Masallı-Yardımlı yolunun 30-cu kilometrliyinə getmişdir. Ora çatdıqda həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21074 minik» markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin dərədə aşmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs hadisə yerində olmuş, digər həmkəndlisi Zərərçəkmiş şəxs isə təcili tibbi yardım avtomobili hadisə yerindən xəstəxanaya aparmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, o, rayonun Telavar kəndinə yaşadığı evə getmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və sxemdən görünür ki, hadisə yeri, Masallı-Yardımlı yolunun 30-cu kilometrliyinin,döngəli asfalt beton yoldur. Hadisə yerində yolun hərəkət hissəsinin eni 7,0 metr,hərəkət zolaqlarının sayı 2 (iki), hər bir hərəkət hissəsinin eni isə 7.0 metrdir.Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətt vardır.Yolun hərəkət hissəsinə sağdan təpəlik, soldan uçurum, sonra sağdan təpəlikdir. «VAZ 21074 minik» markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu Masallı rayonu istiqamətində hərəkətdə olan zaman yolun dpngəli sahəsində idarəetməni itirmiş və yolun sağ uçurumu olan hissəsindən yuvarlanaraq təxminən 50 metr yuvarlandıqdan sonra daş parçasına dəyərək üzü üstə durmuş vəziyyətdə dayanmışdır. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 08 fevral 2024-cü il tarixli 8/105 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən Vaz- 21074 markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 13 fevral 2024-cü il tarixli, 11 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sağ yuxarı ətrafın bazu sümüyünün orta-aşağı 1/3 hissəsi və sağ aşağı ətrafın baldır hissəsinin qamış sümüyünün proksimal ucu nahiyələrinin qapalı, oynaqdaxili, fraqmentlərinin yerini dəyişmiş sınıqları ağır bərk küt əşyanın /əşyaların/ təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran RQİ və TBŞ-nın xx.xx.2024-cü il tarixli 3-13-16-5/2-1758/2024 nömrəli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Yardımlı rayonu Telavar kənd sakini, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin verilməmişdir. 31 dekabr 2023-cü il tarixli, 131 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə saat 17:05 dəqiqədə sərxoş olmamışdır. Yardımlı Rayon Mərkəzi X3 Şəxsin 27 fevral 2024-cü il tarixli, 54 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barədə İdarənin əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Telavar inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, Təqsirləndirilən şəxs tutulmalı olan ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. CM-nin 263-1.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 263.-1-ci maddəsinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv qiymət verməklə ittihamın həlli üçün tədqiq edilmiş biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara, habelə Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsi, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsi və CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxs X6 оğlu 31 dekabr 2023-cü il tarixdə saat 16:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan idarə etdiyi özünə məxsus «VAZ 21074 minik» markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı-Yardımlı yolunun 30-cu kilometrliyində Masallı rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bu tələbləri pozaraq həmin əməlinin ictimai təhlükəli nəticələr verə biləcək imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda bunları görməyərək cinayətkarcasına etinasızlıq göstərib avtomobilin dayanaqlı hərəkətini təmin etməyən hərəkətlərə yol verərək avtomobili aşırması nəticəsində avtomobildə olan sərnişin, Yardımlı rayonu Telavar kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs sağ yuxarı ətrafın bazu sümüyünün orta-aşağı 1/3 hissəsi və sağ aşağı ətrafın baldır hissəsinin qamış sümüyünün proksimal ucu nahiyələrinin qapalı, oynaqdaxili, fraqmentlərinin yerini dəyişmiş sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurma xəsarətləri törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsi CM-in 59.1.1-ci maddəsinə, zərərçəkmiş şəxslə barışığa nail olması CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini 59.1.13-cü maddəsinə, təqsirini etiraf etməklə tutduğu əməldən səmimi peşmanlıq hissi keçirməsi CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. CM-in 263-1.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, həmin hallar Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsas olmasa da, CM-in 60.1-ci maddəsi tətbiq edilməklə ona CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs CM-in 56.1.1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən səksən beş manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Maddi sübut «VAZ 21074 minik» markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, həmçinin mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri səksən beş manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin AZ.MEM, VÖEN **********, AZ34CTRF********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Maddi sübut «VAZ 21074 minik» markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar