Məhkəmə qərarları › İş №1(038)-11/2025

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-11/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-11/2025 17.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ

1. GİRİŞ HİSSƏ

X9 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 24 avqust 2003-cü ildə Yardımlı rayonu Köryədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Köryədi kəndində qeydiyyatda olmaqla, Yardımlı rayonu Telavar kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 186.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:

2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:

İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs qaynatası Şahid1 və qaynanası X1 əri Şahid2 və övladları ilə birlikdə yaşamaqdan ötrü Bakı şəhərinə getmələrinə icazə vermədikləri üçün vahid niyyətlə 10 dekabr 2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs müvəqqəti yaşamaları üçün onlara verdiyi Yardımlı rayonu Telavar kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsindəki tövlələri və talvarı içərisindəki yonca presləri(bağlamaları) ilə birlikdə, 13 dekabr 2024-cü il tarixdə saat 18-19 radələrində isə həmin talvarın əvvəlki yanğından mühafizə olunan hissəsini içərisindəki yonca presləri(bağlamaları) ilə birlikdə alışqan vasitəsi ilə qəsdən yandıraraq Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda yəni, 26007 (iyirmi altı min yeddi) manat maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir.

2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:

2.1.1.1. Təqsirləndilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri

Məhkəmə iclasında təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs göstərdi ki, törətdiyi cinyət əməlindən peşmandır və özünü təqsirli bilir. Yandıqrdığı tövlələr və talvar Zərərçəkmiş şəxs məxsusdur. Həmin gün yaşadığı evdə qaynatası ilə mübahisə etmişdir və əsəbləşərək tövlələri və talvarı alışqanla yandırmışdır. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş zyanı ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin 10 aprel 2025-ci il tarixli iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğlunun arvadıdır.Yardımlı şəhərində yaşadığı evdə olarkən qardaşı onun mobil telefonuna zəng edərək tövlənin yandığını bildirmişdir. O, dərhal X8 Xidmətinə məlumat vermiş və hadisə yerinə getmişdir. X8 xidmətinin əməkdaşları yanğını söndürmüş və o, hesab etmişdir ki, yangın hadisəsi ot qızışmasından törənmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində qardaşı bir daha ona zəng edərək yanğın hadisəsinin olduğunu, tövlənin və samanlığı yandığını ona demişdir. O yenə dərhal X8 xidmətinə məlumat vermiş və hadisə yerinə getmişdir. X8 xidmətinin əməkdaşları tövlənin və samanlığın qalan hissəsini söndürmüşlər. O, hadisənin digər şəxlər tərəfindən törədilməsindən şübhələnməmiş və hesab etmişdir ki, yanğının hadisəsi axşam baş vermiş yanğından sonra qalmış yerdən təkrar baş vermişdir. Bu səbəbdən polis əməkdaşlarına şikayətinin olmamasını bildirmişdir. Daha sonra polis əməkdaşlar yanğının baş vermə səbəbini araşdırarkən yanğın hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən etmişlər. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs gəncdir və himayəsində iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir və barışmışlar. Ondan şikayət və tələbi yoxdur. Az yaşlı uşaqların anasız böyüməsini və gələcəkdə analarının ona vurduğu ziyanla bağlı həbs olunmasını bilmələrini istəmir. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayəti ona etiraf etmiş və törətdiyi cinayətə görə peşman olduğunu bildirmişdir. X4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, arvadı Həyat Hüseynova, oğlu Şahid2, gəlini Təqsirləndirilən şəxs və onların iki azyaşlı övladı ilə birlikdə Yardımlı rayonu Telavar kəndində yaşayırlar. Onlar şəxsi təsərrüfatlarında iri buynuzlu heyvanlar və keçilər saxlayırlar. Həmin heyvanlardan əldə etdikləri gəlirlə özlərini dolandırırlar. Yaşadıqları ev, evin həyətyani sahəsində olan tövlələr və samanlıq qardaşı Zərərçəkmiş şəxs məxsusdur. Orada qardaşı Siyasət və özləri üçün heyvanlar saxlayırlar. 08 dekabr 2024-cü il tarixdə oğlu Şahid2 işləmək üçün Bakı şəhərinə getmişdir. 09 dekabr 2024-cü il tarixdə axşam saatlarında o, arvadı Həyat Hüseynova, gəlini Səma və onun iki azyaşlı övladları yaşadıqları evdə olmuşlar. Həmin vaxt arvadı Həyat Hüseynova tövlədən tüstü gəldiyini görmüş və evə daxil olaraq tövlənin yandığını bildirmişdir. Bundan dərhal sonra o və gəlini Səma tövləyə getmişlər. Gəlini Səma ilə birlikdə su şlanqı vasitəsi ilə yanğını söndürmüşlər. Həmin vaxt tövlədə olan az miqdarda istifadə olunmuş ot və ot bağlamaları yanmışdır. Bundan sonra hadisə yerinə Fövqəlada Hallara Nazirliyinin əməkdaşları gəlmiş, onlar gələnə qədər yanğını söndürmüşlər. Yanğın nəticəsində heç bir maddi ziyan dəyməmişdir. 10 dekabr 2024-cü il tarixdə gunorta saatlarında, arvadı Həyat Hüseynova, gəlini Səma və onun iki azyaşlı övladları yaşadıqları evdə olmuşlar. Bu zaman həyətdə səs-küy eşitmişdir. Həmin vaxt samanlığın yandığını görmüşdür. Yanğın surətli olduğu üçün yaxına gedə bilməmişlər. Buna görə də samanlıq, yanındakı balaca tövlə içərisindəki otlarla birlikdə tamamilə yanmışdır. Böyük tövlənin isə təxminən yarısı yanmışdır. Bundan sonra hadisə yerinə Fövqəlada Hallara Nazirliyinin əməkdaşları gəlmişlər. Onlar yanğının qalıqlarını söndürmüşlər. Həmin gün axşam saatlarında oğlu Əfsər də Bakı şəhərindən yaşadıqları evə gəlmişdir. 11 dekabr 2024-cü il tarixdə heyvanların ac qalmaması üçün 450 ədəd ot presi almışlar. Həmin presləri oğlu Əfsər samanlığın yanmayan hissəsinə yığmışdır. 13 dekabr 2024-cü il tarixdə saat 19-20 radələrində o, arvadı Həyat Hüseynova, oğlu Şahid2, gəlini Səma və onun iki azyaşlı övladları yaşadıqları evdə olmuşlar. Bu zaman səs-küy eşitmişlər, yaşadıqları evin həyətinə düşdükdə təzə aldıqları 450 ədəd ot presinin də yandığını görmüşdür. Yanğın güclü olduğu üçün qarşısını ala bilməmişlər. Fövqəlada Hallar Nazirliyinin əməkdaşları gəlmişlər, lakin artıq preslər bütövlükdə və samanlğın qalan hissəsi yanmışdır. 14 dekabr 2024-cü il tarixdə saat 19-20 radələrində yaşadıqları evdə olmuşdur. Bu zaman evdə tüstü hiss etmişlər. Buna görə də dərhal yaşadıqları evin həyətinə düşmüşlər, evin zirzəmisindəki içərisində köhnə paltarlar yığdıqları kardon qutuların yandığını görmüşlər. Buna görə də oğlu Əfsər vedrə ilə su daşıyaraq həmin yanğını söndürmüşdür. Bundan sonra hadisə yerinə polislər gəlmişdir. Yanğın nətcəsində evə heç bir ziyan dəyməmişdir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs onun arvadıdır və ona qarşı ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasinin Konstitusiyasinın 66-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs Şahid2 arvadı, yəni yaxın qohumu olmasını nəzərə alaraq, hesab edir ki, Şahid2 arvadının əleyhinə ifadə verməmək hüququ vardır və həmin hüququndan istifadə etməkdə sərbəstdir. Belə ki, Konstitusiyanın 66-cı maddəsinə əsasən heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir.

2.1.1.2. cinayət işinin materialları

10,11 və 14 dekabr 2024-cü il tarixli «Hadisə yerinə baxış protokol»larından görünür ki, yangın hadisəsi Yardımlı rayonu Telavar kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus tövlədə və talvarda baş vermişdir «Məhkəmə-əmtəəşünaslıq ekspertiza»sının 24 yanvar 2025-ci il tarixli, 19/13 nömrəli rəyindən görünür ki, ekspertiza qərarında göstərilən yonca presinin (bağlaması) 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5705,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda sayı və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. «Kompleks məhkəmə yanğın-texniki və məhkəmə tikinti-texniki ekspertizası»nın 21 fevral 2025-ci il tarixli 10/318 nömrəli rəyindən görünür ki,Yardımlı rayonu Telavar kəndində yerləşən tövlədə baş vermiş yanğının mənbəyi, tövlənin daxilində, ot bağlamalarının yerləşdiyi sahədə olmuş və yanğın yüksələn xətt istiqamətində digər sahələrə yayılmışdır. Yardımlı rayonu Telavar kəndində yerləşən talvarda baş vermiş yanğının mənbəyi, talvarın daxilində, ot bağlamalarının yerləşdiyi sahədə olmuş və yanğın yüksələn xətt istiqamətində digər sahələrə yayılmışdır. Qərarın təsviri hissəsində göstərilmiş hadisələrin baş vermə şəraitini, cinayət işinin materiallarındakı məlumatları, mənbə zonalarında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu, yaxud onların qalıqlarının aşkar edilmədiyini, eləcə də mənbə zonalarında yanğını şərtləndirə bilən digər amilləri(öz özünə alışan, alışqan və s. maddələrin) saxlanılmadığını nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən yanğın nəticəsində Yardımlı rayonu Telavar kəndində yerləşən tövləyə tikinti üzrə dəymiş ziyan 6790,00 manat, talvara tikinti üzrə dəymiş ziyan 7390,00 manat, digər böyük tövləyə tikinti üzrə dəymiş ziyan 6122,00 manat təşkilı edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. «Qətimkan tədbinin seçilməsi haqqında» 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin 26 fevral 2025-ci il tarixli 61 nömrəli məktubunda göstərilmişdir ki, Yardımlı rayonu Köryədi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Yardımlı Rayon İHB-nın Telavar inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 16 avqust 2022-ci il tarixdə və X3 isə 24 fevral 2024-cü il tarixdə doğulmuşdur. «Sübutların qiymətləndirilməsi haqqında» 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şahid qismində dindirilən zaman çəkilmiş görüntüləri özündə əks etdirən 1 ədəd DVD maddi sübut kimi tanınmışdır. Ekspertiza xərclərinə dair 24 yanvar 2025-ci il tarixli və 21 fevral 2025-ci il tarixli bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 215 (50+165) manat təşkil edir. Zərərçəkmiş şəxs 10 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza dəyin edilməsini məhkəmədən xahiş edir.

2.2. ƏSASLANDİRİCİ HİSSƏ:

2.2.1.əməlin tövsifi ilə bağlı

CM-nin 186.2.2-cü madəsinin dispozisiyasına görə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə və bu əməl yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda cinayət məsuliyətinə səbəb olur. Göründüyü kimi Təqsirləndirilən şəxs vahid niyyətlə qaynatası Şahid1 və qaynanası X1 əri Şahid2 və övladları ilə birlikdə yaşamaqdan ötrü Bakı şəhərinə getmələrinə icazə vermədikləri üçün vahid niyyətlə 10 dekabr 2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs müvəqqəti yaşamaları üçün onlara verdiyi Yardımlı rayonu Telavar kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsindəki tövlələri və talvarı içərisindəki yonca presləri(bağlamaları) ilə birlikdə, 13 dekabr 2024-cü il tarixdə saat 18-19 radələrində isə həmin talvarın əvvəlki yanğından mühafizə olunan hissəsini içərisindəki yonca presləri(bağlamaları) ilə birlikdə alışqan vasitəsi ilə qəsdən yandıraraq Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda yəni, 26007 (iyirmi altı min yeddi) manat maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 186.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahidin ifadəsi, eləcə də işdə olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Törədilmiş əməl CM-in 186.2.2-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.

2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı

CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanı ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında həmin maddənin dispozisiyasında qeyd olunan cinayətin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Lakin Təqsirləndirilən şəxs himayəsində on dörd yaşına çatmamış iki azyaşlı uşağının olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə 16 avqust 2022-ci il tarixdə doğulmuş X2 və 24 fevral 2024-cü il tarixdə doğulmuş X3 14 yaşına çatanadək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salıması həmin uşaqların ana qayğısından məhrum olmadan inkişafı üçün məqsədəmüvafiqdir. Belə ki, CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 mart 2010-cu il tarixli qərarında qeyd olunur ki, xüsusi qeyd olunmalıdır ki, CM-in müddəaları (o cümlədən 79-cu maddə) müəyyən siyasi-hüquqi münasibətlərin, hüquq normalarının, ideyaların, baxışların sistemi kimi səciyyələndirilən və dövlət tərəfindən yürüdülən cinayət-cəza siyasəti ilə bağlıdır. Bu siyasətin əsas məzmunu məqsəd və vəzifələrin işlənib hazırlanmasından, ictimai təhlükəsizliyin və cinayətkarlığın aradan qaldırılması və ya sosial baxımdan qəbul oluna biləcək səviyyədə saxlanmasının təmin edilməsi üçün zəruri vasitə və üsulların seçilməsindən ibarətdir. Cinayət-cəza siyasəti kompleks xarakteri daşıyır və digərləri ilə yanaşı ilk növbədə cinayətkarlıqla mübarizənin aparılması üzrə cinayət-hüquqi, cinayət-prosessual, cəza-icra normalarının müəyyənləşdirilməsini nəzərdə tutur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu zaman məhkəmə qadının fizioloji vəziyyətini və ya qadının (kişinin) uşağının azyaşlı olmasını nəzərə alaraq təyin edilmiş cəzanın icrasının təxirə salınmasını məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli qərarında qeyd olunur ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı olan qadınların, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən, bu yuxarıda qeyd edildiyi kimi, humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Cinayət qanunu cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir: - bu institut ancaq hamilə qadınlara, səkkiz yaşına qədər uşağı olan qadınlara və səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir; - şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir; - şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Bununla yanaşı, qeyd edilməlidir ki, cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra digər halları da nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda sadalanan qərarlarında sərgilədiyi hüquqi mövqeyini, Təqsirləndirilən şəxs himayəsində böyütdüyü iki yaşında uşağının olmasını, uşağın ana qayğısına daha çox ehtiyacının olmasını, təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmiş olarsa uşağın ana qayğısından məhrum olacağını, bunun da uşağın normal inkişafına və cəmiyyətin normal fərdi kimi yetişməsinə mane olacağını, Təqsirləndirilən şəxs uşağının normal yaşaması üçün yaşayış yerinin olmasını, uşaqların üstün mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə 16 avqust 2022-ci il tarixdə doğulmuş X2 və 24 fevral 2024-cü il tarixdə doğulmuş X3 on dörd yaşına çatanadək Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmalıdır. «Məhkəmə hökmü haqqında» Ali Məhkəmə Plenumunun 54-cü bəndində göstərilmişdir ki, şəxs cinayətlərin məcmusuna görə təqsirli bilindiyi hallarda cəzanın CMin 70-ci maddəsi tətbiq olunmaqla şərti tətbiq edilməsi və yaxud CM-in 79-cu maddəsi tətbiq olunmaqla çəkilməsinin təxirə salınması yalnız qəti cəza təyin edildikdən sonra göstərilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, CM-in 70-ci maddəsi yalnız əsas cəzaya (müəyyən müddətə azadlıqdan məhrum etmə, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, islah işləri), CM-in 79-cu maddəsi isə həm əsas, həm də əlavə cəzaya şamil edilə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı

İş üzrə maddi sübut-1 ədəd DVD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 215(50+165) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar və mülki iddia, həmçinin tibbi xarakterli məcburi təbdirlərin tətbiqi üçün əsas yoxdur.

3. NƏTİCƏVİ HİSSƏSİ:

Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə himayəsində olan 16 avqust 2022-ci il tarixdə doğulmuş X2 və 24 fevral 2024-cü il tarixdə doğulmuş X3 on dörd yaşına çatanadək Təqsirləndirilən şəxs təyin edilmiş 3(üç) il müddət azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut-1(bir) ədəd DVD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 215(iki yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar