Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-12/2023 08.06.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X11 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1993-cü ildə Yardımlı rayonu Avaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, Yardımlı rayonu Avaş kəndində yaşayan və qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs toplanmış kifayət qədər sübutların məcmusu əsasında ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0,446 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 07 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu Avaş kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd sellofan bükümdə 0,446 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 06 aprel 2023-cü il tarixdə rayonun Avaş kəndində yaşadığı evin aşağı hissəsində yerləşən yolda gəzən zaman yolun kənarından 1 ədəd sellofan büküm tapmışdır. Həmin sellofan bükümə baxdıqda içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin metamfetamini əynində olan şalvarın cibinə qoymuş və yaşadığı evə getmişdir. Həmin metamfetamindən az miqdarda istifadə etmişdir. 07 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində rayonun Avaş kəndində yaşadığı evə gedərkən polis əməkdaşları onu saxlamışlar. Ona üzərində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər və üzərində narkotik maddə olubolmadığını soruşmuşlar. O da üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onu Yardımlı Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində vəkil və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır, törətdiyi əməlindən peşmandır və səhvini başa düşmüşdur. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi onun etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə kimyəvi və məhkəmə narkoloji ekspertizasının rəyləri, həmçinin tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, Yardımlı rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, 07 aprel 2023-cü il tarixdə ona Yardımlı rayonu Avaş kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə məlumat daxil olmuşdur. O dərhal daxil olmuş məlumatın yoxlanılması barədə qərar qəbul etmiş və şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasından ötrü əməliyyat qrupu yaradılmışdır. 07 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı X4, polis leytenantı X6 və PPXT-nin manqa komandiri polis baş serjantı X9 ilə birlikdə Yardımlı rayonu Avaş kəndi ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər və üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Buna görə də o, polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında X8un xidməti iş otağında vəkil və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsiaxtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Psixotrop maddə metamfetaminə oxşar kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 0,67 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini bir gün əvvəl Yardımlı rayonu Avaş kəndi ərazisində yol kənarından tapdığını və üzərində saxladığını, özünün narkotik maddələr istifadə etdiyini bildirmişdir. Psixotrop maddə metamfetaminə oxşar kütlə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolu imza etmişdir. İbtida istintaq zamanı şahid - Yardımlı rayon Polis Şöbəsinin əməliyyat müvəkkili X3 Şahid ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə keçirilməsi barədə СD-yə məhkəmə iclasında baxış keçirilmiş və həmin videçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamaqda şübhəli olduğu üçün Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Yardımlı rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır.X8 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya digər cinayət xarakterli əşya varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd sellofan büküm çıxararaq təqdim etmişdir. Həmin sellofan büküm açıldıqda içərisindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Psixotrop maddə metamfetaminə oxşar kütlə X8 tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 0,67 qram olmuşdur. İş materiallarında olan 07 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Yardımlı Rayon Polis Şöbəsində baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd ağ sellofan bükümdə psixoitrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Psixotrop maddə metafetaminə oxşar kütlə “POCKET SCALE” markalı elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,67 qram olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 08 aprel 2023-cü il tarixli, 19/929 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-0,446 qram olan, ağ rəngli kristiallardan ibarət olan maddə metamfetamindir. (Metamfetaminin təmiz çəkisi-0,446 qr., tədqiqata sərf olunmuşdur -0,05qr., qalıq-0,396 qr) Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0,446 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 07 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu Avaş kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd sellofan bükümdə 0,446 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə Yardımlı Rayon Polis Şöbəsinin baş təhqiqatçısı Vidadi Əhədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 09 aprel 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 09 aprel 2023-cü il tarixdə Yardımlı Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 08 aprel 2023-cü il tarixli bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 24 aprel 2023-cü il tarixli, 467 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Yardımlı Mərkəzi Rayon Xəstəxanasının 11 aprel 2023-cü il tarixli 4-118 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 14 aprel 2023-ci il tarixli tələbnamədən görünür ki, Xalıqov X5 rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 32.5, 206.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 07 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza şərti tətbiq olunaraq üzərində 02 il sınaq müddəti müəyyən edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə tövsif edilmişdir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. CPM-in 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-nin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət İşinin materiallarına əlavə edilmiş №1-76563 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasaının ərazi bütövlüyü üğrunda aparılan “Vətən müharibəsi” dövründə göstərdiyi xidmətini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, CM-in 58.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, əməlində cəzanı ağırlaşdıran hal olmadığını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxs islah olunmağa meyilli olmasını törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə CM-in 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdən 09 aprel 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlandığı iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, Azərbaycan Respublikasının CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Yardımlı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,396 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkiliş olan 1 ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, həmçinin hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası həmin orqana tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutularaq saxlanıldığı 07 aprel 2023-cü il tarixindən 09 aprel 2023-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 0,396 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan iyirmi gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti vəapelyasiya protesti verilmədiyi halda elan olunduğu andan iyirmi gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: X11
Məhkəmə qərarları › İş №1(038)-12/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-12/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver