Məhkəmə qərarları › İş №1(038)-12/2025

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-12/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-12/2025 29.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ

1. GİRİŞ HİSSƏ

X1 sədrliyi, Məhkəmə iclasının katibi xx katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Yardımlı rayonu Vərgədüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədibi seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:

2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ:

2.1. TƏSVİRİ HİSSƏ:

İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmə hüququ və etibarnamə olmadan idarə etdiyi «VAZ 21074» markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yardımlı-Sırıq-Vərgədüz-Bilnə avtomobil yolunun Yardımlı rayonu Vərgədüz kəndi ərazisindən keçən hissəsində Yardımlı rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsinin sağı ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bu tələbləri pozaraq həmin əməlinin ictimai təhlükəli nəticələr verə biləcək imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda bunları görməyərək cinayətkarcasına etinasızlıq göstərib yolun sağ çiyni ilə həmin istiqamətdə hərəkətdə olan piyada Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs arxadan avtomobilin sağ qabaq hissəsi ilə vurmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs «sol incik sümüyünün yerini dəyişən sınığı, alın sümüyünün alın cibinin sol kameranın ön divarında minimal basılmış sınığı və alın nahiyəsinin sıyrığı» ilə müşayiət olunan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışdır.

2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:

2.1.1.1. Təqsirləndilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri

Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi avtomobil oğlu Rəvana məxsusdur. Həmin gün idarə etdiyi avtomobillə dükana getmişdir. Dükandan geri qayıdarkən hava cox qaranlıq olduğu üçün asfalt yolun kənarı ilə hərəkət edən həmkəndlisi Zərərçəkmiş şəxs görməmiş və avtomobillə arxadan vurmuşdur. Zərərçəkmiş şəxs xəsarət aldığını görüb dərhal Yardımlı rayon X3 Şöbəsinə məlumat vermiş və öz avtomobili ilə Bəhruzu Yardımlı rayon Mərkəzi Xəstəxanasına, oradan isə Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Masallı rayon Xəstəxanasında Bəhruz müayinə olunmuş və evə buraxmışlar. Hadisə baş verən zaman avtomobili 40-50 km/saat sürətlə idarə etsədə, hava cox qaranlıq olduğu üçün Bəhruz gec görmüş və ara məsafəsi az olduğuna görə avtomobili saxlaya bilməmişdir. Hazırda Zərərçəkmiş şəxsla barışmışdır və ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqəsirləndirilən şəxs Təqsirləndirilən şəxs xalasının əridir. Hadisə baş verən vaxt hava cox qaranlıq olduğu üçün Təqsirləndirilən şəxs onun yolun kənarı ilə hərəkət etməsini görməmiş və idarə etdiyi avtomobillə onu arxadan vurmuşdur. Hadisə vaxtı xəsarət aldığı üçün Sadat onu idarə etdiyi avtomobillə qoyub Yardımlı rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həkimlər onu yoxladıqdan sonra müayinə olunması üçün Masallı Rayon Mərkəzi Xəstəxanasına göndərmişlər. Masallı Rayon Xəstəxanasında müayinə olunmuş və evə buraxmışlar. Xəstəxanada Təqsirləndirilən şəxs barəsində araşdırma aparılmaması üçün özünün yıxılaraq xəsarət aldığını bildirmişdir. Hazırda səhhəti yaxşıdır, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur və onun cəzalandırılmasını istəmir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, həmçinin ona cəza təyin edilməsini istəmir. Məhkəmə istintaqında Şahid ifadəsində göstərdi ki. Təqsirləndirilən şəxs onun atasıdır. Hadisəni atası ona məxsus avtomobili idarə edərkən törətmişdir. O, atasına avtomobili kənd arası idarə etməsinə razılıq vermiş və atası idarə etdiyi avtomobillə kənddə dükandan geri qayıdarkən törətmişdir. Hadisə barədə atası onun mobil telefonuna zəng edərək məlumat vermiş və Zərərçəkmiş şəxs xəsarət aldığı üçün xəstəxanaya apardığını bildirmişdir.Hazırda atası Sadat Zərərçəkmiş şəxsla barışmışdır və münasibətləri yaxşıdır.

2.1.1.2. cinayət işinin materialları

xx.xx.2025-ci il tarixli «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokoldan və sxemdən görünür ki, hadisə yeri - Yardımlı rayonu Vərgədüz kəndi ərazisidir. Hadisə yaşayış məntəqəsinin yaxınlığında eniş, döngəli yolun hərəkət hissəsində baş vermişdir və piyada yolun sağ hissəsində vurulmuşdur. xx.xx.2025-ci il tarixli, 05 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol incik sümüyünün yerini dəyişən sınığı, alın sümüyünün alın cibinin sol kameranın ön divarında minimal basılmış sınığı və alın nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən və zərbənin təsirindən tullanılaraq yer örtüyünə çırpılması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 08 yanvar 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. xx.xx.2025-ci il tarixli, 8/245 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən «VAZ-21074» markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir. xx.xx.2025-ci il tarixli «Maddi sübutun tanınması və təhvil verilməsi haqqında» qərardan görünür ki, Şahid məxsus «VAZ 21074 minik » markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Şahid təhvil verilməsi qərara alınmışdır. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X2 xx.xx.2025-ci il tarixli, 18-1-81/3- 133/2025 nömrəli məktubundan görünür ki, Yardımlı rayonu, Vərgəüz kənd sakini Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran RQİ və TBŞ-nın xx.xx.2025-ci il tarixli, 3-13-16-5/2-2790/2025 nömrəli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Yardımlı rayonu Vərgədüz kənd sakini, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin verilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barədə İdarənin əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Telavar inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, O, Təqsirləndirilən şəxsla barışmışdır və ona dəymiş ziyan tam ödənilmişdir. Tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs barəsində cəza verilməməsini xahiş edir. 2.2. ƏSASLANDİRİCİ HİSSƏ:

2.2.1.əməlin tövsifi ilə bağlı

«Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları «Yol hərəkəti haqqında» xx.xx.1968-ci il tarixli Vyana Konvensiyası, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada «Yol hərəkəti haqqında» Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 33-cü maddəsinin 4cü bəndinə görə velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. CM-nin 263-1.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 263.1-ci maddəsinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv qiymət verməklə ittihamın həlli üçün tədqiq edilmiş biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara, habelə Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsi, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsi və CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs оğlu xx.xx.2025ci il tarixdə saat 21:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmə hüququ və etibarnamə olmadan idarə etdiyi «VAZ 21074» markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yardımlı-Sırıq-Vərgədüz-Bilnə avtomobil yolunun Yardımlı rayonu Vərgədüz kəndi ərazisindən keçən hissəsində Yardımlı rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsinin sağı ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bu tələbləri pozaraq həmin əməlinin ictimai təhlükəli nəticələr verə biləcək imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda bunları görməyərək cinayətkarcasına etinasızlıq göstərib yolun sağ çiyni ilə həmin istiqamətdə hərəkətdə olan piyada Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs arxadan avtomobilin sağ qabaq hissəsi ilə vurmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs «sol incik sümüyünün yerini dəyişən sınığı, alın sümüyünün alın cibinin sol kameranın ön divarında minimal basılmış sınığı və alın nahiyəsinin sıyrığı» ilə müşayiət olunan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışdır. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.

2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı

CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsi CM-in 59.1.1-ci maddəsinə, zərərçəkmiş şəxslə barışığa nail olması CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini 59.1.13-cü maddəsinə, təqsirini etiraf etməklə tutduğu əməldən səmimi peşmanlıq hissi keçirməsi CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 263-1.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, həmin hallar Təqsirləndirilən şəxs barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsas olmasa da, CM-in 60.1-ci maddəsi tətbiq edilməklə ona CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə məhz cərimə növündə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır.

2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı

Maddi sübut «VAZ 21074 minik» markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, həmçinin mülki iddia yoxdur.

3. NƏTİCƏVİ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 1(bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6.000 (altı min) manat miqdarda cərimə cəzası təyin edilsin.

2. Cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin.

3. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

4. Ekspertiza tədqiqatının dəyəri 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün.

5. Maddi sübut «VAZ 21074 minik» markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid təhvil verilməsi nəzərə alınsın.

6. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

7. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar