Məhkəmə qərarları › İş №1(038)-13/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №1(038)-13/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-13/2023 08.06.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Yardımlı rayonu Şəfəqli kəndində kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Şəfəqli kənd tam orta məktəbində ocaqçı işləyən, Yardımlı rayonu Şəfəqli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə saat 20 radələrində Yardımlı rayonu Şəfəqli kəndi ərazisində aralarında şəxsi münasibətlər zəminində baş vermiş narazılıq zamanı həmkəndlisi Zərərçəkmiş şəxs sol əlinin 1-ci (baş) barmağını qəsdən dişləyərək sonuncuya sol əlin 1-ci (baş) barmağının dırnaq /distal-uc/ falanqası oynağı səviyyəsindən travmatik amputasiyası /ayrılaraq olmaması/ ilə müşayiət olunan dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla, əhəmiyyətli dərəcədə daimi (dayanıqlı) itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurma xəsarəti yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutlmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsində əməlini səmimi etiraf edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində həmkəndlisi Şahid ilə Şəfəqli kəndinin mərkəzi hissəsində yerləşən mağazanın qarşısında oturduqları zaman Zərərçəkmiş şəxs gəlib onlardan təxminən 15 metr kənarda dayanaraq “niyə görə mənim haqqımda danışırsınız” demişdir. O və Coşqun isə Ramilin haqqında danışmadıqlarını bildirsələr də, Zərərçəkmiş şəxs söyüşlər söyməyə başlamışdır. Ona görə də əvvəlcə Şahid Zərərçəkmiş şəxs yaxınlaşaraq niyə görə söyüş söydüyünü soruşmuş, Zərərçəkmiş şəxs Coşqunun ünvanına deyil, onun ünvanına söyüş söydüyünü bildirmişdir. Bu səbəbdən də o, Zərərçəkmiş şəxs yanına gedərək onu söyməsinin səbəbini soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs gözləmədiyi halda əli ilə onun boğaz nahiyəsindən yapışmış, o özünü itirmiş və Zərərçəkmiş şəxs sol əlinin baş barmağını ağzına salaraq dişləmişdir. Zərərçəkmiş şəxs Yardımlı RMX-na getməsini və sol əlinin baş barmağının uc hissəsinin amputasiya edildiyini və barmağının qopmasından xəbəri olmamışdır. Hazırda əməlindən peşmandır, Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış, Zərərçəkmiş şəxs onu bağışlamışdır. Əməli törətmiş şəхs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışmalarını, ona dəymiş ziyanı ödəməsini nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində yaşadığı kəndin mərkəzi hissəsində olarkən həmkəndliləri Təqsirləndirilən şəxs ilə Şahid oturacaqda oturaraq söhbət etdiklərini görmüşdür. Əvvəlcə elə bilmişdir ki, Etibarla Coşqun onun barəsində söhbət edirlər. Ona görə də, onlardan təxminən 15 metr kənarda dayanıb, demişdir ki, “mənim haqqımda söhbət edənin var yoxuna lənət”. Onun sözündən sonra Şahid ona yaxınlaşmış, Coşquna onu söymədiyini, ümumi olaraq söyüş söydüyünü demişdir. Bu zaman Təqsirləndirilən şəxs onun üzərinə gəlmiş və “sən məni söyürsən” demişdir. O, Etibara da onu söymədiyini bildirmiş, lakin Etibar onunla mübahisə etməyə başlamış və bir-birlərindən tutmuşlar. Bu vaxt Təqsirləndirilən şəxs onun sol əlinin baş barmağını ağzına salaraq dişləmiş, nə qədər qışqırsa da, Etibar onun barmağını ağzından çıxartmamış və dişləyərək qopartmışdır. Bundan sonra narazılıq sakitləşmiş və o, yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə Yardımlı RMX-na gedərək barmağını müayinə etdirmiş və müvəqqəti olaraq dərman vurmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır və o, əvvəllər CM-in 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməmişdir. İş materiallarında olan Azərbaycan Rеspublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və X2 rayon MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 29 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - sol əlin 1-ci (baş) barmağının dırnaq /distal-uc/ falanqası oynağı səviyyəsindən travmatik amputasiyası /ayrılaraq olmaması/ bərk küt əşyanın /əşyaların/ təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla, əhəmiyyətli dərəcədə daimi(dayanıqlı) itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları, iş üzrə dindirilmiş şəxslərin (əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidin) ifadələrini, ekspertiza rəyini və digər sənədləri araşdırıb sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, əməli törətmiş şəхs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onunla barışmasını bildirərək, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Rеspublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-in 43.1.2-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, müdafiə tərəfinin əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübüt və mülki iddia yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Rеspublikasının CPM-nin 40.1, 40.2.2, 43.3, 321, 346, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Rеspublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə хitam vеrilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltiziam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar