Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-13/2024 30.05.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatəli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Yardımlı rayonu Arus kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Arus kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdə saat 16:00 radələrində Yardımlı rayonu Vəlixanlı kəndi ərazisində yerləşən «Təşkan» adlanan sahədə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş narazılıq zamanı yumruqla həmin kənddə yaşayan Zərərçəkmiş şəxs qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs sağ gözaltı nahiyənin əzilmiş yarası, sağ göz almasının ağlı qişasına yayılmış qansızma və sağ göz nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yardımlı rayonu Arus kəndində yaşayır. Şəxsi təsərrüfatında istifadə etmək üçün at almaq istəmiş və bu barədə tanışlarına bildirmişdir. Həmin şəxslər rayonun Vəlixanlı kənd sakini Zərərçəkmiş şəxs at satdığını ona demişlər. 31 mart 2024cü il tarixdə O, Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonla zəng edərək və ondan satdıq atının olub-olmamasını soruşmuşdur. Zərərçəkmiş şəxs də iki rəst atının olduğunu və həmin atları satmaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs atlara baxmaq istədiyi bildirmişdir. Zərərçəkmiş şəxs ona atların kəndin kənarında olduğunu və atları tutub təhvil verəcəyini bildirmişdir. 31 mart 2024-cü il tarixdə saat 16 radələrində O, rayonun Vəlixanlı kəndinin yaxınlığında yerləşən örüş sahəsinə getmiş və Zərərçəkmiş şəxs atları tutmasını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs atları tuta bilmədiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına söyüş söymuş, sifət nahiyyəsinə isə yumuruqla zərbə vurduğuna görə əsəbləşərək o, da yumuruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yardımlı rayonu Vəlixanlı kəndində yaşayır. Şəxsi təsərrüfatında iki rəst atı vardır və həmin atları satmaq niyyəti olmuşdur. 31 mart 2024-cü il tarixdə istifadəsində olan mobil telefona tanımadığı nömrədən zəng gəlmiş, həmin şəxs rayonun Arus kəndindəndən olduğunu və adının Amil olduğunu bildirmişdir. Həmin şəxs ondan həqiqətən atları satıb-satmadığını soruşmuşdur. O, da həmin şəxsə 2 rəst satdlq atının olduğunu və 400 manata satdığını bildirmişdir. Amil ondan atları saat 15 radələrinə qədər evə gətirməsini və Vəlixanlı kəndi ərazisində yerləşən «Təşkan» adlı sahədə görüşərək atlara baxmaq istədiyini bildirmişdir. O, «Təşkan» adlı ərazidə Təqsirləndirilən şəxsla görüşmüş və atları tutmağa çalışmışdır.Lakin atlar qaçdığına görə atları tuta bilməmişdir. O, atları tuta bilmədiyi üçün Amil aldadıldığını zənn edib onun ünvanına nalayiq ifadələr demiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs baş nahiyəsi ilə onun sifət nahiyəsinə zərbə vurmaq istəmiş, o geri çəkilmiş, Amilin baş nahiyəsi onun sinə nahiyəsinə dəymiş və o, yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yumruqla da onun sifət nahiyəsinə iki dəfə zərbə vurmuş, o, həmin zərbələrdən xəsarətlər almışdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Buna gördə cinayət işinə xitam verilməsini xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə-tibbi ekspertizasının 01 aprel 2024-cü il tarixli, 267 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözaltı nahiyənin əzilmiş yarası, sağ göz almasının ağlı qişasına yayılmış qansızma və sağ göz nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 31 mart 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sübutların qiymətləndirilməsi haqqında 03 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Yardımlı RPŞ-nin X1 göndərilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X3
Məhkəmə qərarları › İş №1(038)-13/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №1(038)-13/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver