Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-14/2023 20.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X10 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər-Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi3 oğlunun və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə; 10 avqust 1995-ci ildə Yardımlı rayonu, Gavran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, X1 elektrik mantyoru işləyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Gavran kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxxxxxx 1964-cü ildə Yardımlı rayonu Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, Yardımlı şəhəri, B.Mansurov küçəsi, mənzil 17-də qeydiyyatda olan və yaşayan, Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 25 mart 2023-cü il tarixdə saat 20:00 radələrində Yardımlı şəhəri, B.Mansurov küçəsi, mənzil 17-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Yardımlı şəhərində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində 1,593 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan 10 manata alaraq qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 25 mart 2023-cü il tarixdə saat 21:00 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu Gavran kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd kağız bükümdə 1,593 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,974 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 25 mart 2023-cü il tarixdə saat 20:00 radələrində 1,593 qram çəkidə psixotrop maddə metamfetamini Yardımlı şəhərində yaşadığı evin həyətyani sahəsində 10 manata Yardımlı rayon Gavran kəndində yaşayan Təqsirləndirilən şəxs1 satmış, 25 mart 2023-cü il tarixdə Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Yardımlı rayonu Gavran kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd kağız bükümdə 1,593 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq 26 mart 2023-cü il tarixdə saat 14:30 radələrində Təqsirləndirilən şəxs2 Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı şəhərində yaşadığı evin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd kağız bükümdə 0,381 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bədənində ağrılar olduğu üçün bir müddətdir ki, narkotik maddələr qəbul edir. Bir neçə ay əvvəl Yardımlı şəhəri ərazisində yaşayan qohumu Təqsirləndirilən şəxs2 yaşadığı evdə elektrik işləri görən zaman Təqsirləndirilən şəxs2 onda narkotik vasitəsi olduğunu və istifadə etmək üçün ona təklif etmişdir. Təqsirləndirilən şəxs2 onu yaşadığı evin yaxınlığında yerləşən atasına məxsus evə aparmış və üzərində gətirdiyi psixotrop maddə olan metamfetamini çıxararaq qızılı rəngdə olan kağızın içərisinə doldurmuş və həmin psixotrop maddəni yandıraraq tüstüsünü qəbul etmişdir. Sonra Təqsirləndirilən şəxs2 qəbul etdiyi maddədən ona vermiş, ilk dəfə orada narkotik maddə istifadə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ona mütəmadi olaraq zəng edib narkotik vasitə təklif etmişdir. O, çox vaxt Təqsirləndirilən şəxs2 telefon zənglərinə cavab verməmişdir. Bu müddət ərzində 3-4 dəfə Təqsirləndirilən şəxs2 özü üçün psixotrop maddə olan metamfetamin almış və istifadə etmişdir. 25 mart 2023-cü il tarixdə yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng edərək evində işıqların yanmadığını bildirmiş və ondan işıqları düzəltməsini xahiş etmişdir. O, da Təqsirləndirilən şəxs2 Yardımlı şəhərində yerləşən evinə gəlmiş və nasazlığı aradan qaldırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona narkotik maddə təklif etmiş, o Raufa 10 manat verərək narkotik maddəni almışdır. Daha sonra Yardımlı rayonu Gavran kəndinə yaşadığı evə gedərkən yolda polis əməkdaşları onu saxlamış və üzərində qanusuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişər. Polis şöbəsində onun üzərində vəkilin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Həmin narkotik maddəni Təqsirləndirilən şəxs2 10 manat pulun müqabilində aldığını demişdir. Hazırda törətdiyi əməlindən peşman olmuş və səhvini başa düşmüşdür. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddət əvvəl Masallı rayonundan idarə etdiyi avtomobil üçün ehtiyyat hissələri alarkən “Köhnə bazar” adlanan yerdə təsadüfən rastaşdığı tanımadığı şəxsdən psixotrop maddə metamfetamini pulsuz almışdır. 26 mart 2023-cü il tarixdə evinin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər və polis şöbəsində onun üzərində vəkilin və polis əməkdaşlarının iştirakları ilə videoçəkliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki cins şalvarının sağ yan cibindən bir büküm psixotrop maddə metamfetamin aşkar olunmuşdur. O, qohumu Təqsirləndirilən şəxs1 heç vaxt, eyni zamanda 25 mart 2023-cü il tarixdə psixotrop maddə satmamışdır. Əməlinin Azərbaycan Respublikası CM-nin 234.1.-ci maddəsinə tövsif edilməsini, 1-ci Qarabağ müharibəsində iştirak etməsini və “Şəkərli diabet 2-ci tip, insulin tələbli” xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, CM-nin 234.1.-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Yardımlı rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X2 ifadəsində göstərdi ki, 25 mart 2023-cü il tarixdə Yardımlı rayonu Gavran kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə məlumat daxil olmuş, məlumatın yoxlanılması barədə qərar qəbul etmiş və Təqsirləndirilən şəxs1 saxlanılmasından ötrü əməliyyat qrupu yaradılmışdır. 25 mart 2023cü il tarixdə saat 21:00 radələrində Yardımlı rayonu Gavran kəndi ərazisində Təqsirləndirilən şəxs1 saxlamış və qanunsuz olaraq üzərində narkotik maddə saxlamaqda şübhəli olduğuna görə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd “Samsung A 10” markalı mobil telefon, sağ yan cibindən 1(bir) ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Psixotrop maddə metamfetaminə oxşar kütlə kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 1,14 qram olmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini 25 mart 2023-cü il tarixdə qohumu olan Yardımlı şəhər sakini Təqsirləndirilən şəxs2 öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Həmin tədbirin davamı olaraq 26 mart 2023-cü il tarixdə saat 15:10 radələrində Təqsirləndirilən şəxs2 saxlanılmış və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üzərində narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər və üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi-axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd “NOKİA 105” markalı mobil telefon, sağ yan cibindən 1(bir) ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Psixotrop maddə metamfetaminə oxşar kütlə kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 0,76 qram olmuşdur. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolu imza etmişdir. Məhkəmə istintaqında şahiq qismində dindirilmiş Yardımlı rayon polis şöbəsinin PPXT-nin nəfəri X3 şahid X2 ilə eyni məzmunlu ifədə verək şahid Peyman Almaszadənin göstərdiyi xüsusatları təsdiq etdi. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə keçirilməsi barədə protokola əlavə edilmiş СD diskə məhkəmə iclasında baxış keçirilmiş və həmin videoçəkilişdən görünür ki, Yardımlı rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə, psixotrop maddə və ya digər cinayət xarakterli əşya varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd göy rəngli Samsung A10 markalı mobil telefonu, sağ yan cibindən isə 1 ədəd boş siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin siqaret qutusunun üzərindəki sellofanın içərisindən 1 ədəd kağız büküm aşkar olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs1 həmin bükümdə nə olmasını soruşmuş, o da həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin kağız büküm açıldıqda içərisindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Psixotrop maddə metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 1,14 qram olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetaminə oxşar kütləni haradan və necə əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs1 həmin psixotrop maddə metamfetamini 25 mart 2023-cü il tarixdə Yardımlı şəhər sakini Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə keçirilməsi barədə СD diskə məhkəmə iclasında baxış keçirilmiş və həmin videoçəkilişdən görünür ki, Yardımlı rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə, psixotrop maddə və ya digər cinayət xarakterli əşya varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd qara rəngli Nokia 105 markalı mobil telefonu, sağ yan cibindən isə 1 ədəd boş siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin siqaret qutusunun üzərindəki sellofanın içərisindən 1 ədəd kağız büküm aşkar olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs2 həmin bükümdə nə olmasını soruşmuş, o, da həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin kağız büküm açıldıqda içərisindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Psixotrop maddə metamfetaminə oxşar kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 0,76 qram olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetaminə oxşar kütləni haradan və necə əldə etməsini soruşmuş və Təqsirləndirilən şəxs2 həmin psixotrop maddə metamfetamini Masallı rayonunda tanımadığı şəxsdən aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 mart 2023-ci il tarixli 19\339 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-1,593 qram olan, ağ rəngli kristiallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi-1,593 qr., tədqiqata sərf edildi-0,05qr., qalıq-1,543 qr. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-ci il tarixli 19\349 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-0,381 qram olan ağ rəngli kristial formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərlərində “......” və “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 büküm metamfetamin Rəy № 19/339.... ” sözlər və imzalar olan 2 ədəd zərfdəki, ümumilikdə 2 büküm metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 aprel 2023-cü il tarixli, 466 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları olub. Lakin asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 aprel 2023-cü il tarixli, 464 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları olub. Lakin asılılıq sindromu(toksikomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və tədqiq edilən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə aparılmış telefon danışıqlarına dair Azercell Telekom MMC-dən istintaqa daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 *** ** ** saylı mobil nömrə ilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 587 00 90 saylı nömrə ilə 25 mart 2023-cü il tarixdə saat 19:04, 19:34 və 20:08-də telefon danışıqları aparmışdır. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 050 587 00 90 saylı nömrə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş, Təqsirləndirilən şəxs2 həmin nömrə ilə ona zəng vuraraq yaşadığı evə çağırmış, evin həyətində ona psixotrop maddə metamfetamin satmışdır. Cinayət işinin materiallarında olan və tədqiq edilən Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 587 00 90 saylı mobil nömrə ilə aparılmış telefon danışıqlarına dair Azercell Telekom MMC-dən istintaqa daxil olmuş 1(bir) ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 587 00 90 saylı mobil nömrə ilə digər Təqsirləndirilən şəxs1 istifadəsində olan *** ** ** saylı nömrə ilə 25 mart 2023-cü il tarixdə saat 19:04, 19:34 və 20:08-də telefon danışıqları aparmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ifadəsində Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamini satmadığını göstərməyə çalışmışdır. Məhkəmə istintaqında tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində göstərilən cinayət hadisəsini Təqsirləndirilən şəxs2 törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir. Odur ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, təqsirləndirilən şəxslərin üzərlərindən videoçəkilişlə psixotrop maddələrin aşkar edilməsi barədə CD disklər, ekspretiza rəyləri, üzləşdirmədə dindirmə protokolu, movil operatorlardan götürülmüş məlumatlar, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmələri üzrə təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 bu ifadələrini özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qəbul edərək həmin ifadələr məhkəmədə heç bir subutla təsdiq edilmədiyindən, həmçinin işin hallarına uyğun gəlməyən ifadələr olduğu üçün həmin ifadələrə tənqidi yanaşır və subut növü kimi qəbul etmir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 25 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək 27 mart 2023-cü il tarixdə Yardımlı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, narkotik vasitələrin qanunsuz satışında şübhəli olduğundan Təqsirləndirilən şəxs2 26 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Yardımlı rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə məhkəməyədək icraat zamanı barasində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 26 mart 2023-ci il tarixdən hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 125 manat təşkil edir. İş materiallarında olan “Subutların qiymətləndirilməsi haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə 1 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə 1,543 qram çəkidə psixotrop maddə metamfetamin, 1 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə 0,341 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd “Samsung A 10” markalı, 1 ədəd “Nokia 105” markalı mobil telefonlar və 4 (dörd) ədəd CD maddi subut kimi tanınmış və saxlanılması üçün Yardımlı rayon polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 03 aprel 2023-cü il tarixli 04-100 və 04-100/1 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmırlar. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Ağaşov X4 Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Suraxanı Rayon Məhkməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 10 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. CPM-nin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs1 əməlində CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal yoxdur. Lakin, onun əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Yardımlı Rayon Mərkəzi X6 Şəxsin 20 aprel 2023-cü il tarixli, 291 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 12 yanvar 2014-cü il tarixdən “Şəkərli diabet 2-ci tip, insulin tələbli” diaqnozu ilə Yardımlı MRX-da dispanser qeydiyyatında dayanır. Cinayət işinin materiallarına əlavə edilmiş MV №00738 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 1-ci Qarabağ müharibəsi veteranıdır. Təqsirləndirilən şəxs2 əməlində CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 1-ci Qarabağ müharibəsində iştirak etməsini və “Şəkərli diabet 2-ci tip, insulin tələbli” xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Lakin məhkəmə Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkünsüz hesab edərək barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-nin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə CM-nin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi saxlandığı müddət, Təqsirləndirilən şəxs2 isə şübhəli şəxs kimi saxlandığı və həbsdə saxlanıldığı müddət onlara təyin ediləcək cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 26 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş qətimkan tədbirləri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut olan Yardımlı rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış olan 1 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə 1,543 qram çəkidə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə 0,341 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 4 (dörd) ədəd CD disk iş üçün əhmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd “Samsung A 10” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 və 1 ədəd “Nokia 105” markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 yaxın qohumuna qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri 125 (yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Hökmün maddi sübutların məhv edilməsi və qaytarılması hissəsinin icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 25 mart 2023-cü il tarixdən 27 mart 2023-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun üzərində 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 125 (yüz iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Maddi sübut olan və Yardımlı rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə 1,543 qram çəkidə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə 0,341 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 4 (dörd) ədəd CD disklər iş üçün əhmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd “Samsung A 10” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 və 1 ədəd “Nokia 105” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumuna qaytarılsın. Hökmün maddi sübutların məhv edilməsi və sahibinə qaytarılması hissəsinin icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən X10
Məhkəmə qərarları › İş №1(038)-14/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-14/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver