Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-14/2025 03.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ
1. GİRİŞ HİSSƏ
X4 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, X2 küçəsi 39 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədibi seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundandan sonra CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ:
2.1. TƏSVİRİ HİSSƏ:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə 2024-cü ilin sentyabr ayında «Tik-Tok» sosial şəbəkəsində tanış olduğu Yardımlı rayonu, Dağüzü kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs aralarında yaranmış inam və etibardan sui-istifadə edib Bakı şəhəri ərazisində kafe icarəyə götürərək işlədəcəklərini vəd etməklə aldadaraq sonuncunun 16 yanvar 2025-ci il tarixdə 1000 (min) manat və 2500 (iki min beş yüz) manat, 17 yanvar 2025-ci il tarixdə 2000 (iki min) manat, 19 yanvar 2025-ci il tarixdə 1000 (min) manat, 22 yanvar 2025-ci il tarixdə 500 (beş yüz) manat, 27 yanvar 2025-ci il tarixdə 500 (beş yüz) manat və 07 fevral 2025-ci il tarixdə 300 (üç yüz) manat olmaqla ümumilikdə 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulunu Yardımlı rayonu, Dağüzü kəndi ərazisindən zərərçəkmiş şəxsə məxsus 5239 1517 4128 3652 saylı "xxxx" ASC tərəfindən verilmiş bank kartından özünə məxsus 4169 7388 5106 0610 saylı "xxxx" ASC tərəfindən verilmiş bank kartına elektron qaydada köçürülməsi yolu ilə vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:
təqsirləndilən şəxslər, zərərçəkmiş şəxs və şahidin ifadələri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə vermək istəmədiyini, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, həmçinin himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona zərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə «Tik-Tok» sosial şəbəkəsində tanış olmuşdur. Aynur Rzayevə ona kafedə işlədiyini bildirmiş və aralarında razılığa gəlmişlər ki, icarəyə kafe götürüb işlətsinlər. O, Təqsirləndirilən şəxs inanımış və dükanın icarəsi üçün lazım olan pulu Aynurun kartına köçürmüşdür. O, Təqsirləndirilən şəxs ilə görüşməmiş, yalnız telefonla əlaqə saxlamışlar. Daha sonra isə aldanıldığı başa düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyan tam ödəmişdir. Ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Bakı şəhərində kirayə restoran götürüb işlətmək üçün pul lazım olduğuna görə Səxavət ona bankdan kredit götürməsini bildirmişdir. O, da Bankdan 5.000 manat kredit götürərək Səxavətə vermişdir. Lakin onun götürdüyü kredit Səxavətə lazım olan 10.000 manatdan az olduğu üçün əlavə bacısı Baharda 7.000 manat kredit götürmüş və Səxavətə vermişdir. Sonradan bilmişdir ki, Səxavətla iş qurmaq istəyən Aynur adlı şəxs Səxavətı aldadaraq pulunu ələ keçirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur. Səxavət ona Bakı şəhərində kafe işlətmək üçün pul lazım olduğu bildirmiş və bankdan 7.000 manat kredit götürüb ona verməsini xahiş etmişdir. O, da Bankdan 7.000 manat kredit götürüb Səxavətə vermişdir. Sonradan isə Səxavətın aldadıldığını eşitmişdir.
2.1.1.2. cinayət işinin materialları:
Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 1-də qeydiyyatda olsa da hazırda Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, X2 küçəsi 39 ünvanında yaşayır. Himayəsində 2019-cu il təvəllüdlü oğlu Uğur Rzayev vardır. Müxtəlif kafelərdə ofisiant işləyir. «Tik-Tok» sosial şəbəkəsində «ZƏNGİNQİZ» adlı profil ona məxsusdur. Həmin profildə müxtəlif vaxtlarda canlı yayınlar açmışdır. Həmin canlı yayınların birində, təxminən 2024-cü ilin sentyabr ayında Səxavət adlı biri ilə tanış olmuşdur. Səxavətlə bir müddət «Tik-Tok» sosial şəbəkəsində yazışdıqdan sonra ona öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini göndərərək ondan həmin nömrənin «WhatsApp» hesabına yazmasını istəmişdir. Səxavət də ***-***-**-** nömrə vasitəsi ilə onun ***-***-**-** saylı mobil nömrəsinin «WhatsApp» hesabına yazmışdır. Səxavətlə müxtəlif vaxtlarda «WhatsApp» üzərindən söhbətlər etmişdir. Bu söhbətlər əsnasında o, Səxavətə icarəyə bir kafe götürərək işlətmək istədiyini demişdir. Səxavət də ona özünün də elə bir fikri olduğunu və 2025-ci ilin yanvar ayında Bakı şəhərinə gələrək icarəyə kafe götürəcəyini demişdir. 2024-cü ilin dekabr ayında Səxavət ona internetdən tapdığı kafenin fotoşəkillərini göndərərək həmin kafeni icarəyə götürmək istədiyini demişdir. Səxavət onun ofisiant kimi işlədiyini və kafelər haqqında məlumatlı olduğunu bilmişdir. Səxavət ona hazırda 10000 (on min) manat pulunun olduğunu demiş və ondan Bakı şəhəri ərazisində olduğundan icarəyə götürməyə kafe axtarmasını istəmişdir. O da Səxavətə köməklik edə biləcəyini demişdir. Həmçinin Səxavət ona kafe icarəyə götürdükdən sonra həmin kafenin idarə edilməsini ona həvalə edəcəyini, özünün şəxsi işləri ilə bağlı çox vaxt kafedə ola bilməyəcəyini demişdir. 2025-ci ilin yanvar ayının ortalarında Səxavətdən 100 (yüz) manat borc pul göndərməsini istəmiş və istifadəsində olan 4169 7388 5106 0610 saylı "xxxx" ASC-yə məxsus bank kartının fotoşəklini «WhatsApp» üzərindən Səxavətə göndərmişdir. Səxavət də ona 100 (yüz) manat pul göndərmişdir. Səxavət ona Yardımlı rayonunda yaşadığını, bu səbəbdən kafe tapmağın özü üçün çətin olacağını demiş və ondan təkrar Bakı şəhərində icarəyə götürmək üçün kafe axtarmasını istəmişdir. O da Səxavətə yaxşı bir kafe tapmaq üçün maklerlə iş görmək lazım olduğunu demişdir. 14 yanvar 2025-ci il tarixdə Səxavətə maklerlə görüşəcəyini demiş və ondan pul göndərməsini istəmişdir. Səxavət də 16 yanvar 2025-ci il tarixdə onun daha əvvəldən göndərdiyi 4169 7388 5106 0610 saylı "xxxx" ASC-yə məxsus bank kartına 1000 (min) manat pul göndərmişdir. 16 yanvar 2025-ci il tarixdə «Əhmədli» metrostansiyasının yanında və xatırlamadığı bir neçə yerdə kafelərə gedərək «WhatsApp» vasitəsi ilə Səxavətə görüntülü zəng edərək həmin yerləri ona göstərmişdir. Səxavətə ona göndərdiyi pulları maklerə verdiyini demiş, lakin həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 16 yanvar 2025-ci il tarixdə Səxavətə «Əhmədli» metrostansiyasının yaxınlığında bir kafe tapdığını həmin kafenin sahibinə beh olaraq 1500 (min beş yüz) manat pul verilməli olduğunu, həmçinin kafe sahibinin təmir xərcləri ilə əlaqədar olaraq da pul istədiyini demiş və ondan ümumilikdə 4000 (dörd min) manat pul göndərməsini istəmişdir. Səxavət də 16 yanvar 2025-ci il tarixdə onun 4169 7388 5106 0610 saylı "xxxx" ASC-yə məxsus bank kartına 2500 (iki min beş yüz) manat, 17 yanvar 2025-ci il tarixdə isə 2000 (iki min) manat pul göndərmişdir. Həmin pulu kafe axtarmaq üçün xərcləməmiş və böyük hissəsini öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 18 yanvar 2025-ci il tarixdə o Səxavətə kafeyə işçi tapacağını, bu səbəbdən pul lazım olacağını demiş və ondan 1000 (min) manat pul göndərməsini istəmişdir. Səxavət də 19 yanvar 2025-ci il tarixdə onun 4169 7388 5106 0610 saylı "xxxx" ASC-yə məxsus bank kartına 1000 (min) manat pul göndərmişdir. Daha sonra yenidən təxminən 22 yanvar 2025-ci il tarixdə Səxavətə hazırda icarədə olan şəxsin yanvar ayının sonuna kimi kafedən çıxacağını demiş və xatırlamadığı bir səbəbdən ona pul göndərməsini istəmişdir. Səxavət də onun 4169 7388 5106 0610 saylı "xxxx" ASC-yə məxsus bank kartına 500 (beş yüz) manat pul göndərmişdir. 25 yanvar 2025-ci il tarixdə Səxavətə yenidən kafedə görüləcək işlər olduğunu demiş və ondan pul göndərməsini istəmişdir. Səxavət də 27 yanvar 2025-ci il tarixdə onun 4169 7388 5106 0610 saylı "xxxx" ASC-yə məxsus bank kartına 500 (beş yüz) manat pul göndərmişdir. 29 yanvar 2025-ci il tarixdə Səxavət onunla əlaqə saxlayaraq icarədarın kafedən çıxıb-çıxmadığını soruşmuş, o, Səxavətə həmin şəxsin fevral ayının 10-a kimi möhlət istədiyini demişdir. Həmin vaxt işlədiyi kafedə olduğundan kafedə işləyən ofisiant bir tanışını kafenin icarədarı adı ilə Səxavətlə danışdırmış və özü də onunla danışaraq fevral ayının 10-a kimi möhlət almışdır. Təxminən 2025-ci il fevral ayının 3-4 tarixlərində o və rəfiqəsi Türkiyə Respublikasına getmək üçün hər biri 240 (iki yüz qırx manat) manat olmaqla 2 ədəd bilet almışlar. O oğlu Uğuru görməyə və gəzməyə, rəfiqəsi Ülviyyə isə işləmək üçün ora getmək istəmişdir. 04 fevral 2025-ci il tarixdə o yenidən Səxavətdən pul istəmişdir. Səxavət də 07 fevral 2025-ci il tarixdə onun 4169 7388 5106 0610 saylı "xxxx" ASC-yə məxsus bank kartına 300 (üç yüz) manat pul göndərmişdir. 09 fevral 2025-ci il tarixdə o Səxavətə Bakı şəhərinə gəlməsini, ona konum atacağını demişdir. 10 fevral 2025-ci il tarixdə səhər saatlarında rəfiqəsi Ülviyyə ilə birlikdə Türkiyə Respublikasına getmişlər. Türkiyə Respublikasına gedən zaman Səxavətin ona göndərdiyi pullardan təxminən 4000 (dörd min) manatı qalmışdır. Türkiyə Respublikasında olan zaman həmin puldan 800 (səkkiz yüz) manatını Səxavətə məxsus 5239 1517 4128 3652 saylı bank kartına göndərmiş, qalan pulu isə orada xərcləmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq kafe icarəyə götürmək fikrinin olmadığını, müxtəlif bəhanələrlə Zərərçəkmiş şəxs 10 fevral 2025-ci il tarixədək aldatdığını, 09 fevral 2025-ci il tarixində isə səhəri gün Türkiyə Respublikasına gedəcəyindən Zərərçəkmiş şəxs Bakı şəhərinə dəvət etdiyini, lakin Zərərçəkmiş şəxs 10 fevral 2025-ci il tarixdə Bakı şəhərinə gələn zaman özünün artıq Türkiyə Respublikasında olduğunu bildirmişdir. 11.02. 2025-ci il tarixli «təqdim edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 07 (yeddi) ədəd ödəniş qəbzi təqdim edilmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi **********8 nömrəli qəbzdən görünür ki, 16 yanvar 2025-ci il tarixdə AY***** R***** adı qeyd olunmuş **** 0610 nömrəli "xxxx" ASC tərəfindən verilmiş kart hesabına özünə məxsus «BirBank» tətbiqində istifadə etdiyi **** 3652 nömrəli kart hesabından 1000 (min) manat pul köçürmüşdür. Zərərçəkmiş şəxs təqdim etdiyi **********4 nömrəli qəbzdən görünür ki, 16 yanvar 2025-ci il tarixdə AY***** R***** adı qeyd olunmuş **** 0610 nömrəli "xxxx" ASC tərəfindən verilmiş kart hesabına özünə məxsus «BirBank» tətbiqində istifadə etdiyi **** 3652 nömrəli kart hesabından 2500 (iki min beş yüz) manat pul köçürmüşdür. Zərərçəkmiş şəxs təqdim etdiyi **********5 nömrəli qəbzdən görünür ki, 17 yanvar 2025-ci il tarixdə AY***** R***** adı qeyd olunmuş **** 0610 nömrəli "xxxx" ASC tərəfindən verilmiş kart hesabına özünə məxsus «BirBank» tətbiqində istifadə etdiyi **** 3652 nömrəli kart hesabından 2000 (iki min) manat pul köçürmüşdür. Zərərçəkmiş şəxs təqdim etdiyi **********0 nömrəli qəbzdən görünür ki, 19 yanvar 2025-ci il tarixdə AY***** R***** adı qeyd olunmuş **** 0610 nömrəli "xxxx" ASC tərəfindən verilmiş kart hesabına özünə məxsus «BirBank» tətbiqində istifadə etdiyi **** 3652 nömrəli kart hesabından 1000 (min) manat pul köçürmüşdür. Zərərçəkmiş şəxs təqdim etdiyi **********8 nömrəli qəbzdən görünür ki, 22 yanvar 2025-ci il tarixdə AY***** R***** adı qeyd olunmuş **** 0610 nömrəli "xxxx" ASC tərəfindən verilmiş kart hesabına özünə məxsus «BirBank» tətbiqində istifadə etdiyi **** 3652 nömrəli kart hesabından 500 (beş yüz) manat pul köçürmüşdür. Zərərçəkmiş şəxs təqdim etdiyi **********1 nömrəli qəbzdən görünür ki, 27 yanvar 2025-ci il tarixdə AY***** R***** adı qeyd olunmuş **** 0610 nömrəli "xxxx" ASC tərəfindən verilmiş kart hesabına özünə məxsus «BirBank» tətbiqində istifadə etdiyi **** 3652 nömrəli kart hesabından 500 (beş yüz) manat pul köçürmüşdür. Zərərçəkmiş şəxs təqdim etdiyi **********5 nömrəli qəbzdən görünür ki, 07 fevral 2025-ci il tarixdə AY***** R***** adı qeyd olunmuş **** 0610 nömrəli "xxxx" ASC tərəfindən verilmiş kart hesabına özünə məxsus «BirBank» tətbiqində istifadə etdiyi **** 3652 nömrəli kart hesabından 300 (üç yüz) manat pul köçürmüşdür. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən «Tik-Tok» sosial şəbəkəsi üzərindən aparılan yazışmanın ekran görüntüsündən görünür ki, Aynur adlı şəxs ***-***-**-** saylı mobil nömrəni Zərərçəkmiş şəxs göndərərək ondan «WhatsApp» ani mesajlaşma tətbiqində yazmasını istəmişdir. Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin «WhatsApp» ani mesajlaşma tətbiqi vasitəsi ilə ***-***-**-** saylı mobil nömrə ilə apardığı yazışmaların ekran görüntüsündən görünür ki, Aynur adlı şəxs Zərərçəkmiş şəxsla müxtəlif vaxtlarda icarəyə götürəcəklərini vəd etdiyi kafe barədə yazışmalar aparmış, ona öz istifadəsində olan 4169 7388 5106 0610 nömrəli "xxxx" ASC-yə məxsus bank kartının fotoşəklini göndərmiş, həmçinin müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs icarəyə götürəcəklərini vəd etdiyi kafe üçün beh vermək, maklerə ödəniş etmək, həmin kafeyə qablar almaq adı ilə müxtəlif məbləğlərdə pullar göndərməsini istəmişdir. xx.xx.2025-ci il tarixli «təqdim edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 73** **** 0610 nömrəli plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlara baxış keçirilmiş, həmin kartın hesabına 5239 15** **** 3652 nömrəli kartın hesabından 16 yanvar 2025-ci il tarixdə 1000 (min) manat, 17 yanvar 2025ci il tarixdə 2500 (iki min beş yüz) manat və 2000 (iki min) manat, 21 yanvar 2025-ci il tarixdə 1000 (min) manat, 23 yanvar 2025-ci il tarixdə 500 (beş yüz) manat, 27 yanvar 2025-ci il tarixdə 500 (beş yüz) manat və 07 fevral 2025-ci il tarixdə 300 (üç yüz) manat olmaqla ümumilikdə 7800 (yeddi min səkkiz yüz) manat pul köçürüldüyü müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli «təqdim edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 (bir) ədəd CD-də 25 (iyirmi beş) ədəd səs yazısı qeyd olunmuşdur. Zərərçəkmiş şəxs CD-də olan bütün səs yazılarının Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Həmin səs yazılarından birincisində Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «başına dönərəm mən səni başa düşdüm e, mənə verdin bəs mən makler əli ilə onu tapacam da, maklerə pul verməliyəm axı mən, mənim əlimdə pul olmasa makler tapıb nə edəcəm, makler var e, prosta onla mən gedib baxmalıyam yerlərə, o mənə 3 dənə yer göstərəcəkdir, hər yer göstərdikcə də onun pulunu verməliyəm». Həmin səs yazılarından ikincisində Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «narahat olma hər bir şəraitini yaradacam, imkan daxilində çalışacam sənə biraz da aşağı eliyim, düzəldim, düzüm qoşum, narahat olma yaxşı olacaq, səbrli ol hər şey gözəl olacaq». Həmin səs yazılarından üçüncüsündə Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «sabahın xeyir, necəsən Səxavət, canın başın vəziyyət, Səxavət yuxudan durmuşam indi gedirik ora qızla, gedim baxım ora uje danışım, pulunu zadı verək görək nağayrırıq, sən neynəyə bildin göndərəcəksən bu gün ya yox yerdə qalanı». Həmin səs yazılarından dördüncüsündə Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «Səxavət axşamın xeyir, necəsən nə var nə yox, ay Səxavət səhər ata bilərsən mənə 1000, sən at mən işçiləri uje ayarlamışam, ayın axırına bəlkə qalmadı elə tez oldu». Həmin səs yazılarından beşincisində Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «dediyimi at ki, 1000, uje başlıyıb hər şeyi mən yavaş-yavaş alıb yığacam, tədricən işlərimi görəcəm». Həmin səs yazılarından altıncısında Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «neynirsən Səxavət, nə var nə yox, bu günləri getdim sənə dediyim yerə, pulu dedim e vermişəm ora baxırdım, orda oturdum nəzarət elədim ki necə gedir, bütün gün orada oturmuşam inanırsan yuxu yatmamışam». Həmin səs yazılarından yeddincisində Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «iş-gücdü də ay Səxavət, gedirəm baxıram otururam, ordan da keçirəm işə, salamatçılıqdı hələ səbr elə sən tələsmə, tələsərik təndirə düşərik, bu gün də çıxıb başqa-başqa yerlərə də baxacam, görüm başqa yerlərdə necədi, səbrli ol». Həmin səs yazılarından səkkizincisində Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «narahat olma qadan alım, arxayın ol, prosta mənə biraz pul göndərsəydin mən ürəklə yaxınlaşıb maklerlə işimi həll eliyərdim». Həmin səs yazılarından doqquzuncusunda Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «Səxavət bax bu obyekti deyirəm, içində gedirəm otururam da, kənarda oturub çəkirəm, gələnə-gedənə baxıram, alıb içinə kimi yığmışam, vitrini zadı yığmışam, uje nə qalıb ayın axırına, o vitrini işlətmir deyə özüm işlədəcəm, işləyən vitrindi, alıb sokudu, suyudu, bir-iki şeylərini alıb yığmışam, indi yenə pul çatışmayacaqdı, mənə 500 göndərə bilərsənmi, bazarlığını zadı eliyirəm uje ki, yavaş-yavaş mən eliyim yığım nədi nə deyil, fsyo 500 lazımdı, arendasını zadı sənə demişdim e başdan vermişəm». Həmin səs yazılarından onuncusunda Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «mən sənə o dünən dediyimi şey elə ki, mən çıxacam birazdan gedim həm maklerin pulun verim, həm də birdən ola bilsin beh istədilər başdan, düzdü oranı göstərəcəm sənə çəkib atacam, həm də başdan beh istəyəcəklər ki bilək ki götürürsüz». Həmin səs yazılarından on birincisində Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «həə ay Səxavət mən də yavaş-yavaş çatmıyan şeyləri indidən alıram, qab-qacağına, qazanlarına baxırsan adam iyrənir, təzələyirəm, qabqacağa bilirsən nə qədər pul gedir». Həmin səs yazılarından on ikincisində Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «arendaçı ayın axırı çıxacaq, ayın axırına danışmışıq, ayın axırı çıxacaq sonra uje mən keçəcəm, prosta indidən çatmıyan şeyləri alıb yığıram». Həmin səs yazılarından on üçüncüsündə Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «vallah qazan vapşim yoxdu, qab-qacaqda n qədər pul apardı, demək olar yarıdan çox onlara getdi, bir şey yoxdu». Həmin səs yazılarından on dördüncüsündə Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «vallah mənim günümə on beşdi, qəpik-qəpik yığıb 1000 də mən qoymuşam, yəni gedir, gör neyniyirsən, birindən tap göndər, sonra ordan alanda sən ona verərsən». Həmin səs yazılarından on beşincisində Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «mən nə deyim ay Səxavət, maklerlər faizə işləyən adamlardı, üç dənə yer göstərəcəkdi, başdan deyəcəm ki normal yerlərə apar, onlar bəzən qəsdən pis yerə aparırlar ki ikinci dəfə uje biraz pul çıxsın, indi gedib baxacam, nə deyim, 300-dən 500-dən bir şey göndər, 500 göndərə bilsəydin mən rahat baxardım, olar da sənin də xoşuna gələr, mənim də xoşuma gələr götürərik, qızın yanına düşdüm, burda internet var, göndərirsənsə mən də meqabayt yoxdur, göndər gəlsin, nə qədər götürmüsən? 500 göndərsən heç olmasa obyektə baxıb şəkil atardım, xoşuna gəlsə başdan faiz verərdim ki saxlıyardılar bizə, başqalarına verməzdilər». Həmin səs yazılarından on altıncısında Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «narahat olma e ürəyim qurban, işlək yerdi onsuz da çıxacaqdı, ayın 10-a kimi eybi yoxdu möhlət verək, bayaqdan yalvarır ki razılaşmadı sən gör razı sala bilirsənmi 10-a kimi, bu boyda gözləmişik 10-a kimi guya nədi ki, gözləyək işlərini yola versin, rayona gedir e anasının vəziyyəti pisdi, qayıtsın yoluna qoyaq». Həmin səs yazılarından on yeddincisində Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «birdə yalandan yol pulu verib gəlged eləmə də, mən deyən vaxtı gəl ki, qoy rahat şey eləyək, özdə ona da yol pulu verib gəlib gedəcsən, həm də mən işdə oluram narahat olma, mənə inanmırsan ki, bu boyda inanıb indi inanmırsan». Həmin səs yazılarından on səkkizincisində Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «sən o 450 manatı deyirsən kredit götürmüşəm, ona nə qədər aylıq ödüyürsən». Həmin səs yazılarından on doqqunucusunda Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «ay Səxavət gəlmişəm qızın yanına, işim var idi indi çıxmışam, elə ordan da döndüm, zəng eliyə bilirsənsə elə, eliyə bilmirsənsə mən edirəm niyə açmırsan, verim özün danış da, demədin qızla danışmaq istəyirəm, verim danış da mən də tələsirəm işim var getməliyəm». Həmin səs yazılarından iyirmincisində Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «olmuyacaqdı da, onu şey eləyəcəkdi, mən sənə obyekti axtarandan dedim ki asan deyil, obyekt tapmaq çətindi, dalına düşürsən, elə bilirsən elə gəldim bir dənə obyektə başımı soxdum, onu işlədə biləcsən? yox, obyekti gərək gəzəsən, axtarasan, tapasan, plan məndə də var e, qurban olum sənə, mən də istəyərəm ki iş getsin, mən də istəyərəm yığışaq, mən də istəyərəm ki 5 manat, 3 manat pul qazanım, sən inanırsan ki mən 1 həftədi işləmirəm, «Quran»a and olsun 1 həftədi işləmirəm, işlər zəif olduğundan müdir çıxartdı, iş yoxdu, işlər zəifdi, indi bir dənə bu yetim obyektinə adam yığıbdı, işi gedir, indi bunu çürükçülük etməyin, uzatmağın nə adı var ki, insanıq da söz danışdıq, orda ona elə deyirsən burda belə deyirsən, nə bilim vallah». Həmin səs yazılarından iyirmi birincisində Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «Səxavət söz, vallah söz, narahat olma ayın 10-dan oyana qalmayacaq, ayın 10-da uje yığışacaqsan, ondan oyana mümkünsüzdü qala, uje mən imkan vermərəm». Həmin səs yazılarından iyirmi ikinincisində Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «obyektin adını yazdırmışam «Səxavətli dostlar»«. Həmin səs yazılarından iyirmi üçüncüsündə Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «sənin adının mənasını yazdırmışam, düzəltdirmişəm». Həmin səs yazılarından iyirmi dördüncüsündə Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «doğrudan, çox fikirləşdim, axırda bunu tapdım «Səxavətli dostlar», həm adın gedir, həm də adının mənasıdı da dostlar». Həmin səs yazılarından iyirmi beşincisində Təqsirləndirilən şəxs qeyd etmişdir ki, «indidən tələsmə, ayın 10-una var, ayın 10-u gəlsin, hələ 10 gün var, çıxmamışdan 1 gün qabaqdan deyərsən ki, ay müdir mən çıxıram özünə adam tap, yenə 10 gün də 10 gündü, işdi çıxıb nağayracsan, Bu gün deyəcsən bu gün də adam tapıb qoyacaq ora, sonra nağayracsan, 10 günü boş boşuna oturacsan, tələsmə». Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş özünə məxsus 5239 1517 4128 3652 saylı plastik kart hesabında həyata keçirilmiş əməliyyatlara dair "xxxx" ASC-dən götürdüyü çıxarış 11 (on bir) vərəqdən ibarətdir. Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 5239 15** **** 3652 nömrəli plastik kart hesabında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlarda həmin kartın hesabından 4169 73** **** 0610 nömrəli kartın hesabına xx.xx.2025-ci il tarixdə 1000 (min) manat, xx.xx.2025-ci il tarixdə 2500 (iki min beş yüz) manat və 2000 (iki min) manat, xx.xx.2025-ci il tarixdə 1000 (min) manat, xx.xx.2025-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2025-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2025-ci il tarixdə 300 (üç yüz) manat olmaqla ümumilikdə 7800 (yeddi min səkkiz yüz) manat pul köçürüldüyü müəyyən olunmuşdur. Səhiyyə Nazirliyi «Respublika Psixatriya Xəstəxanası» PHŞ-nin 01.03. 2025-ci il tarixli, 3-28-29/2-2205/2025 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.12. 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə barəsində olan cinayət işinin icraatına CM-nin 73-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2025-ci il tarixli «cinayət törətməkrdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Rzayeva X1 RPŞ-nin MSY-dən azad edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 07 ədəd ödəniş qəbzləri, 05 vərəq «TİK-TOK» sosial şəbəkəsi və «WhatsApp» ani mesajlaşma tətbiqi vasitəsi ilə aparılan yazışmaların ekran görüntüləri, Təqsirləndirilən şəxs «WhatsApp» ani mesajlaşma tətbiqi vasitəsi ona göndərdiyi səs yazılarını özündə əks etdirən 01 ədəd CD, 11 vərəq "xxxx" ASC-yə məxsus plastik kart hesabında həyata keçirilmiş əməliyyatılara dair çıxarışlar və Təqsirləndirilən şəxs təqdim etdiyi 11 vərəq "xxxx" ASC-yə məxsus plastik kart hesabında həyata keçirilmiş əməliyyatılara dair çıxarışlar iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 2 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. AA6001713 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə doğulmuşdur.
2.2. ƏSASLANDİRİCİ HİSSƏ:
2.2.1 əməlin tövsifi ilə bağlı:
Məhkəmə, məhkəmə istintaqında cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Belə ki, CM-nin 178.1-ci maddəsinə görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməli hesab edilir. CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməl xeyli miqdarda ziyan vurmaqla törədildikdə CM-in 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. CM-nin 177-ci maddəsinin «Qeyd» hissəsinin 2-ci və 3-cü bəndində göstərilir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, «xüsusilə külli miqdar» dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə 2024-cü ilin sentyabr ayında «Tik-Tok» sosial şəbəkəsində tanış olduğu Yardımlı rayonu, Dağüzü kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs aralarında yaranmış inam və etibardan sui-istifadə edib Bakı şəhəri ərazisində kafe icarəyə götürərək işlədəcəklərini vəd etməklə aldadaraq sonuncunun 16 yanvar 2025-ci il tarixdə 1000 (min) manat və 2500 (iki min beş yüz) manat, 17 yanvar 2025-ci il tarixdə 2000 (iki min) manat, 19 yanvar 2025-ci il tarixdə 1000 (min) manat, 22 yanvar 2025-ci il tarixdə 500 (beş yüz) manat, 27 yanvar 2025-ci il tarixdə 500 (beş yüz) manat və 07 fevral 2025-ci il tarixdə 300 (üç yüz) manat olmaqla ümumilikdə 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulunu Yardımlı rayonu, Dağüzü kəndi ərazisindən zərərçəkmiş şəxsə məxsus 5239 1517 4128 3652 saylı "xxxx" ASC tərəfindən verilmiş bank kartından özünə məxsus 4169 7388 5106 0610 saylı "xxxx" ASC tərəfindən verilmiş bank kartına elektron qaydada köçürülməsi yolu ilə vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, eləcə də işdə olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Törədilmiş əməl CM-in 178.2.4-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.
2.2.2. təqsirləndirilən şəxslərə təyin ediləcək cəza ilə bağlı:
CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanı ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. CM-nin 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxs islah olunmağa meyilli olmasını törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz cərimə növündə cəzaya məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutularaq həbsdə saxlandığı 2(iki) gün müddət CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur
2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı
Azərbaycan Respyblikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən bu Məcəllənin 132.1.4–132.1.7-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etməlidir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxmından məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş «TİK-TOK» sosial şəbəkəsi və «WhatsApp» ani mesajlaşma tətbiqi vasitəsi ilə aparılan yazışmaların ekran görüntüləri, ödəniş qəbzləri, plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlar və 1 ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, ekspertiza xərci və mülki iddia yoxdur.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 4000( dörd min ) manat miqdarda cərimə cəzası təyin edilsin.
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulmada saxlandığı 2(iki) gün müddət ona təyin edilmiş cərimə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3800(üç min səkkiz yüz) manat miqdarda cərimə cəzası saxlanılsın.
3. Cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin.
4. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılsın.
5. Maddi sübutlar - «TİK-TOK» sosial şəbəkəsi və «WhatsApp» ani mesajlaşma tətbiqi vasitəsi ilə aparılan yazışmaların ekran görüntüləri, ödəniş qəbzləri, plastik kart hesablarında həyata keçirilmiş əməliyyatlara dair çıxarışlar və 1 ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın.
6. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
7. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
X4