Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-15/2023 03.08.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi K1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə. xx xxxxxxx 2004-cü ildə Yevlax rayonu Xanabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, 3-cü dərəcə əlilliyi olan, Yevlax rayonu Xanabad kəndində qeydiyyatda olan və yaşayan, Cəbrayıl rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 10 ay 17 gün çəkilməmiş cəzası qalan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs məxsus 450 (dörd yüz əlli) AZN məbləğində pulu sonuncunun istifadəsində olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 9610 6439 nömrəli plastik kartın hesabından “Cib” mobil tətbiqi vasitəsilə digər, yəni öz istifadəsində olan və həmin cinayət əməlinin törədilməsindən xəbərsiz tanışı Şahid adına olan "xxxx" ASC tərəfindən verilmiş 5103 0715 2125 1187 nömrəli plastik kartın hesabına köçürməklə nağdlaşdırmış, gizli yolla talayıb Zərərçəkmiş şəxs 450 (dörd yüz əlli) AZN məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ittiham edildiyi cinayət əməlinə görə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmudur. 2022-ci ilin mart ayının ortalarında özünə məxsus mailto:faize.pul.22112@gmail.comElektron ünvan ünvanı ilə mobil telefona yüklədiyi “İnstagram” sosial şəbəkəsində pul əldə etmək məqsədi ilə “faize-pul-45” profilini yaratmış və həmin profil altında “təcili kredit üçün buyurun” sözlərini yazmışdır. Bundan sonra həmin səhifədə tanış olaraq alver edəcəyi üçün plastik kart əldə etmək istəmişdir. Lakin 18 yaşı olmadığı üçün banklar ona plastik kart verməmişdir. Buna görə də tanışı Şahid Elşad oğlundan öz adına bankdan kart götürərək istifadə etmək üçün ona verməsini xahiş etmişdir. Rəşad da onun xahişini nəzərə alıb "xxxx" ASC-dən bir ədəd plastik kart götürərək istifadə etmək üçün ona vermişdir. 15 sentyabr 2022-ci il tarixdə tanımadığı şəxs həmin səhifəyə mesaj yazaraq kreditə pul götürmək istədiyini bildirmişdir. O, da həmin şəxsə istifadəsində olan 077 357 18 18 saylı mobil nömrəni yazaraq “WhatsApp” proqramı vasitəsi ilə onunla yazışmasını demişdir. Həmin şəxs də 050 988 71 46 saylı mobil nömrənin “WhatsApp” proqramı vasitəsi ilə ona mesaj yazmışdır. Həmin şəxs ondan 900 (doqquz yüz) manat faizə pul istəmişdir. O, da həmin şəxsə adının Rəşad olduğunu bildirmiş və 900 (doqquz yüz) manat pulu faizə vermək üçün ondan 110 (yüz on) manat pulu rüsum olaraq göndərməsini demişdir. Sonradan adını və soyadını bildiyi Yardımlı rayon sakini Zərərçəkmiş şəxs də onunla razılaşmışdır. O, Fəridə “WhatsApp” proqramı vasitəsi ilə tanışı Şahid adına olan "xxxx" ASC tərəfindən verilmiş 5103 0715 2125 1187 saylı plastik kartın fotoşəklini göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs həmin kartın hesabına 110 manat pul göndərmişdir. Sonra Zərərçəkmiş şəxs “sən istifadəndə olan kartın və şəxsiyyət vəsiqənin surətlərini mənə göndər, mən də sənə 900 (doqquz yüz) manat pul göndərəcəyəm” yazmışdır. Fərid kartın və şəxsiyyət vəsiqəsinin şəkillərini ona göndərmişdir. O da Fəridin kart hesabına baxdıqda həmin kartın hesabında pul olmadığını görmüşdür. Buna görə də Fəridə “sənə faizə pul vermək üçün gərək kartının hesabında 450 manat pul olsun” yazmışdır. Fəriddə onunla razılaşmış və kart hesabına 450 manat pul yükləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs məxsus 4169 7385 9610 6439 saylı plastik kartı “Cib” mobil tətbiqinə əlavə etmişdir. Zərərçəkmiş şəxs mobil telefonuna gələcək “SMS”-i təsdiq etməsini və SMS-in fotoşəklini çəkərək ona göndərməsini yazmışdır. Zərərçəkmiş şəxs də özünə məxsus mobil telefona gəlmiş SMS-in fotoşəklini ona göndərmişdir. O da 450 manat pulu Zərərçəkmiş şəxs xəbəri olmadan və ondan gizli onun istifadəsində olan 4169 7385 9610 6439 saylı plastik kartın hesabından öz istifadəsində olan 5103 0715 2125 1187 saylı plastik kartın hesabına köçürmüşdür. Sonradan həmin pulu nağdlaşdırıb öz ehtiyacları üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmiş və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən cəza təyini zamanı xəstə olduğunu və gözünün əyriliyindən əziyyət çəkməsini, 3-cü dərəcə əlil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilməklə elan edilmiş ifadəsindən görünür ki, 1 il bundan əvvəl “İnstagram” sosial şəbəkəsində “faize pul” adlı səhifəyə baxdığı zaman özünü Elşad kimi təqdim edən şəxslə yazışaraq tanış olmuşdur. 15 sentyabr 2022-ci il tarixdə həmin şəxslə əlaqə saxladığı zaman ona faizə pul lazım olduğunu bildirmişdir. Həmin şəxs də ona 077 357 18 18 mobil nömrəsini vermiş və “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamasını bildirmişdir. O, da özünə məxsus 050 988 71 46 saylı mobil nömrənin “WhatsApp” proqramı vasitəsi ilə onunla əlaqə saxlamışdır. Elşad adlı şəxs ona faizə 900 (doqquz yüz) manat pul verə biləcəyini, bunun müqabilində onun 110 (yüz on) manat rüsum göndərməli olduğunu demişdir. O, da 110 manat pulu onun verdiyi "xxxx" ASC tərəfindən verilmiş 5103 0715 2125 1187 saylı plastik kartın hesabına “Milliön” ödəmə terminalı vasitəsilə köçürmüşdür. Bir neçə saat sonra Elşad adlı şəxs ondan "xxxx" ASC tərəfindən verilmiş kartın və şəxsiyyət vəsiqəsinin fotoşəkillərini istəmişdir. O, "xxxx" ASC tərəfindən verilmiş öz adına olan kartın və şəxsiyyət vəsiqəsinin fotoşəkillərini ona göndərmişdir. Sonra Elşad adlı şəxs ona pulu göndərmək üçün kartında 450 manat pul olmasını bildirmişdir. O, 450 manat pulu “Milliön” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 9610 6439 kartın hesabına köçürmüşdür. Sonra bu barədə Elşad adlı şəxsə məlumat vermişdir. Elşad adlı şəxs ondan 4 (dörd) rəqəmli kodu istəmiş, o, da həmin kodun nömrəsini demişdir. Təxminən 5-10 dəqiqə sonra onun kartında olan 450 manat pul icazəsi olmadan kart hesabından çıxarılmışdır. Sonra Elşad adlı şəxslə onun istifadəsində olan 077 357 18 18 mobil nömrə ilə əlaqə saxlamaq istəmiş, lakin Elşad adlı şəxs telefonu söndürmüşdür. Polisə şikayət edəndən sonra onu aldadan və icazəsi olmadan istifadə etdiyi 4169 7385 9610 6439 nömrəli plastik kartdan 450 manat pulunu gizli yolla ələ keçirən şəxsin Yevlax rayon sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək, ona dəymiş ziyanın tam ödənilməsini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını göstərərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan "xxxx" ASC-nin 03 fevral 2023-cü il tarixli məktubundan görünür ki, 5103 0715 2125 1187 nömrəli plastik kart Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi S.Əliyev küçəsində yaşayan Şahid adınadır və 560 manat pul 15 sentyabr 2022-ci il tarixdə həmin karta köcürülmüşdür. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin səmimi etirafı, zərər çəkmiş şəxsin və şahidin ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadələri ilə, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə oğurluq etməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144- 146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsiri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir və ondan şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat, Statistika və İnformasiya İdarəsinin 30 mart 2023-cü il tarixli tələbnaməsindən və Cəbrayıl rayon məhkəməsinin 15 dekabr 2022-ci il tarixli,1(072)-25/2022 nömrəli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 14 aprel 2023-cü il tarixli, 18/6 nömrəli məktubundan görünür ki, Cəbrayıl rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixə çəkilməmiş cəzası 09 ay 09 gün təşkil edir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs ərazidə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax şəhər İHB-nin Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli, 334 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası və biri azyalı olmaqla, iki qardaşı ilə birlikdə Yevlax rayonu Xanabad kəndində yaşayır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci mаddəsinə görə, cinаyət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəаlаrı nəzərə аlınmаqlа Xüsusi hissəsinin müvаfiq mаddələrində nəzərdə tutulmuş hədlərdə ədаlətli cəzа təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan dövrdə cinayət əməli törətməsi,zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödəməsi CM-nin CM-nin 59.1.2, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır, bundan başqa onun əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yetkinlik yaşına çatmayan dövrdə cinayət əməlini törətməsini məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin hallarından görünür ki, baş vermiş hadısədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir və onlar barımışlar. Zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Həmçinin ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 66.5-cu maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına Cəbrayıl rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. CM-nin 85.4-1.-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cəbrayıl rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən X2
Məhkəmə qərarları › İş №1(038)-15/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-15/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver