Məhkəmə qərarları › İş №1(038)-15/2024

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-15/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-15/2024 13.06.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X22 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, tərcüməçi X18 və müdafiəçisi, Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci ildə İran İslam Respublikasının Germi şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, İran İslam Respublikasının Germi şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Belə ki, o Azərbaycan Respublikasına qanunsuz gəlmək məqsədi ilə 21 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqlərindən kənarda, yəni dövlət sərhəd xidmətinin «N» saylı hərbi hissəsinin Yardımlı Rayonu Ostair kəndində yerləşən «N» saylı sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, İran İslam Respublikasında iş tapa bilmədiyi üçün işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişdir. Lakin hərbi xidmətdə olmadığı üçün Azərbaycana rəsmi qaydada gələ bilmədiyi üçün dövlət sərhədini qanunsuz keçmək qərarına gəlmişdir. Bu məqsədlə o, qohumu Nemətə müraciət edərək ona dövlət sərhədini keçməsində köməklik göstərməsini xahiş etmişdir. Nemət onun dövlət sərhədini qanunsuz keçməsində köməklik göstərəcəyi ilə razılaşmış və bunun üçün ondan 800 ABŞ dolları pul istəmişdir. Onun Nemətə həmin məbləği verməyə imkanı olmadığı üçün, yalnız 300 ABŞ dollar verə bilcəyini bildirmiş və Nemətlə razılaşmışdır. 21 oktyabr 2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşları Nemət və sonradan tanıdığı Canəli adlı şəxslə birlikdə avtomobillə sərhədyanı əraziyə gəlmişlər. Nemət əlində olan gecəgörmə cihazı ilə ərtafa baxmış və ərazidə hərbiçilər olmadığı üçün ona Azərbaycan Respublikası istiqəmətində getməsini söyləmişdir. O, bir müddət getdikdən sonra istiqaməti itirmiş və ətrafda olan heyvanların səsindən qorxduğu üçün Nemətə zəng edib kömək istəmişdir. Nemət ona olduğu yerdə qalmasını və yanına bir nəfəri göndərəcəyini bildirmişdir. Bir müddətdən sonra həmin şəxs onun yanına gəlmiş və onlar birlikdə hərəkət etməyə başlamışlar. Birdən qarşılarına Azərbaycan hərbiçiləri çıxmış və onlara «dayan» komandası vermişlər. Həmin vaxt o yerində durub qalmış, lakin Canəli üzərində olan silahdan havaya atəş açaraq geriyə qaçmağa başlamışdır. Bir müddətdən sonra hərbiçilər Canəlini də saxlamışlar və birlikdə onları Sərhəd zastavasına aparmışlar. Zastavada Canəlidə aşkar olunmuş bağlamaya baxış keçirilmiş və bağlamada narkotik vasitə və psixotrop maddələr aşkar edilmişdir. Canəlinin üzərində silah və narkotik vasitə olmasından o, xəbərsiz olmuş, ümumiyyətlə bu barədə ona bir söz deyilməmişdir. Təqsirləndirilən şəxs son sözündə hərəkətindən peşman olmasını, gənc olmasını, anasının onkoloji xəstə olduğunu və Azərbaycan Respublikasına işləmək üçün gəldiyini göstərərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş «N» saylı hərbi hissənin hərbi qulluqçusu X12 ifadəsində göstərmişdir ki, «N» saylı sərhəd zastavasının «N» saylı sahəsindən külli miqdarda narkotik vasitələrin keçirilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında o və kiçik gizir X5 21 oktyabr 2023-cü il tarixdə «Pusqu» xidmətinə təyin edilmişdir. Həmin vaxt saat 01 radələrində iki nəfər şəxsin rejim zonasında İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət etmələrini müşahidə etmişlər. Həmin şəxslər onlara çatmağa 3-4 metr qalmış, onlara «dayan» komandası vermişlər. Həmin şəxslərdən biri qaçmağa cəhd etsədə dərhal saxlanılmış, digər sərhəd pozucusu isə üzərində olan bağlamanı ərazidə atmış və silahdan havaya atəş açaraq İran İslam Respublikası istiqamətində qaçmışdır. Lakin bir neçə dəqiqədən sonra həmin şəxsdə saxlanılmışdır. Həmin şəxslərdən gecəgörmə cihazı və silah, həmçinin ərazidən bir ədəd çanta aşkar edilərək götürülmüşdür. Daha sonra hadisə yerinə həyəcan qrupu gəlmiş və sərhəd pozucularını sərhəd zastavasına aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş «N» saylı hərbi hissənin hərbi qulluqçusu X5 şahid X8 verdiyi ifadəsi ilə analoji məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: 22 oktyabr 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış yeri «N» saylı hərbi hissənin Yardımlı rayonu ərazisində yerləşən «N» saylı zastavanıın «N» saylı sahəsidir. Əraziyə baxış keçirilən zaman «N» saylı sahədə dövlət sərhəd xidmətində iki nəfərə məxsus ayaq izlərinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsi müşahidə edilmişdir. 22 oktyabr 2023-cü il tarixli «Götürmə haqqında» protokollardan görünür ki, «N» saylı hərbi hissənin Yardımlı rayonu ərazisində yerləşən «N» saylı zastavanın «N» saylı sahəsində dövlət sərhədini pozaraq hərbi qulluqçulara qarşı müqavimət göstərmiş X2 «Baredda» markalı pistolet silahı götürülmüş və Canəli İbrahimzadənin əraziyə atdığı bir ədəd bel çantasına baxış zamanı ümumi çəkisi qutularla birlikdə 5435 qram narkotik vasitə olan heroinə bənzər, ümumi çəkisi qutularla birlikdə 3620 qram narkotik vasitə olan metamfetaminə bənzər maddələrin olması müəyyən edilmişdir. 22 oktyabr 2023-cü il tarxli «İnzibati qaydada tutulma haqqında» protokollardan görünür ki, X6 22 oktyabr 2023-cü il tarixdə, saat 00:10-da, Təqsirləndirilən şəxs isə həmin tarixdə saat 03:45-də İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz keçdiyinə görə saxlanılmışlar. «Şübhəli şəxsin tutulması haqqında» 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 4(009)- 750/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 4(009)-70/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 03 ay, yəni 22 may 2024-cü il tarixədək uzadılmışdır. Ambulator X3 23 dekabr 2023-cü il tarixli, 8412 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ağır somatik xəstəlik keçirməmişdir. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 25 dekabr 2023-cü il tarixli, 3592 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməli dövründə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. «Sübutların qiymətləndirilməsi haqqında» 21 aprel 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası CM-nin 318.1, 228.2.1, 206.3.2 ,234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi haqqında və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə cinayət işi hazırki cinayət işinin materiallarından ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CM-nin 318.1-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini, yəni 21 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməsi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 318.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkünsüz hesab edərək barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşıdır və Azərbaycan Respublikasında daimi yaşayış yeri yoxdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.14cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı məsələsini müzakirə edərək, aşağıdakıları qeyd edir; CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Bu baxımdan məhkəmə hesab edir ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs CM-nin 58.3-cü mаddəsinə əsasən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla o, cəzasını çəkib qurtardıqdan sonra CM-nin 52-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o əsas cəza növünü çəkib qurtarandan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Hökmdən elan olunduğu (məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surəti verildiyi andan) 20(iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar