Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-15/2025 17.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X8 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 212 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ:
2.1. TƏSVİRİ HİSSƏ:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 (bir) ədəd Makarov konstruksiyalı «Baykal-442» modelli tapança, 01 (bir) ədəd həmin tapançanın komplekt hissəsi olan daraq və 04 (dörd) ədəd Makarov(PM) və Steçkin(APS) konstruksiyalı tapançaların ştat patronlarını əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2025-ci il tarixdə saat 00:52 radələrində Yardımlı rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı şəhəri, H.Əliyev prospekti 78 ünvanında yerləşən qonaq evində müvəqqəti yaşadığı otaqda saxlanılmış, onun üzərində yoxlanış və otağa baxış keçirilən zaman otaqda olan çarpayının üzərindəki döşəyin altından 01 (bir) ədəd ********** nömrəli, zavod üsulu ilə Rusiya dövlətində 2021-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı «Baykal-442» modelli, yivli, texniki cəhətdən saz, atəş üçün yararlı tapança, 01 (bir) ədəd üzərində 34671 nömrəsi olan, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, təyinatı üzrə istifadə üçün yararlı, həmin kalibrli Makarov konstruksiyalı «Baykal-442» modelli tapançanın komplekt hissəsi olan daraq və 04 (dörd) ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən, Makarov(PM) və Steçkin(APS) konstruksiyalı tapançaların ştat patronları aşkar edilərək götürülmüşdür.
2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 2.1.1.1. təqsirləndilən şəxslər, zərərçəkmiş şəxs və şahidin ifadələri:
Təqsirləndirilən şəxs ona CM-in 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, İstintaq təcridxanasında saxlanılarkən «Elməddin» adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. İdarə etdiyi avtomobili nasaz olduğu müddətdə Elməddin adlı İİR-nın vətəndaşı onun mobil telefonuna zəng etmişdir. Söhbət zamanı avtomobilinin təmiri üçün pula ehtiyacı olduğunu Elməddində bildirmişdir. Bir müddətdən sonra yenidən Elməddinlə telefonla danışarkən Elməddinə pula ehtiyacı olduğu görə özünə məxsus tapançasını satmaq istədiyini demiş və Elməddin ona fikirləşib cavab verəcəyini bildirmişdir. Bir müddətdən sonra Elməddin ona zəng edərək tapançanı almaq istəyən şəxs olduğunu və bunun üçün Yardımlı rayonuna getməsini bildirmişdir.Bundan sonra o, Bakı şəhərindən çıxaraq Masallı rayonuna, oradan isə taksi ilə Yardımlı rayonuna gəlmişdir. Yardımlı rayonunda oteldə olduğu zaman Elməddin onun mobil teülefonuna «konum» göndərmişdir. Həmin «konum» uzaq ərazi olduğu üçün həmin yerə getməmiş və geri qayıtmaq qərarına gəlmişdir. O, oteldə olduğu zaman polis əməkdaşları onun qaldığı otağa daxil olmuş və çarpayının üzərindəki döşəyin altında gizlətdiyi yerdən tapançanı aşkar edərək götürmüşlər. Aşkar edilmiş tapançanı o, Lökbatan dairəsi adlanan yerdə, avtobus dayanacağının arxasından tapmışdır. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Şahid Yardımlı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri, polis serjantı X3 ifadəsində göstərdi ki, Yardımlı rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili X2 əməliyyat məlumatı daxil olduğu üçün 13 aprel 2025-ci il tarixdə, saat 00:52 radələrində Yardımlı Rayon Polis Şöbəsinin polis əməkdaşları X4,X5, X1 və X6 ilə birlikdə Təqsirləndirilən şəxs Yardımlı şəhərində yerləşən qonaq evində qaldığıl otaqda saxlamışlar. Təqsirləndirilən şəxsnün qaldığı otağa və üzərində videoçəkiliş vasitəsi axtarış aparılmışdır. Axtarış zamanı döşəyin altından tapança aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Yardımlı rayonuna gəlməsinin səbəbi soruşulduqda, Yardımlı rayonuna İİR-nın vətəndaşına silah satmaq üçün gəldiyini və həmin silahı “Lökbatan dairəsi” adlanan yerdən tapdığını bildirmişdir. Şahid Yardımlı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri, polis kiçik serjantı X6 ifadəsində göstərdi ki, 13 aprel 2025-ci il tarixdə Yardımlı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili X2 əməliyyat məlumatı daxil olduğu üçün əməliyyat qrupu yaradılmışdır. Yardımlı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili X4, pols əməkdaşları X5, X1 və X3 ilə birlikdə əməliyyat qrupunun tərkibində onlar həmin gün saat 00:52 radələrində Təqsirləndirilən şəxs Yardımlı şəhərində yerləşən oteldə qaldığı otaqda saxlamışlar. Otaqda axtarış aparılmış və otaqda olan çarpayının üzərindəki döşəyin altından 1 ədəd tapança aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs otaqda aşkar edilmiş tapançanı İran İslam Respublikasının vətəndaşına 1500 manata satmaq məqsədi ilə Yardımlı rayonuna gəldiyini bildirmişdir.
2.1.1.2 cinayət işinin materialları:
Məhkəmə ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/609 nömrəli rəyindən görünür ki; - Tədqiqata təqdim edilmiş 01 ədəd ********** №-li silah, zavod üsulu ilə Rusiya dövlətində 2021-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı «Baykal- 442» modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. - Tədqiqata təqdim edilmiş 01 ədəd üzərində 34671 №-si olan daraq zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı «Baykal-442» modelli tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, Makarov(PM) və Steçkin(APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. - Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. xx.xx.2025-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona məxsus 01 (bir) ədəd «İnfinix SMART 9» markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Həmin telefonun «Qalareya» bölməsinə daxil olan zaman 12 aprel 2025-ci il tarixdə saat 16:25 dəqiqədə qeydə alınmış «WhatsApp» ani mesajlaşma tətbiqində +7 929 925-13-58 saylı mobil nömrə ilə aparılmış zəngin ekran görüntüsü olduğu müəyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman «Elməddin» adlı İran İslam Respublikası vətəndaşı ilə «WhatsApp» ani mesajlaşma tətbiqində +7 929 925-13-58 saylı nömrədən əlaqə saxladığını bildirmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar olunmamışdır. xx.xx.2025-ci il tarixli «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-yə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmədə şübhəli olduğu üçün üçün Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 aprel 2025-ci il tarixdə Yardımlı şəhəri, H.Əliyev prospekti, 78 ünvanında yerləşən qonaq evində müvəqqəti yaşadığı otaqda saxlanılmışdır. Fasiləsiz videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində yoxlanış, eləcədə müvəqqəti yaşadığı otağa baxış keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində yoxlanış aparılan zaman videoçəkilişdən istifadə olunacağı barədə xəbərdarlıq edilmiş və buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuşdur. O da heç bir etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Yardımlı rayonuna gəlməsinin məqsədi soruşulmuş, o da odlu silah satmaq üçün gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs satmağı planlaşdırdığı silahı haradan əldə etməsi soruşulmuş, o da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Lökbatan dairəsi” adlanan yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs odlu silahı kimə satmağı planlaşdırdığı soruşulmuş, o da İran İslam Respublikası vətəndaşına satmağı planlaşdırdığını demişdir. Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşını haradan tanıdığı soruşulmuş, o da İran İslam Respublikası vətəndaşı ilə eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, İran İslam Respublikası vətəndaşının konum göndərəcəyini, odlu silahı həmin konuma qoyacağını və bunun müqabilində İran İslam Respublikası vətəndaşının onun bank kartına 1500 (min beş yüz) manat pul göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar varsa verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd «İnfinix SMART 9» markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlanış aparılmış, əynindəki gödəkçənin sol yan cibindən 01 (bir) qutu “Winston” markalı siqaret, 01 (bir) ədəd alışqan, əynindəki gödəkçənin sağ döş cibindən özünə aid sürücülük vəsiqəsi, 01 (bir) ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartı və 01 (bir) ədəd üzərində nömrələr yazılmış kağız, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd 10 manatlıq, 02 (iki) ədəd 5 manatlıq və 04 (dörd) ədəd 1 manatlıq pul əskinazları aşkar edilərək götürülmüş, onun üzərindən başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı ilə necə əlaqə saxladığı soruşulmuş, o da üzərindən aşkar edilmiş «İnfinix SMART 9» markalı mobil telefonda olan “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxladığını, lakin onunla olan yazışmaları və danışıqları sildiyini, həmin nömrənin fotoşəklini telefonun “Qalareya” bölməsində saxladığını bildirmişdir. «İnfinix SMART 9» markalı mobil telefonun “Qalareya” bölməsinə baxış keçirilmiş, orada Rusiya Federasiyası mobil operatoruna məxsus +7 929 915-13-58 saylı mobil nömrə ilə «WhatsApp» ani mesajlaşma tətbiqində aparılmış zəngin ekran görüntüsünün olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs odlu silahı harada gizlətdiyi soruşulmuş, o da otaqda olan çarpayının üzərindəki döşəyin altında gizlətdiyini bildirmişdir. Otaqda olan çarpayının üzərindəki döşəyin altına baxış keçirilmiş, oradan şəffaf rəngli sellofan torbanın içərisində qara rəngli parçaya bükülmüş silaha bənzər əşya olduğu müəyyən edilmişdir. Həmin sellofan torbaya baxış keçirilmiş, onun içərisindən qara rəngli parçaya bükülmüş üzərində «Baikal-442», «Made in Russia» sözləri və ********** nömrəsi yazılmış 01 (bir) ədəd odlu silah-tapança aşkar edilmişdir. Həmin silaha baxış keçirilmiş və silahın üzərində içərisində 04 (dörd) ədəd patron olan darağın olduğu müəyyən edilmişdir. Aşkar olunmuş tapançanın çaxmaq yuvasına baxış keçirilmiş və içərisində patron olmadığı müəyyən edilmişdir. Aşkar olunmuş üzərində «Baikal-442», «Made in Russia» sözləri və ********** nömrəsi yazılmış 01 (bir) ədəd tapança, həmin tapançaya məxsus 01 (bir) ədəd daraq və 04 (dörd) ədəd patron 01 (bir) ədəd ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi zora məruz qalıb qalmadığı soruşulmuş, o da heç bir fiziki və ya psixi zora məruz qalmadığını bidirmişdir. Yardımlı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Vasif Məmmədlinin videoçəkilişdə deməsinə görə Təqsirləndirilən şəxs üzərində yoxlanış, eləcədə müvəqqəti yaşadığı otağa baxış keçirilməsi xx.xx.2025-ci il tarixdə saat 00:52-də başlamış və həmin tarixdə saat 01:05-də başa çatmışdır. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-11/2-5671/2025 nömrəli məktubundan görünür ki, 01 ədəd 9 mm kalibrli ********** №-li «Baykal-442» modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında «ARSENAL» avtomatlaşdırılmış balistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə 11 aprel 2025-ci il tarixdə saat 20:52-dən etibarən Yardımlı rayonu ərazisində yerləşən "xxxx" MMC-nin anten dairələri ilə telefon danışıqları aparmış, sms göndərmiş, qəbul etmiş və internet istifadə etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Elməddin” adlı İran İslam Respublikası vətəndaşı ilə özünə məxsus «İnfinix SMART 9» markalı mobil telefonda istifadə etdiyi «WhatsApp» ani mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxladığı üçün diskdə İran İslam Respublikası mobil operatoruna məxsus nömrələrin olmadığını bildirmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar olunmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasənə CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 900 manat cərimə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəza müddəti 02 il 06 aya endirilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzadan 02 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Səhiyyə Nazirliyi «Respublika Psixatriya Xəstəxanası» PHŞ-nin xx.xx.2025-ci il tarixli, 3-28-29/2-3680/2025 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 212 ünvanında qeydiyyatda olan, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmamışdır. xx.xx.2025-cü il tarixli «cinayət törətməkdə şübhəli olan şəxsin tutması haqqında protokol»dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 00:52-də saxlanılmış, həmin gün saat 02:35-də isə şübhəli şəxs qismində tutulmuşdur. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(038)-16/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. «Maddi sübutun tanınması haqqında» xx.xx.2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində yoxlanış və Yardımlı şəhəri,H.Əliyev prospekti 78 ünvanında yerləşən qonaq evində müvəqqəti yaşadığı otaqda baxış keçirilən zaman otaqda olan çarpayının üzərindəki döşəyin altından aşkar edilərək götürülmüş və ekspertiza zamanı eksperimental atəş zamanı istifadə olunduqdan sonra qalmış 01 (bir) ədəd 9 mm kalibrli, ********** №-li, Makarov konstruksiyalı «Baykal-442» modelli tapança, 01 (bir) ədəd üzərində 34671 №-si olan daraq və 02 (iki) ədəd 9x18 mm kalibrli patronlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı rayon polis şöbəsində təhvil verilmişdir. «Maddi sübutun tanınması və təhvil verilməsi haqqında» xx.xx.2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd «İnfinix SMART 9» markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı rayon polis şöbəsində təhvil verilmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2025-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə keçirilməsi zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 2 ədəd DVD və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə İnzibatı ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi,4-cü massiv,5-ci keçid,ev 12 ünvanında qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.
2.2. ƏSASLANDİRİCİ HİSSƏ: 2.2.1 əməlin tövsifi ilə bağlı
Məhkəmə bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv qiymət verməklə ittihamın həlli üçün tədqiq edilmiş biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara, habelə Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsi, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 228.1-ci maddəsinə görə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 5, və 8-ci bəndlərinə əsasən; silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; Həmin Qanun 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən xidməti silahın əldə edilməsi aşağıdakı qaydada müəyyən edilmişdir; İ. Xidməti silah Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında yalnız dövlət orqanları və hüquqi şəxslər tərəfindən əldə edilir. Bu cür xüsusi icazəsi olan hüquqi şəxslər odlu silahı, onun döyüş sursatını və soyuq silahı əldə edə bilərlər. İcazədə xidməti silahın növü, tipi, miqdarı, icazənin verilmə tarixi və etibarlılıq müddəti göstərilir. Bu icazənin verilməsinə görə dövlət rüsumu tutulur. İİ. Dövlət orqanları və hüquqi şəxslər iki həftə ərzində əldə edilmiş xidməti silahı onun qanuniliyini sübut edən sənədlər əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidirlər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı dövlət orqanlarına və hüquqi şəxslərə qeydiyyata alınmış xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verir. Bu şəhadətnamənin etibarlılıq müddəti üç ildir. İİİ. Xüsusi nizamnamə vəzifələri olan, habelə ov və balıq və digər su bioresurslarının mühafizəsi funksiyasını həyata keçirən dövlət orqanlarına və hüquqi şəxslərə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada xidməti silah kimi yivli lüləli odlu ov silahının əldə edilməsinə xüsusi icazə və ondan xidməti vəzifələri yerinə yetirmək üçün istifadə etmə hüququnu təsdiq edən şəhadətnamə verilir. İV. Dövlət orqanının və hüquqi şəxsin rəhbərinin vəsatəti və ona əlavə olunmuş tibbi arayış əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 7-ci maddəsinin dördüncü hissəsində göstərilmiş əsaslar olmadıqda xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq keçmiş həmin dövlət orqanının və hüquqi şəxsin işçisinə xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verir. V. Xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti üç ildir. Xüsusi icazənin etibarlılıq müddəti qurtardıqda o yeni üç il müddətinə uzadılır. Bu sənəd itdikdə xidməti silahın sahibinə onun dublikatı verilə bilər. Vİ. Xidməti silah dövlət orqanının və hüquqi şəxsin rəhbərinin qərarı ilə yalnız xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxslərə verilir. Vİİ. Bu Qanunun tələblərinə əsasən xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq proqramını, odlu silahın istifadəçisinin həmin silahın tətbiqi şəraitində yararlılığı baxımından dövri olaraq yoxlamadan keçirilməsi qaydasını, habelə xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 9-cu maddəsinə görə mülki silahın əldə edilməsi aşağıdakı qaydada müəyyən edilmişdir; İ. Dövlət orqanları və hüquqi şəxslər mülki silahı əldə edərkən bu Qanunun 8-ci maddəsində və bu maddənin on birinci hissəsində müəyyən edilmiş tələblərə riayət etməlidirlər. İİ. Mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir. İİİ. Vətəndaşın bu müraciətindən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yalnız bu Qanunun 7-ci maddəsinin dördüncü hissəsində göstərilən əsaslar olduqda ona mülki silahın əldə etməsinə xüsusi icazə verilməsindən imtina edir. İV. Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə icazənin verilməsindən imtina edildikdə və ya mülki silahın əldə edilməsinə dair ərizənin baxılma müddəti pozulduqda vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. V. Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə icazənin etibarlılıq müddəti altı aydır. İcazədə aşağıdakı məlumatlar göstərilir: mülki silahı əldə edən şəxsin soyadı, adı və atasının adı, silahın növü, miqdarı, icazənin verilmə tarixi və etibarlılıq müddəti. Vİ. Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən dövlət rüsumu tutulur. Vİİ. Vətəndaşın idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti üç ildir. Etibarlıq müddəti qurtardıqda vətəndaşın ərizəsi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əsasında şəhadətnamə yeni üç il müddətinə uzadılır. Şəhadətnamənin müddətinin uzadılması barədə ərizə onun qurtarmasına üç ay qalmış verilir və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin verildiyi gündən bir ay müddətində baxılır. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilmiş ov silahları (odlu və ya soyuq) müvafiq icra hakimiyyəti orqanında bir dəfə qeydiyyatdan keçirilir və bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun. Vİİİ. Mülki silahın əldə edilməsinə xüsusi icazəsi olan, habelə odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs əlavə icazə almadan soyuq ov silahını əldə edə bilər. İX. Şəxsin mülki silahın əldə edilməsinə xüsusi icazəsi varsa, bu eyni zamanda onun özünümüdafiə silahının (aerozol qurğuları istisna olmaqla) saxlanılması və gəzdirilməsi üçün icazəsi olması sayılır. X. Vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi ona həmin silah üçün döyüş sursatı əldə etməyə, saxlamağa və təyinatı üzrə istifadə etməyə hüquq verir. Xİ. Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Xİİ. Əcnəbilər vətəndaşı olduğu dövlətlərin nümayəndəliyinin vəsatətinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi icazə ilə alındığı vaxtdan beş gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmaq şərti ilə mülki silah əldə edə bilərlər. Əcnəbi şəxs silahın Azərbaycan Respublikasından aparılma müddətini pozarsa həmin silah müsadirə olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin «a» bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 №-li Qərarının 4-cü bəndinin 10-cu abzasında qeyd olunur ki, odlu silahın komplekt hissələri dedikdə, onun funksional təyinatını müəyyən edən hissələr-odlu silahın lüləsi, zərbə, buraxılış (titək), bağlayıcı mexanizmi, baraban (güllə yuvacığı), eləcə də kompleks halında silahdan təyinatı üzrə istifadə etməyə – atəş açmağa imkan verən digər detalları başa düşülür. Həmin Qərarın 9-cu bəndinin 1,2 və 3-cü abzaslarında göstərilir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. CM-in 228.1-cü maddəsinin dispozisiyasına görə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur. Qeyd olunanları iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs o qanunsuz olaraq, yəni «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrində göstərilən qaydalardan kənar; 1) 1 ədəd odlu silahı –9 mm kalibrli, Makarov konstruksiyalı «Baykal-442» modelli, yivli, texniki cəhətdən saz, atəş üçün yararlı tapançanı, 2) 01 (bir) ədəd üzərində 34671 nömrəsi olan, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, təyinatı üzrə istifadə üçün yararlı, həmin kalibrli Makarov konstruksiyalı «Baykal-442» modelli tapançanın komplekt hissəsi olan darağı, 3) 04 (dörd) ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən, Makarov(PM) və Steçkin(APS) konstruksiyalı tapançaların ştat patronlarını əldə etmiş, daşımış və üzərində saxlamışdır. Beləliklə, məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini, yəni odlu silahıın, onun komplekt hissəsinin və döyüş sursatının qanunsuz olaraq əldə edilməsi, daşıması və üzərində saxlamasının Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməl CM-in 228.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.
2.2.2. təqsirləndirilən şəxslərə təyin ediləcək cəza ilə bağlı;
CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən etməmiş, onun əməlində cinayətin residivinin olmasını isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunan Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 228.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-in 65.2-ci maddəsinin tələbi baxımından ona CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından az olmayan həddə cəza təyin edilməli, Təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır.
2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı
Maddi sübut- 01 (bir) ədəd 9 mm kalibrli, ********** №-li, «Makarov» konstruksiyalı «Baykal-442» modelli tapança, 01 (bir) ədəd üzərində 34671 №-si olan daraq və 02 (iki) ədəd 9x18 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin silah-sursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilməli, şəxsi axtarış və götürmə keçirilməsi zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 2 ədəd DVD və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalı, 01 (bir) ədəd «İnfinix SMART 9» markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, ekspertiza xərci və mülki iddia yoxdur.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.
2. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
3. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
4. Maddi sübutlar; 4.1. Yardımlı Rayon Polis şöbəsində saxlanılan 01 (bir) ədəd 9 mm kalibrli, ********** №-li, «Makarov» konstruksiyalı «Baykal-442» modelli tapança, 01 (bir) ədəd üzərində 34671 №-si olan daraq və 02 (iki) ədəd 9x18 mm kalibrli patronlar müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin silah-sursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilsin. 4.2. Şəxsi axtarış və götürmə keçirilməsi zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 2 ədəd DVD və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. 4.3. 1 (bir) ədəd «İnfinix SMART 9» markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın.
5. Hökmdən elan edildiyi (təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs təqdim edildiyi) gündən 20 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
6. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
X9