Məhkəmə qərarları › İş №1(038)-16/2023

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-16/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-16/2023 06.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X8 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) X7 Təsərrüfatı Mərkəzinin nümayəndəsini Nümayəndə Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 2001-ci ildə Yardımlı rayonu Şıxhüseynli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış,Yardımlı rayonu Şıxhüseynli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, meşəqırma bileti və order olmadan 2022-ci ilin dekabr ayının sonlarında X7 X1 rayonu üzrə 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayının 22-ci kvartalında 40 sm diametrdə 2 ədəd, 36 sm diametrdə 1 ədəd, 52 sm diametrdə 1 ədəd, 64 sm diametrdə 1 ədəd, 72 sm diametrdə 1 ədəd, 76 sm diametrdə 1 ədəd, 88 sm diametrdə 1 ədəd olmaqla ümumilikdə 19,66 m3 həcmində 8 ədəd fıstıq cinsli ağacları özündə olan motorlu mişarla qəsdən qanunsuz olaraq yarımçıq kəsərək inkişafdan dayandırmış, ağacların təbii təsir nəticəsində aşmasını gözləmiş, ağaclar təbii təsir nəticəsində aşdıqdan sonra 2023-cü ilin yanvar ayının əvvəllərində 2 ədədini doğrayaraq meşə sahəsindən daşıyıb aparmaqla dövlət meşə fonduna 3353,60(üç min üç yüz əlli üç manat altımış qəpik) manat dəyərində xeyli miqdarda ziyan vurmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzi məhkəməyə iddia ərizəsi göndərərək X3 mülki cavabdeh qismində tanınmasını və 2453,6 manat maddi ziyanın əvəzinin cavabdehdən alınaraq Mərkəzin hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmənin 06 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzi mülki iddiaçı, təqsirləndirilən şəxs X6 mülki cavabdeh qismində tanınmışdır. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yardımlı rayonu Şıxhüseynli kəndində yaşayır və yaşadığı kənddə kənddə qaz təchizatı yoxdur. Buna görə də payız və qış aylarında yaşadıqları evi qızdırmaq üçün odun sobasından istifadə edirlər. Odun sobasında yandırmaq üçün yaşadığı Yardımlı rayonu Şıxhüseynli kəndi yaxınlığında X7 Təsərrüfatının Yardımlı rayonu ərazisində yerləşən 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayısında olan odunlardan istifadə edirlər. 2022-ci ilin dekabr ayının sonlarında Yardımlı rayonu Şıxhüseynli kəndi yaxınlığında yerləşən 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayısında yerləşən meşəlik sahəyə getmiş, orada olan 8 ədəd fıstıq cinsli müxtəlif diametrli ağacları odun kəsən mişarla yarımçıq kəsmiş və hesab etmişdir ki, dekabr ayında küləkli havalar olur, həmin küləklər nəticəsində həmin ağaclar aşar, o da həmin ağacları doğrayıb yaşadığı evin həyətinə gətirər. 2023-cü ilin yanvar ayının əvvəllərində O, ağacları yarımçıq kəsdiyi meşəlik sahəyə getmiş və yarımçıq kəsdiyi ağacların külək nəticəsində aşdığını görmüşdür. Bundan sonra həmin ağacları odun mişarı ilə doğrayaraq idarə etdiyi “UAZ 416” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə yığaraq Yardımlı rayonu Şıxhüseynli kəndinə yaşadığı evin həyətinə aparmışdır. Etdiyi əmələ görə səmimi peşmandır. Bundan başqa mülki iddianı qəbul edir, X7 Təsərrüfatına vurduğu maddi ziyanın 900 manatını ödəmişdir, qalan maddi ziyanı da hissə-hissə ödəyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi(mülki iddiaçı) qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzində baş mütəxəssis-hüquqşünas vəzifəsində işləyir. 13 yanvar 2023-cü il tarixdə X7 X1 rayonu ərazisində yerləşən 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayında mərkəzin əməkdaşları tərəfindən araşdırma aparılmış, 8 ədəd yaş köküstə müxtəlif diametrli və fıstıq cinsli ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayının gözətçisi Şahid1 deməsinə görə həmin ağaclar Yardımlı rayonu Şıxhüseynli kəndində yaşayan X6 tərəfindən kəsilmişdir. Həmçinin 13 yanvar 2023-cü il tarixdə mərkəzin əməkdaşları tərəfindən araşdırma aparılan zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində 2 ədəd ağacın doğranması nəticəsində yığıla biləcək odun qalağı aşkar edilmişdir. Həmin ağacların kəsilməsi nəticəsində meşə fonduna ümumilikdə 3353,6(üç min üç yüz əlli üç manat altımış qəpik) maddi ziyan vurulmuşdur. Bundan 900 manat maddi ziyan təqsirləndirilən şəxs tərəfindən öödənilmişdir. Qalan 2453,6 manat maddi ziyanın cavabdehdən alınaraq Mərkəzin hesabına ödənilməsini xahiş etmişdir. Mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, X7 Təsərrüfatı Mərkəzinin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayının gözətçisi vəzifəsində işləyir. Mərkəzin 4 saylı meşəbəyliyinin meşəbəyisi Faiq Əbişovdur. 2022-ci ilin dekabr ayının sonlarında gözətçisi olduğu 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayının 22 saylı kvartalında ərazini gəzərkən bəzi ağacların yarımçıq formada motorlu mişarla kəsildiyini, lakin həmin kəsiklərin ağacların aşmasına səbəb olmadığını görmüşdür.Bu barədə o, meşəbəyi Şahid3 və MRMTM-nin Yardımlı meşələri üzrə mühafizə mühəndisi Şahid2 məlumat vermişdir. Bundan sonra Şahid3 və Şahid2 ona ağacların kimlər tərəfindən kəsilməsini müəyyən etməyi tapşırmışlar. Ağacların natamam şəkildə kəsilməsindən bir neçə gün sonra şiddətli külək olmuş və həmin ağaclar aşmışdır. Həmin ağacları yarımçıq formada kəsən şəxslərin artıq aşmış vəziyyətdə olan ağacları doğramaq üçün ağacların yanına gələcəklərini güman etmiş və həmin əraziyə mütəmadi nəzarət etməyə başlamışdır. 05 yanvar 2023-cü il tarixdə Yardımlı rayonu Şıxhüseynli kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “UAZ 416” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ağacların kəsildiyi yerə tərəf irəlilədiyini görmüş və həmin avtomobili izləməyə başlamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə həmin ağacların yanına getmişdir. O, Təqsirləndirilən şəxs yanına getmiş və ondan ağacları kəsməsinin səbəbini soruşmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs ağacları kəsməsini dansa da onunla bir az söhbət etdikdən sonra bir ağacı kəsməsini etiraf etmişdir. O isə Anara bir ağacı yox 8 ədəd ağacları kəsməsini bildirmişdir. Anar dolanışığını ağac kəsməklə və satmaqla ödədəyini demişdir. Nəhayət Təqsirləndirilən şəxs 8 ədəd ağacları kəsməsini etiraf etmişdir. O, Təqsirləndirilən şəxs meşədən çıxmasını demiş, lakin Anar meşədən çıxmayacağını bildirmişdir. Həmin vaxt kəsilmiş ağaclardan birinin artıq doğranaraq meşədən aparılmasını görmüşdür. Bundan sonra meşədən çıxmış və 05 yanvar 2023-cü il tarixdə Masallı RMTM-nin direktoruna yazılı şəkildə məlumat vermişdir. 13 yanvar 2023-cü il tarixdə X7 X1 meşəbəylikləri üzrə mühafizə mühəndisi Şahid2 Əlisahib oğlu və 4 saylı meşəbəyliyinin meşəbəyisi X2 iştirakları ilə əraziyə baxış keçirilmişdir. Baxış zamanı artıq ağaclardan 1 ədədinin də doğranaraq aparıldığını görmüşlər, 6 ədədinin isə yerində qaldığını müəyyən etmişlər. Bundan sonra Şahid2 və Faiq Əbişovun iştirakları ilə Anar Səmədovun yaşadığı evin həyətyani sahəsinə getmişlər, həmin vaxt yaş vəziyyətdə fıstıq cinsindən olan təxminən 2 ədəd ağacın doğranması nəticəsində yığıla biləcək odun qalığını görmüşlər. Məhkəmə istintaqında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, X7 Təsərrüfatı Mərkəzinin 4 saylı meşəbəyliyinin meşəbəyi vəzifəsində işləyir.2022-ci ilin dekabr ayında X7 Təsərrüfatı Mərkəzinin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayının gözətçisi Şahid1 onun mobil telefonuna zəng edərək ərazini gəzərkən bəzi ağacların yarımçıq formada motorlu mişarla kəsildiyini, bəzilərinin isə kəsilərək ərazidən aparıldığı barədə ona məlumat vermişdir.Bir müddət sonra Şahid1 ağacların Yardımlı rayonu Şıxhüseynli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən aparıldığı barədə ona, həmçinin Mərkəzə rəsmi məlumat göndərmişdir.13 yanvar 2023-cü il tarixdə mərəzin mühafizə mündəsi Şahid2 və Şahid1 iştirakı ilə həmin əraziyə baxış keçirilmişdir.Həmin vaxt gözətçisi Şahid1 05 yanvar 2023-cü il tarixdə Yardımlı rayonu Şıxhüseynli kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “UAZ 416” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ağacların kəsildiyi yerə gəldiyini görüb onun yanına getdiyini, əvvəlcə Təqsirləndirilən şəxs ağacları kəsməsini etiraf etməsədə,sonradan 8 ədəd ağacın kəsdiyini bildirmişdir. Baxış zamanı həqiqətən 8 ağacan kəsilərək aşadını,2 ağacın doğralınaraq aparıldığını,6 ədədinin isə yerində qaldığını müəyyən etmişlər.Kəsilmiş ağacların hamısı fısdıq cinsli ağaclar olmuşdur.Bundan sonra meş ərazisindən Yardımlı rayonu Şıxhüseynli kəndi istiqamətində olan nəqliyyat vasitəsinin izi ilə hərəkət etmişlər. Şıxhüseynli kəndinə çatarkın ərazi nümayəndəsinə zəng etmişlər və onun iştirakı ilə Anar Səmidlinin yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar.Həyətə baxış zamanı yaş vəziyyətdə fısdıq cinsindən olan təxminən 2 ədəd ağacın doğramnasından yığıla bilinəcək odun qalığını görmüşlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 Əlisahib oğlu şahidlər Şahid1 və X5 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi barədə СD-yə məhkəmə iclasında baxış keçirilmiş və həmin videçəkilişdən görünür ki, təqsirləndirilən şəxs Anar Səmidli kəsmiş olduğu ağacları əyani olaraq göstərir. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, 04 mart 2023-cü il tarixdə X7 Təsərrüfatı Mərkəzinin 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayına ağacların kəsildiyi əraziyə baxış keçirilmiş və ərazidə 8 ədəd ağacın kəsildiyi aşkar edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 may 2023-cü il tarixli 19/477 nömrəli rəyindən görünür ki, X7 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 yanvar 2023-cü il tarixli 004522 nömrəli aktda və ona əlavə edilmiş həcm qiymətləndirilməsi cədvəlinə əsasən, Masallı RMTM-nın 4 saylı meşəbəyliyinin 14 saylı meşə dolayından 8 ədəd müxtəlif diametrli fıstıq cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində AR-nın Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 636 saylı qərarına və bu qərarla əlavə edilmiş xx.xx.2019-cu il tarixli 30 saylı qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 3353,60 manat müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, narkotik vasitənin aşkar edilməsi barədə protokol, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 229.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsaslar yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 03 may 2023-cü il tarixli 5- 144 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs dövlət meşə fonduna vurduğu 3353,60 manat maddi ziyanın 900 manatını ibtidai istintaq zamanı ödəmişdir. Məhkəmə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs. cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə, gənc olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxs(mülki cavabdeh) X4 cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxs islah olunmağa meyilli olmasını törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 259.1-ci maddəsinin sanksiyası daxilində islah işi növündə cəza təyin etməyi cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut 1(bir) ədəd CD iş üçün əhmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən məhkəmə mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olubolmadığı məsələsini müzakirə edərək aşağıdakı nəticəyə gəlmişdir; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Məhkəmənin 06 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs oğu mülki cavabdeh qismində tanınmış və onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli və 2453,6 manat maddi ziyanın əvəzi mülki cavabdeh Təqsirləndirilən şəxs oğundan alınaraq mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməlidir. Hökmün icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğu cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs oğundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Mülki iddia təmin edilsin və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oğundan 2453,60 (iki min dörd yüz əlli üç manat altmış qəpik) manat maddi ziyan alınaraq mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzinin hesabına ödənilsin. Maddi sübut 1 (bir) ədəd CD iş üçün əhmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar