Məhkəmə qərarları › İş №1(038)-16/2025

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-16/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-16/2025 19.06.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ

1. GİRİŞ HİSSƏ:

X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Yardımlı rayonu Kürəkçi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Kürəkçi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:

2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ:

2.1. TƏSVİRİ HİSSƏ:

Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində rayonun Kürəkçi kəndi ərazisində yerləşən «Qurukolat» adlanan yerdə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş narazılıq zamanı istintaqa məlum olmayan ağac parçası ilə həmkəndlisi Zərərçəkmiş şəxs qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin arxa hissəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və dörd ədəd böyük ölçülü qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirmişdir.

2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:

2.1.1.1. Təqsirləndilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri

Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12-13 radələrində Yardımlı rayonu Kürəkçi kəndi ərazisində yerləşən ərazidə şəxsi təsərrüfatında olan heyvanları otararkən, həmkəndlisi Zərərçəkmiş şəxs orada olan gölün yanında yeyib-içdiyini, onun anasını və bacısının adını çəkərək söyüş söydüyünü görmüşdür. O, Zərərçəkmiş şəxs yanına getmiş, lakin Zərərçəkmiş şəxs onu gördükdən sonra da söyüş söyməkdə davam etdiyini görüb əsəbləşərək əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə 3- 4 dəfə zərbə vurmuşdur. Bundan sonra Naibin qardaşı Şahid yanına getmiş və qardaşı Naibin onun ailə üzvlərinin ünvanına söyüş söydüyünə görə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə ona yüngül cəza cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə şəxsi təsərrüfatında olan heyvanları Yardımlı rayonu Kürəkçi kəndi ərazisində otarmış və saat 12-13 radələrində həmin heyvanları su içmək üçün yaxınlıqda olan gölün yanına aparmışdır. Həmin vaxt özüdə yemək yeməyə başlamışdır. Təqsirləndirilən şəxs onunla mübahisə etmək üçün onun heyvanlarını öz torpaq sahəsinə tərəf yönləşdirmiş və yemək yeyən zaman arxadan gələrək onun kürək nayihəsinə zərbələr endirmişdir. O, Təqsirləndirilən şəxs arxadan gəldiyini görməmidir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı kəndə doğru getmiş və kəndin yaxınlığında qardaşı Şahid Hacıqulu oğlu ilə rastlaşmışdır. O, Sayıbə «eşşəyini öldürüb atdım suya, ged leşin gətir» demişdir. Bir az keçmiş qardaşı Sahib onun yanına gəlmiş və onun qoluna girərək yaşadığı evə aparmışdır. Zərərçəkmiş şəxs çıxışında Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə istintaqında Şahid Hacıqulu oğlu ifadəsində bildirmişdir ki, 20 aprel 2025-ci il tarixdə yaşadığı evin həyətində olarkən həmkəndlisi Təqsirləndirilən şəxs onu çağıraraq qardaşı Zərərçəkmiş şəxs otlaq sahədə vurduğunu bildirmişdir. Bundan sonra o, qardaşı Naibin dalınca həmin əraziyə getmiş və Naibi yaşadığı evə gətirmişdir.

2.1.1.2 cinayət işinin materialları

Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 19 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs döş qəfəsinin arxa hissəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və dörd ədəd böyük ölçülü qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər uzunsov formalı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinə olunanın qeyd etdiyi 20 aprel 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1-81/3-656/2025 nömrəli məktubundan görünür ki, Yardımlı rayonu Kürəkçi kəndində yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Kürəkçi İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.

2.2. ƏSASLANDİRİCİ HİSSƏ:

2.2.1 əməlin tövsifi ilə bağlı

Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Belə ki, CM-nin 128-ci maddəsində əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyyəti yaradır Beləliklə, məhkəmə bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv qiymət verməklə ittihamın həlli üçün tədqiq edilmiş biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara, habelə Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsi, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsi və CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirlənsirləndirilən şəxsin ona istinad edilən əməli törətməsi, yəni Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində rayonun Kürəkçi kəndi ərazisində yerləşən «Qurukolat» adlanan yerdə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş narazılıq zamanı istintaqa məlum olmayan ağac parçası ilə həmkəndlisi Zərərçəkmiş şəxs qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin arxa hissəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və dörd ədəd böyük ölçülü qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirməsi özünün etirafedici ifadələri ilə yanaşı, bunu tamamlayan məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla – Zərərçəkmiş şəxs və Şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 19 nömrəli rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.

2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı

CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Hebelə Cinayət Məcəlləsinin 59.2-ci maddəsini əsas Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Göründüyü kimi CM-nin 128-ci maddəsinin sanksiyasında alternativ beş cəza növü müəyyən olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı

İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, həmçinin maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur.

3. NƏTİCƏVİ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6(altı) ay müddətinə islah işləri cəzası təyin edilsin.

2. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın.

3. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin.

4. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

5. İş üzrə xüsusi müsadirə üçün əsaslar, maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın.

6. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

7. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar