Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-17/2023 21.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X13 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, X1, Müdafiəçilər, Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə. xx xxxx 1995-cı ildə Əfqanıstan İslam Respublikasında anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, subay, işsiz, İran İslam Respublikasının Tehran şəhərində qeydiyyatda olmaqla yaşayan, barəsində 01 aprel 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1992-cı ildə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işsiz, İran İslam Respublikasının Tehran şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 01 aprel 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 ittiham olunur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ümumvətəndaş pasportu olmadığı üçün İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən Azərbaycan Respublikasına qanunsuz gələ biləcəyi halda buradan da Rusiya Federasiyasına getmək məqsədilə İran İslam Respublikası vətəndaşı olan dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 mart 2023-cü il tarixdə, saat 2 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonunda yerləşən 17-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq iran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdə sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 ittiham olunur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ümumvətəndaş pasportu olmadığı üçün İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən Azərbaycan Respublikasına qanunsuz gələ biləcəyi halda buradan da Rusiya Federasiyasına getmək məqsədilə Əfqanıstan İslam Respublikası vətəndaşı olan dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 mart 2023-cü il tarixdə, saat 2 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonunda yerləşən 17-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdə sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Taliban rejimi Əfqanıstan İslam Respublikasından hakimiyyətə gəldikdən sonra o, ailə üzvləri ilə birlikdə İran İslam Respublikasına gəlmişdir. İran İslam Respublikasında ali təhsil almış və işləməyə başlamışdır. Təqsirləndirilən şəxs1 təxminən 10 ilə yaxın müddətdir ki, tanıyır. Onlar X9 Tehran şəhərində şirkətdə bir yerdə fəhlə işləmişlər. İran İslam Respublikasında dolana bilmədikləri üçün Azərbaycan Respublikasına, oradan isə Almaniyada yaşayan bacısının yanına getmək istəmişlər. Bu məqsədlə onlar birlikdə İslam Respublikasının Astara şəhərinə gəlmişlər və Azərbaycan Respublikası ərazisinə keçməyə şəraitin olubolmamasına baxmışlar. Lakin ərazidə əsgərlərin olduğunu görüb geri qayıtmışlar. Onlar bir müddət bir yerdə işləmişlər və təkrar 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə yenidən Tehran şəhərindən avtobusla Germi şəhərinə gəlmişlər. 30 mart 2023-cü il tarixdə onlar Germi şəhərinin Umaslan kəndində qalmışlar. 31 mart 2023-cü il tarixdə, saat 2-3 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçmişlər və onları sərhədçilər saxlamışlar. İran İslam Respublikasından Azərbaycan Respublikasına dolana bilmədikləri üçün gəlmiş, əməlini səmimi etiraf edir və hərəkətindən peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə yaxın dostdur. 10 ilə yaxın müddətdir ki, birbirlərini tanıyırlar. X9 Tehran şəhərində bir yerdə işləmişlər. İİR-da aldıqları əmək haqqı az olduğuna görə və yaşamaq çətin olduğu üçün onlar Azərbaycan Respublikasına, oradan Rusiya Federasiyasına, oradan da Əhmədşahın Almaniyada yaşayan bacısı Lalə Əlmudinin yanına getməyi planlaşdırmışlar. Onlar ilk dəfə İran İslam Respublikasının Astara şəhərinin ərazisindən Azərbaycan Respublikası ərazisinə keçməyə cəht etsələrdə ,həmin vaxt ərazidə əsgərlər olduğu üçün geri qayıtmışlar. Onlar bir müddət Tehran şəhərində işlədikdən sonra, sonra təkrar 29 mart 2023-cü il tarixdə Əhmədşahın birlikdə Tehran şəhərindən avtobusla Germi şəhərinə gəlmişlər. 30 mart 2023-cü il tarixdə onlar Germi şəhərinin Umaslan kəndində gecələmiş və 31 mart 2023-cü il tarixdə, saat 2-3 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişlər və sərhədçilər tərəfindən saxlanılmışlar. Azərbaycan Respublikasına işləmək üçün gəldiyini, əməlini səmimi etiraf etdiyini və hərəkətindən peşman olduğunu göstərərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmalarına baxmayaraq, iş üzrə şahidlər-Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 17-ci sərhəd zastavasının əsgərləri X11 və X10 təxris olunduqları üçün məhkəmə iclasına gətirlmələri təmin olunmamışdır. Belə ki, DSX-nin Sərhəd Qoşunları N nömrəli hərbi hissədən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-38/2-16/3447/23 saylı məktubdan görünür ki, əsgərlər X11 və X10 Silahlı Qüvvələrin ehtiyatına buraxılmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1 -ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1 -ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahidlər X11 və X5 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş DSX-in N nömrəli hərbi hissəsinin 17-ci sərhəd zastavasının xidməti it bələdçisi, əsgər X11 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 00:00-dan xx.xx.2023-cü il, saat 05:00-dək əsgər Sənan Rzayevlə birlikdə sərhəd zastavasının 26-27-ci sahələrinə “Sərhəd gözətçisi” sərhəd naryadına təyin olunmuşdur. Xidmətdə olduğu zaman 31 mart 2023-cü il tarixdə, saat 2 radələrində o, gecəgörmə cihazı ilə ərazini müşahidə edərkən 27-ci sahədən 92 nömrəli sərhəd nişanı istiqamətində X4 Azərbaycan Respublikasına doğru 2 ədəd qaraltının hərəkət etdiyini görmüş,bu barədə aidiyyəti üzrə məruzə etdikdən sonra əlverişli mövqe seçərək qaraltıları müşahidə etməyə başlamışdır.Qaraltı yaxınlaşan zaman 2 nəfər şəxsin mühəndis çəpərinə yaxınlaşdığını görərərk, “Dayan!” çağırış komandası vermiş və həmin şəxsləri saxlamışlar. İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq 15-20 metr Azərbaycan Respublikasının ərazisinə daxil olmuşlar. Məhkəmə baxışı zamanı ifadəsi tədqiq edilmiş şahid-DSX-nin N nömrəli hərbi hissəsinin 17-ci sərhəd zastavasının əsgəri X10 ibtidai istintaq zamanı şahid X11 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, 02:00 radələrində 27-ci sərhədə 92 nömrəli sərhəd nişanı istiqamətində, dövlət sərhəd xidmətindən təqribən 800 metr aralıda, əsas mühəndis çəpərindən təqribən 20 metr dövlət sərhəd xətti istiqamətində 2 nəfər şəxs saxlanılmışdır. xx.xx.2023-cü il tarxli “İnzibati qaydada tutulma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 04:05-də İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz keçdiyinə görə saxlanılmışdır. xx.xx.2023-cü il tarxli “İnzibati qaydada tutulma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 04:15-də İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz keçdiyinə görə saxlanılmışdır. 31 mart 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 31 mart 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2023-cü il tarixli, 4(009)-237/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmışdır. Həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(009)-238/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 01.04. 2023-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyininin ”Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 4609 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arxiv məlumatlarına görə ”Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsdə müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyininin ”Respublika Narkoloji Mərkəz” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, xx/xx-4088 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Rəcəbi X7 müalicə almamış və qeydiyyatda yoxdur. DİN İNTERPOL Milli Mərkəzi Bürosunun 37.13-25/2-4956/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 beynəlxalq axtarışda olması barədə İNTERPOL-un “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxslərin etirafı, şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə onlara elan olunmuş ittiham üzrə təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş əsaslarla hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğundur, əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi əsasında təqsirləndirilən şəxslərə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərindən səmimi peşman olmalarını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Onların əməlində Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlini etiraf etmələrini, əməllərindən səmimi peşmançılıq çəkmələri kimi cəzalarını yüngülləşdirən halın mövcudluğunu və cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onların cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir. Ona görə də onların ittiham olunduqları Azərbaycan Respublikasının CM-in 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmələrini cəzanın məqsədinə nail olmaq baxımından qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən hökm çıxarıldığı günədək həbsdə saxlanıldıqları müddət onlara təyin olunan cəza müddətinə daxil edilməklə onların cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən,qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərüçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Əlmudi X3 İslam Respublikasının, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı olduqları üçün onlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikasının CM-in 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Bu baxımdan məhkəmə hesab edir ki, Əlmudi X3 İslam Respublikasının, Təqsirləndirilən şəxs1 isə İran İslam Respublikasının vətənaşı olduqları üçün onlar cəzalarını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının CM-nin 52-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və onların hər birinin Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia, Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il, 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən və 52.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən və 52.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Hökmdən elan olunduğu (Əhmədşah Nurullah oğluna və Təqsirləndirilən şəxs1 hökmün surəti təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: X13
Məhkəmə qərarları › İş №1(038)-17/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-17/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver