Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-17/2024 01.08.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 2006-cı ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Yardımlı Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yardımlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə saat 01-02 radələrində Sabirabad rayonu, Çiçəkli kəndində qeydiyyatda olan, Yardımlı rayonu Köryədi kəndində yaşayan, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı əsasında Yardımlı rayonu Sırıq kəndi ərazisində yerləşən yarımçıq tikiliyə getdikdən sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs həmin təkliflə razılaşaraq paltarlarını soyunub yardımçı tikilinin otaqlarından birində arxası üstə yerə uzandıqdan sonra Təqsirləndirilən şəxs sərtləşmiş cinsi orqanını Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun uşaqlıq yoluna 15-20 dəqiqə ərzində salıb çıxartmaqla öz spermasını onun uşaqlıq yoluna boşaldaraq 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsli əlaqədə olmuşdur. Bundan başqa o, 01 may 2024-cü il tarixdə saat 13-14 radələrində xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı əsasında Yardımlı şəhəri, Ünəç küçəsinin yaxınlığında yerləşən meşəlik əraziyə getdikdən sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs həmin təkliflə razılaşaraq paltarlarını soyunduqdan sonra Təqsirləndirilən şəxs sərtləşmiş cinsi orqanını Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun uşaqlıq yoluna salıb çıxartmaqla öz spermasını onun uşaqlıq yoluna boşaldaraq 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təkrar cinsli əlaqədə olmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş CM-in 152.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə «Tiktok» sosial şəbəkəsində tanış olmuşlar. Bir müddət onlar sosial şəbəkədə yazışmışlar və 30 aprel 2024-cü il tarixdə evlənmək məqsədi ilə Zərərçəkmiş şəxs qaçırmaq qərarına gəlmişdir. Həmin gün o, Xədicənin yaşadığı ünvana getmiş və Xədicə ilə görüşmüşdür. O, Xədicə ilə evlənmək istədiyini və bunun üçün onunla getməyini bildirmişdir. Daha sonra Xədicənin razılığı ilə birlikdə Xədicənin yaşadığı kəndin yaxılığında olan tikiliyə getmişlər. Birinci dəfə 2024-cü ilin 30 aprel tarixindən 01 may tarixinə keçən gecə həmin tikilidə, ikinci dəfə isə 01 may 2024-cü il tarixdə öz kəndlərinin yaxınlığında Xədicənin razılığı ilə cinsi əlaqədə olmuşdur. Xədicənin 09 oktyabrda ad günü olduğunu bilsə də, azyaşlı olmasını bilməmişdir. Xədicənin valideyinlərinin onları birbirindən ayırmaması üçün Xədicə ilə cinsi əlaqədə olmuşdur. Törədiyi cinayət hadisəsi barədə ibtidai istintaq zamanı ifadə vermiş və həmin ifadəni təsdiq edir. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, anası və bacısı ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İstifadəsində olan mobil telefonda «Tiktok» sosial şəbəkəsindən istifadə etmişdir. 2024-cü ilin aprel ayının ortalarında «Tiktok» sosial şəbəkəsində Yardımlı rayonu Köryədi kəndində yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs əvvəlcə ona Gəncə şəhərində yaşadığını bildirmiş, mesajlaşdıqdan sonra Yardımlı rayonu Köryədi kəndində yaşadığını demişdir. Bundan sonra o, istifadəsində olan 050 *** ** ** saylı mobil nömrə ilə Xədicənin istifadəsində olan 010 *** ** ** və 010 *** ** ** saylı mobil nömrələrlə əlaqə saxlamışdır. Həmçinin «WhatsApp» sosial şəbəkəsi vasitəsi ilə də danışıqlar aparmış və mesajlaşmışlar. 29 aprel 2024-cü il tarixdə Xədicəyə onunla gedərək evlənməyi təklif etmişdir. Xədicə də onunla razılaşmışdır. 30 aprel 2024-cü il tarixdə Xədicə ilə yenidən əlaqə saxlamış, ona yaşadığı evin yanına gələcəyini bildirmiş və onunla evlənmək üçün getməsini demişdir. Xədicə də onunla razılaşmışdır. 30 aprel 2024-cü il tarixdə gunorta saatlarında Xədicənin yaşadığı evin yaxınlığına getmiş, lakin o, evdən çıxa bilməmişdir. Bundan sonra rayon mərkəzinə qayıtmışdır. 30 aprel 2024-cü il tarixdə saat 17-18 radələrində yenidən Xədicə ilə əlaqə saxlamış və onun yaşadığı evin yanına getmişdir. Xədicə evdən çıxaraq onun yanına gəlmişdir. Onunla birlikdə rayonun Köryədi kəndinin yaxınlığında meşəlik sahədə gizlənmişlər. Hava qaralandan sonra piyada asfalt yola doğru getmişlər və Yardımlı rayonu Sırıq kəndi ərazisində yerləşən yarımtikiliyə daxil olmuşlar. Orada təxminən 4-5 saat bir yerdə olmuşlar. Orada Xədicə ilə söhbət etmiş və cinsi əlaqədə olmaq qərarına gəlmişdir. 01 may 2024-cü il tarixdə saat 01-02 radələrində həmin yarımtikilidə Xədicə əynində olan göy rəngli cins şalvarı və qırmızı rəngli trusini aşağı çəkərək arxası üstə yerə uzanmışdır. O da əynində olan qara rəngli cins şalvar və qara rəngli trusini aşağı çəkmiş, Xədicənin üstünə uzanmış, cinsiyyət orqanını Xədicənin cinsiyyət orqanına yeritmiş və onunla cinsi əlaqədə olmuşdur. Xədicə ilə cinsi əlaqədə olan zaman Xədicənin cinsiyyət orqanından qan gəlmişdir. Xədicə ilə təxminən 15-20 dəqiqə cinsi əlaqədə olmuş, spermanı onun cinsiyyət orqanına tökmüşdür. Bundan sonra Xədicə əynindəki trusi ilə cinsiyyət orqanından gələn qanları silmişdir. Həmin tarixdə gecə saatlarında piyada asfalt yoldan hərəkət edərək çayı keçmişlər və Yardımlı şəhəri Ünəç küçəsinə yaşadıqları evin yaxınlığına getmişlər. O, səhər saatlarında yaşadığı evə gedərək paltarlarını dəyişmişdir. Bundan sonra Xədicə ilə birlikdə Ünəç küçəsinin yaxınlığında yerləşən meşəlik sahəyə getmişlər. Həmin tarixdə saat 13-14 radələrində meşəlik sahədə olarkən Xədicə ilə söhbət etmişlər və yenidən cinsi əlaqədə olmaq istəmişlər. Həmin vaxt Xədicə əynində olan şalvarı aşağı çəkmiş, o da əynində olan şalvarı və trusini aşağı çəkmiş, Xədicə ayaq üstə başını aşağı əymiş, o da cinsiyyət orqanını arxa hissədən onun uşaqlıq yoluna yeritmiş və Xədicə ilə onun razılığı əsasında yenidən cinsi əlaqədə olmuşdur. Həmin vaxtda cinsiyyət orqanından gələn spermanı yenə də onun cinsiyyət orqanına tökmüşdür. Bundan bir az sonra oradan getmişlər. Videokonfrans vasitəsi ilə Təqsirləndirilən şəxs son sözündə ona CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti cəza verilməsini xahiş etmişdir. Məhkəmənin 11 iyul 2024-cü il tarixli iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə «Tiktok» sosial şəbəkəsində tanış olmuşlar. Həmin vaxt Elcan ona mesaj yazmış və tanış olmaq istədiyi bildirmişdir. Onlar tanış olmuş və bir müddət mesajlaşmışlar. Həmin vaxt o, Elcana 2009-cu il təvəllüdlü olduğunu bildirmiş, Elcan da ona öz doğum tarixini söyləmişdir. Bir müddətdən sonra Elcan onlara elçi gələcəyini bildirmiş, lakin o atasının biləcəyindən narahat olub Elcana gəlməməyini və bir müddət gözləməsini demişdir. Daha sonra Elcan ona evlənmək məqsədi ilə qaçıracağını demişdir. 30 aprel 2024-cü il tarixdə saat 17-18 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gəlmişdir. Həmin vaxt Elcan ona onunla getməsini bildirmişdir. İlk əvvəl o, Elcanla getmək istəməsə də, sonradan fikrini dyişərək birlikdə getməyə razılıq vermişdir. O, Elcanla birlikdə rayonun Sırıq kəndi ərazisində yerləşən yarımçıq tikiliyə getmişlər. Orada Elcan onunla birinci dəfə cinsi əlaqədə olmuşdur. Həmin vaxt o, Elcana bir daha yaşının az olmasını bildirdikdə Elcan onunla evlənəciyini demişdir. Hava işıqlanmağa başlarkən onlar birlikdə Elcanın yaşadığı evin yaxınlığındakı meşəlik sahəyə getmişlər. Həmin gün, yəni 01 may 2024-cü il tarixdə saat 13-14 radələrində meşəlik sahədə Təqsirləndirilən şəxs onunla yenidən cinsi əlaqədə olmaq istəmiş və onun razılığı ilə Elcan ikinci dəfə onunla cinsi əlaqədə olmuşdur. Elcan onu cinsi əlaqədə olmağa məcbur etməmiş, öz razılığı ilə Elcanla iki dəfə təbii yolla cinci əlaqədə olmuş və qızlıq bəkarəti özünün razılığı ilə Elcan tərəfindən pozulmuşdur. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin 11 iyul 2024-cü il tarixli iclasında dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşca kiçik qızıdır. Digər övladları ailə həyatı qurmuş və ayrı yaşayırlar. 30 aprel 2024-cü il tarixdə saat 18-19 radələrində qızı Xədicə ilə birlikdə yaşadığı evin həyətində olmuşdur. Həmin gün qaz kəsildiyi üçün qazın gəlib-gəlməməsini yoxlamaq üçün evə daxil olmuş və qaz sobasını yoxladıqdan sonra yenidən evin həyətinə qayıtmışdır. Bu zaman Zərərçəkmiş şəxs evin həyətində olmadığını görüb əri Hasil Adışova məlumat vermişdir. Onlar Xədicəni nə qədər axtarsada tapa bilməmişdir. 01 may 2024-cü il tarixdə Xədicənin naməlum şəxs tərəfindən qaçırılması barədə əri Hasil DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra Xədicənin evlənmək məqsədi ilə Elcan adlı şəxslə getdiyini və qarşlıqlı razılıqları ilə cinsi əlaqədə olmasını bilmişdir. Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olmuş, lakin Xədicənin Təqsirləndirilən şəxs ilə sosial şəbəkədə danışdığından məlumatı olmamışdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Elcan Abbasova qarşı şikayət və tələbinin olmadığını bildirdi. Həmçinin Qanuni nümayəndə Zərərçəkmiş şəxs iştirakı ilə məhkəməyə ərizə təqdim edərək işlə bağı əlavə sübutlarının olmadığını nəzərə alaraq 01 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasını onun və zərərçəkmiş şəxsin iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının 02 may 2024-cü il tarixli 354 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aralıq nahiyəsinin əzilmiş-cırılmış yarası müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın, ola bilər ki, gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən törənmişdir, törənmə müddəti müayinə olunanın qeyd etdiyi 30 aprel 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma müddəti müayinə olunanın qeyd etdiyi 30 aprel 2024-cü il tarixə uyğun gəlir. Uşaqlıq yolundan götürülmüş tampondan spermatozoidlərin olubolmadığı barədə məhkəmə tibbi-bioloji laboratoriyanın cavabı alındıqdan sonra əlavə məlumat veriləcəkdir. Vət. Zərərçəkmiş şəxs qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmağa dair əlamətlər aşkar olunmadı. Məhkəmə-bioloji ekspertizasının 31 may 2024-cü il tarixli 303/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi-A-beta/İİ/, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Təqsirləndirilən şəxs sperma nümunəsinə görə ABO sistemi üzrə qrup göstəricisi-O-alfa, beta /İ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus trusik üzərində insan qanı ilə qarışmış sperma aşkar olundu. Qana qarışmış sperma ləkələrində qrup mənsubiyyəti tədqiq olunduqda A və H antigenləri alındı. A antigeni zərərçəkmiş Zərərçəkmiş şəxs qrupunu xarakterizə etdiyindən onun qanı və hissəvi olaraq sperma hesabına alına bilər. H antigeni isə istər zərərçəkmişdə müşayiətçi antigen kimi (əgər onun qanında müşayiətçi H antigeni varsa), istərsə də sperma hesabına alına bilər. Belə olan halda trusik üzərindəki ləkələrdə A /İİ/, A/H/İİ/ və O/İ/ qruplu şəxsin/şəxslərin/ spermalarının olması mümkündür. Beləliklə, ləkələrdə O-alfa, beta /İ/ qruplu Təqsirləndirilən şəxs spermasının olması ABO sistemi ilə inkar olunmur. Təqdim olunan Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatı olan tamponda spermatozoidlər aşkar olunmadı. Məhkəmə-psixoloji ekspertizasının 16 may 2024-cü il tarixli 1400 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur. Fərdi-psixoloji xüsusiyyətlərində ünsiyyətçilik, fəallıq, emosionallıq, həmçinin yetkinlik yaşına məxsus müstəqilliyə və sərbəstliyə can atmaq müəyyən edilir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl və baş vermiş hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hazır ki, psixi-emosional vəziyyətində kövrəlmə, əhval ruhiyyəsinin bir qədər enməsi halları müşahidə olunur. Zərərçəkmiş şəxs psixoloji yaşı, fərdi-psixi xüsusiyyətləri, intelektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs psixi vəziyyətində dəyişiklik aşkar olunmadı. Zərərçəkmiş şəxs əqli inkişafı normaya uyğundur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, yadda saxlamaq və ya yada salmaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs psixi inkişafı nəzərə alınmaqla yaranmış şəraitin mahiyyətini dərk edə və davranışının mümkün nəticələrini görə bilərdi. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X4 07 may 2024-cü il tarixli 120 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 17 may 2024-cü il tarixli tələbnaməsindən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Yardımlı Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Həmin Məhkəmənin 28 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğlг CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01(bir) il 03(üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin Məhkəmənin 06 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Yardımlı rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 8(səkkiz) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası üzrə (azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla) 4(dörd) ay 13(on üç) gün azadlıqdan məhrumetmə cəzası hesablanmış, hazırkı hökm üzrə təyin edilmiş 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası il qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9(doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxx 2009-cu il tarixdə doğulmuşdur.Ona qarşı törədilən cinayət hadisəsi zamanı onun 15 yaşı tamam olmamışdır. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 01 may 2024-cü il tarixli pritokoldan görünür ki, hadisə yeri Yardımlı rayonu Sırıq kəndi ərazisində yerləşən yarımçıq tikilidir. «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə saat 16:15də şübhəli şəxs qismində utulmuşdur. «Qətimkan tədbirinin seçilməsi haqqında» Yardımlı Rayon Məhkəməsinin 07 may 2024-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. «Maddi sübutun tanınması və təhvil verilməsi haqqında» 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, 1 ədəd bağlamadakı Zərərçəkmiş şəxs uşaqlıq yolundan götürülmüş 1 ədəd tampon, ona məxsus 1 ədəd trusi və Təqsirləndirilən şəxs sperma nümunəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübüt kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Yardımlı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası, anası və bacısından ibarətdir və yaşayış yerindən müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə təqdim etdiyi ərizədən görünrür ki, Təqsirləndirilən şəxs şikayət və tələbləri yoxdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi, yəni xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı əsasında Yardımlı rayonu Sırıq kəndi ərazisində yerləşən yarımçıq tikiliyə getdikdən sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs həmin təkliflə razılaşaraq paltarlarını soyunub yardımçı tikilinin otaqlarından birində arxası üstə yerə uzandıqdan sonra Təqsirləndirilən şəxs sərtləşmiş cinsi orqanını Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun uşaqlıq yoluna 15-20 dəqiqə ərzində salıb çıxartmaqla öz spermasını onun uşaqlıq yoluna boşaldaraq 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsli əlaqədə olması, bundan başqa 01 may 2024-cü il tarixdə saat 13-14 radələrində Zərərçəkmiş şəxsnın razılığı əsasında Yardımlı şəhəri, Ünəç küçəsinin yaxınlığında yerləşən meşəlik əraziyə getdikdən sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirərək, Zərərçəkmiş şəxs həmin təkliflə razılaşaraq paltarlarını soyunduqdan sonra Təqsirləndirilən şəxs sərtləşmiş cinsi orqanını Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun uşaqlıq yoluna salıb çıxartmaqla öz spermasını onun uşaqlıq yoluna boşaldaraq 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təkrar cinsli əlaqədə olması özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 152.1-ci maddəsinə görə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyəti yaradır. Həmin maddənin «Qeyd» hissəsində göstərilir ki, bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərər çəkmiş şəxsin ona qarşı hər hansı bir şikayəti və tələblərinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, həmçinin gənc olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, cinayət əməlini təkrar törətməsini CM-in 61.1.1-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.1-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.4.1-ci maddəsində göstərilir ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Yardımlı Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 1(038)-09/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğu üçün CM-in 18.4.1-ci maddəsinə əsasən bu hal cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-in 152.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):....346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu; 346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı; CPM-in 353.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:......353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; Məhkəmə, təyin ediləcək cəzanın növü və həddi məsələsini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkünsüzdür, Yardımlı Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsinə baxmayaraq, yenidən oğurluq cinayət əməli töətməsinə görə Yardımlı Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli hökmünə əsasən CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediləsə də, islah olunmamış, yenidən həmin məhkəmənin 06 iyun 2024-cü il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinib, CM-in 67.1 və 68.1.1-1ci maddələri ilə qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və o bununla islah olunmadığını, cinayət törətməyə meyilli olduğunu bariz nümayış etdirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CMin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur, və ona azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Bunsan başqa məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək cəza Yardımlı Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 1(038)-09/2024 nömrəli hökmünə əsasən təyin edilmiş 9(doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2024-cü tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbirinin seçilib-seçilməməsi məsələsinə qiymət verərək, qeyd edir ki, təqsirləndirilən şəxs hal-hazırda azadlıqdan məhrum etmə yerində cəza çəkdiyindən onun barəsində hər hansı qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə maddi sübut-Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd trusi(alt paltarı) Zərərçəkmiş şəxs qaytarılmalı, 1 ədəd tampon və sperma nümunəsi məhv edilməlidir. Azərbaycan Respublikasının CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Yardımlı Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 1(038)-09/2024 nömrəli hökmünə əsasən təyin edilmiş 9(doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut-1(bir) ədəd trusi(alt paltarı) Zərərçəkmiş şəxs qaytarılsın, 1(bir) ədəd tampon və sperma nümunəsi məhv edilsin. Hökmün maddi süburlara aid hissədə icrası Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surəti verilidiyi) andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilmədiyi təqdirdə, yuxarıda göstərilən müddət başa çatdığı vaaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1(038)-17/2024
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-17/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver