Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-17/2025 03.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ
1. GİRİŞ HİSSƏ:
X4 oğlunun sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Yardımlı rayonu, Şəfəqli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-nin Yardımlı TKQ-da elektromontyor vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Şəfəqli kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundandan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ:
2.1. TƏSVİRİ HİSSƏ:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində rayonun Şəfəqli kəndi ərazisində əvvəllər aralarında qohumluq münasibətləri zəmnində baş vermiş narazılıqlar səbəbindən qayınatası, Yardımlı rayonu, Şəfəqli kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs baş nahiyəsinə istintaqa məlum olmayan daş parçası ilə qəsdən bir zərbə və sağ gözünə yumruqla qəsdən bir zərbə vuraraq ona başın təpə nahiyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarəti yetirmişdir.
2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:
2.1.1.1. Təqsirləndilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri
Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır və ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 17 radələrində qardaşı Masallı şəhərindən ət alıb maşınla ona göndərdiyi üçün, əti almaq üçün yaşadığı Şəfəqli kəndindən keçən yolun kənarına getmişdir. O, yolun kənarında təxminən 20 dəqiqə gözləmişdir. Həmin vaxt arxadan kürəkəni Təqsirləndirilən şəxs əlində göy rəngli selofan torba ona tərəf gəldiyini görmüşdür. O, yolun kənarında durduğu zaman birdən arxadan başına küt əşya ilə bir zərbə vurulduğunu, geriyə dönmək istərkən isə həmin şəxs onun pencəyini başına çəkərək, sifət nahiyyəsinə də bir yumuruq vurmuşdur. O, geriyə dönüb baxdıqda həmin şəxsin kürəkəni Təqsirləndirilən şəxs olduğunu görmüş və Tahir qaşaraq hadisə yerindən uzaqlaşmışdır. Onların arasında yaranmış mübahisə ailə münasibətləri zəminində deyil, qardaşı X2 atası sahədə mübahisə etdiyinə görə şəxsi münasibətlər zəminində yaranmışdır. Qızı Təqsirləndirilən şəxs arvadı olduğuna görə onlara təsir göstərməkdən ötrü Tahir onu vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görı də cinayət işinə xitam verilməsini xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir.
2.1.1.2 cinayət işinin materialları
Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki Yardımlı rayonu Şəfəqli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. "xxxx" MMCdə elektromontyor işləyir. 2017-ci ildə X1 ilə evlənmişdir. Həmin evlilikdən hamısı azyaşlı olmaqla 2 oğlan və 1 qız övladı vardır. Evləndiyi gündən etibarən qayınatası Zərərçəkmiş şəxs və arvadının digər qohumları ilə münasibəti soyuq olmuşdur. 26 aprel 2025-ci il tarixdə günorta saatlarında atası Malik Qiyasovun üzünün qızardığını görmüşdür. Atasından niyə üzünün qızardığını soruşmuşdur. Malik Qiyasov da ona qayınatası Zərərçəkmiş şəxs qardaşı Səyyar Sultanovun şillə ilə üzünə vurduğunu demişdir. O əvvəllər də aralarında narazılıqlar olduğundan və baş vermiş bu hadisə ilə əlaqədar əsəbləşərək qayınatası Zərərçəkmiş şəxs vurmaq qərarına gəlmişdir. Həmin tarixdə saat təxminən 17 radələrində yaşadığı evdən çıxaraq kəndin mərkəzinə hərəkət etmişdir. Həmin vaxt qayınatası Zərərçəkmiş şəxs kənddəki marketin qarşısında dayandığını görmüşdür. Əlində göy rəngli sellofan torba olmuşdur. Yerdən təxminən ovucu böyüklüyündə bir daş götürərək həmin daşı göy rəngli sellofan torbaya bükmüşdür. Qayınatası Zərərçəkmiş şəxs dayandığı marketin arxasına gəlmişdir. Sellofan torbaya bükdüyü daş ilə qayınatası Zərərçəkmiş şəxs başının arxa nahiyəsinə bir zərbə vurmuşdur. Zərərçəkmiş şəxs geriyə dönərək onu görmüşdür. O həmin vaxt sağ yumruğu ilə Zərərçəkmiş şəxs sağ gözünə bir zərbə daha vurmuşdur. Qayınatası Zərərçəkmiş şəxs vurduğu sellofan torbaya bükdüyü daş parçasını yerə atmış və dərhal oradan uzaqlaşaraq getmişdir. Daha sonra atası Malik Qiyasovla birlikdə Yardımlı RPŞ-yə gəlmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, qayınatası Zərərçəkmiş şəxs xəsarət yetirən zaman orada kənar şəxslər olmamış, onlardan təxminən 50-60 metr kənarda Səyyar Sultanov olmuş, həmin vaxt qayınatası Zərərçəkmiş şəxs, eləcə də kənar şəxsləri nalayiq ifadələrlə təhqir etməmişdir. Məhkəmə tibbi ekspertizasının 28.04. 2025-ci il tarixli 21 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 26 aprel 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirMəhkəmə-Tibbi Ekspertizasının 28 mart 2025-ci il tarixli, 14 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs nda alnın tüksüz hissəsinin əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti tibbi sənəddə qeyd olunan 27 mart 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Xəzər RPİ-də CM-in 128-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18-1-81/3-634/2025 nömrəli məktubundan görünür ki, Yardımlı rayonu Şəfəqli kənd sakini, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Yardımlı RİHB-nın Şəfəqli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqları vardır və o, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir.
2.2. ƏSASLANDİRİCİ HİSSƏ:
2.2.1 əməlin tövsifi ilə bağlı
Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Belə ki, CM-nin 128-ci maddəsində əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyyəti yaradır. Təqsirlənsirləndirilən şəxsin ona istinad edilən əməli törətməsi, yəni Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində rayonun Şəfəqli kəndi ərazisində əvvəllər aralarında qohumluq münasibətləri zəmnində baş vermiş narazılıqlar səbəbindən qayınatası, Yardımlı rayonu, Şəfəqli kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs baş nahiyəsinə istintaqa məlum olmayan daş parçası ilə qəsdən bir zərbə və sağ gözünə yumruqla qəsdən bir zərbə vuraraq ona başın təpə nahiyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarət yetirməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla–zərərçəkiş şəxs Zərərçəkmiş şəxs ifadəsi və məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 21 nömrəli rəyi ilə öz təsdiqini tapır. Məhkəmə aşağda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi öz təsdiqini tapsa belə, sonuncu zərərçəkmiş şəxslə barışdığından, ona vurulmuş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir.
2.2.2. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı
Xüsusi müsadirə predmeti olan əmlak və məhkəmə xərcləri, habelə iş üzrə maddi sübut, mülki iddia yoxdur, tibbi xarakterli məcburi təbdirlərin tətbiqi üçün əsas mövcud deyildir.
3. NƏTİCƏVİ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin.
3. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
X5