Məhkəmə qərarları › İş №1(038)-18/2023

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-18/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-18/2023 14.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X11 oğlunun sədrliyi, məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Nəci oğlunun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər, Masallı Rayon Vəkil bürosunun vəkili X1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1953-cü ildə Yardımlı rayon Gilar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, təqaüdçü, Yardımlı rayon Şəfəqli kəndində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxx 1992-ci ildə Yardımlı rayon Şəfəqli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Yardımlı rayon Şəfəqli kəndində qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə, saat 12:05 radələrində Yardımlı şəhəri, H.Əliyev prospektində yerləşən aptekin yanında ümumqəbul edilmiş ictimai qayda və əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək, heç bir əsaslı səbəb olmadan oğlu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs qarşı nalayiq söyüşlər söyüb qəsdən əynindəki gödəkçəsini əli ilə dartaraq 15 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını zədələmiş, oğlu Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs qəsdən başı ilə bir zərbə vuraraq, sonuncuya başın önündə burunun sol yan tərəfi-sol göz altı nahiyyənin qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək qərəzli hərərkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə, saat 12:05 radələrində Yardımlı şəhəri, H.Əliyev prospektində yerləşən aptekin yanında ümumqəbul edilmiş ictimai qayda və əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan atası Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, əvvəlcə atası Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı nalayiq söyüşlər söyüb qəsdən əynindəki gödəkçəsini əli ilə dartaraq 15 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını zədələmiş, o isə qəsdən Zərərçəkmiş şəxs başı ilə bir zərbə vuraraq, sonuncuya başın önündə burunun sol yan tərəfi-sol göz altı nahiyyənin qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək qərəzli hərərkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla aralarında torpaq mübahisəsi vardır. Həmin mübahisə ilə əlaqədar Əlimusa onlara qarşı Yardımlı Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxsla birlikdə iştirak etmişlər. O, məhkəmədən çıxıb evlərinə gedərkən, məhkəmənin inzibati binasından təxminən 20-30 metr uzaqlaşdıqdan sonra öz-özünə deyinərkən Zərərçəkmiş şəxs onun səsini eşidib, ona “canını alıb, oradan yol alacağam” demişdir. Həmin vaxt o, əsəbləşmiş və Zərərçəkmiş şəxs əynində olan gödəkçədən yapışmışdır. Zərərçəkmiş şəxs onun ünvanına söyüş söymüş, bu zaman onunla bir yerdə məhkəməyə gəlmiş oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir şillə vurmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Səhvini başa düşüb hərəkətlərindən peşman olmuşdur. Göstərdiklərini və yaşlı olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs1la aralarında olan torpaq mübahisəsi Yardımlı Rayon Məhkəməsində araşdırılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasına atası Zülfüqarla birlikdə gəlmişdir. Məhkəmə iclası bitdikdən sonra onlar evə gedərkən məhkəmənin inzibati binasından təxminən 20-30 metr uzaqlaşdıqda, aptek binasının qarşısında atası deyinərək “Əlimusa mən sənə yol verməyəcəyəm” demiş, Əlimusa isə atasına “canını alıb, oradan yol alacağam” demişdir. Bu vaxt atası Əlimusanın gödəkçəsindən tutaraq nə dediyini soruşduqda, Zərərçəkmiş şəxs atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Əlimusa atasının ünvanına nalayiq ifadələr işlətdiyinə görə Əlimusanın sifət nahiyəsinə bir şillə vurmuşdur. Hazırda Zərərçəkmiş şəxsla barışmışdır. Səhvini başa düşüb hərəkətlərindən peşman olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayəti törətmələri özlərinin etiraf etməsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş zərərçəkmiş və şahidlərin ifadələri, həmçinin məhkəmə tibbi ekspertiza rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, iş üzrə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, aralarında olan torpaq mübahisəsi ilə bağlı Yardımlı Rayon Məhkəməsində olan mülki işlə bağlı onlar xx.xx.2023-cü il tarixdə məhkəməyə çağrılmışlar. Təqsirləndirilən şəxslərlə birlikdə məhkəmə prosesində iştirak etmişlər və təxminən saat 12:05 radələrində məhkəmədən çıxıb yaşadığı ünvana gedərkən məhkəmənin inzibati binasından təxminən 30 metr kənarda, aptekin qarşısından gedərkən Təqsirləndirilən şəxs1 onun ünvanına söyüşlər söymüşdür. O, Təqsirləndirilən şəxs1 “ağzının danışığını bil, söyüş söymə, camaat eşidir” deyib, ona əhəmiyyət vermədən getməyə davam edərkən, Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq gödəkçənin arxa tərəfindən tutub, özünə tərəf çəkmiş və gödəkçəni yararsız hala salmışdır. Həmin vaxt Zülfüqarın yanında olan oğlu Təqsirləndirilən şəxs2 isə baş nahiyəsi ilə onun sifət nahiyəsinə vurmuşdur. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır və onlardan şikayəti və tələbi yoxdur. Məhkəmənin 31 avqust 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 02 fevral 2023-cü il tarixdə Yardımlı şəhəri H.Əliyev prospektində yerləşən aptekdən dərman alıb, bayıra çıxan zaman aptekin qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxsla Zülfüqar və oğlu İsmətin mübahisə etdiklərini görüb yaxınlaşaraq onları sakitləşdirmiş və həmin şəxləri oradan uzaqlaşdırmışdır. Məhkəmənin 31 avqust 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Yardımlı rayon Şəfəqli kənd sakini X4 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə şəxsi işi ilə əlaqədar Yardımlı şəhərinə gəlmişdir. Həmin gün saat təxminən 12 radələrinə Yardımlı şəhəri H.Əliyev prospektində yerləşən aptekdən dərman alıb çıxan zaman, aptekin yaxınlığında Zərərçəkmiş şəxsla Zülfüqar və oğlu İsmətin mübahisə etdiyini və ətraflarına adamların yığıldığını görmüşdür. O da onların yanına getmiş və həmin şəxsləri rayonun Cerinbel kənd sakini Şahid sakitləşdirmiş və həmin şəxslər oradan getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 Təcrübi və X6 Rayon MTE və PA Şöbəsinin 02 fevral 2023-cü il tarixli, 05 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “ başın önündə burunun sol yan tərəfi-solgözaltı nahiyyənin qançırı” xəsarəti vardır, göstərilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəməəmtəəşünaslıq ekspertizasının 12 aprel 2023-cü il tarixli, 19/389 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara rəngli parça materialdan olan “Morelly” markalı zəncirbəndlə açılıb-bağlanan gödəkçənin normal vəziyyətdə zədələnməmişdən əvvəl 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 15,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 aprel 2023-cü il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Yardımlı Rayon Mərkəzi X7 Şəxsin 28 mart 2023-ci il tarixli, 3-90 və 3-91nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ruhi-əsəb xəstəsi kimi Yardımlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-də dispanser qeydiyyatında dayanmırlar. Yardımlı RİHB-nın Şəfəqli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları ərazidə müsbət xarakterizə edilirlər. Yardımlı RİHB-nın Şəfəqli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 06 fevral 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqları vardırdır. 03 may 2023-cü il tarixli “təqsirləndirilən şəxsin axtarışının elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin Təqsirləndirilən şəxs2 istintaqdan qaçaraq gizləndiyi üçün ona həmin maddə ilə verilmiş ittihamı elan etmək mümkün olmamış və 03 may 2023-cü il tarixdə barəsində axtarış elan eldilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. 30 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 30 may 2023-cü il tarixdə saxlanılaraq Yardımlı Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Yardımlı Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Onlara qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxslərin etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə onlara elan olunmuş ittiham üzrə təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş əsaslarla hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğundur, əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi əsasında təqsirləndirilən şəxslərə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, olar, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası CM-in 53.4-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Аli Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli,1 saylı qərarının 13-cü bəndində Məhkəmələrə tövsiyyə edilir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir haldatörədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarınşəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərəalmaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki,hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin ayrı-ayrılıqda zərərçəkmiş şəxslə barışıq əldə etmələrini CM-nin 59.1.12-ci maddəsinə, hər ikisinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməllərindən səmimi peşman olmalarını və Təqsirləndirilən şəxs1 yaşlı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək, törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayətinin olmamasını, zərərçəkmiş şəxsin onlara yüngül cəzanın təyin edilməsi barədə xahişini, o cümlədən, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin islah olunmağa meyilli olmalarını törətdikləri əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz islah işləri növündə cəzaya məhkum edilmələrini cəzanın məqsədinə nail olmaq baxımından qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli, onların işlədiyi və qazanclarından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tutulduğu - azadlığı məhdudlaşdırmaqla Yardımlı Rayon Polis X3 Yerində saxlanıldığı 02 gün (xx.xx.2023xx.xx.2023) müddəti nəzərə alır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs2 tutularaq saxlanıldığı 02 gün (xx.xx.2023-xx.xx.2023) müddətin bir günü islah işləri növündə cəzanın müddətinə bir günə üç gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri növündə cəzadan çıxılmalıdır (CM-nin 69.3-cü maddəsi). Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 (bir) ədəd gödəkçə Zərərçəkmiş şəxs qaytarılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə 15 (on beş) manat maddi ziyanın ödənilməsi nəzə alımalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 tutularaq saxlanıldığı iki gün müddətin bir günü islah işlərinin üç gününə hesablanmaqla, üzərində 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Maddi sübut kimi tanınmış və Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd gödəkcə Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 15(on beş) manat maddi ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar