Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-18/2024 01.08.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X12 Azad oğlunun sədrliyi,məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs 11 saylı Regional X3 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Yardımlı rayonu Gölyeri kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Yardımlı rayonu, Gölyeri kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs meşəqırma bileti və order olmadan 2023-cü ilin noyabr ayı ərzində 11 saylı Regional X3 Yardımlı rayonu üzrə 1 saylı meşəbəyliyinin 2 saylı meşə dolayının 19 və 20-ci kvartallarında 16 sm diametrdə 2 ədəd, 20 sm diametrdə 1 ədəd, 24 sm diametrdə 2 ədəd, 28 sm diametrdə 4 ədəd, 32 sm diametrdə 2 ədəd, 36 sm diametrdə 3 ədəd, 44 sm diametrdə 2 ədəd, 52 sm diametrdə 1 ədəd, 56 sm diametrdə 1 ədəd, 72 sm diametrdə 1 ədəd, 76 sm diametrdə 1 ədəd, 80 sm diametrdə 1 ədəd palıd cinsli, 16 sm diametrdə 1 ədəd, 28 sm diametrdə 2 ədəd, 36 sm diametrdə 1 ədəd, 32 sm diametrdə 1 ədəd vələs cinsli, 08 sm diametrdə 1 ədəd, 20 sm diametrdə 2 ədəd, 24 sm diametrdə 2 ədəd yemişan cinsli, 32 sm diametrdə 1 ədəd alma cinsli, 32 sm diametrdə 2 ədəd ağcaqayın cinsli, 32 sm diametrdə 1 ədəd alça cinsli, 24 sm diametrdə 2 ədəd, 32 sm diametrdə 1 ədəd, 40 sm diametrdə 1 ədəd armud cinsli, olmaqla ümumilikdə 24,23 m3 həcmində 39 ədəd ağacları və 11 ədəd budaqları özündə olan motorlu mişarla qəsdən qanunsuz olaraq kəsmiş, həmin ağaclardan 38 ədədini doğrayaraq meşə sahəsindən daşıyıb aparmaqla dövlət meşə fonduna 3292,10(üç min iki yüz doxsan iki manat on qəpik) manat dəyərində xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı kəndə qaz xətti çəkilmədiyi üçün payız və qış aylarında yaşadığı evi odun sobası ilə qızdırır. Meşə sahəsindən ağacları motorlu mişarla kəsmiş və həmin odunları yaşadığı evə atla aparmışdır. 2016-cı ildən 2018-ci ilin sonuna qədər X8 və Bərpası Müəssisəsində texnik vəzifəsində işləmişdir. Törədiyi cinayət hadisəsi barədə ibtidai istintaq zamanı ifədə vermiş və həmin ifadəni təsdiq edir. İfadəsi elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2016-cı ildən 2018-ci ilin sonuna qədər X8 və Bərpası Müəssisəsində texnik vəzifəsində işləmişdir. Onun yaşadığı kənd qazla təchiz edilməmişdir. Buna görə də payız və qış aylarında yaşadığı evi qızdırmaq üçün odun sobasından istifadə edir. 11 saylı regional X3 1 saylı meşbəyliyinin 2 saylı meşə dolayında yerləşən meşəlik sahədə olan ağacları kəsib yaşadığı evin həyətinə gətirərək isinmək üçün istifadə etmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində yaşadığı evi qızdırmaq və şəxsi təsərrüfatında istifadə etmək üçün oduna ehtiyacı olmuşdur. Buna görə də özündə olan motorlu mişarla 11 saylı regional X3 1 saylı meşbəyliyinin 2 saylı meşə dolayında yerləşən meşəlik sahəyə getmişdir. Orada müxtəlif diamterli palıd, vələs, yemişan, ağcaqayın və digər növdən olan ağacları motorlu mişarla kəsmişdir. Sonra həmin ağacların çox hissəsini doğrayaraq ulaqla yaşadığı evin həyətinə gətirmişdir. Ağacların bir qismi isə kəsdiyi yerdə qalmışdır. Sonradan həmin yerdə ağacların kəsilməsindən meşə işçilərinin məlumatının olduğunu bilmişdir. Buna görə də yerində qalan ağacların arxasınca getməmişdir. Həmin ərazidən təxminən 50-yə yaxın ağac kəsmişdir. Nuriyev Əli Nobətəli oğlunu tanımır, onun həmin ağacların Yardımlı rayonu Ləzir kənd sakinləri X9 və X6 tərəfindən kəsildiyini bildirməsinin səbəbini bilmir. Həmin ağaclar onun tərəfindən kəsilmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 11 saylı Regional X3 1 saylı meşəbəyliyinin 2 saylı meşə dolayından 39 ədəd ağacı doğrayaraq meşə sahəsindən daşıyıb aparmışdır. Nəticədə dövlət meşə fonduna 3292,10(üç min iki yüz doxsan iki manat on qəpik) manat dəyərində xeyli miqdarda ziyan vurmuşdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə son sözündə göstərdi ki, Təqsirləndirilən şəxs hazırda dövlət meşə fonduna vurduğu 3292,10(üç min iki yüz doxsan iki manat on qəpik) manat dəyərində ziyanı tam ödəmişdir. Ona görədə Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Qeyd etdiklərini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 11 saylı X5 Mərkəzində meşə mühafizə mühəndisi vəzifəsində işləyir.Masallı rayonu Zuvand kənd sakini Nuriyev Əli Nobətəli oğlunun şifahi məlumatı əsasında 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Rauf Abbasovla birlikdə araşdırma aparmışlar. Araşdırma zamanı 1 saylı meşəbəyliyinin 2 saylı meşə dolayında 39 ədəd köküstə yaş ağacların və 11 ədəd budaqların qanunsuz kəsildiyini aşkar etmişlər. Bu barədə akt tərtib edilmiş və11 saylı X5 Mərkəzində tədim edilmişdir. Daha sonra Departament tərəfindən həmin akt Baş Prokurorluğa göndərilmişdir.Aparılmış araşdırma zamanı ağacların Təqsirləndirilən şəxs tərfindən kəsilməsi müəyyən edilmişdir. Şahid1 həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. İfadəsi elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki 2017-ci ilin may ayından 11 saylı X5 Mərkəzində meşə mühafizə mühəndisi vəzifəsində işləyir. 22 noyabr 2023-cü il tarixdə Masallı rayonu Zuvand kənd sakini Nuriyev Əli Nobətəli oğlunun 11 saylı RMTM-nın Yardımlı meşəbəylikləri üzrə 1 saylı meşəbəyliyinin 2 saylı meşə dolayında qanunsuz ağaclar kəsilməsi barədə şifahi məlumatı əsasında 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə yoxlama aparmışlar. Yoxlama zamanı 1 saylı meşəbəyliyinin 2 saylı meşə dolayının 19 və 20-cı kvartallarında 16 sm diametrdə 2 ədəd, 20 sm diametrdə 1 ədəd, 24 sm diametrdə 2 ədəd, 28 sm diametrdə 4 ədəd, 32 sm diametrdə 2 ədəd, 36 sm diametrdə 3 ədəd, 44 sm diametrdə 2 ədəd, 52 sm diametrdə 1 ədəd, 56 sm diametrdə 1 ədəd, 72 sm diametrdə 1 ədəd, 76 sm diametrdə 1 ədəd, 80 sm diametrdə 1 ədəd palıd cinsli, 16 sm diametrdə 1 ədəd, 28 sm diametrdə 2 ədəd, 36 sm diametrdə 1 ədəd, 32 sm diametrdə 1 ədəd vələs cinsli, 08 sm diametrdə 1 ədəd, 20 sm diametrdə 2 ədəd, 24 sm diametrdə 2 ədəd yemişan cinsli, 32 sm diametrdə 1 ədəd alma cinsli, 32 sm diametrdə 2 ədəd ağcaqayın cinsli, 32 sm diametrdə 1 ədəd alça cinsli, 24 sm diametrdə 2 ədəd, 32 sm diametrdə 1 ədəd, 40 sm diametrdə 1 ədəd armud cinsli ağacların və 11 ədəd budaqların qanunsuz kəsildiyini aşkar etmişlər. Həmin ağaclardan 4 ədədi köküstə quru, 35 ədədi isə köküstə yaş ağaclar olmuşdur. Həmin ağaclar barəsində onun tərəfindən həcm-qiymət cədvəli tərtib edilmişdi. Həmin ağacların həcmi ümumilikdə 24,23 m3 olmuşdur. Sonradan həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X4 Nəzarət və Ekoloji Monitoring sektorunun aparıcı məsləhtçi müfəttişi Şahid2 ifadəsində göstərdi ki, sosial şəbəkədə 1 saylı meşəbəyliyinin 2 saylı meşə dolayında ağacların qanunsuz kəsilməsi barədə yayılan məlumatla əlaqədar rəhbərlik tərəfindən ona həmin əraziyə getməyi tapşırılmışdır.Bundan sonra O, 11 saylı Regional X3 mühafizə mühəndisi Şahid1 ilə birlikdə həmin əraziyə getmişdir. Masallı rayonu Zuvand kənd sakini Nuriyev Əli Nobətəli oğlunun sosial şəbəkədə qeyd etdiyi ərazidə həqiqətən yaş ağacların və budaqların qanunsuz kəsilməsini aşkar etmişlər. Bu barədə akt tərtib edilmişdir və həmin akt Departament tərəfindən baxılması üçün Baş prokurorluğa göndərilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi bildirdi. İbtidai istintaq zamanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş: «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 30.11. 2023-cü il tarixdə 11 saylı regional X3 1 saylı meşbəyliyinin 2 saylı meşə dolayının ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı Baş prokurorluğa daxil olmuş məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı həmin dolayda müxtəlif diametrli və cinsli 11 ədəd ağacların budaqlarının, 4 ədəd köküstə quru və 35 ədəd köküstə yaş ağacların qanunsuz kəsildiyi aşkar edilmişdir. Məhkəmə Əmtəşunaslıq Ekspertizasının 31.01. 2024-cü il tarixli, 19/49 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli 82898 nömrəli akt və ona əlavə edilmiş həcm qiymətləndirilməsi cədvəlinə, 11 saylı RMTM-nin 1 saylı meşəbəyliyinin 2 saylı meşə dolayında müxtəlif diametrli və cinsli 11 ədəd ağacların budaqlarının, 4 ədəd köküstə quru və 35 ədəd köküstə yaş ağacın isə kökboğazından qanunsuz kəsilməsi nəticəsində ARnın Nazirlər Kabinetinin xx.xx.1993-ü il tarixli 636 saylı qərarına və bu qərara əlavə edilmiş xx.xx.2019-cu il tarixli 30 saylı qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 3292,10 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat təşkil edir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. "xxxx" ASC-nin ödəniş qəbzlərindən görünür ki. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə, həmçinin məhkəmə istintaqının gedişində dövlət meşə fonduna vurduğu 3292,10(üç min iki yüz doxsan iki manat on qəpik) manat dəyərində ziyanı 11 saylı Regional X3 hesabına tam şəkildə ödəmişdir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 145 nömrəli məktubundan görünür ki. Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Şıxlar inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı X2 və 2020-ci il təvəllüdlü övladı X10 adlı övladı ilə birlikdə Yardımlı rayonu, Gölyeri kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Məmişov X7 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə təqsirli bilinərək 400 saat müddətinə ictimai işlər cəzasına məhkum edilmişdir. 07 may 2019-cu il tarixdə cəzası icra edildiyindən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı Regional X3 07.01. 2024-cü il tarixli etibarnaməsindən və həmin tarixli məktubundan görünür ki, baş mütəxəssis-hüquqşunas Nümayəndə 11 saylı Regional X3 adından məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində təmsil edilməsi etibar edilmişdir. 11 saylı Regional X3 nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət meşə fonduna vurulan 3292,10 (üç min iki yüz doxsan iki manat on qəpik) manat dəyərində ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Ərizənin nəzərərə alinmasını xahiş edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, baxış keçirilməsi protokolu, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Belə ki, CM-nin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl CM-nin CM-in 259.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə edilməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 259.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxs islah olunmağa meyilli olmasını törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 259.1-ci maddəsinin sanksiyası daxilində islah işi növündə cəzaya məhkum edilməsini cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, maddi sübut və mülki iddia yoxdur, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1(bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğu cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından ilkin məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(038)-18/2024
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-18/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver