Məhkəmə qərarları › İş №1(038)-18/2025

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-18/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-18/2025 31.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ

1. GİRİŞ HİSSƏ:

X10 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1956-cı ildə Yardımlı rayonu, Avur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Yardımlı rayonu, Avur kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:

2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ:

2.1. TƏSVİRİ HİSSƏ:

İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs «Tik-Tok» sosial şəbəkə platformasında, onun şəxsiyyətini eyniləşdirməyə imkan verməyən “dumanl.tbriz7” adlı saxta profil hesab vasitəsilə Zərərçəkmiş şəxs barəsində böhtan xarakterli məlumatları əks etdirən videonu kütləvi nümayiş etdirmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə özünə məxsus olduğunu bildirdiyi «OUKİTEL C36» markalı mobil telefon vasitəsilə video çəkərək həmin videoda Zərərçəkmiş şəxs barəsində onun şərəf və ləyaqətini ləkələyən, böhtan xarakterli məlumatları səsləndirmiş, daha sonra sözügedən videonu eyni tarixdə «Tik-Tok» sosial şəbəkə platformasında Təqsirləndirilən şəxs şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, ad, soyad, ata adını gizlətdiyi «dumanl.tbriz7» adlı profil hesabında kütləvi nümayiş etdirmişdir.

2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:

2.1.1.1. Təqsirləndilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri

Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1995-ci ildə rayonun Avur kəndində Çayüzü kənd saxini koperativ yaratmışdır və koperativ bir il fəaliyyət göstərmişdir. 19997-ci ildə torpaq sahələri paylanılarkən torpaq sahəsinin 51 faizi Çayüzü kənd sakinlərinə verilmişdir. Bu barədə o aidiyyəti təşkilatlara müraciət ertmiş, lakin onun şikayəti Yardımlı Rayon İcra Hakimyyətində öt-basdır edilmiş və şikayətinə baxılmamışdır. Həmin vaxt onun özünə və ailə üzvlərinə həmkəndlisi Çingiz tərəfindən təzyiqlər göstərilmişdir. O söyülmüş və təhqir olunmuşdur. Çingiz Zərərçəkmiş şəxsla oturub-durur. Onları isə Şahid2 təşkil edir. Oğlu Zərərçəkmiş şəxsla yoldaşlıq etmişdir və narkotik vasitələrə qurşanmışdır. Oğlunun işinə hazırda Abşeron Məhkəməsində baxılır. Bu səbəblərdən məcbur olub sosial şəbəkələrə çıxmışdır. «Tik-Tok» sosial şəbəkəsində yaradılmış «dumanl.tbriz7» adlı profil ona məxsusdur. Zərərçəkmiş şəxs barədə yaydığı məlumatların bir qismini işlədiyi dövrdə özü şahid olmuş, bir hissəsini isə vətəndaşlardan eşitmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını və səhv etdiyini, həmçinin təqsirləndirlən şəxsdən üzr istəməsini nəzərə alaraq ona yüngül cəza cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xalası oğludur. Təqsirləndirilən şəxs Şahid2lə aralarında olan problemdən məlumatı yoxdur. Təsərrüfatında mal-qara saxlamaqla ailəsini dolandırır. Təsərrüfatında olan mal-heyvanları öz zəhməti ilə əldə etmişdir. İdarə etdiyi avtomobili 4 heyvan sataraq almışdır. O, Rusiyada adam öldürməmiş və İrana xəritə satmamışdır. Rusiya Federasiyasının Barnaul şəhərinə işləməyə getmişdir və işləməyə özü ilə Mətləbin oğlunu da aparmışdır. Nəvəsinin gözünə Qulamhüseydən qisas almağa görə xəsarət yetirməsi kimi digər bötan xarakterli məlumatları Təqsirləndirilən şəxs «Tik-Tok» sosial şəbəkəsində yaymış və ona böhtan atmışdır. Zərərçəkmiş şəxs oğlu çıxışında Təqsirləndirilən şəxs cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs «Tik- Tok» sosial şəbəkəsində mütamadi onun adını hallandırır. Telefonunda «Tik-Tok» proqramı quraşdırılmadığı üçün Zərərçəkmiş şəxs və digər şəxslər Təqsirləndirilən şəxs «Tik-Tok» sosial şəbəkəsində yaydığı görüntüləri ona göstərmişdir. «Tik-Tok» sosial şəbəkəsində Təqsirləndirilən şəxs ondan başqa digər şəxslər barəsində də böhtan xarakterli məlumatlar yaymışdır. Şahid2 həmçinin göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifasəni təsdiq edir. Məhkəmə istintaqında şahid X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə həmkəndlidir. xx.xx.2025-ci il tarixdə evdə olarkən tanıdıqları şəxslər onlara zəng edərək Təqsirləndirilən şəxs «Tik-Tok» sosial şəbəkəsində onların barələrində xoşagəlməz ifadələr işlətdiyini bildirmişlər. Videoya baxdıqda Təqsirləndirilən şəxs əri Səfailin Rusiyada adam öldürdüyünü və qaçaqmalçılıqla məşğul olmasını, onun isə “maşennik” olduğunu bildirmişdir. Həmin videonun rəy bölməsində isə Xudaşirinlə onun adını yanaşı yazmış və ona məsləhəti Xudaşirin verdiyini göstərmişdir. Halbu ki, Şahid2 rayonun Dağüzü kəndindədir və Xudaşirinlə onların heç bir əlaqələri yoxdur.

2.1.1.2 cinayət işinin materialları

Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilməklə elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə video çəkərək onun və Avur kəndinin sakini Zərərçəkmiş şəxs barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatları qeyd etmiş və «Tik-Tok» sosial şəbəkəsində ad, soyad, ata adını və onun şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatları paylaşmadığı «dumanl.tbriz7» adlı profil hesabında çəkdiyi həmin videonu paylaşmışdır. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs onun istifadəsində olan +**********17 mobil nömrəsinə zəng edərək “tik-tok” sosial şəbəkəsində “dumanl.tbriz7” adlı profil hesabında video paylaşıldığını və həmin videoda onların barəsində böhtan xarakterli, həqiqətə uyğun olmayan məlumatların səsləndirildiyini qeyd etmişdir. Onun “tik-tok” sosial şəbəkəsində hesabı olmadığı üçün Zərərçəkmiş şəxs dediyi videoya baxa bilməmişdir. 16 mart 2025-ci il tarixdə Səfail ilə Çayüzü kəndində görüşərək həmin videonu birlikdə izləmişlər və videoda səsi gələn şəxsin Avur kənd sakini Təqsirləndirilən şəxs olduğunu anlamışdır. Səfail bu barədə DİN-nin «102» xidmətinə zəng də edərək şikayət etmişdir. Həmin gün o, Səfail və onun arvadı Gülşən Qürbətova ilə birlikdə Yardımlı Rayon Polis şöbəsinə getmişlər. Səfail Təqsirləndirilən şəxs «Tik-Tok» sosial şəbəkəsində «dumanl.tbriz7» adlı profil hesabında onun barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatları əks etdirən video paylaşması barədə şikayət ərizəsi yazmışdır. O, isə şifahi şəkildə öz narazılığını bildirmişdir, Təqsirləndirilən şəxs ilə qohumluq münasibəti olduğu üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əlavə olaraq bildirir ki, sözügedən videoda Təqsirləndirilən şəxs onun bələdiyyə sədri işlədiyi dövrlərdə Avur kəndinin torpaqlarını Çayüzü kəndinin sakinlərinə satdığını, 2000-ci ilin 5 sentyabrında 3 günlük həbs olunduğunu, daha sonra azadlığa buraxıldığını, hal-hazırda nəzarət etdiyi meşə ərazisini özəlləşdirdiyini, onun 70 nəfərə yaxın ştatsız işçilərinin, müavinlərinin olduğunu, müavinlərindən birinin Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs videoda qeyd etdiyi xüsusatların heç biri həqiqəti əks etdirmir. «Tik-Tok» sosial şəbəkə platformasında «dumanli.tbriz7» adlı profil sahibinin yaydığı videonu özündə əks etdirən CD-lərə baxış keçirilmişdir. Həmin videolardan görünür ki, xx.xx.2025-ci il tarixdə «Tik-Tok» sosial şəbəkəsində həmin video yayılmışdır və videoya 15100 sayda baxış olmuşdur. Həmin videonu çəkən şəxs videonun Yardımlı rayonun Avur kəndində çəkildiyini, videonu çəkən şəxsin xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilədək Dövlət Sərhəd Xidmətinin Çayüzü kommendatlığında sürücü işlədiyini və Zərərçəkmiş şəxs 1999cu ildə Yardımlı rayonunun Qaravuldaş kəndinin İİR ilə sərhədi ərazisindən «QAZ 66» markalı avtomobil ilə hər maşında 135 qutu olmaqla 55 maşın qaçaq yolla aksiz markası olmayan siqaretləri keçirdiyini, həmin tarixdə Səfail X1 ilə birlikdə qaçaqmalçılıq ilə məşğul olduqlarını, bu zaman onların tutulduqlarını, bu səbəbdən Səfailin ölkə ərazisini tərk edərək Rusiya Federasiyası Altayskiy vilayətinə getdiyini, Zərərçəkmiş şəxs Rusiya Federasiyasının Altayskiy vilayətində olan zaman 2 il həbs olunduğunu, orada olarkən bir nəfər şəxsi qətlə yetirdiyini və hazırda axtarışda olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli, «Təqdim edilmiş materiala baxış keçirilməsi haqqında protokol»dan görünür ki, «Tik-Tok» sosial şəbəkə platformasında «dumanli.tbriz7» adlı profil hesabda xx.xx.2025-ci il tarixdə video paylaşılmış və videoya 15100 sayda baxış olmuşdur. Həmin videonu çəkən şəxs videonun Avur kəndində çəkildiyini bildirir. Videonu çəkən şəxs 23.02. 1993-cü ildən xx.xx.1999-cu ilədək DSX-nin Çayüzü kommendatlığında sürücü işlədiyini və Zərərçəkmiş şəxs 1999-cu ildə Yardımlı rayonunun Qaravuldaş kəndinin İİR ilə sərhədi ərazisindən “QAZ 66” markalı avtomobil ilə hər maşında 135 qutu olmaqla 55 maşın qaçaq yolla aksiz markasız papiroslar keçirdiyini bildirir. Həmin tarixdə Səfail X1 ilə birlikdə qaçaqmalçılıq ilə məşğul olduqlarını, bu zaman onların tutulduqlarını, bu səbəbdən Səfailin ölkə ərazisini tərk edərək Rusiya Federasiyası Altayskiy vilayətinə getdiyini bildirir. Videonu çəkən şəxs Zərərçəkmiş şəxs Rusiya Federasiyasının Altayskiy vilayətində olan zaman 2 il həbs olunduğunu, orada olarkən bir nəfər şəxsi qətlə yetirdiyini və hazırda axtarışda olduğunu bildirir. xx.xx.2025-ci il tarixli «Baxış keçirilməsi haqqında protokol»dan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “OUKİTEL” markalı, “C36” modelli mobil telefonun qalereya qovluğunda araşdırma materialına əlavə edilən 1 ədəd DVD diskdə qeydə alınmış 1 ədəd video yazı nümunəsi aşkar edilməmişdir. Həmçinin “Tik-tok” proqramında “dumanl.tbriz7” adlı profil hesab aşkar edilsə də, həmin hesabda araşdırma materialına əlavə edilən video fayl aşkar edilməmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs “OUKİTEL” markalı, “C36” modelli mobil telefonun, həmçinin “tik-tok” proqramında olan “dumanl.tbriz7” adlı profilin ona məxsus olduğunu, materiala əlavə edilən videonu özünün çəkdiyini, qeyd edilən profildə paylaşdığını, araşdırma aparılarkən məsuliyyətdən qorxduğu üçün video faylı həm telefonun qalereya qovluğundan, həm də “tik-tok” proqramından sildiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli «Baxış keçirilməsi haqqında protokol»dan görünür ki, “OUKİTEL_C36_2025-04-11_Report” qovluğuna daxil olunarkən “content” bölməsində “Videos” qovluğunda müxtəlif adlarla çoxsaylı video fayllar aşkar edilmişdir. Axtarış məqsədilə baxış keçirilən fayllar arasında material üzrə əhəmiyyətli hesab edilən, əvvəlcədən müəyyən edilmiş əlamətləri daşıyan bərpa olunan video fayl aşkar edilmişdir. Faylın adı “28eWvqYoKyxzjZ62gn9EZbVZy6İdG1tBTfhHD6OOr6” kimi qeyd olunmuşdur, ölçüsü ******* baytdır. Bu fayl birbaşa komputer sistemində video oxuducu vasitəsilə açılmamışdır.Texniki analiz nəticəsində faylın uzantısının dəyişdirilərək “.mp4”formatına gətirildiyi zaman (dəyişdirilmiş faylın adı – “Video”) videonun açıldığı və iş üzrə əhəmiyyətli görüntülər ehtiva etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş video ümumi uzunluğu proqram təminatında 06 dəqiqə 50 saniyə olaraq görünsə də, faktiki olaraq yalnız 19 saniyəlik hissəsi bərpa edilmişdir, faylın qalan hissəsinin zədələnməsi və ya silinməsi səbəbindən tam olaraq bərpa olunmadığı ehtimal edilir. Video faylın 19 saniyəlik bərpa olunmuş hissəsinə baxış zamanı Təqsirləndirilən şəxs həmin videonun ona məxsus olduğunu və özü tərəfindən mobil telefonundan silindiyini bildirdi. Məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2025-ci il tarixli, 90 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd «Verbatim» markalı CD-R diskdə olan mübahisəli videofonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. ekspertizaya təqdim olunmuş 01 ədəd «Verbatim» markalı CD-R diskdə olan mübahisəli videofonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. Ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 250 manat təşkil etmişdir. X2 Sisteminin Elektron sorğu modulu vasitəsilə əldə edilmiş xx.xx.2025-ci il tarixli məhkumluq haqqında arayışa əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş və həmin hökmlə Təqsirləndirilən şəxsa CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 02 il müddətə islah işləri cəzası, aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilməklə yüngülləşdirilmişdir. Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, P-40 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin «8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» xx.xx.2021-ci il tarixli Qərarının 2,8-ci bəndinin təsiri altına düşdüyündən xx.xx.2021 -ci il tarixdə barəsində amnistiya aktı tərtib edilməklə cəzadan azad edilmiş və bununla əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. «Sübutların qiymətləndirilməsinə dair» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Məhkəmə fonoskopik ekspertizasından daxil olmuş 2 ədəd CD maddi sübut kimi tanınmışdır. «Respublika Psixatriya Xəstəxanası» X9 verilmiş xx.xx.2025-ci il tarixli, 3-28-29/2- 5611/2025 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs Respublika Psixatriya Xəstəxanasında müalicə almamışdır. «Lənkəran Şəhər Psixatriya Xəstəxanası» X9 verilmiş xx.xx.2025-ci il tarixli, 664 nömrəli məktuba əsasən Poladov X6 Şəhər Psixatriya Xəstəxanasında qeydiyyatda yoxdur. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X9 verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-81/2- 173/2025 nömrəli məktuba əsasən Poladov X7 rayon mərkəzi xəstəxanası X11 narkoloji, psixo-nevroloji, onkoloji kabinetlərində, vərəm şöbəsində qeydiyyatda yoxdur. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Çayüzü İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs rayonun Avur kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 2.2. ƏSASLANDİRİCİ HİSSƏ:

2.2.1 əməlin tövsifi ilə bağlı;

Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, CM-nin 148-1-ci maddəsində əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan təhqir cinayəti obyektiv cəhətdən “kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma”da ifadə olunur. Məhkəmə qeyd edir ki, söz azadlığı və ya ifadə azadlığı dedikdə bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir. Bu bəyan etmə sözlər vasitəsilə də həyata keçirilə bilir. Sözlərdə, ifadələrdə müəyyən məlumatlar bəyan edilir, fikirlər söz və ya ifadələrlə səsləndirilir, açıqlanır. «İnsan Hüquqlarının və X4 Haqqında" Konvensiyanın «Fikri ifadə etmək azadlığı» ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir. BMT Baş Assambleyası tərəfindən xx.xx.1948-ci ildə qəbul edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsinin 12-ci maddəsində də heç kimin şəxsi və ailə həyatına müdaxiləyə, evinin toxunulmazlığına, məktublaşmasının gizliliyinə, şərəf və nüfuzuna özbaşına qəsdə məruz qalmasının yolverilməzliyi bəyan olunur. Bütün yuxarıda göstərilən müddəalar vətəndaşın şərəf, ləyaqət və nüfuzuna qeyri qanuni qəsddən müdafiə hüququna zəmanət verən «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın» 17-ci maddəsində və «İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının» 10-cu maddəsində də öz əksini tapmışlar. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ və İİİ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 46-cı maddəsinin İ və İİ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli, 3 saylı Qərarına əsasən CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş ənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Yuxarıda qeyd olunanlar əsasında belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv qiymət verməklə ittihamın həlli üçün tədqiq edilmiş biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara, habelə Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsi, «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirlənsirləndirilən şəxsin ona istinad edilən əməli törətməsi, yəni Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə özünə məxsus olduğunu bildirdiyi «OUKİTEL C36» markalı mobil telefon vasitəsilə video çəkərək həmin videoda Zərərçəkmiş şəxs barəsində onun şərəf və ləyaqətini ləkələyən, böhtan xarakterli məlumatları səsləndirmiş, daha sonra sözügedən videonu eyni tarixdə «Tik-Tok» sosial şəbəkə platformasında Təqsirləndirilən şəxs şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, ad, soyad, ata adını gizlətdiyi «dumanl.tbriz7» adlı profil hesabında kütləvi nümayiş etdirməsi özünün etirafedici ifadələri ilə yanaşı, bunu tamamlayan məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla – zərərçəkmiş şəxs və şahid ifadələri və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 148-1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.

2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı;

CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən olmamışdır. CM-nin 148-1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi CM-nin 148-1-ci maddəsinin sanksiyasında alternativ dörd cəza növü müəyyən olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun yaşını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 148- 1-ci maddəsində nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı;

İş üzrə maddi sübut- məhkəmə fonoskopik ekspertizasından daxil olmuş 2 ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 250(iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar və mülki iddia yoxdur.

3. NƏTİCƏVİ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1(bir) il 6(altı) ay müddətinə islah işləri cəzası təyin edilsin.

2. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın.

3. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin.

4. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

5. Aparılmış ekspertiza tədqiqatının dəyəri 250(iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin.

6. Xüsusi müsadirə üçün əsaslar və mülki iddianın olmaması nəzərə alınsın.

7. Maddi sübut - məhkəmə fonoskopik ekspertizasından daxil olmuş 2 ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın.

8. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

9. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar