Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-19/2023 27.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X12 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1964-cü ildə Yardımlı rayonu Vəlixanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Vəlixanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs toplanmış sübutların məcmusu əsasında kifayət qədər ittiham olunur ondan ötrü ki, o, 14 may 2023-cü il tarixdə saat 11 radələrində Yardımlı rayonu Vəlixanlı kəndində aralarında şəxsi münasibətlər zəmnində baş vermiş narazılıq zamanı ağac parçası ilə həmkəndlisi Zərərçəkmiş şəxs qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs başın önünün alın hissəsinin sağ tərəfi nahiyəsinin əzilmiş yarası və hər iki əlin qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ittiham edildiyi cinayət əməlinə görə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 14 may 2023-cü il tarixdə saat 11 radələrində rayonun Vəlixanlı kəndində yaşadığı evdə olarkən həmkəndlisi X2 onun mobil telefonuna zəng edərək xırda buynuzlu heyvanların sahibsiz örüş sahəsinə getdiyini bildirmişdir. O, da Fizulidən heyvanları kənd ərazisinə qaytarmasını xahiş etmişdir. Bundan sonra heyvanları gətirmək üçün gedərkən heyvanların həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında yolda durduqlarını görmüşdür. O, heyvanları gətirmək istəyərkən Zərərçəkmiş şəxs gəlini Şahid2 onu söyməyə başlamışdır. O, Lətafətə söyüş söyməməsini bildirsə də Lətafət hərəkətlərini davam etdirmiş, bu səbəblə o da qarşılıqlı söymüşdür. Bundan sonra heyvanları yaşadığı evin həyətinə gətirməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs onu arxadan çağıraraq söymüş və dayanmasını bildirmişdir. O isə heyvaları aparmaqda davam etmişdir. Lakin Zərərçəkmiş şəxs və gəlini Şahid2 əllərindəki ağac parçası ilə onun üzərinə gəlmişlər. Sayad və Lətafət ona yaxınlaşdıqdan sonra ilk olaraq Zərərçəkmiş şəxs əlindəki ağac parçası ilə onun sol qoluna, Şahid2 isə sağ qoluna zərbələr vurmuşdur. O, həmin zərbələrdən xəsarətlər almışdır. Bundan sonra Zərərçəkmiş şəxs əlindəki ağac parçası ilə ona yenidən zərbə vurmaq istəyərkən Sayadın əlindən ağac parçasını almış, həmin ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə zərbə vurmuş, Sayad Mirzəyev öz əlində ağacla baş nahiyyəsini qoruçaq istəmiş, onun ağacı Sayadın əlindəki ağaca dəymiş və həmin ağac da Sayadın baş nahiyyəsioni zədələmişdir. Bundan sonra hadisə yerinə gəlmiş arvadı X1 onları sakitləşdirmiş və yaşadığı evə getmişdir. O, özünü müdafiə etmək məqsədi ilə ağacdan istifadə etmiş və nəticədə həmin hadisə baş vermişdir. Baş vermiş hadisəyə görə Sayadın gəlini Lətafət ona xəsarət yetirmiş və o, inzibati qaydada 300 manat cərimə olunmuşdur. Cəza təyini zamanı barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafından əlavə məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi və tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş üzrə məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 14 may 2023-cü il tarixdə saat 11:30 radələrində rayonun Vəlixanlı kəndində yaşadığı evdə olarkən səs-küy səslərini eşitdiyi üçün evin pəncərəsini açmış, həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs gəlini Şahid2 nalayiq söyüşlərlə söydüyünü görmüşdür. Buna görə də Təqsirləndirilən şəxs “sən nə vaxta qədər qadınları söyüb-təhqir edəcəksən” demişdir. Bu zaman Təqsirləndirilən şəxs onun da ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bundan sonra yaşadığı evin həyətinə düşərək giriş qapısının çöl hissəsinə getmişdir. Təqsirləndirilən şəxs yanına getdikdən sonra gəlinini söydüyü üçün ona iradlarını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onu nalayiq söyüşlərlə təhqir etmiş, əlindəki ağac parçası ilə əvvəlcə onun baş nahiyəsinə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs yenə də onun baş nahiyəsinə zərbə vurmaq istərkən əllərini yuxarı qaldıraraq zərbələrdən yayınmaq istəmiş, bu zaman Saleh ağac parçası ilə sağ və sol əl nahiyələrinə də zərbələr vurmuşdur. O, həmin zərbələrdən xəsarətlər almışdır. Həmin vaxt gəlini Şahid2 ona köməklik etmək istəmiş, lakin Təqsirləndirilən şəxs əlindəki ağac parçası ilə onun da sağ qoluna zərbə vurmuşdur. Bundan sonra gəlini Lətafətin köməkliyi ilə yaşadıqları evə getmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır və onun qanunamüfaiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 14 may 2023-cü il tarixdə səhər saatlarında rayonun Vəlixanlı kəndində yaşadığı evin həyətyanı sahəsində iş görərkən həmkəndlisi Təqsirləndirilən şəxs şəxsi təsərrüfatında olan xırda buynuzlu heyvanlar yaşadıqları evin həyətyanı sahəsinə bir neçə dəfə daxil olmuşdur. O, hər dəfə həmin heyvanları çıxararaq oradan uzaqlaşdırmışdır. Həmin gün saat 11 radələrində heyvanlar yenə də həyətyanı sahəsinə daxil olmuş və yedə də heyvanları yaşadıqları evin həyətyanı sahəsindən çıxararkən Təqsirləndirilən şəxs gəldiyini görmüşdür. O Salehə heyvanların dəfələrlə onların həyətlərinə girərək ziyan vurduqlarını demişdir. Saleh isə ona yalan danışdığını demişdir. O, isə Salehə yalan danışmadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onu nalayiq söyüşlərlə təhqir etmişdir. Bu zaman yaranmış səs küyə qaynatası Zərərçəkmiş şəxs yaşadıqları evin pəncərəsini açaraq ondan Salehin onu təhqir edib-etməməsini soruşmuşdur. O da qaynatası Sayada Salehin onu söydüyünü demişdir. X9 “adam kişi ilə söhbət edər” demişdir. Təqsirləndirilən şəxs qaynatası Sayadı da nalayiq söyüşlərlə təhqir etmişdir. Bundan sonra qaynatası Sayad onların yanına gələrək Salehə onu söydüyü üçün ona iradlarını bildirərkən Təqsirləndirilən şəxs qaynatası Sayadı nalayiq söyüşlərlə təhqir etmiş, əlindəki ağac parçası ilə qaynatasının baş və əl nahiyələrinə zərbələr vurmuşdur. Həmin vaxt o,qaynatasına köməklik göstərəkkən Təqsirləndirilən şəxs əlindəki ağac parçası ilə onun da sağ qoluna zərbə vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 14 may 2023-cü il tarixdə şəxsi işləri ilə əlaqədar Yardımlı şəhərində olduğu vaxt saat 12 radələrində dayısı X3 onun mobil telefonla ona zəng vuraraq atası Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığını bildirmişdir. Bundan sonra idarə etdiyi avtomobil ilə Yardımlı rayonu Vəlixanlı kəndinə gedərkən Yardımlı rayonu Köryədi kəndi ərazisində atası Zərərçəkmiş şəxs piyada gəldiyini görmüş və avtomobili saxlamışdır. Atasının avtomobildən düşən zamanın sağ alın nahiyəsindən qan axdığını və sağ və sol əl nahiyələrində də xəsarətlər olduğunu görmüşdür.Bundan sonra atasını avtomobilə əyləşdirmiş, onu əvvəlcə Yardımlı Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Yardımlı Rayon Polis şöbəsinə aparmışdır. Azərbaycan Rеspublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və X4 rayon şöbəsinin 16 may 2023-cü il tarixli, 39 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- başın önünün alın hissəsinin sağ tərəfi nahiyəsinin əzilmiş yarası və hər iki əlin qançırları bərk küt əşyanın/əşyaların/ təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 may 2023cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yardımlı rayon X5 Hüquqi şəxsin 05 iyun 2023-cü il tarixli, 6-194 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da qeydiyyatda dayanmır. Yardımlı RİHB-nın Vəlixanlı İƏD üzrə nüməyəndəsinin 15 may 2023-cü il tarixli xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, onun oğlu İmdad Şabiyev 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixə kimi Vətən Müharibəsində iştirak etmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsaslar yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması və oğlu X11 Müharibəsində iştirak etməsi Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, xüsusilə yaşını nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxs islah olunmağa meyilli olmasını, yaşını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin etməyi cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğu cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Yardımlı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən X12
Məhkəmə qərarları › İş №1(038)-19/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-19/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver