Məhkəmə qərarları › İş №1(038)-19/2024

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-19/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-19/2024 05.09.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Yardımlı rayonu Bərcan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Bərcan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə saat 20:00 radələrində rayonun Bərcan kəndində yaşadığı evin həyətyani sahəsində aralarında ailə münasibətləri zəmnində baş vermiş narazılıq zamanı istintaqa məlum olmayan bərk küt əşya ilə arvadı Zərərçəkmiş şəxs qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs sağ əlin yumşaq toxumalarının əzilib şişkinləşməsi, sağ çiyin, sağ əlin ovuc və arxa hissəsinin və sol bud nahiyəsinin geniş qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 20 günə yaxın müddətdə Şahid2 onların yaşadığı evə teztez gəldiyi üçün Şamoya qarşı onda şübhələr yaranmışdır. Şahid2la münasibəti yaxşı olmuş, bir-birlərinə gedib-gəlmişlər. Şamo onun arvadının bacısı əridir. O, işə gedib gəlmiş, hər dəfə evə qayıdanda Şahid2 onların həyətində çay içtiyini görmüşdür. 03 iyul 2024-cü il tarixdə saat 16-17 radələrində işdən evdə qayıtmış və evdə İdman kompleksində futbola baxmağa getdiyini bildirmişdir. Həmin vaxt o, futbola baxmağa getməmiş, yoldan evə qayıtmış, həyətlərində olan tövləyə girərək ot preslerinin arasında gizlənərək 3-4 saat orada qalmışdır. Hava qaraldıqda oğlu inəkləri sahədən evə qaytarmış və arvadı Aytəkin Şamo ilə birlikdə inəyin birini tövləyə salaraq bağlamışlar. İkinci inəyi tövləyə salarkən qucağında körpə uşaq olan qızına Şahid2 evə getməsini bildirmiş, lakin qızı evdə tək qorxduğunu bildirmişdir.Bu zaman Şamo evə gedib işığı yandırmış, uşaqlar evə daxil olmuş və geri qayıdaraq dərhal tövləyə girmişdir. Onlar tövlədən çıxarkən o, Şamonun arvadı Aytəkini qucaqladığını görmüşdür. O, özünü cilovlaya bilməmiş, onların qarşısına çıxmış və arvadı Aytəkini və Şahid2 sillə və yumuruqla döymüşdür. Təqsirləndirilən şəxs son sözündə ona yüngül cəza cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs ilə 12 ildir ki evlidir. Bütün bu illər həmişə ailəmizdə dava-dalaş olmuşdur.O, çox vaxt bütün gün gecə səhərə kimi evə gəlməmiş, qumar oynamış və evdə olan əşyaları, mal-qaranı satıb xərcləmişdir. X1 tərəfindən verilmiş mal-heyvanı sataraq qumar borcuna vermişdir. Dəfələrlə gecə gedib qumar oynadığı yerdən onu evə qaytarmışam. Şahid2 onlara əri Təqsirləndirilən şəxs çağırmışdır. Şamo onlara həmişə gəlib getmişdir. Evdə olan bütün məişət problemləri ilə əlaqədar Fariz həmişə Şamonu çağırmışdır. Həmin gün saat 17 radələrində yenə tövlənin qapısını düzəltmək üçün Fariz yenə də Şamonu çağırmış və özü evdən çıxıb getmişdir. Şamo qapını həmin gün hazır edə bilməmiş, qapı yarı qaldığı üçün sabah gəlib düzədəcəyini demişdir. Həmin vaxt inəklər sahədən evə gəlmiş və Şahid2 telefonun işığını salmış o, isə inəkləri bağlamışdır. İnəkləri bağlayıb tövlədən çölə çıxarkən birdən Təqsirləndirilən şəxs samanlıqdan çıxmış və yaba ilə onu döyməyə başlamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Yardımlı rayonu Bərcan kəndində yaşayır. 2012-ci ildə həmkəndlisi Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan iki az yaşlı övladı vardır. Ailə həyatı qurduqdan sonra əri Təqsirləndirilən şəxslə aralarında daim narazılqlar olmuş, hətta bir dəfə onu döydüyü üçün Yardımlı Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs qumar oynayır, evdə olan əşyaları satıb xərcləyirmiş. O da iki azyaşlı uşaqlarını əziyyətlə saxlayır. Lakin hər dəfə ailəsi dağılmasın deyə onu bağışlamışdır. 03 iyul 2024-cü il tarixdə əri Təqsirləndirilən şəxs onun bacısı əri və dayısı oğlu olan Şahid2 birlikdə meşəlik əraziyə getmək üçün yaşadıqları evin yanına çağırmışdır. Həmçinin Şahid2 yaşadıqları evin həyətyani sahəsində olan tövlə üçün qapı düzəltməsini demişdir. Buna görə də 03 iyul 2024-cü il tarixdə saat 17 radələrində Şahid2 onun yaşadığı evin həyətinə gəlmiş, Fariz Şamo ilə həyətdə söhbət etmiş, bu zaman Farizə zəng gəlmiş və o getmişdir. O, Farizdən hara getməsini soruşmuş, lakin Fariz ona cavab verməmişdir. Şahid2 isə tövlə üçün qapı düzəltməyə başlamışdır. Hava qaraldığı üçün Şahid2 qapını tam düzəldə bilməmiş, ona getməsini demiş və səhəri gün Farizlə birlikdə qapını düzəltməsini bildirmişdir. Həmin tarixdə saat 20 radələrində Şahid2 tövlədə işıq olmadığı üçün mobil telefonu ilə tövlənin qapısından içəri işıq salmasını xahiş etmiş və şəxsi təsərrüfatlarında olan inəyi bağlayacağını demişdir. Həmin vaxt az yaşlı qızı Turanə Ağazadə də orada olmuşdur. O, tövlədə inəyi iplə bağlayaraq tövlədən çölə çıxmışdır. Bu zaman ani olaraq Farizi görmüşdür. Fariz əlindəki yaba ilə onun sağ əl, sağ çiyin və sol ayaq nahiyələrinə zərbələr vurmuş, o da həmin zərbələrdən xəsarətlər almışdır. Bu zaman qardaşı Şahid1 onların yaşadığı evin həyətinə gəlmiş, o, azyaşlı oğlu Tunar Ağazadə və qızı Turanə Ağazadə qardaşı Şamxal ilə birlikdə onun yaşadığı evə getmişlər. Zərərçəkmiş şəxs çıxışında Təqsirləndirilən şəxs ilə barışmadığını və Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirmişdir ki, 03 iyul 2024-cü il tarixdə saat 16-17 radələrində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək çağırmışdır. O, da Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən harasa getməsini görüb, soruşmuş, Təqsirləndirilən şəxs də ona rayonun Zevin kəndinə gedib- qayıdacağını demişdir. Farizin arvadı Zərərçəkmiş şəxs ondan yaşadıqları evin həyətində olan tövlə üçün qapı düzəltməsini xahiş etmişdir. O tövlə üçün qapı düzəltmiş, lakin hava qaranlıq olduğu üçün qapını yerinə oturda bilməmiş və sabah gəlib qapını yerinə oturdacağını demişdir. Hava qaranlıq olduğu üçün Zərərçəkmiş şəxs ondaninəkləri bağlamaq üçün tövləyə işıq salmasını xahiş etmiş, o işıq salmış və Aytəkin inəkləri bağlamışdır. Bu zaman ani olaraq Təqsirləndirilən şəxs evin həyətinə gəlmiş, yaba və yumuruqla onu və Aytəkin vurmuşdur. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. 03 iyul 2024-cü il tarixdə saat 20-21 radələrində yaşadığı evdə olarkən bacısı Aytəkin səsini eşitmişdir. Buna görə də onun yaşadığı evin həyətinə getmişdir. Bu zaman bacısı Aytəkinin Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü görmüş, Aytəkini azyaşlı uşaqlarını yaşadığı evə aparmışdır.Həmin gün nahardan sonra bacısıgildə olmuş, ondan əlavə orada bacısı və digər şəxslərdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 226 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sağ əlin yumşaq toxumalarının əzilib şişkinləşməsi, sağ çiyin, sağ əlin ovuc və arxa hissəsinin və sol bud nahiyəsinin geniş qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 03 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Yardımlı Rayon İcra Hakimiyyəti Bərcan İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşaqları və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin 17 iyul 2024-cü il tarixli, 6-194 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin,şahidlərin, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Belə ki, CM-nin 128-ci madddəsinin dispozisiyasına görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyətinə səbəb olur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsini əsas Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Göründüyü kimi CM-nin 128-ci maddəsinin sanksiyasında alternativ beş cəza növü müəyyən olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, həmçinin maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1(bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə xüsusi müsadirə üçün əsaslar, maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar