Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-2/2023 26.01.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X11 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatəli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2002-ci ildə Cəlilabad rayonu Buravar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu Buravar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ və avtomobili idarə etmək üçün etibarnamə olmadığı halda xx.xx.2022-ci il tarixdə saat 15-00 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 2107 minik” markalı ** TK *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Yardımlı-Cəlilabad yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində Cəlilabad rayonu istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini pozaraq, yəni, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, idarəetməni itirməməli, hərəkət üçün təhlükə yaratmamalı, avtomobili qarşı əks hərəkət zolağına çıxarmamalı, avtomobili maksimum icazə verilən 50 km/saat surətlə idarə etməli olduğu halda bunlara riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək əks hərəkət zolağına çıxaraq qarşıdan gələn Yardımlı rayonu Zövün kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2101 minik” markalı ** BA *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində “Vaz 2101 minik” markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs “sağ diz qapağının açıq yerdəyişən sınığı, sol baldır sümüklərinin qapalı, qəlpəli yerdəyişən bitişməmiş sınıqları, sağdan V, Vİ, Vİİ qabırğaların qapalı yerdəyişən sınıqları” ilə müşayiət olunun sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almışdır. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində atasına məxsus olan “Vaz 2107 minik” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək qonşuları X5 və X6 ilə birlikdə Yardımlı rayon Çanaxbulaq kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin həyətyani sahəsində yerləşən marketdən al-ver etmək məqsədi ilə həmin marketə getmişlər. X5 və X6 alver etmək məqsədi ilə marketə daxil olmuş, o isə yanacaqdoldurma məntəqəsində nəqliyyat vasitəsinə yanacaq doldurmağa başlamışdır. Həmin vaxt yanacaqdoldurma məntəqəsinin həyətində olan polis əməkdaşları ona yaxınlaşaraq nəqliyyat vasitəsinin sənədlərini təqdim etməyi bildirmişdir. O, polis əməkdaşlarına nəqliyyat vasitəsinin sənədləri evdədir, həmin sənədləri onlara evdə təqdim edə biləcəyini bildirmişdir. Polis əməkdaşları ona nəqliyyat vasitəsini Polis şöbəsinə aparılmalı olduğunu bildirdikdə o, tələsik nəqliyyat vasitəsinə əyləşərək Cəlilabad rayonu istiqamətində hərəkət etməyə başlamışdır. O, nəqliyyat vasitəsini Cəlilabad rayonu istiqamətində 100-120 km/saat sürətlə idarə edərkən yolun əks istiqamətində hərəkətdə olan “Vaz 2101 minik” markalı ** BA *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və “Vaz 2101 minik” markalı nəqliyyat vasitəsini yolun torpaq hissəsinə çıxartmışdır. Həmin vaxt “Vaz 2101 minik” markalı avtomobilin sürücüsü əvvəllər tanımadığı, adını və soyadını hadisədən sonra bildiyi Yardımlı rayon Zövün kənd sakini Zərərçəkmiş şəxs və avtomobildə olan sərnişin Şahid müxtəlif bədən xəsarətləri almışlar. Eyni zamanda o, da müxtəlif bədən xəsarətləri almışdır. Hadisədən sonra o, huşunu itirmiş, ayılanda Cəlilabad rayon Mərkəzi xəstəxanasında olduğunu görmüşdür. İlk dəfə cinayət əməlini törətməsini, törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə hazırda münasibətləri yaxşı olduğunu, onlarla da razılıq əldə edərək barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 16-00 radələrində kürəkəni Şahid ilə sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi Vaz 2101 markalı ** BA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Yardımlı rayonu Gendərə kəndinə yaşayan qohumu evinə getmişlər. Təxminən 30 dəqiqə geri qayıtmışlar. O, Cəlilabad-Yardımlı yolu ilə Yardımlı rayonu istiqamətində öz hərəkət zolağı ilə hərəkətdə olarkən qarşıdan sürətlə “Vaz 2107 minik” markalı ** TK *** dövlət nömrə nişanlı nəqliyyat vasitıəsinin gəldiyini görüb toqquşmamaları üçün nəqliyyat vasitıəsini öz yolundan kənara yolun ehtiyat hissəsinə yəni, torpaq hissəyə çıxartmışdır. O, nəqliyyat vasitıəsini torpaq hissəyə çıxarmış, lakin buna baxmayaraq “Vaz 2107 minik” markalı ** TK *** dövlət nömrə nişanlı nəqliyyat vasitıəsinin sürücüsü, sonradan adını və soyadını bildiyi Cəlilabad rayon Buravar kənd sakini Təqsirləndirilən şəxs nəqliyyat vasitıəsini onun yoluna çıxarıb torpaq hissədə onun idarə etdiyi“Vaz 2101 minik” markalı nəqliyyat vasitəsinin qabaq hissəsinə vurmuşdur. Hadisə nəticəsində o və avtomobildə olan kürəkəni Şahid müxtəlif bədən xəsarətləri almışlar. Hazırda Təqsirləndirilən şəxs ilə razılaşmalarına görə ona dəymiş ziyan üçün 1000 manat ödənilmiş, 500 manat isə sonradamn ödəyəcəkdir, onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Göstərdiklərini nəzərə alaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində şəxsi işləri ilə əlaqədar qayınatası Zərərçəkmiş şəxs ilə birlikdə Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2101 minik” markalı ** BA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Yardımlı rayonu Gendərə kəndinə getmişlər. Təxminən yarım saat orada olduqdan sonra birlikdə geri qayıtmışlar. Onlar Cəlilabad-Yardımlı yolu ilə Yardımlı rayonu istiqamətində öz hərəkət zolaqları ilə hərəkətdə olarkən qarşıdan sürətlə “Vaz 2107 minik” markalı ** TK *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin gəldiyini görüb nəqliyyat vasitələrinin toqquşmaması üçün Ramiz idarə etdiyi nəqliyyat vasitəsini öz yolundan kənara yolun ehtiyat hissəsinə yəni, torpaq hissəyə çıxartmışdır. Ramiz nəqliyyat vasitəsini torpaq hissəyə çıxartsa da“Vaz 2107 minik” markalı ** TK *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sürücüsü, sonradan adını və soyadını bildiyi Cəlilabad rayon Buravar kənd sakini Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini Ramizin idarə etdiyi nəqliyyat vasitəsinin yoluna çıxarıb torpaq hissədə sonuncunun idarə etdiyi “Vaz 2101 minik” markalı nəqliyyat vasitəsinin qabaq hissəsinə vurmuşdur. Hadisə nəticəsində o və Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri almışlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 15/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda “sol baldır sümüklərinin qapalı qəlpəli yerdəyişən bitişməmiş sınıqları; sağ diz qapağının açıq yerdəyişən sınığı və sağdan V, Vİ, Vİİ qabırğaların qapalı yerdəyişən sınıqları aşkar edilmişdir. Dərəcəsinə görə “sol baldır sümüklərinin qapalı qəlpəli yerdəyişən bitişməmiş sınıqları” ümumi əmək qabliyyətinin 1/3-dən çox hissəsinin (45%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələndiyindən sağlamlığa AĞİR zərərvurmaya aiddir. “Sağ diz qapağının açıq yerdəyişən sınığı və sağdan V, Vİ, Vİİ qabırğaların qapalı yerdəyişən sınıqları” sağlamlığınuzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Azərbaycan Respublikasə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə X2 xx.xx.2022-ci il tarixli, 8/2019 nömrəli rəyindən görünür ki, Vaz 2107 minik markalı ** TK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubilkasının Qanunun 36-cı maddəsinin 1-ci hiissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsindən kənarda maksimum icazə verilən 50 km/saat sürətdən artıq, yəni 100- 200 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubilkasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Lənkəran RQİ və TBŞ-nin xx.xx.2022-ci il tarixli 314-7542-1222 nömrəli məktubunda göstərilmişdir ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Cəlilabad rayonu Buravar kənd sakini Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin verilmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, O, Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Cəza təyini zamanı Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad Rayon Mərkəzi X7 şəxsin xx.xx.2022-ci il tarixli, 633 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman sərxoş olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarın 6-cı bəndindən görünür ki, X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri aldığı üçün həmin epizod üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Yardımlı Rayon Polis X12 Polisi Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərşəkmiş şəxs və şahidlərin ifadəsi, eləcə də işin faktiki halları ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 263-1.2-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat, Statistika və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2022-ci il tarixli, 8\2019 saylı bildirişə əsasən X2 aparılması ilə əlaqədar tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad Rayon Mərkəzi X7 şəxsin xx.xx.2022-ci il tarixli, PHŞ\6-32-2-2022-530 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin ruhi-əsəb kobinetində qeydiyyatda dayanmır. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad rayon İHB-nin Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs ərazidə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.12. və 59.1.14-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən halllar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də ona ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə və Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törədilmiş cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. ` Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2.-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə mindikdən dərhal sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan iyirmi gün müddətində Yardımlı rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(038)-2/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-2/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver