Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-2/2024 08.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X14 sədrliyi, Məhkəmə iclasının katibi K1 katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs ( mülki iddiaçı) Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs ( mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X6 iştirakları ilə. xx xxxx 1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri, 15-ci məhəllə, Qəhrəmanov küçəsi, Yataqxana 3, ev 1A-da qeydiyyatda olan, Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyəti, Yuxarı küçə, ev 167-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 18 yaşına çatmış şəxs olmaqla özgə əmlakını talamaq məqsədi ilə xx.xx.2005-ci ildə doğulmuş, yetkinlik yaşına çatmayan Şahid vədlər verməklə yaşadığı ünvan 1 ünvanından qızıl-zinət əşyası oğurlayıb ona verməyi təklif etmiş, sonuncu həmin vədlərə inanıb 01 avqust 2018-ci il tarixdə yaşadıqları evdən atası Zərərçəkmiş şəxs1 məxsus 1(bir) ədəd 19 qram çəkidə, 585 əyarlı 950 (doqquz yüz əlli) manat dəyərində qızıl qolbağını gizli yolla talayaraq həmin tarixdə Sumqayıt şəhərində ona verməklə Zərərçəkmiş şəxs1 950 (doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla yetkinlik yaşına çatmayan Şahid cinayətkar fəaliyyətə cəlb etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talamaq məqsədi ilə 18 yaşına çatmış şəxs olmaqla xx.xx.2005-ci ildə doğulmuş, yetkinlik yaşına çatmayan Şahid vədlər verməklə yaşadığı ünvan 1 ünvanından qızıl-zinət əşyası oğurlayıb ona verməyi təklif etmiş, sonuncu həmin vədlərə inanıb 04 avqust 2018-ci il tarixdə yaşadıqları evdən atası Zərərçəkmiş şəxs1 məxsus 1(bir) ədəd 8 qram çəkidə, 585 əyarlı 400 (dörd yüz) manat dəyərində qızıl qolbağını gizli yolla talayaraq həmin tarixdə Sumqayıt şəhərində ona verməklə Zərərçəkmiş şəxs1 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla yetkinlik yaşına çatmayan Şahid cinayətkar fəaliyyətə cəlb etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 18 yaşına çatmış şəxs olmaqla xx.xx.2005-ci ildə doğulmuş, yetkinlik yaşına çatmayan Şahid ilə əlaqə saxlayaraq sonuncu Yardımlı rayonu Yolacaq kəndində əmisi Zərərçəkmiş şəxs2 yaşadığı evdə olduğunu bildirdikdə, ona vədlər verməklə əmisinin yaşadığı evdən sonuncuya məxsus olan qızıl-zinət əşyalarını oğurlamağı təklif etmiş, Şahid həmin vədlərə inanıb 2018-ci ilin avqust ayının sonlarında əmisinin yaşadığı evdəki dolabda olan 14 qram çəkidə, 585 əyarlı, 700 manat dəyərində 1(bir) ədəd qızıl boyunbağı, 8 qram çəkidə, 585 əyarlı, 400 manat dəyərində 1(bir) ədəd qızıl qolbağı və 5 qram çəkidə, 585 əyarlı, üzərində 60 sot, 1,1 keyfiyyətli brilyant qaşları olan, 450 manat dəyərində 1(bir) ədəd qızıl üzüyü gizli yolla talayaraq oğurlamış, 2018-ci ilin avqust ayının sonlarında Yardımlı rayonu ərazisində ona verilməsinə nail olaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1550 (min beş yüz əlli) manat maddi ziyan vurmaqla yetkinlik yaşına çatmayan Şahid cinayətkar fəaliyyətə cəlb etmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 170.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan ittihamlar verilmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 1250 ( min iki yüz əlli) manat maddi ziyan və 33 (otuz üç) manat ödənilmiş dövlət rüsumu tələbi ilə bağlı mülki iddia qaldırmışdır. Məhkəmə Azərbaycan Rеspublikası CPM-nin 183-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs1 mülki iddiaçı kimi tanıyaraq iddia ərizəsini icraata qəbul edtmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ilin iyun ayının əvvəllərində Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində “Kardinal” adlı çay evini icarə götürərək işlətmişdir. Həmin çay evinə Şahid və onunla birlikdə gələn X7 ilə aralarında münasibət yaranmıdır. 2018-ci ilin iyul ayının sonlarında Şahid və Orxan Şəfiyev çayxanada olarkən qızıl boyunbağı barədə söhbətləri olmuş və təxminən yarım saat sonra Ələsgər çayxanadan getmişdir. Bundan sonra Orxan Şəfiyev ona yaxınlaşaraq Ələsgərin ona verdiyi qızıl boyunbağını satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsini itirdiyindən ona məxsus şəxsiyyət vəsiqəsi ilə həmin qızıl boyunbağını satmaq istədiyini ona bildirmişdir. O, da Orxan Şəfiyevlə razılaşmış, bu məqsədlə Orxan Şəfiyevlə birlikdə çayxanadan çıxaraq Sumqayıt şəhərində yerləşən “Mərkəzi Univermaq” adlı ticarət mərkəzinə gedərək orada tanımadığı, qızıl alğı-satqısı ilə məşqul olan şəxsə 1 ədəd qızıl boyunbağını Orxan 2500 manata satmışdır. Təxminən 2-3 gün sonra Ələsgər çayxanaya gəlmiş, ona “Orxan ona demişdir ki, onun verdiyi 1 ədəd qızıl boyunbağı formasında boyunbağı düzəltdirəcəkdir, o da həmin boyunbağını məndən götürəcəkdir və bunun müqabilində 1 ədəd qızıl qolbağı verəcəkdir” demişdir. 01 avqust 2018-ci il tarixdə Ələsgər çayxanaya gəlmiş, 1 ədəd qızıl qolbağını ona vermiş, o da Sumqayıt şəhərində yerləşən “Mərkəzi Univermaq” adlı ticarət mərkəzinə gedərək orada tanımadığı qızıl alqı-satqısı ilə məşqul olan şəxsə 1 ədəd qızıl qolbağını satmışdır. 06 avqust 2018-ci il tarixdə işlətidiyi “Kardinal” adlı çay evinin icarə pulunu ödəyə bilmədiyi üçün həmin vaxt çayxanada olan Ələsgərdən borc pul istəmişdir. 07 avqust 2018-ci il tarixdə saat 14 radələrində çay evində olarkən Ələsgər çayxanaya gəlmiş, 1 ədəd qızıl qolbağını ona verərək nəqd şəkildə pulu olmadığını, həmin 1 ədəd qızıl qolbağını satıb pul əldə etməsini demiş və o da 1 ədəd qızıl qolbağını götürmüşdür. Bundan sonra Sumqayıt şəhərində yerləşən “Mərkəzi Univermaq” adlı ticarət mərkəzinə gedərək orada tanımadığı qızıl alqı-satqısı ilə məşqul olan şəxsə 1 ədəd qızıl qolbağını 370 manata satmışdır. Bundan sonra çay evinə qayıtmış,orada Ələsgərlə görüşmüş və 370 manat puldan 70 manatını ona vermişdir. 2018-ci ilin avqust ayının sonlarında Şahid onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Yardımlı rayonunda olduğunu, 1 dəst boyunbağı və qolbağı, 1 ədəd üzərində brilliant qaşları olan nişan üzüyünü satmaq istədiyini bildirmişdir. O, səhəri gün avtobusla Yardımlı rayonuna getmiş, Yardımlı rayonunda Ələsgərin dediyi asfalt yolun kənarında olan çayxanaya yaxınlaşmış, orada olan şəxsdən çayxanaya bir ədəd qırmızı rəngli bağlama qoyulubqoyulmadığını soruşmuş, həmin şəxsdə bağlamanı ona vermişdir. O da bağlamanı götürərək Sumqayıt şəhərinə qayıtmışdır. Sumqayıt şəhərində “Mərkəzi Univermaq” adlı ticarət mərkəzinə gedərək orada tanımadığı qızıl alqı-satqısı ilə məşqul olan şəxsə 1 dəst boyunbağı və qolbağı, 1 ədəd üzərində brilliant qaşları olan nişan üzüyünü 980 manata satmışdır. Əldə etdiyi pulları öz şəxsi işlərinə xərcləmiş, bir hissəsini isə Ələsgərə vermişdir. Hal-hazırda maddi ziyandan qalmı. 1250 manat ödəyə bilmir, mülki iddianı qəbul edir, maddi ziyanı ödəyəcəyinə söz verir, əməlindən peşmandır. 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını və himayəsində xəstə anasının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şahid onun oğludur. Ələsgər 2018-ci ilin yanvarfevral, həmçinin yay aylarında qonaq olaraq Yardımlı rayonu Yolacaq kəndinə mərhum atası Muşvara məxsus evə getmişdir. 2018-ci ilin avqust ayında toyda iştirak etmək üçün oğlu Ələsgərlə birlikdə Yardımlı rayonu Yolacaq kəndinə olmuşlar. Onlar Yardımlı rayonunda olan zaman qardaşı Zərərçəkmiş şəxs2 yaşadıqları evdən dəst halında 1 ədəd 14 qram çəkidə 585 əyarlı boyunbağı və 1 ədəd 8 qram çəkidə 585 əyarlı qolbağının, 1 ədəd 5 qram çəkidə 585 əyarlı üzərində 60 sot, 1,1 keyfiyyətli brilyant qaşları olan qızıl nişan üzüyünün itdiyini bildirmişdir. 14 sentyabr 2018-ci il tarixdə atası vəfat getdiyi üçün yenidən Yardımlı rayonu Yolacaq kəndinə getmişlər, yas mərasimində iştirak etdikdən sonra Sumqayıt şəhərinə yaşadıqları evə qayıtmışlar. Həmin vaxt Ələsgər ona Zərərçəkmiş şəxs2 yaşadığı evdən qızıl zinət əşyaları oğurladığını və tanışı Təqsirləndirilən şəxs verdiyini demişdir. Həmçinin oğlu Ələsgər yaşadıqları evdən də qızıl zinət əşyaları oğurlayarq tanışları X7 və Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Bundan sonra o, oğlu Ələsgərdən baş verənləri soruşmuşdur. Ələsgər ona 25 iyul 2018-ci il tarixdə Sumqayıt şəhərində yaşadıqları evin qarşısında olarkən X1 Respublikasında iş qurduğunu, buna görə də ona pul lazım olduğunu bildirmişdir. Həmin vaxt X10 pulunun olmadığını bildirdikdə, X11 yaşadıqları evdən qızıl oğurlayaraq ona verməsini təklif etmişdir. Həmçinin X11 həmin qızılı lombarda qoyaraq pul götürəcəyini, 10 gün müddətində götürülən pulu ödəyəcəyini, qızılı götürərək qaytaracaını, həmçinin onun üçün telefon və “Segway” alacağını bildirmiş və Ələsgər də Orxanın təklifi ilə razılaşmışdır. Buna görə də Ələsgər 25 iyul 2018-ci il tarixdə yaşadıqları evin zal otağında olan dolabın içərisindən 1 ədəd 85 qram çəkidə 585 əyarlı qızıl boyunbağını götürmüş, Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən “Kardinal” adlı çayxanaya getmiş və orada 1 ədəd 85 qram çəkidə 585 əyarlı qızıl boyunbağını Orxan Şəfiyevə vermişdir. Ələsgər Orxana valideynlərinin qızıl boyunbağının yerində olmamasından şübhələnəcəyini bildirmişdir. Orxan Şəfiyev həmin gün Gürcüstan Respublikasına gedəcəyini, “Kardinal” adlı çayxananı işlədən Təqsirləndirilən şəxs həmin qızıl boyunbağına oxşar gümüş boyunbağı düzəltdirəcəyini, həmin boyunbağını götürdüyü boyunbağının yerinə qoyduğu halda valideynlərinin şübhələnməyəcəyini və qızıl boyunbağının yerində olmamasından məlumatlarının olmayacağını bildirmişdir. 01 avqust 2018-ci il tarixdə “Kardinal” adlı çayxanada Ələsgər Təqsirləndirilən şəxslə görüşmüş, Təqsirləndirilən şəxs Ələsgərə evdən götürdüyü boyunbağına oxşar boyunbağı düzəltdirdiyini, həmin boyunbağını qızıl suyuna salmaq üçün əlavə pul lazım olduğunu bildirmiş və ona yenidən yaşadığı evdən qızıl oğurlayıb gətirməsini təklif etmişdir. Ələsgər də Təqsirləndirilən şəxslə razılaşmış, Ələsgər Təqsirləndirilən şəxs tapşırığı ilə həmin gün yaşadıqları evdən heç kimin xəbəri olmadan 1 ədəd 19 qram çəkidə 585 əyarlı qızıl qolbağını götürmüş və “Kardinal” adlı çayxanaya gedərək Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin qolbağını lambarda qoyaraq pul götürəcəyini, həmin pulla əvvəllər götürdüyü 1 ədəd 85 qramlıq boyunbağıya bənzər gümüş materialdan olan boyunbağını qızıl suyuna çəkdirib Ələsgərə verəcəyini bildirmişdir. Bundan bir-neçə saat sonra Zaur geri qayıdaraq Ələsgərə lombardın qolbağını tərkibində mis material olması səbəbindən götürmədiyini, bu səbəbdən həmin qolbağını 300 manata satdığını, həmin puldan 100 manatına 1 ədəd 85 qramlıq boyunbağına bənzər gümüş boyunbağını qızıl suyuna çəkdirdiyini, 200 manatını isə Gürcüstan Respublikasına Orxan Şəfiyevə göndərdiyini bildirmişdir. Zaur 1 ədəd 85 qramlıq qızıl suyuna çəkdirilmiş gümüş boyunbağını Ələsgərə vermiş, Ələsgər də həmin boyunbağını yaşadıqları evə gətirərək əvvəl götürdüyü boyunbağının yerinə qoymuşdur. 04 avqust 2018-ci il tarixdə Təqsirləndirilən şəxs Ələsgəri “Kardinal” adlı çayxanaya çağırmış, Ələsgərə çay evində bir sıra xərclər olduğu üçün ona pul lazım olduğunu bildirmiş və Ələsgərdən pul istəmişdir. Ələsgər Zaura pulunun olmadığını bildirdikdə Zaur Ələsgərə yaşadığı evdən qızıl oğurlayaraq gətirməsini tapşırmış, həmin qızılı lambarda qoyaraq pul götürəcəyini, sonradan pulu ödəyərək qızılı qaytaracağını bildirmişdir. Ələsgər də evdən 1 ədəd 8 qram çəkidə 585 əyarlı qızıl qolbağını oğurlayıb “Kardinal” adlı çayxanada Zaura vermişdir. Təqsirləndirilən şəxs qızıl qolbağını götürərək lambarda getmiş və bir müddət sonra qayıdaraq qızıl qolbağını 216 manata satdığını bildirmişdir. Zaur həmin puldan 75 manatını Ələsgərə vermiş, satdığı qızıl boyunbağının əyar olan hissəsini saxladığını, həmin əyar olan hissələrə bənzər qolbağı düzəltdirərək Ələsgərə verəcəyini demişdir. 10 avqust 2018-ci il tarixdə onlar Yardımlı rayonunda olarkən Təqsirləndirilən şəxs Ələsgərə zəng vuraraq ona pul lazım olduğunu bildirmiş, Ələsgər Təqsirləndirilən şəxs pulunun olmadığını bildirdikdə Təqsirləndirilən şəxs ona qaldığı evdə olan qızılları oğurlayaraq ona verməsini Ələsgərə tapşırmışdır. Ələsgər də əmisi Eldənizin yaşadığı evdə olan dəst halında 1 ədəd 14 qram çəkidə 585 əyarlı boyunbağı və 1 ədəd 8 qram çəkidə 585 əyarlı qolbağı, 1 ədəd 5 qram çəkidə 585 əyarlı üzərində 60 sot, 1,1 keyfiyyətli brilyant qaşları olan qızıl nişan üzüyünü gizli olaraq götürmüşdür. Ələsgər həmin qızıl-zinət əşyalarını götürməsi barədə Zaura məlumat vermişdir. Təqsirləndirilən şəxs həmin qızıl-zinət əşyalarını Yardımlı rayonuna gələrək götürəcəyini bildirmişdir. Ələsgər həmin qızıl-zinət əşyalarını qaba qoyaraq asfalt yolun kənarında çayxana işlədən Əfsər adlı şəxsə vermiş, Təqsirləndirilən şəxs də Yardımlı rayonuna gələrək həmin qızıl-zinət əşyalarını götürmüşdür. Təqsirləndirilən şəxslə barışmamışdır və ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs 1250 manat maddi ziyan və 33 manat ödənilmiş dövlət rüsumu, cəmi 1283 manatın alınması barədə mülki iddianın təmin edilməsini və barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cazasının verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə göndərərək məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edilərək elan olunmuş ifadəsindən görünür ki, Şahid onun qardaşı Elsevərin oğludur. 2018-ci ilin avqust ayında qardaşı oğlu Şahid Yardımlı rayonu Yolacaq kəndinə onun yaşadığı evə qonaq gəlmişdir. Bundan bir iki gün sonra qardaşı Elsevər də digər ailə üzvləri ilə onların yaşadığı evə gəlmişdir. 2018-ci ilin sentyabr ayında isə qardaşı Elsevər, qardaşı oğlu Ələsgər və digər ailə üzvləri Sumqayıt şəhərinə yaşadıqları evə qayıtmışlar. Bundan sonra yaşadığı evdə olan ona məxsus dəst halında 1 ədəd 14 qram çəkidə 585 əyarlı boyunbağı və 1 ədəd 8 qram çəkidə 585 əyarlı qolbağı, 1 ədəd 5 qram çəkidə 585 əyarlı üzərində 60 sot, 1,1 keyfiyyətli brilyant qaşları olan qızıl nişan üzüyünün olmadığını bilmişdir. Bundan bir neçə gün sonra qardaşı Elsevər ona mobil telefon vasitəsi ilə zəng vurmuş, həmin qızıl zinət əşyalarını Ələsgərin yaşadıqları evdən götürdüyünü və Zaur adlı tanışına verdiyini bildirmişdir. Bundan sonra ona məxsus qızıl-zinət əşyalarının yaşadıqları evdən Ələsgər tərəfindən götürüldüyünü bilmişdir. Şahid məhkəmə isitntaqında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X5 tanıyır. 25 iyul 2018-ci il tarixdə Sumqayıt şəhərində yaşadığı evin qarşısında olan zaman X7 onun yanına gəlmişdir. Orxan Şəfiyev onunla görüşmək üçün məhləyə gəldiyini bildirmişdir. O, Orxandan gəlməsinin səbəbini soruşmuşdur. Orxan Şəfiyev ona Gürcüstan Respublikasında iş qurduğunu, buna görə də ona pul lazım olduğunu demişdir. O, Orxana pulunun olmadığını demişdir. Orxan ona yaşadığı evdən qızıl oğurlamasını, həmin qızılı lombarda qoyaraq pul götürməyi, həmin pulu ona verməyi təklif etmiş, 10 gün müddətində götürülən pulu ödəyəcəyini, qızılı götürərək qaytaracağını, həmçinin onun üçün telefon və “Segway” alacağını bildirmişdir. O, Orxanın təklifi ilə razılaşmışdır. Buna görə də 25 iyul 2018-ci il tarixdə saat 09 radələrində anası X3 mətbəxdə olmasından, həmçinin atası Elsevərin evdə olmamasından istifadə edərək yaşadığı evin zal otağında olan dolabın içərisindən 1 ədəd 85 qram çəkidə 585 əyarlı qızıl boyunbağını götürərək cibinə qoymuşdur. Bir az sonra yaşadığı evdən çıxaraq Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən “Kardinal” adlı çayxanaya getmiş və orada Orxanla görüşmüşdür. Həmin vaxt 1 ədəd 85 qram çəkidə 585 əyarlı qızıl boyunbağını Orxan Şəfiyevə vermişdir. O, Orxana valideynlərinin qızıl boyunbağının yerində olmamasından şübhələnəcəyini bildirmişdir. Orxan Şəfiyev həmin gün Gürcüstan Respublikasına gedəcəyini, “Kardinal” adlı çayxananı işlədən Təqsirləndirilən şəxs həmin qızıl boyunbağına oxşar gümüş boyunbağı düzəltdirəcəyini, həmin boyunbağını götürdüyü boyunbağının yerinə qoyduğu halda valideynlərinin şübhələnməyəcəyini bildirmişdir. O da Orxanla razılaşmışdır. 01 avqust 2018-ci il tarixdə “Kardinal” adlı çayxanada Təqsirləndirilən şəxslə görüşmüşdür. Təqsirləndirilən şəxs ona evdən götürdüyü boyunbağına oxşar boyunbağı düzəltdirdiyini, həmin boyunbağını qızıl suyuna salmaq üçün əlavə pul lazım olduğunu bildirmiş və ona yenidən yaşadığı evdən qızıl oğurlayıb gətirməsini təklif etmişdir. O da Təqsirləndirilən şəxslə razılaşmışdır. O, Təqsirləndirilən şəxs tapşırığı ilə həmin gün yaşadığı evdən valideynlərinin xəbəri olmadan gizli 1 ədəd 19 qram çəkidə 585 əyarlı qızıl qolbağını götürmüş və “Kardinal” adlı çayxanaya gedərək Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin qolbağını lambarda qoyaraq pul götürəcəyini, həmin pulla əvvəllər götürdüyü 1 ədəd 85 qramlıq boyunbağıya bənzər gümüş materialdan olan boyunbağını qızıl suyuna çəkdirib ona verəcəyini bildirmişdir. O, Zaurla razılaşmış və Zaur qolbağını götürərək getmişdir. Bundan bir-neçə saat sonra Zaur geri qayıdaraq lombardın qolbağını tərkibində mis material olması səbəbindən götürmədiyini, bu səbəbdən həmin qolbağını 300 manata satdığını, həmin puldan 100 manatına 1 ədəd 85 qramlıq boyunbağına bənzər gümüş boyunbağını qızıl suyuna çəkdirdiyini, 200 manatını isə Gürcüstan Respublikasına Orxan Şəfiyevə göndərdiyini bildirmişdir. Zaur 1 ədəd 85 qramlıq qızıl suyuna çəkdirilmiş gümüş boyunbağını ona vermiş, o da həmin boyunbağını yaşadığı evə gətirərək əvvəl götürdüyü boyunbağının yerinə gizli qoymuşdur. 04 avqust 2018-ci il tarixdə Təqsirləndirilən şəxs mobil telefonla zəng vuraraq onu “Kardinal” adlı çayxanaya çağırmışdır. O da “Kardinal” adlı çayxanaya gedərək orada Zaurla görüşmüşdür. Zaur çay evində bir sıra xərclər üçün pul lazım olduğunu bildirmiş və ondan pul istəmişdir. O, Zaura pulunun olmadığını bildirmişdir. Zaur evdən qızıl gətirməsini, həmin qızılı lambarda qoyaraq pul götürəcəyini, sonradan pulu ödəyərək qızılı qaytaracağını bildirmişdir. O, Zaurla razılaşmış və həmin gün evə gedərək 1 ədəd 8 qram çəkidə 585 əyarlı qızıl qolbağını gizli götürüb “Kardinal” adlı çayxanada Zaura vermişdir. Təqsirləndirilən şəxs qızıl qolbağını götürərək lambarda getmiş və bir müddət sonra qayıdaraq qızıl qolbağını 216 manata satdığını bildirmişdir. Zaur həmin puldan 75 manatını ona vermiş, satdığı qızıl boyunbağının əyar olan hissəsini saxladığını, həmin əyar olan hissələrə bənzər qolbağı düzəltdirərək ona verəcəyini demişdir. Bir neçə gün sonra Zaur onunla görüşmüş, qızıl qolbağına oxşar qolbağı düzəltdirən zaman polis əməkdaşları tərəfindən saxlandığını, buna görə də polislərə 50 manat pul verərək gəldiyini bildirmişdir. 10 avqust 2018-ci il tarixdə istirahət etmək üçün Yardımlı rayonuna getmişdir. Yardımlı rayonu Yolacaq kəndində babasına məxsus evdə qalmışdır. Orada olduğu zaman Təqsirləndirilən şəxs istifadəsində olan 070 390 40 80 saylı mobil nömrə ilə onun istifadəsində olan 051 888 64 04 saylı mobil nömrəyə zəng vuraraq ona pul lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs pulunun olmadığını demişdir. Təqsirləndirilən şəxs ona mütləq pul lazım olduğunu, buna görə də qaldığı evdə qızıl-zinət əşyaları varsa onları oğurlayaraq ona verməsini tapşırmışdır. O da əmisinə məxsus dəst halında 1 ədəd 14 qram çəkidə 585 əyarlı boyunbağı və 1 ədəd 8 qram çəkidə 585 əyarlı qolbağını, 1 ədəd 5 qram çəkidə 585 əyarlı üzərində 60 sot, 1,1 keyfiyyətli brilyant qaşları olan qızıl nişan üzüyünü gizli olaraq evdən götürmüşdür. Həmin qızıl-zinət əşyalarını götürməsi barədə Zaura məlumat vermişdir. Təqsirləndirilən şəxs həmin qızıl-zinət əşyalarını Yardımlı rayonuna gələrək götürəcəyini bildirmişdir. Həmin qızıl-zinət əşyalarını qaba qoyaraq asfalt yolun kənarında çayxana işlədən Əfsər adlı şəxsə vermiş, bu barədə Zaura məlumat vermiş, Təqsirləndirilən şəxs də Yardımlı rayonuna gələrək həmin qızılzinət əşyalarını götürmüşdür. Məhkəmə-psixoloji ekspertizasının 20 fevral 2019-cu il tarixli, 4395 nömrəli rəyindən görünür ki, Şahid fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Şahid əqli(intelektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Şahid fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Şahid fərdi-psixi xüsusiyyətlərində ünsiyyətçilik, mehribançılıq, etibarlılıq və təmkinlilik kimi əlamətlər müşahidə olunur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 20 fevral 2019-cu il tarixli, 4473 nömrəli rəyində göstərilmişdir ki, 35 qr çəkidə 585 əyarlı 1 ədəd boyunbağının, 2018-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə dəyəri nəzəri qaydada təxminən 1750 manat, 85 qr çəkidə 585 əyarlı 1 ədəd boyunbağının 2018-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə dəyəri nəzəri qaydada təxminən 4250 manat, 10 qr çəkidə 585 əyarlı 1 ədəd qızıl qolbağının 2018-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə dəyəri nəzəri qaydada təxminən 500 manat, 9 qr çəkidə 585 əyarlı 1 ədəd qızıl qolbağının 2018-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə dəyəri nəzəri qaydada təxminən 450 manat, 14 qr çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağının 2018-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə dəyəri nəzəri qaydada təxminən 700 manat, 8 qr çəkidə 585 əyarlı 1 ədəd qızıl qolbağının 2018-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə dəyəri nəzəri qaydada təxminən 400 manat, 5 qr çəkidə 585 əyarlı üzərinə 60 sot, 1,1 keyfiyyətli brilyant qaşları olan 1 ədəd qızıl üzüyün (qaşların qiyməti təxminən 200 manat) 2018-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə dəyəri nəzəri qaydada təxminən 8500 manat müəyyən olunur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 19/868 nömrəli rəyindən görünür ki, 19 qr çəkidə 585 əyarlı 1 ədəd qızıl qolbağının 2018-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə dəyəri nəzəri qaydada təxminən 950 manat, 8 qr çəkidə 585 əyarlı 1 ədəd qızıl qolbağının 2018-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə dəyəri nəzəri qaydada təxminən 400 manat təşkil edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin, ekspretiza rəyləri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1 və 177.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 170.1 və 177.2.2-ci maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X8 həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində bu iş üzrə 06 mart 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 yanvar 2019-cu il tarixdən hesablanmışdır. Sumqayıt şəhər Probasiya Şöbəsinin 08 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzadan 11 ay 22 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 03 gün təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 190 manat təşkil edir. Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Bağçılıq Cəmiyyətinin ərazisində anası ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. 1-57901 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsini əsas götürərək onun vətən müharibəsi iştirakçısı olmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkünsüz hesab edərək barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Belə ki, o, oğurluq cinayətinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdır və hazırda cəza çəkir. Ötən müddətdə maddi ziyanı ödəməmişdir, zərərçəkmiş Zərərçəkmiş şəxs1la barışıq əldə etməmişdir, sonuncu şikayətçidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Sumqayıt şəhər məhkəməsinin 19 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə toplanılmalı, cəzaçəkmə müddətinin əvvəli bu hökm elan olunduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmadığı məsələsini müzakirə edərək aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Mülki iddia təmin olunmalı, mülki cavabdeh Təqsirləndirilən şəxs 1250 manat məbləğində maddi ziyan alınaraq Zərərçəkmiş şəxs1 verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri 190 (yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1 və 177.2.2-ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla, Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlqıdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 19 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 gün hissəsinin iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, 06 ay 01 gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 02 il 06 ay müddətə azadlqıdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 yanvar 2019-cu il tarixdən 06 mart 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 01 ay 08 gün müddət ona təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına daxil edilsin və üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2024-cü il tarixdən hesablansın. Məhkəmə ekspertiza xərci 190 (yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Mülki iddia təmin edilsin, 1250 (min iki yüz əlli) manat maddi ziyan və 33 (otuz üç) manat ödənilmiş dövlət rüsumu, cəmi 1283 (min iki yüz səksən üç) manat mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Hökmdən elan olunduğu, məhkuma (Təqsirləndirilən şəxs) hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X14
Məhkəmə qərarları › İş №1(038)-2/2024
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-2/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver