Məhkəmə qərarları › İş №1(038)-2/2025

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-2/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-2/2025 23.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ

1. GİRİŞ HİSSƏ

X18 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1979-cu ildə Yardımlı rayonu Mirimli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan mətndə CM-nin)n 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 may 2017-ci il tarixli qərarı ilə əməli CM-nin 32.5,206.3.2-ci maddələrinə tövsif edilərək cəzası 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qərarı ilə, cəzadan 10 ay 26 gün vaxtından əvvəl şərti azad edilmiş, 16 aprel 2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:

2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:

İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 11,006 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 09 oktyabr 2024cü il tarixdə saat 12:45 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı- Yardımlı yolunun 19,5-ci km-də, Yardımlı rayonu Tilə kəndi ərazisində idarə etdiyi «VAZ 2107» markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd sellafon bükümdə 11,006 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bununlada o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. 2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:

2.1.1.1. Təqsirləndilən şəxs və şahidlərin ifadələri

Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda ailə üzvləri ilə birlikdə Yardımlı rayonu Mirimli kəndində yaşayır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 06 il 06 aya endirilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan 10 ay 26 gün vaxtından əvvəl şərti azad edilmişdir. Aradabir narkotik maddə qəbul edir. Təxminən 10-15 gün bundan əvvəl şəxsi işləri ilə bağlı Masallı rayonuna getmişdir. Masallı rayonunda “Köhnə bazar” adlanan yerdə gəzərkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış və ona narkotik maddə marixuana satdığını bildirmişdir. O, da aradabir narkotik vasitə marixuana qəbul etdiyi üçün həmin şəxsə almaq istədiyini demişdir. Həmin şəxs 1 (bir) ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananı 30 manata satdığını bildirmişdir. O, da həmin şəxsə 30 manat pul vermiş, həmin şəxs ona 1 ədəd sellofan bükümdə narkotik vasitə marixuana vermişdir. O həmin narktoik vasitə marixuananı əynində olan şalvarın cibinə qoymuş, Masallı rayonunda olan işlərini qurtardıqdan sonra Yardımlı rayonu Mirimli kəndində yaşadığı evə qayıtmışdır. Bir neçə gün sonra həmin narkotik vasitədən az bir hissəsini qəbul etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. 09 oktyabr 2024-cü il tarixdə şəxsi işləri ilə bağlı idarə etdiyi «VAZ 2107» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yenə də Masallı rayonuna gedirmiş, həmin vaxt 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 12:45 radələrində Masallı- Yardımlı yolunun 19,5-ci km-də onu polis əməkdaşları saxlamış, ona özlərini təqdim edərək Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Ona narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirmiş və üzərində yoxlama keçirəcəklərini demişlər. O polislərə üzərində narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakları ilə saxlanıldığı yerdə videoçəkiliş vasitəsilə üzərində yoxlama aparılmışdır. Ona üzərində narkotik maddə varsa təqdim etməsi təklif olunmuş, o, da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik maddə qurudulmuş marixuananı çıxararaq təqdim etmişdir. Üzərində aşkar olunmuş narkotik maddə qurudulmuş marixuana bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 11,72 qram olmuşdur. Üzərində yoxlama aparılmış, üzərindən 1 (bir) ədəd «Redmi» markalı mobil telefon, 2 (iki) ədəd plastik kart, 10 manat 30 qəpik pul, 1 (bir) ədəd bankomat qəbzi, idarə etdiyi avtomobilin açarları, 1 (bir) ədəd «Magna» markalı siqaret qutusu və 1 (bir) ədəd alışqan aşkar aşkar olunmuşdur. Üzərindən başqa hər hansı bir əşya aşkar olunmamışdır. Sonra üzərindən aşkar olunmuş qurudulmuş marixuana 1 (bir) ədəd zərfdə qablaşdırılmış, o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə aparılmışdır. Orada bu barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs son sözündə oğlunun hərbi xidmətdə olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. X4 ifadəsində göstərdi ki, Yardımlı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir.09 oktyabr 2024-cü il tarixdə saat 12:45 radələrində Masallı-Yardımlı yolunun 19,5-ci km-də xidmətdə olarkən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyinə görə tərəfindən saxlamışdır. Həmin vaxt DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs sağ yan cibindən narkotik vasitəni çıxararaq könüllü təqdim etmiş və narkotik vasitəni tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Həmin vaxt çəkiliş aparılmış, həmçinin aşkar olunmuş narkotik vasitə tərəzidə çəkilmiş və çəkisi 11 qrama yaxın olmuşdur. X1 ifadəsində göstərdi ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 oktyabr 2024cü il tarixdə ona məlumat daxil olmuş və şöbənin rəsinə məruzə edilmişdir. Qərar qəbul edilmiş və Yardımlı RPŞ əməkdaşları ilə birgə əməliyyat qrupu yaradılmışdır. Masallı- Yardımlı yolunun 19,5-ci km-də, Yardımlı rayonu Tilə kəndi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil X27 Şöbəsinin əməkdaşı tərəfindən saxlanılmış və onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən 11 qrama yaxın marixuanaya oxşar kütlə aşkar edilmişdir.Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni özü könüllü təqdim etmiş və Masallı rayonunda tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirində Yardımlı RPŞ-nin Yol Polis Xidmətinin inspektoru X12 da onlarla birlikdə iştirak etmişdir. X2 ifadəsində göstərdi ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsində xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Vətəndaşın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğu üçün Yardımlı RPŞ əməkdaşları ilə birgə əməliyyat qrupu yaradılmış və o da əməliyyat qrupuna daxil edilmişdir. Masallı-Yardımlı yolunun 19,5-ci km-də həmin şəxs avtomobili idarə edərkən saxlanılmışdır. Üzərinə baxış keçirilmiş, üzərində aşkar edilmiş narkotik vasitəni özü könüllü təqdim etmiş və narkotik vasitəni özü istifadə etməsi üçün Masallı rayonundan 30 manata aldığını bildirmişdir.Avtomobilə baxış keçirilmiş,lakin hər hansı qanunla qadağan olan əşya aşkar edilməmişdir.Vətəndaşın üzərindən aşkar edilmiş telefon və kard aidiyyatı sənədlərlə birlikdə Yardımlı Rayon Polis Şöbəsinə təqdim edilmişdir. X5, şahidlər X8 və X9 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etdi. (Buna görə də məhkəmə həmin ifadəni təkrarlamağa zərurət görmür.)

2.1.1.2. cinayət işinin materialları

09 oktyabr 2024-cü il tarixli «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib Yardımlı Rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yardımlı RPŞ-nin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu Masallı-Yardımlı yolunun 19,5ci km-dən keçən hissədəidarə etdiyi VAZ 2107 markalı 44CE 606 qeydiyyat nişanlı avtomaşında saxlanılmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılmazdan əvvəl ona üzərində qanunla qadağan olunan əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd qara rəngli sellafon bükümü çıxararaq təqdim etmiş, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu və Masallı rayonundan 30 (otuz) manata aldığını bildirmişdir. Həmin bükümə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd «Magna» markalı siqaret qutusu, 1 (bir) ədəd alışqan, sol yan cibindən 1 (bir) ədəd «Redmi» markalı mobil telefon, sol arxa cibindən 10 manat 30 qəpik pul, sağ arxa cibindən 1 (bir) ədəd bankomat qəbzi və avtomobil açarlarını təqdim etmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 11,72 qram olmuşdur. DİN-in Baş Narkotiklərlə Mübarizə X6 Regional Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Yaşar Rzayev tərəfindən Təqsirləndirilən şəxs aşkar olunumuş narkotik vasitə qurudulmuş marixunaya oxşar kütlə 1 (bir) ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütləni hansı məqsədlə üzərində saxlaması soruşulmuş, o, da aradabir istifadə etmək məqsədi ilə üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütləni haradan aldığı soruşulmuş, o, da Masallı rayonunda tanımadığı şəxsdən 30 (otuz) manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilən zaman aşkar edilmiş «Redmi» markalı mobil telefona baxış keçirilmiş, telefonun qılıfından 2 (iki) ədəd «BirBank» plastik kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 (bir ) ədəd «Redmi» markalı mobil telefon, 2 (iki) ədəd «BirBank» plastik kartı və avtomobil açarları iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, pul və digər əşyalar geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 2107» markalı, **-CE- *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanc yerinə və salonuna baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən, eləcə də qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündə fasiləsiz videoçəkiliş vasitəsi ilə yoxlama aparılmış videoçəkilişi DİN-in Baş Narkotiklərlə Mübarizə X6 Regional Şöbəsinin əməkdaşı X13 çəkmişdir. DİN-in Baş Narkotiklərlə Mübarizə X6 Regional Şöbəsinin təhqiqatçısı X3 09 oktyabr 2024-cü il tarixli «Təqdim edilən əşyaya baxış keçirilməsi və götürülməsi»ni özündə əks etdirən protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, 09.oktyabr 2024-cü il tarixdə saat 12:45 dəqiqədə DİN-in Baş Narkotiklərlə Mübarizə X6 Regional Şöbəsinin əməkdaşlarının Yardımlı RPŞ-nin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Əkbərov X11-Yardımlı yolunun 19,5-ci km-dən keçən hissədəidarə etdiyi VAZ 2107 markalı 44CE 606 qeydiyyat nişanlı avtomaşında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən 1 bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması,1 ədəd «Redmi» markalı mobil telefon,2 ədəd «Birbank» plastik kart təhqiqata təqdim edilmişdir. Təqdim edilmiş 1 ədəd ağ rəngli zərf,1 ədəd «Redmi» markalı mobil telefon, 2 ədəd «Birbank» plastik kart və 1 ədəd DVD-yə baxış keçirilmiş və götürülmüşdür. 09 oktyabr 2024-cü il tarixli « şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə saat 12:45-də saxlanılmış, saat 15:30-da isə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 09 oktyabr 2024-cü il tarixli 19/686 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -11,006 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi -11,006 qram., tədqiqata sərf edilmişdir-0,1 qram, qalıq -10,906 qram olmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 60(altmış) manat müəyyən edilmişdir. 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və tutulmadan azad olunmuşdur. 12 oktyabr 2024-cü il tarixli «maddi sübutun tanınması və təhvil verilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman aşkar edilərək götürülmüş və ekspertiza zamanı tədqiqata sərf olunduqdan sonra qalmış 10,906 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinə təhvil verilmişdir. 21 noyabr 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması,a vtomobilə baxış keçirilməsi və əşyaların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1(bir) ədəd DVD, əməliyyat- axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1(bir) ədəd DVD və "xxxx" MMC-dən daxil olmuş 1(bir) ədəd CD və DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 1(bir) ədəd CD iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi narkoloji tibbi yoxlamanın 09 oktyabr 2024-cü il tarixli, 736 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X19 15 oktyabr 2024-cü il tarixli, 278 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Əkbərov X7 Ağır Cinayətlər Məhkəmənin 27 may 2015-ci il tarixli hökmü ilə CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə əməl CM-nin 32.5, 206.3.2ci maddələri ilə tövsif edilərək cəzası 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan 10 ay 26 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Ərus inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən, görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində 2011-ci ildə doğulmuş X10 adında azyaşı uşağı vardır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.

2.2. ƏSASLANDİRİCİ HİSSƏ:

2.2.1.əməlin tövsifi ilə bağlı

CM-in 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununu İİ siyahının 119-cu bəndində qeyd olunmuşdur ki, qurudulmuş marixuananın (kannabis) xeyli miqdarının aşağı həddi 5 qram yuxarı həddi isə 500 qramadək kimi müəyyən edilmişdir. Göründüyü kimi keçirilmiş əməliyyat tədbirləri nəticəsində Masallı-Yardımlı yolunun 19,5-ci km-də saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddə, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuanadır və onun çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş xeyli miqdarı həddində olmuşdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi, yəni xeyli miqdarda olan 11,006 qram çəkidə xeyli miqdarda narkotik maddə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və üzərində gəzdirməsi və daşıması özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» protokol və protokola əlavə edilmiş DVD disk və işdə olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Törədilmiş əməl CM-in 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.

2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı

CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-in 65.2-ci maddəsinin tələbi baxımından ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından, yəni 1 il 6 aydan az olmayan həddə cəzanın təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 2(iki) iki gününə bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2025-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur

2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı

Yardımlı Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 10,906 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli və 2(iki) ədəd DVD və 2(iki) ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi mülaicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar və mülki iddianın olmaması nəzərə alınmalıdır.

3. NƏTİCƏVİ HİSSƏSİ:

Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 2(iki) iki gününə bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və o. məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2025-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Yardımlı Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 10,906 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin və 2(iki) ədəd DVD və 2(iki) ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi mülaicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi) andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar