Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-20/2023 24.08.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X20 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1983-cü ildə Yardımlı rayonu, Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən,Yardımlı Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,324 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 29 aprel 2023-cü il tarixdə 10-50 radələrində Yardımlı rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Yardımlı şəhəri ərazisində saxlanılaraq Yardımlı rayon PŞ-nə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd kağız bükümdə 0,324 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir narkotik vasitələr qəbul edir. Əvvəllər məhkum olunsa da, narkomaniya xəstəliyindən tam sağalmamışdır. 29 aprel 2023-cü il tarixdə, saat 10:30 radələrində Yardımlı şəhər ərazisində olduğu zaman yaşadığı evin yaxınlığından keçərkən yerdə bir ədəd kağız bükülü olduğunu görüb götürmüşdür. Həmin bükülünü açıb içərisinə baxdıqda, bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və həmin narkotik maddəni istifadə etmək üçün şalvarın cibinə qoyaraq getmişdir. Yaşadığı evə çatmasına az qalmış, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlamış və narkotik vasitələrin qəbulunda şübhəli olduğuna görə polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yardımlı Rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsində üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Səhvini etiraf edir və əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Yardımlı rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X16 ifadəsində göstərdi ki Yardımlı şəhər sakini X3 narkotik maddələr qəbul etməsi ilə əlaqədar əməliyyat məlumatları daxil olduğu üçün 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Yardımlı rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkilləri X18 və X9 iştirakları ilə qrup yaradılmış və həmin gün saat 10-50 radələrində tədbir keçirilmişdir. Keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs Yardımlı şəhəri ərazisində yaşadığı evin yaxınlığında saxlanılmışdır. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik maddələr qəbul etmə, üzərində gəzdirmədə şübhəli olduğuna görə onlarla birlikdə Yardımlı rayon PŞ-nə getmsi bildirilmişdir. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş və onu Yardımlı rayon PŞ-nə aparmışlar. Yardımlı rayon PŞ-də şöbənin KTQ-nun inspektoru Fariz Mahmudovun, Yardımlı rayon PŞ-nin təhqiqatçısı Elçin Novruzun və Müdafiəçi iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən kağız bükümdə narkotik maddə heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş narkotik maddə heroinə oxşar kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. O, da həmin protokola imza etmişdir. Məhkəmə istintaqında şahiq qismində dindirilmiş Yardımlı rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X9 şahid X16 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. X1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilməklə elan edilmiş ifadəsindən görünür ki, Yardımlı şəhər sakini X3 narkotik maddələr qəbul etməsi ilə əlaqədar ona əməliyyat məlumatları daxil olmuşdur. 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Yardımlı rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkilləri X13 və X10 iştirakları ilə qrup yaradılmış və həmin gün saat 10-50 radələrində tədbir keçirilmişdir. Keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs Yardımlı şəhəri ərazisində yaşadığı evin yaxınlığında saxlanılmışdır. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və “sən narkotik maddələr qəbul etmə, üzərində gəzdirmədə şübhəlisən, bizimlə Yardımlı rayon PŞ-nə getməlisən və üzərinizdə videoçəkilişlə şəxsi axtarış aparacağıq demişlər”. O, da heç bir etirazının olmadığını bildirmiş və Yardımlı rayon PŞ-nə gəlmişlər. Yardımlı rayon PŞ-də otaqlardan birində şöbənin KTQ-nun inspektoru Fariz Mahmudov və Yardımlı rayon PŞ-nin təhqiqatçısı Elçin Novruz, Müdafiəçi iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən kağız bükümdə narkotik maddə heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə heroinə oxşar kütləni haradan əldə etdiyini soruşduqda bildirmişdir ki, o həmin narkotik maddəni 29 aprel 2023-cü il tarixdə Yardımlı şəhəri ərazisində gəzərkən yerdən tapmışdır. Aşkar olunmuş narkotik maddə heroinə oxşar kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. O, da həmin protokola imza etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə keçirilməsi barədə СD-yə məhkəmə iclasında baxış keçirilmiş və həmin videoçəkilişdən görünür ki, Yardımlı rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış və onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən kağız bükümdə narkotik maddə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, 29 aprel 2023-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə Yardımlı rayon Polis Şöbəsində baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən kağız bükümdə narkotik maddə heroinə oxşar kütlə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 29 aprel 2023-cü il tarixli 19\494 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi:-0,324 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 0,05 qram sərf edildikdən sonra 0,274 qram narkotik vasitə olan heroin qalıq almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 29 aprel 2023-cü il tarixli, 19\494 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər X2 məcburi narkoloji tibbi yoxlamanın 25 may 2023-cü il tarixli, 562 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindiromu(narkomaniya xəstəliyi) aşkar olunur.Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanada qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “maddi sübut kimi tanınma haqqında” 25 iyun 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,324 qram, ekspertizaya 0,05 qram sərf edildikdən sonra qalıq almış 0,274 qram narkotik vasitə olan heroin maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübüt kimi tanınmış və saxlanması üçün Yardımlı rayon polis şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1.-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Yardımlı rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Yardımlı Mərkəzi xəstəxanasının 22 may 2023-cü il tarixli,05- 165 sayı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı RMX-da dispanser qeydiyyatında dayanmır. Cinayət İşinin materiallarına əlavə edilmiş Yardımlı RİB-nın Yardımlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 02 may 2023-ci il tarixli, 5-81-1/2-509-2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailədə tək yaşayır. Cinayət İşinin materiallarına əlavə edilmiş Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2023-cü il tarixli, 36 saylı məktubundan görünür ki, 07 oktyabr 2011-ci ildə doğulmuş X6 və 01 yanvar 2013-cü il tarixdə doğulmuş X4 xalaları X7 qəyyumluğuna verilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 18 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Həmin tələbnamədən görünür ki, Yardımlı Rayon Məhkəməsinin 08 oktyabr 2020-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 10 iyul 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən etməmişdir, lakin CM-nin 59.2.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbyacan Respulikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək, törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini,Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasını, onun cinayət törətməyə meyilli şəxs olmasını, cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkünsüz hesab edərək qeyd edir ki, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edilməlidir. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbyacan Respulikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 29 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs nakomaniyadan məcburi müalicəyə cəlb edilməklə ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Yardımlı rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,274 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və 01 ədəd CD isə iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2.4, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Maddi sübut və Yardımlı rayon Polis Şöbəsində saxlanılan 0,274 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd CD cinayət işinin materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Yardımlı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən X20
Məhkəmə qərarları › İş №1(038)-20/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-20/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver