Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-20/2024 05.09.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, məhkəmə iclasının katibi katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Yardımlı rayon Alar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Yardımlı rayon Alar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06.07. 2024-cü il tarixdə saat 12 radələrində rayonun Alar kəndində yerləşən yaşadığı evdə aralarında ailə münasibətləri zəmnində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruq və təpiklə qəsdən zərbələr vuraraq sonuncuya «sağ göz nahiyyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi, sağ göz almasının ağlı qişasına yayılmış qansızma, sol kürək və sağ göz nahiyyəsinin qançırı» ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs onun arvadıdır. xx.xx.2024-cü il tarixdə Alar kəndində xalası oğlu Orduxanın qızının toy məclisi keçirilmiş və Zərərçəkmiş şəxs həmin toyda iştirak etmişdir. Həmin gündən sonra Gülcan onunla danışmamış və özünü qeyri səmimi aparmışdır. O, da əsəbləşdiyi üçün xx.xx.2024-cü il tarixdə Gülcana bir şillə vurmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində o, əkin sahəsindən evə gəlmiş, bu vaxt arvadı Gülcanın öz-özünə deyindiyini və ağlayan azyaşlı uşaqlarını görüb Gülcana uşağı götürüb, sakitləşdirməyi bildirmişdir. Lakin Gülcan uşağı götürmədiyi və anasının arxasınca danışdığı üçün əsəbləşərək Gülcanın sifətinə bir neçə sillə vurmuşdur. Bir müddətdən sonra Yardımlı rayon PŞ-dən onu şöbəyə etmişlər və polis şöbəsində Zərərçəkmiş şəxs onun barəsində şikayət etdiyini bilmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs onun əridir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində o, evdə olmuş, ev işləri ilə məşğul olmuşdur. Bu zaman qonşuluqda yaşayan qaynanası Raziyyə onların evinə gəlmiş, onun yaxasından tutub təhqir etmişdir. Həmin vaxt əri Valid evə gəlmişdir.O, Validə anasının onu incitdiyini demişdir. Valid isə anasının haqlı olduğunu bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı Valid yumruq və təpiklə onu döymüşdür. Aldığı xəsarətlərdən o. huşunu itirərək yerə yıxılmışdır. Bir müddət sonra ayılmış və Alar kəndində yaşayan babasıgilə getmiş, oradan isə Yardımlı rayon PŞ-nə hadisə barədə məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir,onunla barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir.Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Buna gördə cinayət işinə xitam verilməsini xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə-Tibbi Ekspertizasının 08.07. 2024-cü il tarixli, 638 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində «sağ göz nahiyyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi, sağ göz almasının ağlı qişasına yayılmış qansızma, sol kürək və sağ göz nahiyyəsinin qançırı» kimi xəsarətlərin olması, göstərilən xəsarətlərin küt əşyanın təsirindən törənməsi, yumruqla vurulma nəticəsində əmələ gələ bilməsi, törənmə müddətinin xx.xx.2024-cü il tarixə uyğun gəlməsi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlərlər yetirmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17.07. 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun əridir.Onunla barışmışdır və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur.Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs onun arvadıdır.Zərərçəkmiş şəxs ilə barışmışdır və ona dəymiş ziyanı tamamilə ödəmişdir.Barışmaqlarını nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №1(038)-20/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №1(038)-20/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver