Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-20/2025 31.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ
1. GİRİŞ HİSSƏ:
X5 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə. xx.xx.1977-ci ildə Yardımlı rayonu, Əsədabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını qanunsuz olaraq gizli yolla ələ keçirmək məqsədi ilə 21 aprel 2025-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, X3 küçəsi, döngə 3, ev 17 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs kirayə yaşadığı, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə şüşəsini çıxararaq açdığı pəncərədən qanunsuz daxil olmuş, həmin evin ikinci yataq otağında sonuncunun çəhrayı rəngli çantada gizlətdiyi 5000 (beş min) manat nağd pul vəsaitini gizli yolla talayaraq Zərərçəkmiş şəxs 5000 (beş min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. 2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 2.1.1.1. Təqsirləndilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi göstərdi. Təqsirləndirilən şəxs son sözündə ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, təqsirləndirilən şəxslə barışmışdır və ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, hadisə baş verən gün onlar evə bazarlıq etmək üçün getmişlər. Evə qayıtdıqda pərdənin yerdə düşdüyünü görmüşlər. Sabahı gün isə evdə saxladıqları pulun yerində olmadığını bilmişlər.O,onlarla bir həyətdə yaşayan Elmira Mironavaya evdə pulun itdiyini bildirmiş, bu zaman Elmira onun üstünə hucum etmişdir. Bundan sonra Polis Şöbəsinə müraciət etmişlər.Daha sonra müəyyən edilmişdir ki, oğurluq hadisəsinin onlarla bir həyətdə yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir.
2.1.1.2 cinayət işinin materialları
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Yardımlı şəhəri, Səməd Vurğun küçəsi, ev 4 ünvanında yaşayır. 2024-cü ilin sentyabr ayında onun yaşadığı evin qonşuluğunda yerləşən qaynı X2 məxsus evə kirayə yaşamağa 2 qadın gəlmişdir. Daha sonra o həmin qadınlardan birinin Yardımlı rayonunda müəllim işləmək məqsədi ilə buraya gələn Zərərçəkmiş şəxs və digərinin isə anası X1 olduğunu bilmişdir. O mütəmadi olaraq Zərərçəkmiş şəxs və Qönçə Bayramovanın kirayə yaşadıqları evə getmişdir. Onlar evin bir otağından istifadə etmiş və salonda yatmışlar. 21 aprel 2025-ci il tarixdə səhər saat 11 radələrində Zərərçəkmiş şəxs və Qönçə Bayramovanın kirayə yaşadıqları evdən çıxaraq maşınla getdiklərini görmüşdür. Onların evdə olmadığını fürsət bilərək evdən oğurluq etmək qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs və Qönçə Bayramovanın kirayə yaşadıqları evin arxasına getmişdir. Həmin evin arxasında olan nərdivanı evin divarına söykəyərək evin arxa hissəsində olan taxta materialdan hazırlanmış pəncərəyə qalxmışdır. Həmin pəncərənin şüşələrindən biri çatlaq vəziyyətdə olmuşdur. Çatlaq vəziyyətdə olan şüşəni yerindən çıxartmışdır. Həmin boşluqdan əlini içəri daxil edərək pəncərəni açmışdır. Pəncərinin qarşısında televizor olmuşdur. Həmin televizoru biraz kənara itələyərək içəri daxil olmuşdur. Həmin otaqda taxta şkaf, televizorlar, qaz sobası və çantalar olmuşdur. Otağın digər pəncərəsinin alt hissəsində olan çəhrayı rəngli çantanın içərisində sellofan torbaya bükülmüş pul olduğunu görmüşdür. O içərisində pul olan sellofan torbanı çantanın içərisindən götürmüşdür. Daha sonra çantanın içərisində əlavə pul da olduğunu görmüş, lakin həmin pulu götürməmişdir. Otağa daxil olduğu pəncərədən çölə çıxmışdır. Pəncərənin çıxartdığı şüşəsini yerinə taxaraq oradan düşmüş və nərdivanı yerə qoymuşdur. Daha sonra yaşadığı evə getmişdir. Evdə olan zaman oğurladığı sellofan torbada olan pulu saymış və 5000 (beş min) manat pul olduğunu görmüşdür. Həmin puldan ərzaq məhsulları, yaşadığı evin təmiri üçün lazım olan tikinti ləvazimatları, eləcə də özü üçün paltarlar almışdır. Oğurladığı pulla aldığı məişət avadanlıqları, geyim əşyaları və tikinti ləvazimatlarını, eləcə də həmin puldan geriyə qalan 214 (iki yüz on dörd) manatı istintaqa təqdim etmişdir. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-11/2-6345/2025 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2025-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİnin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində 02 ədəd əl izi (ADİS-in məlumat bankına Yardımlı PRŞ-dən daxil olan) xx.xx.1977-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız və çeçələ barmaqlarının əksləri (evin arxa pəncərəsinin şüşəsinin çöl tərəfindən götürülmüş izlər) ilə eynilik müəyyən edilmişdir. Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/1099 nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs kirayə yaşadığı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd kağız parçasının üzərində yapışdırılmış 03 ədəd şəffaf yapışqanlı lent kəsiyi üzərində olan 02 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl barmaq izi xx.xx.1977ci il tarixdə Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız və çeçələ barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. «Təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən müxtəlif məişət avadanlıqları, geyim əşyaları və tikinti ləvazimatları təqdim edilmişdir. Təqdim edilmiş 01 (bir) ədəd çəhrayı rəngli pul qabının içərisindən 02 (iki) ədəd 100 manatlıq, 01 (bir) ədəd 10 manatlıq və 04 (dörd) ədəd 1 manatlıq pul əskinazları və 01 (bir) ədəd "xxxx" ASC-dən verilmiş plastik bank kartı aşkar olunmuşdur. Təqdim edilmiş 01 (bir) ədəd turkuaz rəngli plastik materialdan hazırlanmış qabın üzərində 03 (üç) ədəd iri həcmli və 04 (dörd) ədəd kiçik həcmli plastik bankalar aşkar olunmuşdur. Təqdim edilmiş 01 (bir) ədəd üzərində “X6” yazılmış karton qutunun içərisindən 02 (iki) ədəd dəmir materialdan olan boru, 01 (bir) ədəd dəmir kran və 01 (bir) ədəd borulu kran başlığı aşkar olunmuşdur. Təqdim edilmiş 01 (bir) ədəd üzərində “Stefano” yazılmış karton qutunun içərisindən dəst formasına duş ləvazimatları aşkar olundu. Təqdim edilmiş 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd rulon formalı boya fırçası və 01 (bir) ədəd plastik materialdan hazırlanmış qabda boya üçün astar aşkar olunmuşdur. Təqdim edilmiş 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 01 (bir) paket sarı rəngli təmizlik üçün parça, 01 (bir) ədəd hamam kisəsi, 02 (iki) qutu üzərində İİR hərfləri toz halında yuyucu vasitə, 01 (bir) ədəd “Bingo” markalı maye formalı paltar yuyucu vasitə, 01 (bir) ədəd “Siv” markalı sabun, 01 (bir) qutu “Clean” markalı qulaq çöpü, 06 (altı) ədəd “Gilette” markalı ülgüc, 01 (bir) ədəd “Praxi” markalı maye sabun, 01 (bir) ədəd “QİSHENG” markalı yapışqan lent aşkar olunmuşdur. Təqdim edilmiş 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd bənövşəyi rəngli, markalanma göstəricisi olmayan don, 01 (bir) ədəd qara rəngli, üzərində “Gucci” yazılmış idman şalvarı, 01 (bir) ədəd ağ rəngli bustqalter, 01 (bir) ədəd ağ rəngli, üzərində “Dolce Gabbana” yazılmış köynək, 01 (bir) ədəd ağ rəngli, markalanma göstəricisi olmayan köynək, 01 (bir) ədəd qara rəngli, markalanma göstəricisi olmayan köynək, 01 (bir) ədəd sellofan torbanın içərisindən 01 (bir) ədəd yaşıl rəngli köynək və 01 (bir) ədəd qara rəngli nazik gödəkçədən ibarət dəst, 01 (bir) ədəd qara rəngli, üzərində “Gucci” yazılmış köynək, 01 (bir) ədəd qara rəngli, üzərində “Paris” yazılmış don, 02 (iki) cüt qara rəngli corab, 02 (iki) ədəd çəhrayı rəngli trusi və 01 (bir) ədəd narıncı rəngli mayka aşkar olunmuşdur. Təqdim edilmiş 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 03 (üç) ədəd “Tomel Hu” markalı elektrik lampası, 01 (bir) ədəd yaşıl rəngli alışqan aşkar olunmuşdur. Təqdim edilmiş 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd masa örtüsü aşkar olunmuşdur. Təqdim edilmiş 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd üçlü naqil uzadıcısı, 01 (bir) ədəd “Saf” markalı aseton, 01 (bir) ədəd dəmir qabda “Saf boya” markalı boya aşkar olunmuşdur.Təqdim edilmiş 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 02 (iki) ədəd “Saf” markalı aseton, 02 (iki) ədəd dəmir qabda, “Saf boya” markalı boya və 02 (iki) cüt iş əlcəyi aşkar olunmuşdur. Təqdim edilmiş 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 02 (iki) ədəd rulon formalı boya fırçası, 03 (üç) ədəd boya fırçası, 02 (iki) ədəd, üzərində “Rivestimenti” yazılmış divar kağızı yapışdırmaq üçün yapışdırıcı və 01 (bir) ədəd istehsalat ülgücü aşkar olunmuşdur. Təqdim edilmiş 05 (beş) rulon “Crocus” markalı divar kağızıdır. Təqdim edilmiş 01 (bir) ədəd, qırmızı rəngli unitaz fırçasıdır. Təqdim edilmiş 01 (bir) ədəd gümüşü rəngli, dəmir materialdan hazırlanmış soba borusudur. Təqdim edilmiş 01 (bir) ədəd üzərində “RAF” yazılmış qutudan paltar ütüsü aşkar olunmuşdur. Təqdim edilmiş qəhvəyi rəngli, üzərində qələmlə “günel” yazılmış 01 (bir) qutu boşqab dəstidir. Təqdim edilmiş 01 (bir) ədəd, ağ rəngli, üç başlıqlı çılçıraqdır. Təqdim edilmiş 01 (bir) ədəd qara və 01 (bir) ədəd çəhrayı rəngli qranit tavalardır. Təqdim edilmiş 01 (bir) qutu “GOLDEN POT+” markalı qazan dəstidir. Təqdim edilmiş 01 (bir) ədəd “Safir” markalı sərinkeşdir. Təqdim edilmiş 01 (bir) ədəd üzəri naxışlarla örtülmüş adyal. Təqdim edilmiş 01 (bir) ədəd sellofan torbanın içərisindən 01 (bir) cüt üzərində “FASHİON” yazılmış sandalet və 01 (bir) cüt üzərində “SMART Best Fashion” yazılmış ayaqqabı aşkar olundu. Təqdim edilmiş 01 (bir) ədəd göy sellofan torbanın içərisindən 01 (bir) ədəd ağ rəngli pərdə aşkar olundu. Təqdim edilmiş 01 (bir) ədəd üzərində, kvadrat və üçbucaq formalı naxışlar olan yer örtüsüdür. Təqdim edilmiş 04 (dörd) ədəd dəmir materialdan hazırlanmış, oturacaq və söykənəcək hissəsi parça materialdan olar stuldur. Təqdim edilmiş 02 (iki) ədəd ağ rəngli, 4 (dörd) metr ölçüdə karnizdir. Təqdim olunmuş əşyalar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05-PH/2025 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş və maddi sübut kimi tanınaraq qiymətləndirməyə təqdim edilmiş 53 adda məişət avadanlıqları, geyim əşyaları və tikinti ləvazimatlarının ümumi dəyəri 1060 (min altmış) manat müəyyən edilmişdir. Qiymətləndirmə xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış qiymətləndirmənin dəyəri 150 manat təşkil etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, -02 (iki) ədəd 100 manatlıq, 01 (bir) ədəd 10 manatlıq və 04 (dörd) ədəd 1 manatlıq pul əskinazlarından ibarət pul vəsaiti iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs qızana verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli haqqında qərarın 3-cü bəndindən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Həmin qərarın 5-ci bəndinə əsasən 01 (bir) ədəd turkuaz rəngli plastik materialdan hazırlanmış qabın üzərində 03 (üç) ədəd iri həcmli və 04 (dörd) ədəd kiçik həcmli plastik bankalar, 01 (bir) ədəd üzərində “X6” yazılmış karton qutunun içərisindən 02 (iki) ədəd dəmir materialdan olan boru, 01 (bir) ədəd dəmir kran və 01 (bir) ədəd borulu kran başlığı, 01 (bir) ədəd üzərində “Stefano” yazılmış karton qutunun içərisindən dəst formasına duş ləvazimatları, 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd rulon formalı boya fırçası və 01 (bir) ədəd plastik materialdan hazırlanmış qabda boya, 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 01 (bir) paket sarı rəngli təmizlik üçün parça, 01 (bir) ədəd hamam kisəsi, 02 (iki) qutu üzərində İİR hərfləri toz halında yuyucu vasitə, 01 (bir) ədəd “Bingo” markalı maye formalı paltar yuyucu vasitə, 01 (bir) ədəd “Siv” markalı sabun, 01 (bir) qutu “Clean” markalı qulaq çöpü, 06 (altı) ədəd “Gilette” markalı ülgüc, 01 (bir) ədəd “Praxi” markalı maye sabun, 01 (bir) ədəd “QİSHENG” markalı yapışqan, 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd bənövşəyi rəngli, markalanma göstəricisi olmayan don, 01 (bir) ədəd qara rəngli, üzərində “Gucci” yazılmış idman şalvarı, 01 (bir) ədəd ağ rəngli bustqalter, 01 (bir) ədəd ağ rəngli, üzərində “Dolce Gabbana” yazılmış köynək, 01 (bir) ədəd ağ rəngli, markalanma göstəricisi olmayan köynək, 01 (bir) ədəd qara rəngli, markalanma göstəricisi olmayan köynək, 01 (bir) ədəd sellofan torbanın içərisindən 01 (bir) ədəd yaşıl rəngli köynək və 01 (bir) ədəd qara rəngli nazik gödəkçədən ibarət dəst, 01 (bir) ədəd qara rəngli, üzərində “Gucci” yazılmış köynək, 01 (bir) ədəd qara rəngli, üzərində “Paris” yazılmış don, 02 (iki) cüt qara rəngli corab, 02 (iki) ədəd çəhrayı rəngli trusi və 01 (bir) ədəd narıncı rəngli mayka, 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 03 (üç) ədəd “Tomel Hu” markalı elektrik lampası, 01 (bir) ədəd yaşıl rəngli alışqan,01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd masa örtüsü, 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd üçlü naqil uzadıcısı, 01 (bir) ədəd “Saf” markalı aseton, 01 (bir) ədəd dəmir qabda “Saf boya” markalı boya, 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 02 (iki) ədəd “Saf” markalı aseton, 02 (iki) ədəd dəmir qabda, “Saf boya” markalı boya və 02 (iki) cüt iş əlcəyi, 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 02 (iki) ədəd rulon formalı boya fırçası, 03 (üç) ədəd boya fırçası, 02 (iki) ədəd, üzərində “Rivestimenti” yazılmış divar kağızı yapışdırmaq üçün yapışdırıcı və 01 (bir) ədəd istehsalat ülgücü, 05 (beş) rulon “Crocus” markalı divar kağız, 01 (bir) ədəd, qırmızı rəngli unitaz fırçası, 01 (bir) ədəd gümüşü rəngli, dəmir materialdan hazırlanmış soba borusu, 01 (bir) ədəd üzərində “RAF” yazılmış qutudan paltar ütüsü, qəhvəyi rəngli, üzərində qələmlə “günel” yazılmış 01 (bir) qutu boşqab dəsti, 01 (bir) ədəd, ağ rəngli, üç başlıqlı çılçıraq, 01 (bir) ədəd qara və 01 (bir) ədəd çəhrayı rəngli qranit tavalar, 01 (bir) qutu “GOLDEN POT+” markalı qazan dəsti, 01 (bir) ədəd “Safir” markalı sərinkeş, 01 (bir) ədəd üzəri naxışlarla örtülmüş adyal,01 (bir) ədəd sellofan torbanın içərisindən 01 (bir) cüt üzərində “FASHİON” yazılmış sandalet və 01 (bir) cüt üzərində “SMART Best Fashion” yazılmış ayaqqabı, 01 (bir) ədəd göy sellofan torbanın içərisindən 01 (bir) ədəd ağ rəngli pərdə, 01 (bir) ədəd üzərində, kvadrat və üçbucaq formalı naxışlar olan yer örtüsü, 04 (dörd) ədəd dəmir materialdan hazırlanmış, oturacaq və söykənəcək hissəsi parça materialdan olar stul,02 (iki) ədəd ağ rəngli, 4 (dörd) metr ölçüdə karniz, maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmin qərarın 6-cı bəndində əsasən istintaq zamanı hadisə yerinə baxış keçirilən zaman götürülmüş əl-barmaq izləri iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır,ona dəymiş ziyan tam şəkildə ona ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edilərkən ərizənin nəzərə alınmasını xahiş etmişdir. Yardımlı Rayon İHB-nın Yardımlı şəhər inzibati ərazi dairəsi üzrə nünayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X7 13.05. 2025-ci il tarixli, 18-1-81/3- 635/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır.
2.2. ƏSASLANDİRİCİ HİSSƏ:
2.2.1 əməlin tövsifi ilə bağlı
Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 177.2.3-cü maddəsinin dispozisiyasına görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli, yəni tamah niyyəti ilə özgə əmlakını qanunsuz olaraq gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs kirayə yaşadığı, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə şüşəsini çıxararaq açdığı pəncərədən qanunsuz daxil olmuş, həmin evin ikinci yataq otağında sonuncunun çəhrayı rəngli çantada gizlətdiyi 5000 (beş min) manat nağd pul vəsaitini gizli yolla talayaraq Zərərçəkmiş şəxs 5000 (beş min) manat maddi ziyan vurmaqla oğurluq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxsin və şahidin ifadəsi, həmçinin işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.
2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü, yaşadığı ərazidə müsbət xarakterizə edilməsini və təqsirini etiraf etməsini CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, həmin hallar Təqsirləndirilən şəxs barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsas olmasa da, CMnin 60.1-ci maddəsi tətbiq edilməklə ona CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00dan saat 07:00-dək tərk etməmək, Yardımlı rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı
Xüsusi müsadirə ilə bağlı məhkəmə qeyd edir ki, CM-nin
99-1.1.Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.2.Şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Qanunvericiliyin qeyd edilən nörmalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə etdiyi və Yardımlı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan əmlaklar-03 (üç) ədəd iri həcmli və 04 (dörd) ədəd kiçik həcmli plastik bankalar ,02 (iki) ədəd dəmir materialdan olan boru,1 (bir) ədəd dəmir kran və 01 (bir) ədəd borulu kran başlığı,dəst formada duş ləvazimatları,01 (bir) ədəd rulon formalı boya fırçası,01 (bir) ədəd plastik materialdan hazırlanmış qabda boya üçün astar, 01 (bir) paket sarı rəngli təmizlik üçün parça, 01 (bir) ədəd hamam kisəsi, 02 (iki) qutu üzərində İİR hərfləri toz halında yuyucu vasitə, 01 (bir) ədəd “Bingo” markalı maye formalı paltar yuyucu vasitə, 01 (bir) ədəd “Siv” markalı sabun, 01 (bir) qutu “Clean” markalı qulaq çöpü, 06 (altı) ədəd “Gilette” markalı ülgüc, 01 (bir) ədəd “Praxi” markalı maye sabun, 01 (bir) ədəd “QİSHENG” markalı yapışqan lent, 01 (bir) ədəd bənövşəyi rəngli, markalanma göstəricisi olmayan don, 01 (bir) ədəd qara rəngli, üzərində “Gucci” yazılmış idman şalvarı, 01 (bir) ədəd ağ rəngli bustqalter, 01 (bir) ədəd ağ rəngli, üzərində “Dolce Gabbana” yazılmış köynək, 01 (bir) ədəd ağ rəngli, markalanma göstəricisi olmayan köynək, 01 (bir) ədəd qara rəngli, markalanma göstəricisi olmayan köynək, 01 (bir) ədəd yaşıl rəngli köynək ,1 (bir) ədəd qara rəngli nazik gödəkçədən ibarət dəst, 01 (bir) ədəd qara rəngli, üzərində “Gucci” yazılmış köynək, 01 (bir) ədəd qara rəngli, üzərində “Paris” yazılmış don, 02 (iki) cüt qara rəngli corab, 02 (iki) ədəd çəhrayı rəngli trusi, 01 (bir) ədəd narıncı rəngli mayka, 03 (üç) ədəd “Tomel Hu” markalı elektrik lampası, 01 (bir) ədəd yaşıl rəngli alışqan,01 (bir) ədəd masa örtüsü, 01 (bir) ədəd üçlü naqil uzadıcısı, 01 (bir) ədəd “Saf” markalı aseton, 01 (bir) ədəd dəmir qabda “Saf boya” markalı boya, 02 (iki) ədəd “Saf” markalı aseton, 2 (iki) ədəd dəmir qabda, “Saf boya” markalı boya,2 (iki) cüt iş əlcəyi, 02 (iki) ədəd rulon formalı boya fırçası, 03 (üç) ədəd boya fırçası, 02 (iki) ədəd, üzərində “Rivestimenti” yazılmış divar kağızı yapışdırmaq üçün yapışdırıcı, 01 (bir) ədəd istehsalat ülgücü, 5 (beş) rulon “Crocus” markalı divar kağızı, 01 (bir) ədəd, qırmızı rəngli unitaz fırçası, 01 (bir) ədəd gümüşü rəngli, dəmir materialdan hazırlanmış soba borusu, 01 (bir) ədəd paltar ütüsü, üzərində qələmlə “günel” yazılmış 01 (bir) qutu boşqab dəstidir, 01 (bir) ədəd, ağ rəngli, üç başlıqlı çılçıraq, 01 (bir) ədəd qara və 01 (bir) ədəd çəhrayı rəngli qranit tavalar, 01 (bir) qutu “GOLDEN POT+” markalı qazan dəsti, 01 (bir) ədəd “Safir” markalı sərinkeş,01 (bir) ədəd üzəri naxışlarla örtülmüş adyal, 01 (bir) cüt üzərində “FASHİON” yazılmış sandalet və 01 (bir) cüt üzərində “SMART Best Fashion” yazılmış ayaqqabı, 01 (bir) ədəd ağ rəngli pərdə,iş 01 (bir) ədəd üzərində, kvadrat və üçbucaq formalı naxışlar olan yer örtüsü, 04 (dörd) ədəd dəmir materialdan hazırlanmış, oturacaq və söykənəcək hissəsi parça materialdan olar stul, 02 (iki) ədəd ağ rəngli, 4 (dörd) metr ölçüdə karniz məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır.
Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki;
2 (iki) ədəd 100 manatlıq, 1 (bir) ədəd 10 manatlıq və 4 (dörd) ədəd 1 manatlıq pul əskinazlarının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1(bir) ədəd CD və içərisində əl barmaq izləri olan 01(bir) ədəd zərf iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır.
Məhkəmə xərci ilə bağlı məhkəmə qeyd edir ki;CPM-nin
197.1.4. Mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ; məhkəmə məsrəflərinə aid edilir. 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər Odur ki, Məhkəmə məsrəfi olan 150 (yüz əlli) manat miqdarında pul vəsaiti Təqsirləndirilən şəxs alınar "xxxx" MMC-nin (Bank rekvezitləri- Bank Respublika Lənkəran filialı, kod 504357, VOEN **********, M/h; AZ80NABZ********************4, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) hesabına ödənilməlidir İş üzrə mülki iddia yoxdur.
3. NƏTİCƏVİ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cüi maddəsi ilə təqsirli bilinib barəsində 1(bir) il 6(altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
3. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələr qoyulsun; 3.1 -yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək; 3.2 -Yardımlı rayonu ərazi hüdudlarını tərk etməmək; 3.3 -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3.4 - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; 3.5 -cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 3.6 Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun.
4. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi və Yardımlı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan əmlaklar-03 (üç) ədəd iri həcmli və 04 (dörd) ədəd kiçik həcmli plastik bankalar ,02 (iki) ədəd dəmir materialdan olan boru,1 (bir) ədəd dəmir kran və 01 (bir) ədəd borulu kran başlığı,dəst formada duş ləvazimatları,01 (bir) ədəd rulon formalı boya fırçası,01 (bir) ədəd plastik materialdan hazırlanmış qabda boya üçün astar, 01 (bir) paket sarı rəngli təmizlik üçün parça, 01 (bir) ədəd hamam kisəsi, 02 (iki) qutu üzərində İİR hərfləri toz halında yuyucu vasitə, 01 (bir) ədəd “Bingo” markalı maye formalı paltar yuyucu vasitə, 01 (bir) ədəd “Siv” markalı sabun, 01 (bir) qutu “Clean” markalı qulaq çöpü, 06 (altı) ədəd “Gilette” markalı ülgüc, 01 (bir) ədəd “Praxi” markalı maye sabun, 01 (bir) ədəd “QİSHENG” markalı yapışqan lent, 01 (bir) ədəd bənövşəyi rəngli, markalanma göstəricisi olmayan don, 01 (bir) ədəd qara rəngli, üzərində “Gucci” yazılmış idman şalvarı, 01 (bir) ədəd ağ rəngli bustqalter, 01 (bir) ədəd ağ rəngli, üzərində “Dolce Gabbana” yazılmış köynək, 01 (bir) ədəd ağ rəngli, markalanma göstəricisi olmayan köynək, 01 (bir) ədəd qara rəngli, markalanma göstəricisi olmayan köynək, 01 (bir) ədəd yaşıl rəngli köynək ,1 (bir) ədəd qara rəngli nazik gödəkçədən ibarət dəst, 01 (bir) ədəd qara rəngli, üzərində “Gucci” yazılmış köynək, 01 (bir) ədəd qara rəngli, üzərində “Paris” yazılmış don, 02 (iki) cüt qara rəngli corab, 02 (iki) ədəd çəhrayı rəngli trusi, 01 (bir) ədəd narıncı rəngli mayka, 03 (üç) ədəd “Tomel Hu” markalı elektrik lampası, 01 (bir) ədəd yaşıl rəngli alışqan,01 (bir) ədəd masa örtüsü, 01 (bir) ədəd üçlü naqil uzadıcısı, 01 (bir) ədəd “Saf” markalı aseton, 01 (bir) ədəd dəmir qabda “Saf boya” markalı boya, 02 (iki) ədəd “Saf” markalı aseton, 2 (iki) ədəd dəmir qabda, “Saf boya” markalı boya,2 (iki) cüt iş əlcəyi, 02 (iki) ədəd rulon formalı boya fırçası, 03 (üç) ədəd boya fırçası, 02 (iki) ədəd, üzərində “Rivestimenti” yazılmış divar kağızı yapışdırmaq üçün yapışdırıcı, 01 (bir) ədəd istehsalat ülgücü, 5 (beş) rulon “Crocus” markalı divar kağızı, 01 (bir) ədəd, qırmızı rəngli unitaz fırçası, 01 (bir) ədəd gümüşü rəngli, dəmir materialdan hazırlanmış soba borusu, 01 (bir) ədəd paltar ütüsü, üzərində qələmlə “günel” yazılmış 01 (bir) qutu boşqab dəstidir, 01 (bir) ədəd, ağ rəngli, üç başlıqlı çılçıraq, 01 (bir) ədəd qara və 01 (bir) ədəd çəhrayı rəngli qranit tavalar, 01 (bir) qutu “GOLDEN POT+” markalı qazan dəsti, 01 (bir) ədəd “Safir” markalı sərinkeş,01 (bir) ədəd üzəri naxışlarla örtülmüş adyal, 01 (bir) cüt üzərində “FASHİON” yazılmış sandalet və 01 (bir) cüt üzərində “SMART Best Fashion” yazılmış ayaqqabı, 01 (bir) ədəd ağ rəngli pərdə,iş 01 (bir) ədəd üzərində, kvadrat və üçbucaq formalı naxışlar olan yer örtüsü, 04 (dörd) ədəd dəmir materialdan hazırlanmış, oturacaq və söykənəcək hissəsi parça materialdan olar stul, 02 (iki) ədəd ağ rəngli, 4 (dörd) metr ölçüdə karniz məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın.
5. Maddi sübutlar -2 (iki) ədəd 100 manatlıq, 1 (bir) ədəd 10 manatlıq və 4 (dörd) ədəd 1 manatlıq pul əskinazlarının Zərərçəkmiş şəxs təhvil verilməsi, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1(bir) ədəd CD və içərisində əl barmaq izləri olan 01(bir) ədəd zərf iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın.
6. Məhkəmə məsrəfi olan 150 (yüz əlli) manat miqdarında pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq "xxxx" MMC-nin (Bank rekvezitləri- Bank Respublika Lənkəran filialı, kod 504357, VOEN **********, M/h; AZ80NABZ********************4, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) hesabına ödənilsin.
7. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
8. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
X8