Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-21/2023 14.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi J1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi,fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1955-ci ildə Yardımlı rayon Aşağı Astanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, təqaüdçü, Yardımlı rayonu Aşağı Astanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 19 mart 2023-cü il tarixdə saat 17- 00 radələrində özünə məxsus, sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 21214 minik” markalı ** FM *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Yardımlı-Cəlilabad yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində Cəlilabad rayonu istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayrılmamalı, avtomobilin öz hərəkət zolağı ilə hərəkətini təmin etməli və qarşı zolaqda nəqliyyat vasitəsinin hərəkətdə olması şəraitində avtomobili əks hərəkət zolağına çıxarmamalı olduğu halda heç bir tədbir görməyərək əks hərəkət zolağına çıxmaqla qarşıdan gələn Yardımlı rayonu Gendərə kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21061 minik” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində “Vaz 21061 minik” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs “gövdənin döş qəfəsi hissəsinin sol yarısının ön-yan tərəfi nahiyyəsində Vİ, Vİİ, Vİİİ-ci qapağaların qapalı sınıqları” ilə müşayiət olunun sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində əməlini səmimi etiraf edərək göstərdi ki, 19 mart 2023-cü ildə saat təxminən 17-00 radələrində özünə məxsus “Vaz 21214 minik” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvana gedərkən, ünvan 2 olarkən ani vəziyyətdə qarşıdan gələn Yardımlı rayonu Gendərə kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2106 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüşdür.O, toqquşmanın qarşısını almaq üçün idarə etdiyi avtomobili yolun sol hissəsinə, “Vaz 21061 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə qəzadan yayınmaq üçün idarə etdiyi avtomobili gəldiyi istiqamətdən yolun sol hissəsinə çəkmiş, lakin qəza hadisəsindən yayına bilməmişdir. Hadisə zamanı özü heç bir xəsarət almasa da, sürücü Zərərçəkmiş şəxs az ağır , avtomobildə olan sərnişinlər isə sağlamlığa zərər vurmayan yüngül xəsarətlər almışdır. Törətdiyi cinayətdə özünü tam təqsirli bilir və səmimi peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir və onlar barışmışlar.Zərərçəkmiş şəxslə barışmalarını, lk dəfə belə bir cinayət əməlini törətməsini və yaşlı olmasını nəzərə alaraq barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmalarına dair ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 19 mart 2023-cü il tarixdə yaşadığı evdə qurban kəsmiş və yaxın qohumlarını öz evinə dəvət etmişdir. Həmin gün saat təxminən 15-00 radələrində özünə məxsus“Vaz 21061 minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə qonaqları yaşadıqları ünvana- rayonun Arus kəndinə apararkən Yardımlı-Cəlilabad yolunun Zövün kəndindən keçən hissəsində qarşıdan Yardımlı rayon Aşağı Astanlı kənd sakini Təqsirləndirilən şəxs “Vaz 21214 minik” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobillə surətlə gəldiyini görüb avtomobilin surətini azaltmışdır. Lakin Təqsirləndirilən şəxs avtomobili sürətlə idarə etdiyinə görə idarəetməni itirmiş, öz yolunundan çıxaraq onun hərəkət zolağına daxil olmuş və onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində,özü az ağır xəsarət almış, avtomobildə olan sərnişinlər Şahid3, X2 və Şahid1 isə sağlamlığa zərər vurmayan yüngül xəsarətlər almışdır. Hazırda Təqsirləndirilən şəxs оğlu ilə barışmışlar və onu bağışlamışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, ona qarşı şikayəti və tələbi yoxdur. Barışmalarını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Rеspublikasının CM-nin 263.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlu ilə barışmaları və dəymiş ziyanın ödənilməsi barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Rеspublikası Səhiyyə Nazirliyi Ekspertiza və X5-Təcrübi və X3 Rayon MTE və PA Şöbəsinin 17 aprel 2023-cü il tarixli, 19 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ““gövdənin döş qəfəsi hissəsinin sol yarısının ön-yan tərəfi nahiyyəsində Vİ, Vİİ, Vİİİ qapağaların qapalı sınıqları” ağır bərk küt əşyanın təsirində törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Rеspublikası Səhiyyə Nazirliyi Ekspertiza və X5-Təcrübi və X3 Rayon MTE və PA Şöbəsinin 17 aprel 2023-cü il tarixli ekspert rəylərindən görünür ki, Şahid3, X1 və Şahid1 bədənində müəyyən edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Rеspublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 may 2023-cü il tarixli, 8/946 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21214 markalı ** FM *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubilkasının Qanunun 36-cı maddəsinin 1-ci hiissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair 11 may 2023-cü il tarixli 8/946 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Yardımlı Rayon Mərkəzi X4 şəxsin 27 mart 2023-cü il tarixli, 3-88 nömrəli məktubundan görünür ki, Yardımlı rayonu Aşağı Astanlı kənində yaşayan Təqsirləndirilən şəxs sərxoşluq dərəcəsinin müəyyən olunmasından ötrü 19 mart 2023-cü il tarixdə Yardımlı rayon Yardımlı Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsində müayinə edilmiş və spirtli içki qəbul etməməsi müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş AF 104730 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2018-ci il tarixdə Daxili İşlər Nazirliyi BDYPİ Qİİ/10 Səyyar Asan xidməti tərəfindən “ B kateqoriyalı” sürücülk vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi 15 mart 2025-ci il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİnin 24 iyun 2023-cü il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs оğlu ona dəymiz ziyanı ödəmişdir və onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs оğlunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Rеspublikasının CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır CM-nin 263.1-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilir ki, bu məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Rеspublikasının CPM-nin 40.1-ci maddəsində göstərilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Beləliklə, məhkəmə təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlunun ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xahişilərini nəzərə alaraq belə qərara gəlir ki, Təqsirləndirilən şəxs оğlunun barəsində cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs оğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Ekspertiza tədqiqatın dəyərinin alınması hissəsində qərarın icrası Yardımlı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş uzrə maddi sübut və mulki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Rеspublikasının CPM-nin 40.1, 40.2.2, 43.3, 321, 346, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Rеspublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə хitam vеrilsin. Təqsirləndirilən şəxs оğlunun haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs оğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Ekspertiza tədqiqatın dəyərinin alınması hissəsində qərarın icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən X7
Məhkəmə qərarları › İş №1(038)-21/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №1(038)-21/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver