Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-21/2024 28.11.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ
1. GİRİŞ HİSSƏ
X15 sədrliyi, məhkəmə iclasının katibi KK katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs2 və qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs1 və qanuni nümayəndəsi Qanuni nümayəndə3, təqsirləndirilən şəxslərin müdafiəçiləri Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, xx.xx.2008-ci ildə Yardımlı rayonu Allar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Yardımlı rayonu Allar kənd tam orta məktəbinin 11-ci sinifində təhsil alan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Allar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi, xx.xx.2007-ci ildə Yardımlı rayonu Allar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Alar kəndində qeydiyyatda olmaqla, İmişli rayonu, Hacırüstəmli kəndində yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi və xx.xx.2008-ci ildə Yardımlı rayonu Allar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Yardımlı rayonu Allar kənd tam orta məktəbinin 11-ci sinifində təhsil alan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Allar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 177.2.1 və 32.4, 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
MÜƏYYƏN ETDİ:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ: Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını talama yolu ilə ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 onu ələ alması nəticəsində 06.05 2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs2 ilə birlikdə Yardımlı rayon Allar kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətyani sahəsində yerləşən dükana pəncərəni sındıraraq qanunsuz daxil olmuş, həmin dükandan 233,50(iki yüz otuz üç manat əlli qəpik) pul, 1 qutusu 2,60(iki manat altımış qəpik) manat olmaqla 57,20(əlli yeddi manat iyirmi qəpik) manat dəyərində 22 qutu “Viceroy” markalı, 1 qutusu 3,10(üç manat on qəpik) manat olmaqla 12,40(on iki manat qırx qəpik) manat dəyərində 4 qutu “Winchester” markalı, 1 qutusu 2,40(iki manat qırx qəpik) manat olmaqla 40,80(qırx manat səksən qəpik) manat dəyərində 17 qutu “Arqo” markalı, 1 qutusu 2,80(iki manat səksən qəpik) manat olmaqla 30,80(otuz manat səksən qəpik) manat dəyərində 11 qutu “Classic Silver” markalı siqaretlər, həcmi 449 ml olan 1(bir) manat dəyərində 1 ədəd “Bizon” markalı enerji içkisi, həcmi 100 qram olan 2,10(iki manat on qəpik) manat dəyərində 3 ədəd “Mənim ailəm” markalı günəbaxan tumu, 4,95(dörd manat doxsan beş qəpik) manat dəyərində 9 ədəd “Dirol” markalı saqqızlar və üzərində “Silverer” yazısı olan 2(iki) manat dəyərində 4 ədəd siqaret alışqanını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 384,75 (üç yüz səksən dörd manat yetmiş beş qəpik) ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını talama yolu ilə ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs3 ilə birlikdə Yardımlı rayonu Allar kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətyani sahəsində yerləşən dükana pəncərəni sındıraraq qanunsuz daxil olmuş, həmin dükandan 233,50(iki yüz otuz üç manat əlli qəpik) pul, 1 qutusu 3,30(üç manat otuz qəpik) manat olmaqla 6,60(altı manat altımış qəpik) manat dəyərində 22 qutu “Viceroy” markalı, 1 qutusu 3,30(üç manat otuz qəpik) manat olmaqla 6,60(altı manat altımış qəpik) manat dəyərində 4 qutu “Winchester” markalı, 1 qutusu 3,30(üç manat otuz qəpik) manat olmaqla 6,60(altı manat altımış qəpik) manat dəyərində 17 qutu “Arqo” markalı, 1 qutusu 3,30(üç manat otuz qəpik) manat olmaqla 6,60(altı manat altımış qəpik) manat dəyərində 11 qutu “Classic Silver” markalı siqaretlər, həcmi 449 ml olan 6,60(altı manat altımış qəpik) manat dəyərində 1 ədəd “Bizon” markalı enerji içkisi, həcmi 100 qram olan 6,60(altı manat altımış qəpik) manat dəyərində 3 ədəd “Mənim ailəm” markalı günəbaxan tumu, 6,60(altı manat altımış qəpik) manat dəyərində 9 ədəd “Dirol” markalı saqqızlar və üzərində “Silverer” yazısı olan 6,60(altı manat altımış qəpik) manat dəyərində 4 ədəd siqaret alışqanını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 384,75 (üç yüz səksən dörd manat yetmiş beş qəpik) ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama yolu ilə ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs3 ələ almaqla Zərərçəkmiş şəxs məxsus dükandan oğurluq etməyə təhrik etmiş, xx.xx.2024-cü il tarixdə gecə saatlarında aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs Yardımlı rayonu Allar kəndində yerləşən yaşadığı evin həyətyani sahəsindəki dükana pəncərəni sındıraraq qanunsuz daxil olmuşlar, həmin dükandan 233,50(iki yüz otuz üç manat əlli qəpik) pul, 1 qutusu 3,30(üç manat otuz qəpik) manat olmaqla 6,60(altı manat altımış qəpik) manat dəyərində 22 qutu “Viceroy” markalı, 1 qutusu 3,30(üç manat otuz qəpik) manat olmaqla 6,60(altı manat altımış qəpik) manat dəyərində 4 qutu “Winchester” markalı, 1 qutusu 3,30(üç manat otuz qəpik) manat olmaqla 6,60(altı manat altımış qəpik) manat dəyərində 17 qutu “Arqo” markalı, 1 qutusu 3,30(üç manat otuz qəpik) manat olmaqla 6,60(altı manat altımış qəpik) manat dəyərində 11 qutu “Classic Silver” markalı siqaretlər, həcmi 449 ml olan 6,60(altı manat altımış qəpik) manat dəyərində 1 ədəd “Bizon” markalı enerji içkisi, həcmi 100 qram olan 6,60(altı manat altımış qəpik) manat dəyərində 3 ədəd “Mənim ailəm” markalı günəbaxan tumu, 6,60(altı manat altımış qəpik) manat dəyərində 9 ədəd “Dirol” markalı saqqızlar və üzərində “Silverer” yazısı olan 6,60(altı manat altımış qəpik) manat dəyərində 4 ədəd siqaret alışqanını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 384,75 (üç yüz səksən dörd manat yetmiş beş qəpik) ziyan vurmaqla oğurluq etmişlər.
2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:
2.1.1.1 təqsirləndilən şəxslər, zərərçəkmiş şəxs və şahidin ifadələri:
Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstəmişdir ki, elan olunmuş ittihamın mahiyyəti ona aydındir və elan edilmiş ittihamda özünü təqsirli bilir. Oxuduğu Allar kənd məktəbindən Təqsirləndirilən şəxs1 ilə birlikdə evə qayıdarkən X5 onların yanında olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona dükanlardan oğurluq etməsini bildirmiş və evlərinə onu çağrmışdır. Lakin o, Dəyanətlə razılaşmamış və onlara getməmişdir. Daha sonra meşə ərzisində heyvan otararkən onunla rastlaşmış, Şahvələnd onu arxadan tutmuş və bıçağı boğazına söykəyərək, evə gəlməcəyi təqdirdə onu öldürəcəklərini bildirmişlər. O, öz evlərinə getmiş və bir həftdə evdən bayıra çıxmamışdır. Məktəbdən evə qayıdarkən Təqsirləndirilən şəxs1 onu evə çağırmış və o Dəyanətin yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs1 onu gizli yolla yaşadığı evin arxa pəncərəsindən evə salmışdır. O, evə daxil olduqda Şahvələdində orda olduğunu görmüş və bu zaman Şahvələnd onun qollarını arxadan tutmuş, Dəyanət isə əlində olan bıçaqla onu öldürəcəyi ilə hədələmişdir. Bundan sonra o, qorxmuş və oğurluq edəcəyi ilə razılaşmışdır. Gecə evdən çıxmış və Zərərçəkmiş şəxs dükanın olduğu yerə getmiş getmişdir. Həmin vaxt Şahvələnd Bəgaliyevin əlində balta və lom ilə orada olduğunu,lakin Təqsirləndirilən şəxs1 gəlmədiyini görmüşdür. Şahvələd əvvəl dükanın qapısına bir-iki dəfə zərbə vurmuş, ancaq qapı açılmamışdır. X11 lom ilə dükanın pəncərəsini sökmüş və pəncərədən dükana daxil olmuşlar. Öğurladıqları malları götürüb qayıdarkən yolda Şahvələnd özündə bir blok « PALL MALL» siqareti saxlamış, pulu isə cibinə qoyaraq yarısının Dəyanətə çatacağını bildirmişdir. O, isə götürdükləri malları əvvəldən razılaşdığı yerə aparmış və hamama qoyaraq evə getmişdir. Səhəri gün məktəbdə olarkən Dəyanət ondan malları hara qoyduğunu sörüşmüş və nahardan sonra həmin yerə gəlməsini bildirmişdir. O, həmin yerə getmiş Təqsirləndirilən şəxs1 ona 5 ədəd «Viceroy» siqareti vermiş və qalan malları taxtanın altında gizlətmişdir. Səhəri gün atası evə qayıdarkən kənddə olan oğurluq hadisəsi barədə soruşmuş və əməlini etiraf etmişdir. Bundan sonra o atası ilə gedərək gizlədikləri yerdən oğurladıqları malları götürmüş və zərərçəkmişə qayatarmışlar. Təqsirləndirilən şəxs3 son sözündə zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunan ittihamda özünü təqsirli bilməyərək baş vermiş oğurluq hadisəsində iştirak etmədiyini, Təqsirləndirilən şəxs3 ona qarşı verdiyi ifadənin yalan və böhtan olmasını, İmişli rayonunda yaşadığına görə dayısı oğlu Əzizin ad günündə iştirak etmək üçün Allar kəndinə gəlməsini, bir neçə gün əmisi və dayısı gildə qaldığını, hadisə baş verən gün əmisi Şahkişi Bəgalıyevin arvadi Şahid ilə birlikdə yaşadığı evdə yatdığını, atası zəng etdiyinə görə səhər saat 6 radələrində əmisinin onu İmişli rayonuna yola salmasını, Təqsirləndirilən şəxs3 qarşı zor tətbiq etmədiyini və ona hədə qorxu gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 son sözündə barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 32.4, 177.2.1 və 32.4, 177.2.3-cü maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilmədiyini, baş vermiş oğurluq hadisəsində iştirak etmədiyini, Təqsirləndirilən şəxs3 sinif yoldaşı olmasını və münasibətlərinin yaxşı olduğunu, Rəhmanı evlərinə çağırmadığını və onun oğurluqda iştirak etməsi barədə dediklərinin yalan olmasını, oğurluq hadisəsi barədə oxuduğu məktəbdə olarkən eşitdiyini göstərmişdir. Təqsirləndirilən şəxs1 son sözündə barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 0, 06 may 2024-cü il tarixdə səhər namaz qıldıqdan sonra evdə olarkən Allar Ərazi nümayəndəsinin müavinin oğlu dükanın yanından keçərkən dükanının pəncərisinin sındığını görüb ona məlumat vermişdir. Bundan sonra o dükana getmiş və taxta pəncərənin yerə düşdüyünü görmüşdür. Sonra dükanın qapısını açmış və içəri daxil olmuşdur. Dükanın içərisində kağız pulları qoyduğu torbanın, siqaretlərin, qəpik pulların, tumların və enerji içkilərin yerində olmadığını görmüş və barədə polis şöbəsinə məlumat vermişdir. Dükanın yaxınlıqda kənd uşaqları voleybol oynarkən Təqsirləndirilən şəxs3 orada durduğunu, Rəhmanın həmin gün iki dəfə ondan siqaret istəməsi onda şübhə yaratmış və bu səbəbdən Rəhmanın atası Qanuni nümayəndə2 zəng edərək oğlu Rəhmandan şübhələndiyini bildirmişdir. Daha sonra X8 birlikdə onların evinə gəlmiş və dükandan götürdüyü malların bir hissəsini qaytarmışdır. Həmin vaxt Rəhman dükandan oğurluğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyini demişdir. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmamasını, ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini nəzərə alaraq onlara yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməninin təşəbbüsü ilə Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun dayısı nəvəsidir, lakin ona həmişə nəvəsi kimi baxmışdır. Şahvələd nəvəsinin ad günündə iştirak etmək üçün Allar kəndə gəlmişdir. Şahvələd İmişli rayonuna getdiyi üçün həmin axşam onlarda qalmış və onunla bir otaqda yatmışdır. Həmin gün o gec yatmış və Şahvələdin evdən çıxmasını görməmişdir. Saat 5 radələrində sürücü onun ərinə zəng etmiş və əri Şahvələdi yola salmışdır. 2.1.1.2. cinayət işinin materialları:
Мəhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/424 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 151,25 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/1296 nömrəli rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə Yardımlı rayonu Alar kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 06 ədəd kağız parçasının üzərinə yapışdırılmış 06 ədəd şəffaf yapışqanlı lent kəsiyi üzərində olan 07 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl izi xx.xx.2008-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş X2 əlinin orta və adsız barmaqlarının əksləri ilə, 04 ədəd əl izi xx.xx.1962-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş Zərərçəkmiş şəxs sağ əlinin şəhadət, orta, adsız barmaqlarının və sol əlinin şəhadət barmağının əksi ilə, 01 ədəd əl izi isə xx.xx.1974-cü il tarixdə Yardımlı rayonunda anadan olmuş X1 əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2064 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs3 cinayət hadisəsini törətdiyi dövrdə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqəqti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinə cavab vermək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs3 höcətlilik, nümayişkarənilik, özünü psixoloji müdafiə etməyə meyillilik kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs3 əqli inkişafında gerilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs3 əqli və psixi inkişafı nəzərə alınmaqla öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs3 hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs3 iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs3 baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2063 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törətdiyi dövrdə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqəqti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinə cavab vermək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 emosionallıq, inadkarklıq, özünü psixoloji müdafiə etməyə meyillilik kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli inkişafında gerilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı nəzərə alınmaqla öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs1 hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2062 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törətdiyi dövrdə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqəqti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinə cavab vermək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 eqosentizm, inadkarlıq, məsuliyyətsizliyə meyillilik kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı nəzərə alınmaqla öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs2 hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. «Maddi sübut kimi tanınma haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 13 manat 50 qəpik pullar, 22 ədəd «Viceroy» markalı, 4 ədəd «Winchester» markalı, 17 ədəd «Aqro» markalı, 11 ədəd «Classic Silver» markalı siqaretlər, həcmi 449 ml olan 1 ədəd «Bizon» markalı enerji içkisi, həcmi 100 qram olan 3 ədəd «Mənim ailəm» markalı günəbaxan tumu, həcmi 13,6 qram olan 9 ədəd «Dirol» markalı saqqızlar və üzərində «Silverer» yazısı olan 4 ədəd siqaret alışqanı maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024-ci il tarixli qərardan görünür ki, ifadələrin yerində yoxlanması zamanı çəkilmiş vedogörüntüləri özündə əks etdirən 1 ədəd DVD və hadisə yerindən götürülmüş 7 ədəd əl-barmaq izləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmişdir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X13 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ruhi-əsəb xəstəsi kimi xəstəxananın dispanser qeydiyyatında dayanmırlar. Allar kənd tam orta məktəbinini direktoru tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məktəbin X sinfində təhsil alırlar və təhsil aldıqları məktəbdə müsbət xarakterizə olunurlar. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam ödəmişlər, onlarla barışmışdır və onlardan şikayət və tələbi yoxdur. Barələrində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünr ki, Təqsirləndirilən şəxs1 xx.xx.2008-ci ildə, Təqsirləndirilən şəxs2 xx.xx.2007-ci ildə və Təqsirləndirilən şəxs3 xx.xx.2008-ci ildə doğulmuşdur. 2.2. ƏSASLANDİRİCİ HİSSƏ: 2.2.1 əməlin tövsifi ilə bağlı:
Məhkəmə, məhkəmə istintaqında cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü və Təqsirləndirilən şəxs1 CM-in 32.4, 177.2.1 və 32.4, 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmələri ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Belə ki, CM-in 177.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməli hesab edilir. CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə CM-in 177.2.1-ci, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə CM-in 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. CM-in 177-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndində görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. CM-nin 32.4-cü maddəsinə görə ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində tərədilmiş cinayət hadisəsində iştirak etmədikləri barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, həmin ifadələr işin faktiki hallarına uyğun gəlmədiyindən və məhkəmə istintaqında tədqiq edilmiş yuxarıda sadlanan sübütlarla təkzib edildiyindən özlərini müdafiə xarakteri daşıyır və təqsirləndirilən şəxsələrin barələrində elan edilmiş ittiham üzrə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X3 ona istinad edilən CM-in 177.2.1 və 177.2.3-cü və Təqsirləndirilən şəxs1 ona istinad edilən CM-in 32,4.177.2.1 və 32.4, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətmələrini özləri etiraf etməsədə, iş üzrə digər təqsirləndirilən şəxsin ifadəsi və iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Sadalanan sübutlar təqsirləndirilən şəxslərə istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X6 tamah niyyəti ilə özgənin əmlakını talama yolu ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə gecə saatlarında Yardımlı rayon Allar kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətyani sahəsində yerləşən dükana pəncərəni sındıraraq qanunsuz daxil olmuş, həmin dükandan 233,50(iki yüz otuz üç manat əlli qəpik) pul, 1 qutusu 2,60(iki manat altımış qəpik) manat olmaqla 57,20(əlli yeddi manat iyirmi qəpik) manat dəyərində 22 qutu «Viceroy» markalı, 1 qutusu 3,10(üç manat on qəpik) manat olmaqla 12,40(on iki manat qırx qəpik) manat dəyərində 4 qutu «Winchester» markalı, 1 qutusu 2,40(iki manat qırx qəpik) manat olmaqla 40,80 (qırx manat səksən qəpik) manat dəyərində 17 qutu «Arqo» markalı, 1 qutusu 2,80(iki manat səksən qəpik) manat olmaqla 30,80(otuz manat səksən qəpik) manat dəyərində 11 qutu «Classic Silver» markalı siqaretlər, həcmi 449 ml olan 1(bir) manat dəyərində 1 ədəd «Bizon» markalı enerji içkisi, həcmi 100 qram olan 2,10(iki manat on qəpik) manat dəyərində 3 ədəd «Mənim ailəm» markalı günəbaxan tumu, 4,95(dörd manat doxsan beş qəpik) manat dəyərində 9 ədəd «Dirol» markalı saqqızlar və üzərində «Silverer» yazısı olan 2(iki) manat dəyərində 4 ədəd siqaret alışqanını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 384,75 (üç yüz səksən dörd manat yetmiş beş qəpik) ziyan vurmaqla oğurluq etmələri Təqsirləndirilən şəxs3 etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli CM-in 177.2.1 və 177.2.3-cü və Təqsirləndirilən şəxs1 əməli CM-nin 32.4, 177.2.1 və 32.4, 177.2.3-cü maddələri düzgün tövsif olunmuşdur.
2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı:
CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, X3 və Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxs olmalarını CM-in 59.1.2-ci, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini CM-in 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini CM-in 59.1.13-cü və təhsil aldıqları məktəbdə müsbət xarakterizə edilmələrini CM-in 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində CMin 61-ci maddəsində göstərilən cəzalarını ağırlaşdıran hallar yoxdur. CM-in 177.2.1 və 177.2.3-cü maddəslərinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyəti, cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onların cəmiyyətdən təcrid edilmədən islah olunmaları mümkündür, məhz buna görə də, məhkəmə yuxarıda qeyd olunanlar baxımından təqsirləndirilən şəxslərə CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxslər barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə onu da qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onların üzərinə vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Yardımlı rayonu Allar kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək; Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Yardımlı rayonu Allar kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək; Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı İmişli rayonu, Hacırüstəmli kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək; İmişli rayonunun ərazi hüdudlarını tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və hökmün icrası Təqsirləndirilən şəxs2 oğlunun yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
2.2.3. qətimkan tədbiri ilə bağlı
Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
2.2.4. maddi sübutların taleyi ilə bağlı
Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar – 13,50 (on üç manat əlli qəpik) manat pul vəsaiti, 22 ədəd «Viceroy» markalı, 4 ədəd «Winchester» markalı, 17 ədəd «Arqo» markalı, 11 ədəd «Classic Silver» markalı siqaretləri, həcmi 449 ml olan 1 ədəd «Bizon» markalı enerji içkisi, həcmi 100 qram olan «Mənim ailəm» markalı 3 ədəd günəbaxan tumu, 9 ədəd «Dirol» markalı saqqızlar və üzərində «Silverer» yazısı olan 4 ədəd siqaretlər saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın, 7(yeddi) ədəd hadisə yerindən götürülmüş əl-barmaq izləri və 1 ədəd DVD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır.
2.2.5. məhkəmə xərcləri ilə bağlı
Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli ) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
2.2.6. xüsusi müsadirə ilə bağlı
Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar və mülki iddia yoxdur.
3. NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə aşağıdakı vəzifələri qoyulsun; -yaşadığı Yardımlı rayonu Allar kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək; Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; -cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə aşağıdakı vəzifələri qoyulsun; -yaşadığı İmişli rayonu Hacırüstəmli kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək; İmişli rayonunun ərazi hüdudlarını tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; -cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1 və 32.4, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə aşağıdakı vəzifələri qoyulsun; -yaşadığı Yardımlı rayonu Allar kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək; Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; -cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübutlar – 13,50 (on üç manat əlli qəpik) manat pul, 22 ədəd «Viceroy» markalı, 4 ədəd «Winchester» markalı, 17 ədəd «Arqo» markalı, 11 ədəd «Classic Silver» markalı siqaretləri, həcmi 449 ml olan 1 ədəd «Bizon» markalı enerji içkisi, həcmi 100 qram olan «Mənim ailəm» markalı 3 ədəd günəbaxan tumu, 9 ədəd «Dirol» markalı saqqızlar və üzərində «Silverer» yazısı olan 4 ədəd siqaretlər saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın, 7(yeddi) ədəd hadisə yerindən götürülmüş əl-barmaq izləri və 1 ədəd DVD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli ) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
X16