Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(038)-21/2025 30.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X8 sədrliyi, məhkəmə iclasının katibi X1, xususi ittiham qaydasında şikayət vermiş X2 iştirakları ilə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13lahverdi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 148-ci maddələsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında şikayəti üzrə hazırlıq iclasını məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio-video yazı vasitəsilə keçirərək, MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 CMnin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 18.02. 2002-ci ildə ünvan 1 ünvanında qeydiyatda olsa da faktiki olaraq ünvan 2şayır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 verdi oğlu onun atasıdır. X11 Allahverdi oğlu ilə anası X4 xx.xx.2024cü il tarixdə Yardımlı Rayon Məhkəməsinin qərarı ilə nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra X11 Allahverdi oğlu sosial şəbəkə platformasında anasını və bacısı X3 şəkilini paylaşaraq təhqir edici ifadələr işlətmiş və guya anası və bacısı əxlaqsız həyat tərzi keçirilirlər. Bütün bunlar şər və böhtandır və məhkəmədə X11 Allahverdi oğlu barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülməlidir. Heç şübhəsiz ki, onun əməlində AR-nın CM-nin 148-ci maddəsinin tərkib hissəsi vardır. Atası onu «Tik-Tok» platformasında ağır formada təhqir etmiş şərəf və ləyaqətimi alçalmışdır. Bu əməldə CMnin 148-ci maddəsinin tərkib hissəsi olmasa əgər hansı əməldə ola bilməsi onun üçün böyük sual yaradacaqdır. Hesab edir ki, məhkəmə hazırki müraciəti üzrə işə qərəsiz, obyektiv baxaraq qanunamüvafiq qərar qəbul edəcəkdir. Göstərdiklərinə əsasən yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, cəmiyyət içində şərəf və ləyaqətimi nalayiq formadan qəsdən alçatdığına görə ünvan 3 ünvanında qeydiyyatda olan X13lahverdi oğlunun CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayətinin məzmununa uyğun ifadə verərək xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bunda sonra mətndə CPM-nin) 299-cu maddəsində hazırlıq iclasında həll edilməli olan məsələləri müəyyən etmişdir. Həmin Məcəllənin 299.1-299.3-cü maddələrində qeyd olunur ki; 299.1. Məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.2. Hazırlıq iclasının keçirilməsi qaydası məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə cinayət prosesi tərəflərinin məhkəmənin hazırlıq iclasının keçirilməsi qaydasına dair təkliflərini nəzərə ala bilər. 299.3. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulubpozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1— 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə CPM-nin 299.3.3-cü maddəsinin tələbi baxımından xüsusi ittiham qaydasında verilmiş şikayətin həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması ilə bağlı qeyd edir ki, X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdən görünür ki, xüsusi ittiham qaydasındasında şikayət vermiş X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13lahverdi oğlunun anket məlumatları tam şəkildə qeyd edilməmiş (konkret olaraq doğum tarixi) (CMP-nin 293.3.1 maddəsi) və cinayət hesab edilən əməlin «TİK-TOK» sosial şəbəkəsində nə vaxt yayılması barədə məlumatlar (CMP-nin 293.3.2 maddəsi) şikayətdə göstərilməmişdir. Bundan əlavə CPM-nin 7.0.26-ci maddəsinə əsasən xüsusi ittihamçı dedikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə ittiham irəli sürən və onu müdafiə edən zərər çəkmiş şəxs başa düşülür. Xxüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13lahverdi oğlu tərəfindən sosial şəbəkə platformasında şikayətçinin anası Zəkiyyə Əliyevanın və bacısı Fidan Nəzərlinin fotoşəkillərini yaymaqla təhqir edici ifadələr işlətmiş və onların əxlaqsız həyat tərzi keçirdiyini göstərmişdir. Göründüyü kimi şikayətdə X13lahverdi oğlu tərəfindən sosial şəbəkədə şikayətçinin özünün barəsində deyil, onun anası və bacısının barəsində təhqiredici ifadələr işlətməsini bildirmişdir. Belə olan halda da xüsusi ittihamçı kimi İsmayıl Nəzərov deyil, həmin şəxslərin özü şikayət vermək hüququna malikdirlər, dolayısı ilə şikayətçi İsmayıl Nəzərovun hazırki şikayəti verməsi üçün subyektiv hüquqa malik olmamışdır. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.1. təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; 300.1.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; 300.1.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; 300.1.7. cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasıdır. (CPM-nin 300.1.3-cü maddəsi) CPM-nin 302.1.2 və 302.1.3-cü maddələrinin tələbinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə və şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasənda məhkəmə baxışının keçirilməsindən imtina edərək bu məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyinə görə, habelə şikayət 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun tərtib edilmədiyindən X2 X13lahverdi oğlu barəsində xüsusi ittiham qaydasından verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən, habelə şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 X13 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20(iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №1(038)-21/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №1(038)-21/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver