Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-22/2024 25.10.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ
1. GİRİŞ HİSSƏ
X10 sədrliyi, məhkəmə iclasının katibi K2 katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, sonuncu dəfə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 mart 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(038)-20/2024 nömrəli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.a) TƏSVİRİ HİSSƏ:
Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o qanunsuz olaraq 9 mm kalibrli, yivli, texniki cəhətdən saz, atəş üçün yararlı «Makarov (PM)» konstruksiyalı tapança, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 8(səkkiz) ədəd 9/18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, istifadə üçün yararlı, həmin kalibrli «Makarov (PM)» konstruksiyalı tapançanın komplekt hissəsi olan daraq və 8(səkkiz) ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9/18 mm kalibrli, həmin kalibrli «Makarov (PM)» və «Steçkin(APS)» konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən patronları əldə edib üzərində daşıyaraq saxlamış, 15 avqust 2024-cü il tarixdə saat 21 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Yardımlı rayonu Məlikli kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın kəmər hissəsindən odlu silah, onun komplekt hissəsi və döyüş sursatları aşkar edilərək götürülmüşdür.
MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: a) təqsirləndilən şəxs və şahidlərin ifadələri:
Təqsirləndirilən şəxs ona CM-in 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 15 avqust 2024-cü il tarixdə Yardımlı rayonuna gəzməyə gəlmişdir. Üzərində silah gəzdirmək maraqlı olduğu üçün silahı üstündə gəzdirir. Həmin gün polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində silah olmuşdur. Həmin silahdan heç vaxt istifadə etməmişdir. Əməlini etiraf etdiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs son sözündə həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə təqsirini səmimi etiraf etməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. X3 ifadəsində göstərdi ki, Yardımlı Rayon Polis X2 Bölməsinin rəisi vəzifəsində işləyir. 15 avqust 2024-cü il tarixdə saat 21 radələrində şöbənin sürücü polis nəfəri, polis serjantı X7 ilə birlikdə xidməti ərazidə gəzərkən Yardımlı rayonu Məlikli kəndi ərazisində bir nəfər şəxsin hərəkətlərin şübhələnib saxlamışlar. Həmin şəxsdən kim olduğunu soruşduqda əvvəlcə kəndə qonaq gəldiyini, daha sonra isə gəzməyə gəldiyini bildirmişdir. Həmin şəxslə söhbət edərkən polis serjantı X7 həmin şəxsin şalvarının bel nahiyəsində odlu silaha bənzər predmetin olduğunu görüb ona bildirmişdir. O, həmin şəxsə üzərində narkotik vasitə və ya odlu sila olub olmadığı soruşmuş və həmin şəxs şalvarının bel nahiyəsində odlu silah olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslə proflaktik söhbətlər edilmiş, həmin şəxs avtomobilə əyləşmiş və onu digər prosessual hərəkətlər edilməsi üçün Yardımlı Rayon Polis şöbəsinə gətirmişlər. X4 ifadəsində göstərdi ki, Yardımlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən çalışır. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğu üçün saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçının, müdafiəçinin və digər polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, o da həmin tədbirdə iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa-kəmər hissəsindən 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança və 1 ədəd daraq aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin odlu silahı haradan əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs həmin tapançanı yaşadığı küçədə zibil qabından tapdığını bildirmişdir. X5 X4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Buna görə də məhkəmə həmin ifadələri təkrarlamağa zərurət görmür.)
b) cinayət işinin materialları:
Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə məhkəmə iclasında elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona CMin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilir və ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Təxminən 3-4 ay əvvəl yaşadığı evdə olan zibilləri atmaq üçün yaşadığı küçədə olan zibil qabının yaxınlığına getmişdir. Zibilləri tulladıqdan sonra zibilqabının içərisində silaha oxşar əşya görmüş və əyilib həmin əşyanı götürmüşdür. Həmin silaha oxşar əşyaya baxan zaman həqiqətən də həmin əşyanın “Makarov” tipli tapança olduğunu müəyyən etmişdir. Tapançanın üzərində 1 ədəd sandıqça, həmin sandıqçanın içərisində isə patronlar olmuşdur. Tapançanı özü ilə götürüb əynində olan şalvarının kəmər hissəsinə qoymuş və yaşadığı evə gəlmişdir. Bir müddət silahı yaşadığı evdə gizlətmişdir. Arada-bir silahı üstündə də daşımışdır. 15 avqust 2024cü il tarixdə gəzmək məqsədilə Yardımlı rayonuna gəlmişdir. Həmin tarixdə saat 21 radələrində Yardımlı rayonu ərazisində polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Polis əməkdaşları ona üzərində odlu silah daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu saxlamış və Yardımlı RPŞ-nə gətirmişlər. Polis şöbəsində vəkil dəvət olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində odlu silah və qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuş, o da əynində olan göy rəngli cins şalvarın kəmər hissəsində gəzdirdiyi 1 ədəd “PM” markalı tapança, həmin silaha aid olan 1 ədəd sandıqça və 8 ədəd patronu təqdim etmişdir. Həmçinin əynində olan şalvarın sol yan cibindən 1 ədəd “Winston” markalı, 1 ədəd “Prima” markalı siqaret qutusu və 1 ədəd alışqan aşkar olunmuşdur. Bunlardan başqa üzərindən hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o da həmin protokolu imza etmişdir. 15 avqust 2024-cü il tarixli «Tutma protokolu»ndan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə saat 21:00-da saxlanılmış, həmin gün saat 23:30-da isə şübhəli şəxs qismində tutulmuşdur. 16 avqust 2024-cü il tarixli «Şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntüdən görünür ki, Yardımlı Rayon Polis Şöbəsində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində odlu silah və ya digər cinayət xarakterli əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa-kəmər hissəsindən 1 ədəd “Makarov” tipli tapança və 1 ədəd həmin tapançaya məxus darağı çıxararaq təqdim etmişdir. Sandıqçaya baxan zaman içərisindən 8 ədəd 9 mm-lik patron aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 qutu “Winston”, 1 qutu “Prima” markalı siqaretlər və 1 ədəd alışqan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş odlu silahı yaşadığı küçədə zibil qabından tapdığını bildirmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(038)-20/2024 nömrəli qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində 15 avqust 2024-cü il tarixdən hesablanmaqla, 2(iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə ballistik ekspertizasının 16 avqust 2024-cü il tarixli, 24/1361 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı dəyişikliyə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, 8 ədəd 9/18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidarağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 08 ədəd patronlar zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9/18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdır. Təqdim edilmiş 8 ədəd 9/18 mm kalibrli patronlardan 3 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 04 sentyabr 2024-cü il tarixli, 3-13-11/2-10030/2024 nömrəli məktubundan görünür ki, 01 ədəd 9 mm kalibrli nömrəsi silinmiş PM modelli tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış balistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. «Maddi sübutun tanınması haqqında» 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, eksperimental atəşlərdən sonra qalmış 1 ədəd 9 mm kalibrli, nömrəsi silinmiş «PM» modelli tapança,1 ədəd daraq və 5 ədəd 9/18 mm patronlar maddi sübut qismində tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polsi Şöbəsinə təhvil verilmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə keçirilməsi zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 avqust 2024-cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli hökmünə əsasənə CM-in 29, 317-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 08 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan başqa Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Sonuncu dəfə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 mart 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə İnzibatı ərazi dairəsi üzrə nümayəndəsinin 29 avqust 2024-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.
2.b) ƏSASLANDİRİCİ HİSSƏ:
(əməlin tövsifi ilə bağlı)
Məhkəmə bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv qiymət verməklə ittihamın həlli üçün tədqiq edilmiş biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara, habelə Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsi, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 5, və 8-ci bəndlərinə əsasən; silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; Həmin Qanun 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən xidməti silahın əldə edilməsi aşağıdakı qaydada müəyyən edilmişdir; İ. Xidməti silah Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında yalnız dövlət orqanları və hüquqi şəxslər tərəfindən əldə edilir. Bu cür xüsusi icazəsi olan hüquqi şəxslər odlu silahı, onun döyüş sursatını və soyuq silahı əldə edə bilərlər. İcazədə xidməti silahın növü, tipi, miqdarı, icazənin verilmə tarixi və etibarlılıq müddəti göstərilir. Bu icazənin verilməsinə görə dövlət rüsumu tutulur. İİ. Dövlət orqanları və hüquqi şəxslər iki həftə ərzində əldə edilmiş xidməti silahı onun qanuniliyini sübut edən sənədlər əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidirlər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı dövlət orqanlarına və hüquqi şəxslərə qeydiyyata alınmış xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verir. Bu şəhadətnamənin etibarlılıq müddəti üç ildir. İİİ. Xüsusi nizamnamə vəzifələri olan, habelə ov və balıq və digər su bioresurslarının mühafizəsi funksiyasını həyata keçirən dövlət orqanlarına və hüquqi şəxslərə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada xidməti silah kimi yivli lüləli odlu ov silahının əldə edilməsinə xüsusi icazə və ondan xidməti vəzifələri yerinə yetirmək üçün istifadə etmə hüququnu təsdiq edən şəhadətnamə verilir. İV. Dövlət orqanının və hüquqi şəxsin rəhbərinin vəsatəti və ona əlavə olunmuş tibbi arayış əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 7-ci maddəsinin dördüncü hissəsində göstərilmiş əsaslar olmadıqda xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq keçmiş həmin dövlət orqanının və hüquqi şəxsin işçisinə xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verir. V. Xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti üç ildir. Xüsusi icazənin etibarlılıq müddəti qurtardıqda o yeni üç il müddətinə uzadılır. Bu sənəd itdikdə xidməti silahın sahibinə onun dublikatı verilə bilər. Vİ. Xidməti silah dövlət orqanının və hüquqi şəxsin rəhbərinin qərarı ilə yalnız xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxslərə verilir. Vİİ. Bu Qanunun tələblərinə əsasən xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq proqramını, odlu silahın istifadəçisinin həmin silahın tətbiqi şəraitində yararlılığı baxımından dövri olaraq yoxlamadan keçirilməsi qaydasını, habelə xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 9-cu maddəsinə görə mülki silahın əldə edilməsi aşağıdakı qaydada müəyyən edilmişdir; İ. Dövlət orqanları və hüquqi şəxslər mülki silahı əldə edərkən bu Qanunun 8-ci maddəsində və bu maddənin on birinci hissəsində müəyyən edilmiş tələblərə riayət etməlidirlər. İİ. Mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir. İİİ. Vətəndaşın bu müraciətindən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yalnız bu Qanunun 7-ci maddəsinin dördüncü hissəsində göstərilən əsaslar olduqda ona mülki silahın əldə etməsinə xüsusi icazə verilməsindən imtina edir. İV. Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə icazənin verilməsindən imtina edildikdə və ya mülki silahın əldə edilməsinə dair ərizənin baxılma müddəti pozulduqda vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. V. Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə icazənin etibarlılıq müddəti altı aydır. İcazədə aşağıdakı məlumatlar göstərilir: mülki silahı əldə edən şəxsin soyadı, adı və atasının adı, silahın növü, miqdarı, icazənin verilmə tarixi və etibarlılıq müddəti. Vİ. Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən dövlət rüsumu tutulur. Vİİ. Vətəndaşın idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti üç ildir. Etibarlıq müddəti qurtardıqda vətəndaşın ərizəsi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əsasında şəhadətnamə yeni üç il müddətinə uzadılır. Şəhadətnamənin müddətinin uzadılması barədə ərizə onun qurtarmasına üç ay qalmış verilir və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin verildiyi gündən bir ay müddətində baxılır. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilmiş ov silahları (odlu və ya soyuq) müvafiq icra hakimiyyəti orqanında bir dəfə qeydiyyatdan keçirilir və bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun. Vİİİ. Mülki silahın əldə edilməsinə xüsusi icazəsi olan, habelə odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs əlavə icazə almadan soyuq ov silahını əldə edə bilər. İX. Şəxsin mülki silahın əldə edilməsinə xüsusi icazəsi varsa, bu eyni zamanda onun özünümüdafiə silahının (aerozol qurğuları istisna olmaqla) saxlanılması və gəzdirilməsi üçün icazəsi olması sayılır. X. Vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi ona həmin silah üçün döyüş sursatı əldə etməyə, saxlamağa və təyinatı üzrə istifadə etməyə hüquq verir. Xİ. Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Xİİ. Əcnəbilər vətəndaşı olduğu dövlətlərin nümayəndəliyinin vəsatətinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi icazə ilə alındığı vaxtdan beş gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmaq şərti ilə mülki silah əldə edə bilərlər. Əcnəbi şəxs silahın Azərbaycan Respublikasından aparılma müddətini pozarsa həmin silah müsadirə olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin «a» bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 №-li Qərarının 4-cü bəndinin 10-cu abzasında qeyd olunur ki, odlu silahın komplekt hissələri dedikdə, onun funksional təyinatını müəyyən edən hissələr-odlu silahın lüləsi, zərbə, buraxılış (titək), bağlayıcı mexanizmi, baraban (güllə yuvacığı), eləcə də kompleks halında silahdan təyinatı üzrə istifadə etməyə – atəş açmağa imkan verən digər detalları başa düşülür. Həmin Qərarın 9-cu bəndinin 1,2 və 3-cü abzaslarında göstərilir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. CM-in 228.1-cü maddəsinin dispozisiyasına görə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur. Qeyd olunanları iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs o qanunsuz olaraq, yəni «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrində göstərilən qaydalardan kənar; 1) 1 ədəd odlu silahı –9 mm kalibrli, yivli, texniki cəhətdən saz, atəş üçün yararlı «Makarov (PM)» konstruksiyalı tapançanı 2) 1 ədəd odlu silahın komplekt hissəsini- zavod üsulu ilə istehsal olunmuş, 8(səkkiz) ədəd 9/18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, istifadə üçün yararlı, həmin kalibrli «Makarov (PM)» konstruksiyalı tapançanın komplekt hissəsi olan darağı 3) 8 ədəd döyüş sursatını - zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9/18 mm kalibrli, həmin kalibrli «Makarov (PM)» və «Steçkin(APS)» konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən patronlarını əldə etmiş, daşımış və üzərində saxlamışdır. Beləliklə, məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini, yəni odlu silahıın, onun komplekt hissəsinin və döyüş sursatının qanunsuz olaraq əldə edilməsi, daşıması və üzərində saxlamasının Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməl CM-in 228.1ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.
(təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı)
CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən etməmiş, onun əməlində cinayətin residivinin olmasını isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunan Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 228.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-in 65.2-ci maddəsinin tələbi baxımından ona CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından az olmayan həddə cəzanın təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 15 avqust 2024-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə bağlı qeyd edir ki, Yardımlı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan – 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli, yivii odlu silah hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı olan «Makarov» konstruksiyalı PM modelli tapança, 5 ədəd 9x18 mm kalibrli, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadə və atəş üçün yararlı olan «Makarov» (PM) və «Steçkin» (APS) konstruksiyalı tapançaların ştat patronları və tapançanın komplekt hissəsi hesab edilən 1 (bir) ədəd sandıqça (daraq) CM-nin 99-1-ci maddəsinə əsasən müsadiə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin Silah-sursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilməli, şəxsi axtarış və götürmə keçirilməsi zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 1(bir) ədəd DVD disk isə iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur.
3. NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 avqust 2024-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Yardımlı Rayon Polis şöbəsində saxlanılan 1(bir) ədəd – nömrəsi silinmiş, zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli, yivli odlu silah hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı olan «Makarov» konstruksiyalı PM modelli tapança, 5(beş) ədəd – 9x18 mm kalibrli, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadə və atəş üçün yararlı olan «Makarov» (PM) və «Steçkin» (APS) konstruksiyalı tapançaların ştat patronları və tapançanın komplekt hissəsi hesab edilən 1(bir) ədəd sandıqça (daraq) müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin Silah-sursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilsin. Maddi sübut – şəxsi axtarış və götürmə keçirilməsi zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 1(bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
X12