Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-23/2023 07.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 oğlunun sədrliyi, məhkəmə iclasının katibi J1oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçi,fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Yardımlı rayon Əsədabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Yardımlı şəhəri Əsədabad küçəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə 11 iyun 2023-cü il tarixdə saat 14:00 radələrində Yardımlı şəhəri Əsədabad küçəsində birgə yaşadıqları fərdi yaşayış evinin yataq otağından qardaşı Zərərçəkmiş şəxs məxsus içərisində 368 ( üç yüz altmış səkkiz) manat pul olan 5 (beş) manat dəyərində 1(bir) ədəd pul kisəsini və cibində 526,70 (beş yüz iyirmi altı manat yetmiş qəpik) manat olan 7 (yeddi) manat dəyərində 1(bir) ədəd cins şalvarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 906,70 (doqquz yüz altı manat yetmiş qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. 11 iyun 2023-cü il tarixdə saat təxminən 14:00 radələrində qardaşı İnqilab, gəlniləri Xədicə və anası Şahid1 evdə olmadığından istifadə edib qardaşı Zərərçəkmiş şəxs yataq otağında qoyduğu şalvarın cibinə baxan zaman şalvarın cibində 526 manat 70 qəpik pulunun olduğunu görmüşdur. O, həmin pulları şalvarın cibindən götürmüş, şalvarı evin zirzəmisinə atmış və pulu həyətlərində olan tikilinin tavan hissəsində gizlətmişdir. Bundan sonra o, qardaşı İnqilabın evə lazım olan əşyaları almaq üçün anasına verdiyi pul da oğurlamaq qərarına gəlmiş və anası Şahid1 yataq otağına daxil olmuşdur. Yataq otağında İnqilabın anasına verdiyi pul kisəsini stolun üstündə görmüş, pul kisəsini açanda içərisində pul olduğunu görüb pulları saymış, pul kisəsinin içərisində 368 manat pul olduğunu görmüşdür. O, pul kisəsini götürüb yaşadıqları evin həyətindəki tikilinin içərisində tavan hissədə gizlətmişdir. Sonra evə qayıdıb ondan şübhələnməmələri üçün evdəki əşyaları dağıtmışdır. Anası Gülçiçək evə gəldikdə, anasına kimsə evə girib, paltarları dağıtmasını demiş və qardaşı İnqilabı evə çağırmışlar. İnqilab evə gəlmiş və yataq otağına daxil olmuşdur. İnqilab yataq otağında daxil olduqda şalvarının qoyduğu yerdə olmadığını,sonra isə evə bazarlıq etmək üçün anasına verdiyi pulun yerində olmadığını görüb, görmüş və DİN-nin 102 xidmətinə zəng edib evdə oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Bir müddət sonra Yardımlı rayon PŞ-nin əməkdaşları hadisə ilə bağlı gəlmişlər. Polis əməkdaşları onları dindirmiş və birlikdə Yardımlı rayon PŞ-nə dəvət etmışlər. Polis şəbəsində o, törətdiyi əməli etiraf etmişdir. Sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmışlər və əvvəlcə içərisində 368 manat olan pul kisəsini, sonra isə qardaşı İnqilabın şalvarının cibindən götürdüyü 526 manat 70 qəpik pulu həyətlərindəki tikilinin içərisində tavan hissəsindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Etdiyi əməldən peşman olmuş, zərəçəkmiş şəxs onun qardaşı olduğunu, onunla barışıq əldə etdiyini və dəymiş ziyanı ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısıdır. 11 iyun 2023-cü il tarixdə saat 13 radələrində “çay yatağı” deyilən sahədə su arxını bostana döndərmək üçün getmişdir. Sahədə işlərkən saat təxminən 14 radələrində bacısı Samirə onu çağırıb evə oğru girdiyini bildirmiş və O, dərhal evə gəlmişdir. Evə daxil olduqda anası Gülçiçəyin də evdə olduğunu görmüşdür. O, evin otaqlarındakı əşyaları dağılmış halda görüb, dərhal cibində pul olan şalvarını axtarmağa başlamışdır. Şalvarı qoyduğu yataq otağına daxil olduqda şalvarını qoyduğu yerdə olmadığını, həmçinin evə bazarlıq etmək üçün anasına verdiyi pulun yerində olmadığını görüb, dərhal hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə Yardımlı rayon PŞ-nin əməkdaşları gəlmişlər. Hadisə ilə əlaqədar onun izahatı alınmış və ailə üzvləri ilə birlikdə onları izahatlarının alınması üçün Yardımlı rayon PŞ-nə dəvət etmişlər. Polis şöbəsində olduqları zaman hadisənin bacısı Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs onun bacısıdır və onlar barışmışdır. Samirə dəymiş ziyanı tam ödəmişdir. Ondan şikayət və tələbi yoxdur. Qeyd etdiklərini nəzərə alaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə göstərdi ki, 11 iyun 2023cü il tarixdə ailə üzvələri ilə birlikdə nahar etmişlər. Sonra oğlu İnqilab “Çay yatağı” deyilən sahədə su arxınını bostana döndərmək üçün, gəlini Xədicə isə, yeni inşa etdikləri evdə təmizlik işləri aparmağa üçün getmişlər. Özü isə qızı Samirə isə bostana getmişlər. Lazım olan tərəvəzləri yığdıqdan sonra, Samirə evə qayıtmış, o, isə bostanda qalmışdır. İşlərini qurtarıb evə qayıtdıqdan sonra Samirə ona evə oğru girib, əşyaları dağıtmasını bildirmiş, daha sonra isə qardaşı İnqilabı da çağıraraq məlumat vermişdir. Bir müddət sonra İnqilab da evə gəlmiş, evin dağılıq vəziyyətdə görüb, dərhal yataq otağında daxil olmuşdur. Yataq otağında şalvarının qoyduğu yerdə olmadığını, habelə evə bazarlıq etmək üçün ona verdiyi pulun yerində olmadığını görüb, İnqilab dərhal DİN-nin 102 xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Bir müddət sonra Yardımlı rayon PŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, İnqilabdan baş vermiş hadisə ilə əlaqədar ərizə almışlar. Daha sonra polis əməkdaşları izahat vermələri ilə əlaqədar onları birlikdə Yardımlı rayon PŞ-nə dəvət etmişlər. Polis şöbəsində olduqları zaman hadisənin qızı Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə keçirilməsi barədə СDyə məhkəmə iclasında baxış keçirilmiş və həmin videçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs və anası Şahid1 oğurladığı pulu gizlətdiyi yerdən götürərək polis əməkdaşlarına təqdim etmişdir. Azərbaycan Respublikası Məhkəmə X1 Regional Bölməsinin məhkəmə-əmtəəşünaslıq ekspertizasınınn 11 iyul 2023-cü il tarixli, 19/680 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edimiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 12,00 manat müəyyən edilir. O, cümlədən: -1 ədəd üzərində “Billionaire” yazıları olan, 32 ölçülü, qara rəngli cins şalvar-7,00 manat -1 ədəd üzərində “Tefeiya” yazıları olan qara rəngli 19x11 sm ölçülü, süni dəri materialından olan zəncirbəndlə açılıb-bağlanan pul kisəsi-5,00 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 11 iyul 2023-cü il tarixli, 19\680 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 26 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 894,70 manat pullar, bir ədəd pul kisəsi və bir ədəd cins şalvar maddi sübut kimi tanınmış və saxlanılması üçün qardaşı Zərərçəkmiş şəxs təhvil verilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.5-ci maddəsinin təkibi olmadığı üçün barəsində həmin epizodlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yardımlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 27 iyul 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Yardımlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 27 iyul 2023-cü il tarixli, 710 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs qardaş İnqilab və anasl Gülçiçəklə ailə üzvü olmaqla bir yerdə yaşayırlar. İş materiallarına əlavə edilmiş Yardımlı Mərkəzi xəstəxanasının 21 iyun 2023-cü il tarixli,6- 215 sayı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı RMX-da dispanser qeydiyyatında dayanmır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidi ifadəsi, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1.-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü maddəsinə, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək, törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxs islah olunmağa meyilli olmasını törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsinin sanksiyası daxilində məhz ictimai işlər növündə cəzaya məhkum edilməsi, cəzanın məqsədinə nail olmaq baxımından qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnun CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 894,70 manat pulun, 01 ədəd pul kisəsinin və 01 ədəd cins şalvarın Zərərçəkmiş şəxs qayarılması nəzərə alınmalı, 01 ədəd CD isə iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxsn barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 380 (üç yüz səksən) saat ictimai işlər cəzası təyin edilsin. Cəzasının əvvəli ictimai işlər növündə cəzasını çəkməyə başladığı tarixdən hesablansın. Təqsirləndirilən şəxsnun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsivəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş ictimai işlər cəzasının icrası yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-894,70 manat pulun, 01(bir) ədəd pul kisəsinin və 01(bir) ədəd cins şalvarın zərərçəkmiş şəxs X2 qayarılması nəzərə alınsın və 01(bir) ədəd CD isə iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən X4
Məhkəmə qərarları › İş №1(038)-23/2023
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-23/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver