Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-23/2024 24.10.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X17 sədrliyi, məhkəmə iclasının katibi K2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Yardımlı rayonu Gendərə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Gendərə kəndində yaşayan və qeydiyyatda olan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 0,384 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 06 avqust 2024-cü il tarixdə saat 17:21 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu Gendərə kəndi ərazisində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd kağız bükümdə 0,384 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərdi ki, 06 avqust 2024-cü il tarixdə Masallı rayonunda olarkən xırda və iri buynuzlu heyvanların qiyməti ilə maraqlanmaq üçün heyvan bazarına getmişdir. Həmin vaxt bazarda bədənində ağrılar olduğu üçün söhbət zamanı tanımadığı bir şəxs ona 20 manat dəyərində ağrıkəsici dərman adı ilə psxotrop maddəni (patını) satmışdır. O, əvvəllər daş karxanasında işlərkən həmin maddədən bir dəfə qəbul etmiş və ağrıları kəsilmişdir. Həmin dərmanın psixotrop maddə olduğunu və cinayət məsuliyyəti yaratmasını bilməmişdir. O, Masallı rayonunda işlərini qurtardıqdan sonra Yardımlı rayonu Gendərə kəndinə yaşadığı evə qayıtmış və yolda piyada gedərkən Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlamışdır. Polis əməkdaşları ona üzərində narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər və videoçəkilişlə üzərində yoxlama aparılmışlar. Həmin vaxt polis əməkdaşları ona üzərində narkotik maddə varsa təqdim etməsini təklif etmişlər, o da cibindən 1 ədəd kağız bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs son sözündə ilk dəfə cinayət törətməsini, tutduğu əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağınnın olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün Təqsirləndirilən şəxs saxlanılmasından ötrü əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunda o, da iştirak etmişdir. 06 avqust 2024-cü il tarixdə saat 17:20 radələrində Yardımlı rayonu Gendərə kəndi ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər və üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Saxlanıldığı yerdə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstü yoxlamış, ona üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik maddə varsa təqdim etməsini təklif etmişlər.Təqsirləndirilən şəxs cibindən 1(bir) ədəd kağız bükümü çıxararaq təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş psixotrop maddə metamfetamini Masallı rayonu ərazisində yerləşən heyvan bazardan tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra psixotrop maddə metamfetaminə oxşar kütlə kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 0,77 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 06 avqust 2024-cü il tarixdə ona Yardımlı rayonu Gendərə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə məlumat daxil olmuşdur. O dərhal daxil olmuş məlumatın yoxlanılması barədə qərar qəbul etmiş və şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasından ötrü əməliyyat qrupu yaradılmışdır. 06 avqust 2024-cü il tarixdə saat 17:21 radələrində rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı X10, polis baş leytenantı X3 və polis serjantı X5 ilə birlikdə Yardımlı rayonu Gendərə kəndi ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər və üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Saxlanıldığı yerdə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünü yoxlamışlar. Ona üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik maddə varsa təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1(bir) ədəd kağız bükümü çıxararaq təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümə baxdıqda içərisində həqiqətən psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd 1 manatlıq pul əskinazı, sağ yan cibindən 1 qutu “Winston” markalı siqaret və 1 ədəd alışqanı çıxararaq təqdim etmişdir. Psixotrop maddə metamfetaminə oxşar kütlə kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 0,77 qram olmuşdur. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş psixotrop maddə metamfetamini Masallı rayonu ərazisində yerləşən heyvan satılan bazardan tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Psixotrop maddə metamfetaminə oxşar kütlə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Protokolu yerində tərtib etmək üçün şərait olmadığından protokolu yerində tərtib etmək mümkün olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Yardımlı rayon polis şöbəsinin inzibati binasında bu barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psoxotrop maddə metamfetaminə oxşar kütlə, onun üstü yoxlanılan zaman çəkilmiş görüntüləri özündə əks etdirən 1 ədəd DVD və digər əşyaları rayon polis şöbəsinin TQ-nun təhqiqatçısı, polis kapitanı Samir İbişliyə təqdim etmişdir. Samir İbişli tərəfindən həmin əşyalara baxış keçirilmiş və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolu imza etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, O, şahidlər X7 və X10 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 06 avqust 2024-cü il tarixli «Tutma protokolu»ndan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdə saat 17:21-da saxlanılmış, saat 19:40-da isə şübhəli şəxs qismində tutulmuşdur. 06 avqust 2024-cü il tarixli «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar kütləni Masallı rayonunda heyvan satılan bazarda tanımadığı şəxsdən 20 manata aldığını etiraf etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 07 avqust 2024-cü il tarixli, 19/600 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxsin üzərindən götürülmüş metamfetaminə bənzər kütlə saxlanılan şəxs Təqsirləndirilən şəxs....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-0,384 qram olan, ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,384 qr., tədqiqata sərf edildi-0,05qr., qalıq-0,334 qr. Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi narkoloji tibbi yoxlamanın 22 avqust 2024-cü il tarixli, 656 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X18 15 avqust 2024-cü il tarixli, 227 nömrəli məktubunda görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. «Təqsirləndirilən şəxsin X9 saxlanılmaqdan azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, 08 avqust 2024-cü il tarixdə Kazımov X4 RPŞ-nin MSY-də saxlanılmaqdan azad edilmiş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan seçilmiş və tutulmadan azad olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Astanlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 avqust 2024-cü il tarixli arayış, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X6 və övladları – xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X11 ilə birlikdə Yardımlı rayonu, Gendərə kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl CM-nin 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşı uşağının olmasını CM-nin 59.1.4-cü, ailədə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən səmimi peşiman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri və Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, onun islah olunmağa meyilli olmasını törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsini cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 06 avqust 2024-cü il tarixdən 08 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Yardımlı Rayon PŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,334 qram pisxotrop maddə metamfetamin məhv edilməli, 2 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, maddi sübut və mülki iddia yoxdur, Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdən 08 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 26 (iyirmi altı gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Yardımlı rayonun Gendərə kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək; - Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yardımlı Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,334 qram psixotrop maddə metamfetamin məhv edilsin, 2 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X19
Məhkəmə qərarları › İş №1(038)-23/2024
Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-23/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver